122
çoxsaylı iclaslarının keçirilməsi mövqelərin yaxınlaş
masına səbəb olmuşsa da, lakin bu, hələ ki tam anlaş
maya gətirib çıxarmamışdır.
Xəzər dənizinin hüquqi statusunun müəyyən
edilməsi üçün ilk öncə bu su hövzəsinin “dəniz”,
yoxsa “göl” olması barədə ümumi razılıq əldə olun
malıdır. Çox əfsuslar ki, bəzi Xəzəryanı ölkələr öz
geosiyasi və iqtisadi maraqlarını əsas tutaraq beynəl
xalq hüquq normalarına hələ də məhəl qoymur və
statusun onlara sərf edən şəkildə qəbul olunması
üçün region ölkələrinə müxtəlif təzyiqlər göstərirlər.
Xəzəryanı dövlətlər arasında aparılan danışıqlarda
ölkələrin mövqeləri tədricən dəyişməkdədir. Pozitiv
istiqamətdə dəyişiklik ilk öncə Rusiyanın mövqeyin
də özünü büruzə verir.
1998-ci ildə Rusiya tərəfi Volqa nəqliyyat xətləri
nin Azərbaycan istiqamətində 4 ildən bəri davam
edən blokadasına son qoydu. Rusiyanın irəli sürdüyü
və İranın dəstəklədiyi dəniz sahilinin 10, 15 və hətta
45 millik ərazi su zonalarına ayrılması təklifləri digər
Xəzəryanı dövlətlər tərəfindən qəbul olunmamışdır.
Əks təqdirdə aydındır ki, qalan su akvatoriyası və ora
dakı təbii sərvətlər ümumi sayılacaqdı. Nəzərə alsaq
ki əsas neft-qaz ehtiyatları Azərbaycan, Qazaxıstan və
Türkmənistanın şelf zonalarında yayılmışdır, onda
Rusiya ilə İranın bu məsələdə maraqlarının üst-üstə
düşməsi təəccüb doğurmur.
Xəzərin statusu ilə bağlı Rusiyanın siyasətinin za
hirən dəyişməsinə baxmayaraq, mahiyyətcə onlar re
al vəziyyəti düzgün qiymətləndirərək öz maraqlarını
qorumağa nail olmuşlar. Bu, ilk növbədə Xəzər dəni
zinin təkinin bölünməsi haqqında 1998-ci ildə Qaza
xıstanla və 2002-ci ildə Azərbaycanla müvafiq razılaş
maların imzalanmasıdır. Razılaşmaya əsasən, Xəzər
dənizinin dibi orta xətt prinsipinə uyğun olaraq bö
lünmüşdür. Maraqlıdır ki, Rusiya hər iki dövlətlə
həmsərhəd bölgədə aşkar olunmuş yataqlarda (Azər
baycanla - Yalama yatağı, Qazaxıstanla - Kurmanqa-
zı, Sentralnoye və Xvalınskoye) şərik tərəf kimi
(50:50 payla) iştirakını təmin etmişdir.
Digər maraq doğuran məsələ isə bu razılaşmalar
əldə olunduqdan sonra Rusiyanın 15 millik ərazi su
zonalarının yaradılmasının əleyhinə çıxış etməsidir.
nəzərə çarpır:
6 dənizin təki orta xətt prinsipinə uyğun bölünmə
li, lakin su hövzəsi ümumi olaraq qalmalıdır. İm
zalanmış sazişlər əsasında Rusiya Azərbaycanla
və Qazaxıstanla dənizin dibini özlərinə aid hissə
lərdə bölüşdürmüşlər. Su hövzəsi isə hələ ki de-
fakto ümumi olaraq qalır. Digər Xəzəryanı ölkə
lər arasında bu məsələdə yaranmış anlaşılmazlıq
ları isə Rusiya sanki müşahidə edir;
4 Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırıl
ması məsələsində dövlətlərarası əlaqələrin inkişa
fını dəstəkləyən Rusiya tərəfi realıqda isə hələ ki
nəticəverəsi tədbirlər həyata keçirə bilmir;
4
Rusiya özünün siyasi və iqtisadi maraqları nami
nə Xəzərdə sualtı boruların inşasının əleyhinə
çıxış edir.
Azərbaycan Xəzəryanı
regionda yeganə dövlətdir
ki, Xəzər dənizinin hüqu
qi statusu ilə bağlı 1993-
cü ildən etibarən beynəl
xalq hüquq normalarına
uyğun ardıcıl siyasət hə
yata keçirməkdədir.
Dənizin hüquqi statu
su onun göl olmasının
Xəzəryanı dövlətlər tərə
findən rəsmi təsdiqini tə
ləb edir. Coğrafiya alə
mində qəbul olunmuş el
mi təsnifata görə, “Dünya
okeanına təbii çıxışı olmayan su hövzəsi” göl adlandı
rılır. Təəccüblü də olsa, bəzi Xəzəryanı dövlətlər be
lə danılmaz faktı inkar edərək Xəzərə qapalı dəniz,
daxili su hövzəsi və digər adlar verməklə onun hüqu
qi statusunu öz mənafelərinə uyğun formalaşdırmaq
niyyətində idilər. Baş verən sonrakı proseslər göstər
di ki, bu cəhdlər uğursuz olmuşdur.
Buna 15 millik zonanın mühafizəsi üçün Qazaxıstan
tərəfinin hərbi dəniz qüvvələri yaradacağı ilə əlaqə
dar yaranan narahatlıq səbəb olmuşdur.
2004-cü ilin sonuna Rusiyanın Xəzərin statusuna
dair siyasətində bir neçə məqam çox aydın şəkildə
П
Qonşu dövlətlərin siyasi təzyiqlərinin artdığı bir mə
qamda Azərbaycan mütəxəssislərinin müxtəlif səviyyə
li müşavirələrdə bu məsələ ilə bağlı mövqeyimizi lazım
gələrsə, Beynəlxalq Məhkəmə səviyyəsində müdafiə
etməyə hazır olmağımız haqda bəyanatları öz bəhrəsini
verdi. Belə ki, Rusiya və İran tərəfləri bu məsələnin
yalnız Xəzəryanı dövlətlər arasında müzakirə edilməsi
təklifini irəli sürməyə başladılar. Rusiya və İran yaxşı
bilirlər ki, Xəzərin hüquqi statusunun beynəlxalq sə
viyyədə həll olunması onlara sərfəli deyil. Ona görə də
sözügedən dövlətlər digər xarici ölkələrin bu məsələnin
həlli prosesinə qarışmasının əleyhinədirlər.
Xəzər dənizinin orta x ə tt
2002-ci ildə Azərbaycanla Rusiya arasında Xəzərin
prinsipi üzrə bölünməsi
dibinin orta xətt prinsipinə uyğun olaraq sektorlara
bölünməsi razılaşdırıldı.
Bu razılaşma Xəzərin sek
torlara bölünməsi kimi
çox mühüm və mürəkkəb
bir problemin həlli istiqa
mətində atılmış ilk uğurlu
addım sayılmalıdır. Lakin,
bununla belə, bağlanmış
müqavilədə dənizin su
akvatoriasının bölünməsi
məsələsi həll edilməmiş
dir. Bu məsələdə tərəflər
arasında fikir ayrılığı var
dır. Belə ki, Azərbaycan
tərəfinin fikrincə, Xəzərin
dibi sektorlara bölündüyü
kimi, su hövzəsi də eyni
dərəcədə orta xətt üzrə
bölünməlidir. Ölkələrara-
sı danışıqlarda qarşılıqlı
kompromislər müqavilə
lərin müvəffəqiyyətlə hə
yata keçirilməsinə şərait
yaradır. Odur ki, zənni-
mizcə, Azərbaycan tərəfi
müəyyən kompromisə ge
dərək su hövzəsinin ümu
mi olması prinsipi ilə gə
ləcəkdə razılaşacaq.
Azərbaycan dənizdə hər dörd Xəzəryanı dövlətlə
həmsərhəd olduğu üçün Xəzərin hüquqi statusunun
kompromis əsasında qəbul edilməsi xüsusi əhəmiy
yət kəsb edir. Təəssüflə qeyd etmək lazımdır ki, bu
məsələdə Azərbaycan dənizdə hər bir həmsərhəd öl
kə ilə öz mövqeyini ayrı-ayrılıqda razılaşdırmaq məc
buriyyətindədir. Xəzəryanı regionda belə vəziyyətdə
olan ikinci bir dövlət yoxdur.
Xəzərin hüquqi statusu probleminin həllində Qa
zaxıstan tərəfinin mövqeyi Azərbaycan tərəfinin möv
qeyi ilə əsasən üst-üstə düşür. Xəzər dənizinin orta
xətt prinsipi üzrə bölünməsində Qazaxıstan tərəfi ha
mıdan çox maraqlıdır. Çünki bu halda Qazaxıstanın
payı Xəzərdə başqa ölkələrin hər birindən çox - 29%
təşkil edir. Qazaxıstan yeganə ölkədir ki, özü ilə hər
üç həmsərhəd Xəzəryanı dövlətlə dənizdə sektorların
sərhədlərini müəyyən etmiş və Azərbaycan, Rusiya və
Türkmənistanla müvafiq razılaşmalar imzalanmışdır.
Dənizdə orta xətt üzrə sərhədlərin müəyyən edil
məsi Qazaxıstan tərəfini öz sektorunu və ərazi suları
nı mühafizə məqsədi ilə hərbi dəniz donanması yarat
maq məcburiyyəti qarşısında qoymuşdur. Qazaxısta
nın bu istiqamətdə apardığı işlər ilk növbədə Rusiya
nı qıcıqlandırır.
Rusiya Xəzər dənizində güclü hərbi dəniz donan
masına malik olaraq digər Xəzəryanı dövlətlərin hər
bi dəniz qüvvələrinin artmasına mənfi yanaşır. Özlə
rinin dominantlıq etdiyi dənizdə yeni yaranmış Xə
zəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin forma
laşması təbii bir proses kimi qəbul olunmalıdır. Qeyd
etmək lazımdır ki, hələ 1998-ci ildə Azərbaycan rəh
bərliyinin irəli sürdüyü Xəzər dənizinin hərbiləşmə-
dən azad olunması təklifini həm Rusiya, həm də di
gər Xəzəryanı dövlətlər cavabsız qoydu.
Xəzəryanı ölkələrdən - Azərbaycan, Rusiya və
Qazaxıstan Xəzər dənizinin hüquqi statusu məsələ
sində kifayət qədər irəliləyiş əldə edərək qarşılıqlı
anlaşmalar imzalamışlar. Beynəlxalq müşahidəçilərin
fikrincə, yalnız Türkmənistanın mövqeyi bəzi hallar
da anlaşılmazlığı ilə fərqlənir.
Türkmənistan rəhbərliyi hərdən qısa müddət ər
zində bir-birinə zidd bəyanatlarla çıxış etmişdir. Bu
nun əsas səbəbi isə Xəzərin hüquqi statusu məsələsin-
126
də Türkmənistanın ardıcıl siyasətinin olmamasıdır.
Bütövlükdə isə son illər Türkmənistan da Xəzərin or
ta xətt prinsipinə uyğun sektorlara bölünməsi tərəfda
rıdır. Lakin Türkmənistanın əsas iddiaları orta xəttin
müəyyən edilməsi prinsiplərinədir. Bu səbəbdən
Türkmənistanla Azərbaycan arasında münasibətlər so
yuqlaşmışdır. Belə ki, Türkmənistanın baxışına görə,
orta xətt üzərində yerləşən Kəpəz yatağı onun sektoru
na aiddir. Eyni dərəcədə iddialar Azərbaycanın Azəri
və Günəşli yataqları ilə bağlıdır. Əlbəttə, belə mübahi
səli məsələlər yalnız beynəlxalq hüquq normalarına
uyğun və qarşılıqlı anlaşma əsasında həll oluna bilər.
Türkmənistanın digər mübahisəli sahəsi dənizdə
iranla həmsərhəd Zarit strukturudur. Türkmənistan
və Rusiya arasında əldə olunmuş razılaşmaya əsasən,
Cənubi Xəzərdə perspektivli Zarit yatağında birgə
kəşfiyyat işlərinin aparılması nəzərdə tutulmuşdur.
Lakin İran tərəfi bu yatağın Türkmənistana aid olma
sını mübahisəli hesab edir. Rusiya və Türkmənista
nın İran tərəfinə bu yatağı birgə istifadə etmək təkli
finə sonuncu rədd cavabı vermişdir.
Xəzərin hüquqi statusu problemi ilə bağlı İran tə
rəfi, yuxarıda qeyd olunduğu kimi, əksər hallarda heç
bir kompromisə getmir. Uzun müddət İran tərəfi Ru
siyanın müttəfiqi kimi Xəzər dənizinin sektorlara bö
lünməsinin əleyhinə çıxış edirdi. Lakin Rusiyanın
Qazaxıstan və Azərbaycanla dənizin dibinin sektorla
ra bölünməsi haqda müqavilələr imzalaması İranın bu
məsələdə tək qalması ilə nəticələndi. Bu müqavilələ
rin imzalanmasını İran narazılıqla qarşıladı, hətta on
ların tanınmaması haqda bəyanat da verdi.
Beynəlxalq müqaviləyə əsasən, BP şirkəti 2001-ci
ilin iyul ayında Alov - Şərq - Araz yataqları blokunda
kəşfiyyat işlərinin aparılması üçün “Geofızika-3” Azər
baycan gəmisindən istifadə edirdi. Azərbaycan sekto
runda yerləşən sözügedən yataqlara İran öz iddiasını
təsdiqləyərək hərbi hava qüvvələrini bu sahəyə yö
nəltmiş və gəminin buradan getməsini tələb etmişdi,
əks halda silahdan istifadə edəcəyi ilə hədələmişdi.
İran tərəfinin bölgədə özünün hərbi gücünü “nü
mayiş” etdirməsi, əlbəttə, regionda gərginliyin artma
sına səbəb oldu. Rəsmi Bakı Azərbaycanın hava mə
kanını pozan İran hərbi təyyarələrinə qarşı lazımi ca
vab veriləcəyini bəyan etdi. Eyni zamanda, İranın
Azərbaycana təzyiqi digər dövlətlər tərəfindən də ca
vabsız qalmadı.
Son illər İran tərəfi Xəzərin 5 bərabər hissəyə bö
lünməsi təklifi ilə çıxış edir. Digər Xəzəryanı ölkələr
bu fikirlə razı deyillər. Bu halda Türkmənistan Cənu
bi Xəzərdəki perspektivli yataqlarını “itirir”. İran tərə
fi öz təklifinin absurdluğunu anlayaraq şüurlu surətdə
belə iddialarla çıxış edir. Məqsəd - gələcək kompro
mislərdən kifayət qədər güzəştlər əldə etməkdir.
İran tərəfinin təklif etdiyi “hər Xəzəryanı ölkəyə
dənizin 20%-i ayrılsın” prinsipinin həm metodoloji,
həm də texniki cəhətcə həlli, demək olar ki, müm
kün deyil. Çünki dəniz səviyyəsinin mütəmadi dəyiş
məsi və sahil xətlərinin xeyli girintili-çıxıntılı olması
hövzənin bərabər bölün
məsi üçün akvatoriyada
mərkəzi nöqtənin tapıl
masını mümkünsüz edir.
Təbii ki, Xəzərin hüquqi
statusunda irəliləyiş əldə
olunması üçün İran tərəfi
siyasətini reallığa və ya
ranmış vəziyyətə uyğun
qurmalıdır. Belə ki, bu
məsələdə Türkm ənistan
digər Xəzəryanı dövlətlər
lə razılaşma əldə etsə, İran
tərəfi təcridolunmuş və
ziyyətdə qala bilər. Dörd
keçmiş SSRİ dövlətinin
isə Xəzərin hüquqi statu
su ilə bağlı ümumi fikrə
gəlməsi, çox güman ki,
İranın mövqeyində dəyi
şikliklərə səbəb ola bilər.
Hər halda, böyük ehtimal
la qeyd etmək olar ki, bu
şərait bütövlükdə Xəzər
yanı dövlətlər arasında
konsensusa nail olmaq
üçün mühüm əhəmiyyət
kəsb edəcəkdir.
Yüklə 0,83 Mb. Dostları ilə paylaş: |