&ом *
/ 6
.
-к.н
7 и
Mündəricat
Xəzər dənizinin yaranmasının qısa tarixi və təbii şəraiti
3
Xəzər dənizinin səviyyəsinin tərəddüdü və onun izahı
13
Xəzər dənizinin təbii sərvətləri, onların
mənimsənilməsi və ekoloji vəziyyətin dəyişilməsi
25
Xəzər regionunda nəqliyyatın inkişafı
və onun ətraf mühitə təsiri
67
Xəzərin sahil ərazilərinin mənimsənilməsi
və antropogen təsirin artması
83
Xəzər dənizinin ekoloji vəziyyətinin mühafizəsində
dövlətlərarası anlaşmaların vacibliyi
109
Xəzərin hüquqi statusu problemi və ekoloji məsələlərin həlli
1 1 7
Xəzər dənizinin yaranmasının
qısa tarixi
Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də
nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra
sında özünəməxsus yer tutur. Bu dənizin özü və onu
əhatə edən sahil əraziləri müxtəlif təbii sərvətlərlə
zəngindir. Onların bu bölgədə kifayət qədər böyük
həcmdə toplanması müxtəlif amillərin təsiri altında
baş vermişdir. Ən əsas təsiredici amillər isə, heç şüb
həsiz, planetar miqyaslı təbii amillərdir.
Hər bir ekosistemin müasir vəziyyətini dəqiq mü
əyyənləşdirmək üçün ilk növbədə onun geoloji ba
xımdan yaranmasının və tədricən dəyişilməsinin tari
xi keçmişini öyrənmək lazımdır. Uzun illər aparılmış
tədqiqatlar göstərir ki, Xəzər dənizinin yerləşdiyi əra
zi çox mürəkkəb və müxtəlif geoloji proseslərin təsi
rinə məruz qalmışdır.
Bildiyimiz kimi, Xəzər dənizi tarixi keçmişdə
uzun müddət Qara dənizlə birlikdə Sarmat dənizi ad
lanan su hövzəsinin bir hissəsi olmuşdur. Belə ki, Xə
zər dənizi vahid dünya okeanı Tetisin quru ilə qovuş
duğu bir sahəni əhatə edirmiş. Yalnız yuxarı pliosen-
də (2 - 3 mln. il bundan əvvəl) Qafqaz dağ sisteminin
əmələgəlmə prosesinin ən güclü fazalarının birində
Xəzər dənizi hövzəsinin konturları formalaşmağa baş
layır. Məhz elə bu vaxt, daha dəqiq desək, ağcagil
dövründə ( 2 - 3 mln. il bundan əvvəl) Xəzər çökəkli
yinin əmələgəlmə prosesi tamamlanır.
Xəzər dənizinin Qara dənizdən ayrılması nəticə
sində onun Dünya okeanı ilə əlaqəsi kəsilir və sonra
kı dövrlərdə onun su hövzəsi sahəsi mütəmadi olaraq
dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər bir tərəf
dən qlobal iqlim dəyişikliyi, digər tərəfdənsə geoloji
proseslərin təsiri altında gedirdi. Nəticə etibarilə Xə
zər dənizinin bütün sonrakı inkişaf tarixi onun
transqressiya və reqressiyaları ilə bağlıdır. Pliosen və
pleystosen dövrlərində transqressiya zamanı onun ak
vatoriyası - sahəsi özünün ən böyük həddinə - 904
min km2-ə çatırdı. Bu vaxt dənizin səviyyəsi mütləq
+46 m təşkil etmiş və suyun ümumi həcmi 133 min
km3 olmuşdur. Şimalda dənizin sahil xətti müasir Vol-
qoqrad şəhərinin yerləşdiyi əraziyə qədər gedib çıx
mışdı. Əksinə, reqressiya dövründə dəniz akvatoriya
sı azalaraq təxminən 205 min km2 olmuşdur. Bu za
man dənizin səviyyəsi mütləq -65 m, suyun həcmi
isə cəmi 70 min km' imiş.
Əlbəttə, dənizin transqressiya və reqressiyası sahil
ərazilərinin relyefinin formalaşmasına böyük təsir
göstərmişdir. Belə ki, sahil ərazilərində, xüsusən də
nizin qərb sahillərində çoxsaylı akkumulyativ proses
lər baş vermişdir. Dəniz səviyyəsinin tərəddüdü onun
hövzəsində və şelf bölgəsində müxtəlif mütləq hün
dürlüklərdə müxtəlif sahil xətlərinin yaranmasına sə
bəb olmuşdur ki, onların izləri indi də qalır. Dənizin
müasir səviyyəsi ilə götürdükdə 5 - 15 və 20 - 23 m
dərinliklərdə, keçmiş dövrlərdə baş vermiş transqres-
siyaların və reqressiyaların sübutu kimi, terras qalıq
ları müşahidə etmək mümkündür. Türkan reqressi-
yası dənizin tarixi keçmişində ən böyük reqressiyalar-
dan biri olmuşdur. Bu dövrdə Abşeron - Balxan asta
nası (şərti olaraq Abşeron yarımadasından Çələkən
yarımadasına qədər uzanan sualtı xətt) quruya çevri
lərək dənizi iki hissəyə bölmüşdür. Nəticədə Orta və
Cənubi Xəzər çökəklikləri əmələ gəlmiş, Şimali Xə
zər isə quru sahəsinə çevrilmişdir. O vaxt dənizin sə-