Transqressiya nəticəsində
tarixi keçmişdə Xəzər
dənizinin sahəsinin
dəyişilməsi
i Ш
viyyəsi indikindən 300 metr aşağı olmuşdur. Sahil
terrasları quruda - müasir sahil xəttindən xeyli aralıda
da mövcuddur. Xüsusən qərb sahillərində bu daha aş
kar şəkildə görünür. Məsələn, 350 - 450 min il bun
dan öncə, Bakı transqressiyası dövründə yaranmış ter-
raslar indi qərb sahillərində, hətta 300 - 400 m mütləq
hündürlüklərdə də müşahidə olunur. Qeyd etmək la
zımdır ki, o dövrdə sahil xətti təxminən sıfıra yaxın
hündürlükdə yerləşmişdir və sonrakı dövrdə onun bu
qədər qalxması, əlbəttə, bölgədə gedən tektonik pro
seslərin təsiri nəticəsində baş vermişdir. Beləliklə, ta
rixi keçmişdə yayılan terrasların müxtəlif hündürlük
lərdə olmasını hövzədə cərəyan edən tektonik pro
seslərin üst-üstə düşməsi ilə izah etmək olar.
Elmi mənbələrdən məlumdur ki, IV - VI əsrlərdə
Xəzər dənizinin səviyyəsi mütləq +30 - 35 metr ara
sında tərəddüd edirmiş. Artıq VII - VIII əsrlərdə də
nizin səviyyəsi qalxdığına görə sahəsi xeyli genişlən
mişdir. Bu artım xüsusən XII əsrdən başlayaraq son
rakı yeddi yüz il ərzində özünü daha qabarıq şəkildə
büruzə vermişdir. Belə ki, bu müddətdə Xəzərin sə
viyyəsi təxminən 8 metrə qədər qalxmışdır.
Paleocoğrafi məlumatlar göstərir ki, çox-çox qə
dim dövrlərdən bizim günlərə kimi Xəzərin səviyyə
sinin tərəddüd amplitudası 55 metrə qədər çatmışdır.
Səviyyənin dəyişilməsi əsasən mənfi 5 metrdən müs
bət 50 metrə qədər olmuşdur. Qədim Xəzərin çökün
tülərinin qalınlığına əsasən deyə bilərik ki, Xəzər də
nizinin transqressiyası ilə reqressiyası arasında nisbət
3:1 və ya 4:1 nisbəti həddindədir.
Yəni transqressiyaların müddəti kifayət qədər çox
uzanmışdır.
Son 500 min il ərzində Xəzər dənizi ən iri
transqressiyalara (Bakı, Xəzər və Xvalın) məruz qal
mışdır. Bu dövrlərdə Xəzərin səviyyəsi +50 m mütləq
hündürlüyə qalxmışdır. Eyni zamanda, dənizin ümu
mi sahəsi müasir sahəsindən fərqli olaraq 2,5 dəfə bö
yük idi.
Bakı transqressiyasının uzanma müddəti təxmi
nən 100 min il olduğu halda, Xəzər transqressiyası cə
mi 11 - 12 min il olmuşdur. Bütövlükdə Xəzər dənizi
nin tarixi keçmişdə səviyyəsinin irimiqyaslı tərəddü
dü onun sahil ərazilərinin relyefinin, bitki və heyva
nat aləminin və ümumiyyətlə, təkrarolunmaz landşaf
tın formalaşmasına böyük təsir etmişdir.
Bununla bağlı olaraq dəniz hövzəsində baş verən
geoloji proseslər və qlobal iqlim dəyişiklikləri Xəzə
rin mənşəyində və ümumi sahəsinin dəyişilməsində
başlıca rol oynayırlar.
Antropogen təsirin ətraf mühitdə ildən-ilə artma
sına baxmayaraq, Xəzər dənizi hövzəsində təbii pro
seslər mühitin dəyişilməsində hələ də həlledici rol
oynayırlar. Buna görə də Xəzər dənizinin mənşəyinin
və inkişafının elmi əsaslarla izahı onun gələcək
transformasiyasını müəyyən etməyə imkan verir.
Xəzər dənizinin təbii şəraiti
Xəzər dənizi Dünya okeanı ilə əlaqəsi olmayan
qapalı su hövzəsidir. Lakin bununla belə, ona göl de
mək düzgün olmazdı. Tarixi keçmişdə Dünya okea
nına çıxışı olan Xəzəri bu gün, sahəcə çox böyük ol
duğu üçün, suyu duzlu və özünəməxsus hidrobioloji
xüsusiyyətləri ilə fərqləndiyi üçün dəniz adlandırırlar.
Xəzər dənizi Avropa və Asiya qitələrinin qovuşdu
ğu sahədə yerləşir; uzunluğu meridional istiqamətdə
1200 km-dir, eni isə 200 - 450 km arasında dəyişir. Də
nizin ümumi sahəsi 390 min km2, suyunun həcmi isə
78 min km’-dir. Müqayisə etməkçiin xatırladaq ki,
1970-ci ildə sonuncu dəfə səviyyəsinin artmasından
öncə sahəsi 378,4 min km2, 1929-cu ildə isə 422 min
km2 olub. Xəzər dənizinin su götürdüyü hövzəsinin
iimumi sahəsi 3,6 mln km2-dir. Onun su balansı əsasən
çayların hesabınadır. Xəzərə axan çayların sayı 130-dan
çoxdur. Onlardan ən əhəmiyyətlisi Volqa çayıdır. Xə
zərə axan suların illik həcminin 78%-i onun payına dü
şür. Ümumiyyətlə, ilboyu bu dənizə axan suyun 88%-i
Şimali Xəzərə tökülən çayların (Volqadan savayı, Ural
və Terek də bura daxildir) hesabına yazılmalıdır.
Qərb sahillərində Xəzəri nəzərəçarpacaq həcmdə
su ilə təmin edən çaylar Samur, Kür və Sulakdır ki,
onların da payına cəmi 7% su düşür. Qalan 5% isə
başda Səfidrud olmaqla cənub sahillərində Xəzərə
axan İran çaylarının hesabına düşür. Dənizin su ba
lansında yağıntılar bir o qədər də əhəmiyyət daşımır.
Dəniz səthinə illik yağıntı 200 mm-ə çatır.
Dibinin relyef xüsusiyyətlərindən çıxış edərək
alimlər Xəzər dənizini üç hissəyə ayırırlar: dayaz və
sahəcə kiçik olan Mangistau və Abşeron qabarıq asta
nalarını əhatə edən Şimali Xəzər; nisbətən dərin -
Orta Xəzər və ən dərin - Cənubi Xəzər.
Şimali Xəzərin sahəsi 91 min km2, orta dərinliyi 5
- 10 m olduğu halda, maksimum dərinliyi 25 m-dək
çatır.
Orta Xəzərin sahəsi 138 min km2,
orta dərinliyi 215 m, ən dərin sahəsi
isə Dərbənd çökəkliyidir (788 metr).
Cənubi Xəzərin sahəsi 161 min
km2, orta dərinliyi 327 m, ən dərin sa
həsi isə Cənubi Xəzər çökəkliyidir
(800 - 900 metr). Ümumiyyətlə, Xə
zərin 1025 metrə çatan ən dərin nöq
təsi də bu sahədədir.
Şimaldan cənuba doğru getdikcə
dənizin dərinliyinin artması suyun
duzluluğuna da təsir göstərir. Xəzə
rin orta uzunluğu okean və digər də
nizlərə nisbətən azdır. Dənizdə duz-
luluq 0,2 - 13,5 promilə qədər dəyi
şir. Orta duzluluq isə 12,7 promil təş
kil edir. Cənubdan şimala doğru isti
qamətdə duzluluq azalır. Bunun əsas
səbəblərindən biri şimal sahəsində
dənizə çoxlu sayda, özü də Volqa,
Ural, Terek kimi iri çaylar vasitəsilə
böyük həcmdə şirin suların axması-