Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

Ev tapşırığı
1.  Orta duzluluğa malik 3 ton okean suyundan alınan duz 5 ton Xəzər dənizi
suyundan alınan duzdan nə qədər çoxdur?
2.  Duzluluğu 15‰ olan 1 litr suyun yarısını buxarlandırsaq, suyun duzluluğu nə
qədər olar?
3.  Xəzər, Qara, Qırmızı və Baltik dənizlərinin 2 ton suyundan alınan duzun
miqdarını müqayisə edin.
Okean suyunun duzluluq xəritəsini kontur xəritəyə köçürün.


Yerin su təbəqəsi
§34. Okeanlarda suyun hərəkəti
Radio ilə xəbər verilir ki, Yaponiya sahillərinə güclü dalğa yaxınlaşır və 24 saatdan
sonra bura çatacaqdır. Bu vaxt ərzində əhalinin sahillərə yaxın ərazilərdən
köçürülməsi, limanlarda dayanan gəmilərin açıq okeana çıxarılması tələb olunur.
Təhlil edək:
1.  Dünya okeanında hansı səbəblərdən suların hərəkəti baş verir?
2.  Okeanlarda suyun hansı hərəkət formaları vardır?
Açar
sözlər
Dinamik
proseslər. Külək
dalğası.
Qabarma və
çəkilmə. Okean
cərəyanları.
Sunami.
Okeanlarda daimi və mövsümi küləklər, sualtı vulkanlar, zəlzələlər, Günəşin və Ayın
cazibə qüvvəsinin təsiri ilə sular daim hərəkət edir. Küləyin təsirilə okean suyunun
müvazinət (sakit) halı pozulur, səth sularının şaquli rəqsi hərəkəti yaranır. Bu hadisə
külək dalğaları adlanır. Dalğaların gücü küləyin sürətindən (1 m/sandən çox
olduqda) asılıdır. Dalğanın ən aşağı hissəsi onun dabanı, ən hündür hissəsi yalı, iki
yal arasındakı məsafə uzunluğu, yalı ilə dabanı arasındakı məsafə hündürlüyü
adlanır. Ən yüksək külək dalğaları Atlantik və Sakit okeanlarının şimalında, Atlantik
və Hind okeanlarının cənubunda, həmçinin Barens dənizində müşahidə edilir. İsti və
soyuq cərəyanların qarşılaşdığı sahələrdə də güclü dalğalar əmələ gəlir.
Dalğanın elementləri
Ayın və Günəşin cazibə qüvvəsinin təsiri ilə okean və dənizlərin sahillərində suyun
səviyyəsinin dövri olaraq qalxması və düşməsi baş verir. Suların sahilləri basması


qabarma, geri çəkilməsi çəkilmə hadisəsi adlanır. Ay Yerə yaxın olduğuna görə
onun qabarma əmələ gətirmə qüvvəsi Günəşə nisbətən çoxdur. Dar körfəzlərdə və
çayların mənsə


§34. Okeanlarda suyun hərəkəti
Çəkilmə Qabarma
bində qabarmanın hündürlüyü artır. Kanadanın Atlantik okeanı sahilindəki Fandi
körfəzində qabarma dalğasının səviyyəsi 18 m-ə çatır. Daxili dənizlərdə qabarma
dalğasının hündürlüyü bir neçə sm olur və hiss edilmir. Onlardan gəmiçilikdə,
balıqçılıqda və enerji alınmasında istifadə olunur.
Sualtı vulkan püskürmələri və zəlzələ zamanı okeanlarda sunami dal-
 
Dünya okeanının əsas cərəyanları


Yerin su təbəqəsi
Sunami dalğaları böyük dağıntılara səbəb
olur
ğaları əmələ gəlir. Bu zaman dalğalar zəlzələ mərkəzindən (episentrdən) ətrafa
doğru 400-800 km/saata qədər sürətlə yayılır. Açıq okeanda dalğanın hündürlüyü 2-3
m, aralarındakı məsafə 100 – 200 km-ə qədər olur. Sahilə yaxınlaşarkən dalğaların
sürəti azalır (30-100 km/saata qədər), hündürlüyü isə artır və böyük dağıntılara
səbəb olur. Sakit okean sahillərində sunami dalğaları tez-tez əmələ gəlir. 1883-cü
ildə Krakatau vulkanının püskürməsi zamanı güclü sunami yaranmışdır, 1960-cı ildə
Çilidə, 2005-ci ildə Benqal körfəzində, 2011-ci ildə Yaponiya sahillərində də güclü
sunami olmuşdur.
Okean və dənizlərdə daimi küləklərin təsiri ilə böyük su kütlələrinin üfüqi
istiqamətdə yerdəyişməsi okean cərəyanları adlanır. Koriolis qüvvəsinin təsiri ilə
cərəyanlar Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola meyil edir.
Suyunun temperaturuna görə isti və soyuq cərəyanlar ayrılır. Cərəyanın gətirdiyi
suyun temperaturu ətraf suların temperaturundan isti olarsa o, isti cərəyan
adlanır. Sahillərindən isti cərəyan keçən ərazilər rütubətli olur. Suyun səthində
temperaturun yüksək olması suyun buxarlanmasına, buludların əmələ gəlməsinə və
yağıntı düşməsinə gətirib çıxarır.
Cərəyanın gətirdiyi suyun temperaturu ətraf suyun temperaturundan aşağı olduqda
o, soyuq cərəyan adlanır. Sahillərindən soyuq cərəyanlar keçən ərazilər quru iqlimə
malik olur, səhralar yaranır. Suyun səthi soyuq olduğuna görə buxarlanma az olur.
Nəticədə yağıntılar da az düşür. İsti cərəyanlar xəritədə qırmızı xətlərlə göstərilir,
alçaq enliklərdən yüksək enliklərə hərəkət edir. Soyuq cərəyanlar xəritədə göy
xətlərlə verilir, yüksək enliklərdən alçaq enliklərə istiqamətlənir. İsti cərəyanların
suyu soyuq cərəyanlara nisbətən duzlu olur.


§34. Okeanlarda suyun hərəkəti
Okean cərəyanları sahillərin iqliminə, orqanizmlərin yerdəyişməsinə, suyun
dövranına, onun temperaturu və duzluluğunun dəyişməsinə təsir göstərir.
Tropik enliklərdə materiklərin şərq sahillərindən isti, qərb sahillərindən soyuq
cərəyanlar keçir.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Xəritə üzərində iş
Ev tapşırığı
Küləyin təsirilə okean suyunun hərəkəti .... ...... yaradır. Ayın və Günəşin cazibə
qüvvəsi ilə .... və .... dalğaları əmələ gəlir. Sualtı vulkan və zəlzələ zamanı
okeanlarda .... dalğaları əmələ gəlir. Tropik enliklərdə materiklərin şərq
sahillərindən .... .... , qərb sahillərindən .... .... keçir. Mülayim enliklərdə, şərqdən
.... , qərbdən .... .... axır.
1.  Külək və qabarma-çəkilmə dalğalarının yaranmasına hansı amillər təsir
göstərir?
2.  Okeanlarda yaranan qabarma-çəkilmə və okean cərəyanlarının hansı
əhəmiyyəti vardır?
3.  Dünyanın hansı məntəqələrində daha hündür qabarmalar və sunami
dalğaları qeydə alınır?
1. Okean cərəyanlarının sahilboyu ərazilərə göstərdiyi təsirə aid məlumat
toplayın. 2. İsti və soyuq cərəyanların sahilboyu ərazilərdə yaratdığı
rütubətlənmə şəraitində hansı fərqlər olduğunu müəyyən edin.
Okean cərəyanlarının hərəkət istiqamətini kontur xəritəyə köçürün, adlarını
yazın.
Sakit okeanın sahilləri boyu sunami dalğaları yaranan ölkələrin adlarını kontur
xəritəyə köçürün. Tarixdə baş verən fəlakətli sunamilər haqqında məlumat


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə