Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə28/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
52                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
min ilin noyabr ayında 138 mm yağıntı müşahidə 
edilmişdir.  
2012-ci il iyul ayının 15-də saat 15-dən 22-
yə    qədər  olan  müddətdə  Bakıya  22  mm  yağıntı 
düşmüş  və  bu,  həmin  il  üçün  günlük  maksimum 
olmuşdur. İyulda aylıq normanın 2 mm olduğunu 
nəzərə  alsaq,  deməli,  cəmi  7  saat  ərzində  Bakı 
şəhərinə  aylıq  normadan  11  dəfə  çox  yağış  yağ-
mışdır.  Bu  isə  bir  hektara  220  m
3
,  Bakı  şəhərinə 
isə  0,05 km
3
 su deməkdir. 
1991-2012-ci  illər  arasında  1998-ci  il  ən 
quraq (145 mm), 2011-ci il isə ən rütubətli il (543 
mm)  kimi  seçilir.  1998-ci  ildə  normadan  2  dəfə, 
orta çoxillikdən isə 1,4 dəfə az yağıntı düşmüşdür.  
2011-ci  ildə  isə  normadan  1,8  dəfə,  orta  çox-
illikdən  isə  2,7  dəfə  çox  yağıntı  müşahidə  edil-
mişdir. 
Atmosfer yağıntıları ilə Bakıya gələn içməli 
suyun  kəmiyyətlərinin  müqayisəsi  də  maraqlı 
mülahizələrin yaranmasına səbəb olur. Bakı şəhə-
rinə  bütün  mənbələrdən  yay  aylarında  20  m
3
/san, 
qışda  isə  17  m
3
/san  su  daxil  olur.  Bu  isə  ildə 
təqribən  0,6  km
3
  su  deməkdir.  Yuxarıda  gös-
tərildiyi kimi, norma üzrə Bakıya ildə 235 mm at-
mosfer yağıntıları düşür. Bu, bir hektara 2350 m
3
 
su  deməkdir.  Bakının  sahəsinin  213000  ha  oldu-
ğunu  nəzərə  alsaq,  bu,  ildə  Bakıya    atmosfer  ya-
ğıntıları şəklində təqribən 0,5 km
3
 su düşməsi de-
məkdir.  
Bunun  təqribən  50%  bərkörtüklü  küçələrə 
və  binaların  damına  yağan  yağışdır.  Bizim  qə-
naitimizcə, izafi axıb gedən bu suların toplanması 
və  istifadəsi  haqqında  düşünməyin  vaxtı  çoxdan 
çatmışdır.                                                                                                             
Bizcə,  relyef  şəraitini  nəzərə  almaqla  şə-
hərin  müxtəlif  hissələrində  kiçik  su  anbarları 
yaratmaq,  onlara  toplanan  sudan  ən  azı  ətrafdakı 
yaşıllıqların  suvarılmasında  istifadə  etmək  olar. 
Bu,  şəhərin  ümumi  kanalizasiya  sisteminin  yü-
künü  azaldar,  küçələrdə  yağışdan  sonra  yaranan 
gölməçələrin  qarşısını  alar,  yolların  asfalt  örtü-
yünün  qorunmasına  xidmət  edər,  ən  başlıcası  isə 
içməli suya qənaət olunmasına səbəb olar. 
ƏDƏBIYYAT 
1.Климат Баку.Л.,1988. 
2.Климат Азербайджана, Баку, 1968. 
3.Справочник  по  климату  СССР.  вып.  15. 
Часть IV. Л., 1969. 
4. Əyyubov Ə.C., Hacıyev G.Y. Bakının iqlimi. 
Moskva, 1988. 
5.Xəlilov  S.H.,  Səfərov  S.H.  Azərbaycanda 
havanın temperaturunun və      atmosfer yağıntılarının 
aylıq normaları (1961-1990). Bakı, 2001. 
 
ОБ АТМОСФЕРНЫХ ОСАДКАХ, 
ВЫПАДАЮЩИХ В БАКУ 
М.С.Гасанов 
    В статье анализируется  количество атмос-
ферных  осадков,  выпадающих  в  г.  Баку.  Сравни-
ваются значения многолетнего периода (до 1961г.) 
по  нормам  принятым  ВМО  (1961-1990  гг.)  и  за 
последние годы (1991-2012). Определено, что коли-
чество осадков за !961-1991 годы возросло на 19% 
по  сравнению  с  многолетними.  А  за  1991-2112  го-
ды  возросло  приблизительно  в  1,5  раза  по  срав-
нению с многолетними. 
  Автор  делает  вывод,  что  целесообразно 
собирать эти воды в маленькие водоемы и исполь-
зовать в летнее время для орошения парков и садов. 
 
ON THE ATMOSPHERIC PRECIPITATIONS IN 
BAKU 
M.S.Hassanov 
The  article  analyses  the  amount  of  atmospheric 
precipitations  in  the  city  of  Baku.  The  values  of  long-
term  period  and  over  recent  years  (1991-2012)  have 
been compared (up to 1961) according to the standards 
adopted by the WMO (1961-1990). It was determined, 
that  the  amount  of  precipitations  for  1961-1991  has 
increased by 19% compared with the long-term period. 
And  for  the  1991-2112  it  was  increased  by  about  1.5 
times in comparison with the long-term period. 
   The author concludes that it is times to collect 
these waters in small reservoirs and use in summer for 
irrigation of parks and gardens.
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 53 
 
HİDROLOGİYA
 
 
© R.M.Qaşqay 
AZƏRBAYCANDA SU PROBLEMLƏRİ 
R.M.Qaşqay 
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H. Cavid pr., 115 
Məqalədə  Azərbaycanın  su  ehtiyatları  və  onlardan  səmərəli  istifadə  edilməsi,  sellərin 
şiddətlənməsi  və  təsərrüfatlara  vurduğu  zərərin  qarşısını  almaq  üçün  mübarizə  tədbirləri  və 
respublikanın quraq ərazilərinin su ilə təchizatı problemləri araşdırılır. 
İnsan  cəmiyyətinin  inkişafında  su  ehtiyat-
ları  həmişə  ön  sırada  durmuş,  texnikanın,  səna-
yenin  və  əkinçilik  metodlarının    axtarışında  əsas 
rol oynamışdır. Əhalinin və iqtisadiyyatın müxtə-
lif  sahələrinin  su  ilə  etibarlı  təchizatı  cəmiyyətin 
dayanıqlı inkişafının şərtlərindəndir. 
Əsrlər  boyu  insan  öz  fəaliyyəti  ilə  su  ehti-
yatlarına  təsir  göstərmiş,  bəzi  əraziləri  səhralara 
çevirmiş,  bəzi  ərazilərdə  isə  bataqlıq  sahələrini 
genişləndirmiş  və  torpaqların  şoranlaşmasına  tə-
kan vermişdir. Dünyanın bir çox ərazilərində artıq 
su qıtlığı hiss olunur, xüsusi ilə azsulu dövrdə. 
Yeri gəlmişkən, demək lazımdır ki, aparılan  
hesabatlara  görə  (Львович,  1974),  yer  üzərində 
olan    suların  cəmi  2,5%-ni  şirin  sular  təşkil  edir. 
Lakin    kəmiyyətcə    bu    az  deyil  və  35  mln.  km
3
 
təşkil edir.  Bunun da 99%-i sülb vəziyyətindədir, 
yaxud  da  yer    altındadır.  Təsərrüfatlarda  daha 
geniş istifadə  olunan çay suları və şirinsulu göllər 
yer    üzərində  olan    şirin  su  ehtiyatlarının  yalnız 
0.27%-ni təşkil edir. Çay  sularının payına isə bu 
miqdarın yalnız 0.006%-i, yəni  46 800 km
3
-i dü-
şür və bu sular ərazi üzrə qeyri-bərabər   paylan-
mışdır.  Digər təbii sərvətlərdən fərqli  olaraq,  çay 
suları dinamikliyi və özünübərpa xüsusiyyətlərinə 
malik  olduğu  üçün  insanlarda  belə  təsəvvür  ya-
radır ki, su tükənməzdir və uzun əsrlər boyu onları 
təmin edə biləcək. Lakin bu belə deyil, yəni həcm 
etibarilə su ehtiyatları azalmasa da, tərkibi dəyişir 
və istifadə üçün yararsız  hala düşür. Antropogen 
amil burada öz rolunu göstərir ki, bu da çayların, 
xüsusən  kiçik  dağ  çaylarının  ümumi  su  rejimini 
dəyişir.  Bəzi  çaylarda  hətta  ekoloji  axım  da 
mövcud deyildir (Qaşqay, 2008). 
Bu  aspektdə  Azərbaycanın  su  ehtiyatları, 
çay suları və onların istifadəsi təsərrüfat baxımın-
dan  müxtəlif  problemlərlə  üzləşir.  Bir  sözlə,  su 
problemlərinin  respublikada  çox  kəskin  vəziy-
yətdə  olması  onların  təcili  həllini  tələb  edir.  Bu 
problemin əsaslarından: 1) su ehtiyatlarının səmə-
rəli istifadəsini; 2) sellər və onlarla mübarizə təd-
birlərini;  3)  quraq  ərazilərin  su  ilə  təmin  edilmə-
sini; 4) Kür çayında daşqınların təkrarlanması sə-
bəblərinin aradan qaldırılmasını  göstərmək olar. 
Azərbaycanda su problemlərindən biri onun 
su  ehtiyatlarının  2/3  hissəsinin  qonşu  ölkələrdən 
transsərhəd çaylar vasitəsilə daxil olmasıdır. Yerli 
çay su ehtiyatları cəmi 10 km
3
 olub dünya çayları 
su  ehtiyatlarının  0.021%-ni  təşkil  edir.  Bu 
ehtiyatların  da  48%-i  çayların  formalaşmasında 
iştirak  edən  yeraltı  suların  hesabınadır.  Dünya 
ölkələrinin  25%-i    bütünlüklə  transsərhəd  çay 
hövzələrində yerləşir və bu ərazilərdə dünya əha-
lisinin  40%-i  yaşayır.  Avstraliyadan  başqa,  bütün 
qitələrdə  belə  çay  hövzələri  vardır  və  müxtəlif 
ölkələrdə transsərhəd çaylarla  bağlı   problemlər  
oxşardır.    Bunlar,    ilk  növbədə    hüquqi,    siyasi    
və  onlarla   əlaqədar  olan  həm  texniki,  həm  də  
hidroekoloji  problemlərdir.  Bu  vəziyyətdə  Azər-
baycanın  iki  böyük  çayının  -  Kür  və  Araz 
çaylarının  və  onların  bəzi  qollarının  aşağı  axı-
nında  yerləşməsi  respublikanın  su  problemlərini 
daha  da  dərinləşdirir  və  onun  su  ehtiyatlarını  
qonşu  ölkələrdə  bu  çay  sularının  istifadə  səviy-
yəsindən  asılı  edir.  Transsərhəd  çayların  və  ölkə-
lərarası    göllərin  istifadəsi  və  mühafizəsi  ümdə 
məsələlərdən  olub,  onun  həlli  hərtərəfli  əmək-
daşlıq  əsasında  qurulmalıdır.  Çünki  qısa  və  ya 
uzunmüddətli  istifadə  prosesində  su  məntəqə-
lərinə  digər  ölkələrdən  mənfi  təsir  ola  bilər  və 
üçüncü  ölkənin  ekoloji  şəraitinə,  iqtisadiyyatına, 
xoş  güzəranına  zərbə  vurula  bilər.  Bu  çayların 
istifadəsində  bir  çox  problemlər  ortaya  çıxır. 
Problemin  biri  odur    ki,  Kür  və  Araz  çayları  su-
yundan  ərazisindən  axdıqları  ölkələr  istifadə 
edərkən, heç bir saziş imzalanmadan, kortəbii yol-
la, kim nə həcmdə və necə istəyir istifadə edir. 
Kür  çayı  suyunun  geniş  istifadəsi  Gür-
cüstan  ərazisindən  başlayır.  Əkin  sahələrinin 
suvarılması  məqsədilə  Taşis-Kara  şəhəri  yaxınlı-
ğında  14  suvarma  kanalı  vasitəsilə  çaydan  sa-
niyədə  50  m
3
  su  götürülür.  Bunlardan  Böyük  və 
Kiçik Liaxvi, Ksani, Araqvi, Xrami və digərlərini 
göstərmək  olar.  Qabırrı  və  Qanıx  çaylarının  su-
yundan  isə  xüsusilə  çox  istifadə  olunur.  Qabırrı-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə