Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə27/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   23   24   25   26   27   28   29   30   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

823



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycan  dilində  olduğu    kimi,  ingilis  və  rus  dillərində  də  gender  frazeologiyasında  həmin 

aekzemplifikat  işləkliyini  müşahidə  etmək  olar.  Məsələn,  “Bir  qız  bir  oğlanındır”  frazeologizminin 

analoqu kimi işlənən:  every Jack has his Jill frazeoloji vahidini, rus dilində  “Evdə xoruz, çöldə fərə”  

gender frazeologizminin semantik analoqu olan «И людях Илья, а дома свинья» ifadəsində, habelə 

onun  antonimi  olan    «ДомаИлья,  в  людях  –  свинья»  ifadəsində  Bu  mənada  təsadüfi  deyil  ki, 

ekzemplifikat adlar təkcə frazeoloji sistemdə, o cümlədən gender frazeologizmlərində deyil, eləcə də 

gender  problemlərini  ifadə  edən  bədii  əsərlərdə  ümumiləşdiilmiş  obrazlar  kimi  istifadə  olunur 

(məsələn,Tacirlərimiz Sоnyalara bənd оlacaqmış, – Bədbəxt Tükəzbanları nеylərdin, ilahi?! ).   

Azərbaycan dilindəki “At Balaxanım!” (mare / horsy / equine – Невеста в пол-осьма аршина, а 

поперёк  себя  половина.  /  Невеста  четырнадцати  вершков  в  отрубе.  /  Баба-лошадь,  баба-конь, 

перескачет  через  тын)    (N.Vəliyeva...;  98)  frazeologizmini  də  predsedent  onimli  gender 

frazeologizmi statusunda dəyərləndirmək olar. Belə ki, burada məhz gender münasibətləri zəminində 

dəyərləndirmədən söhbət gedir.  

 

 

FRAZEOLOJİ  BİRİKMƏLƏR,  FRAZEOLOJİ  BİTİŞMƏLƏR, 



FRAZEOLOJI BİRLƏŞMƏLƏR VƏ ONLARI TƏŞKİL EDƏN 

KOMPONENTLƏRİNİN MƏCAZİ MƏNALARI 

 

Kəmalə ƏLİYEVA 

Gəncə Dövlət Universiteti 



ekrq1991@mail.ru 

AZƏRBAYCAN 



 

Tərkibindəki  sözlərin  müstəqil  mənalarını  tamamilə  itirməsi  nəticəsində  əmələ  gələn  sabit  söz 

birləşmələrinə frazeolji birikmələr deyilir. Dilçilikdə bu tip sabit söz birləşmələri idiomlar da adlandı-

rılır. Bu söz birləşmələrin əsas əlaməti onların semantik cəhətdən bütövlüyüdür. Dildə xüsusi səciyyə 

daşıyan bu birləşmələr onun frazeologiyasının əsasını təşkil edir. Frzaeoloji birikmələrə aşağıdakı söz 

birləşmələrini misal göstərmək olar: 

Kick the bucket “ölmək”; send smb. to conventry “bir kəsi baykot etmək”, “bir kəslə əlaqəni kəs-

mək”; at bay “çıxılmaz vəziyyət”; be at somembody`s beck and call “qulluğunda həmişə hazır olmaq” 

= “əmrə hazır olmaq”; to be all thumbs “yöndəmsiz”, “yaraşıqsız”; to rain cats and dogs “şıravaran 

yağış yağmaq”; kilkenny cats “qatı düşmənlər”.  

Frazeoloji birikmələr onları təşkil edən komponentlərinin məcazi mənaları əsasında əmələ gəlir. 

Bu  cür  birləşmələrin  bədiilik  xüsusiyyətləri  yalnız  tarixi-nöqteyi  nəzərdən  açıqlanır.  Məsələn:  “bay” 

sözünün mənası “tupik” (ş.dəniz quşu), “beck” sözünün mənası isə “qollarını çırpmaq”-dır. Bu sözlər 

arxaizmlərdir və yalnız yuxarıda göstərildiyimiz frazeologizmin tərkibində işlənir. Və yaxud digər bir 

misala  baxaq  “to  be  all thumbs”  frazeologizmi  “one`s  fingers all thumbs”  frazeologizminin  əsasında 

əmələ gəlmişdir. “Kilkenny cats” frazeologizmi bir əfsanədən götürülmüşdür. Əfsanəyə görə Kilkenny 

və  Irishtown  arasında  XVIII  əsrdə  müharibə  olub  və  bu  müharibə  hər  iki  şəhərin  dağılması  ilə 

nəticələnib. “Send smb. to Conventry” frazeologizmi Klarendonun “The history of the Great Rebellion 

and Civil Wars in England” kitabında götürülmüşdür.  İngilis inqilabı dövründə Konventri şəhərində 

bir həbsxana yerləşirdi ki, orada yalnız güclü monarxlar saxlanılırdı. Göst ərdiyimiz bu frazeologizm 

də bununla əlaqədar olaraq yaranmışdır. 

Beləliklə  frazeoloji  birikmələrdə  həqiqi  məna  ilə  məcazi  məna  arasındakı  əlaqə  itir  və  məcazi 

məna onlar üçün ön plana keçir. Frazeoloji birikmələrin aşağıdakı xüsusiyyətləri var: 

1. Frazeoloji birikmələrin komponentləri sırasına arxaizmlər də daxil ola bilər.  

2. Bu tip birləşmələri sintaktik cəhətdən parçalanmaq mümkün deyildir. 

3. Onların komponentlərinin yerlərini dəyişdirmək əksər hallarda qeyri-mümkündür. 

4. Bu birləşmələrin tərkibinə söz daxil ola bilmir.  

5. Frazeoloji birikmələrin tərkibindəki sözlər öz leksik mənalarını itirərək onların komponentləri-

nə çevrilir və ümumi bir mənanı ifadə edir. Məsələn: “kick the bucket” – “to die”; “send smb to Con-

ventry” – “to ignore”.  




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

824



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Frazeoloji bitişmə.  

Bəzi  sabit  söz  birləşmələrinin  tərkibindəki  sözlərdən  birinin  həqiqi  mənası  az  da  olsa,  nəzərə 

çarpır.  Bu  tip  birləşmələr  frazeoloji  bitişmələr  adlanır.  Frazeoloji  bitişmələrə  aşağıdakı  söz 

birləşmələrini misal göstərmək olar: 

To spill the beans “sirr vermək”; to burn bridges “körpüləri yandırmaq”; to throw dust into smb’s 

eyes “bir kəsin başını aldatmaq”; to point the devil blacker than he is “şişirtmək”; to put a spoke in 

somebody’s whell “bir kəsə mane olmaq”, “əngəl törətmək”; to hold one’s cards close one`s chest “bir 

şeyi  sirr  olaraq  saxlamaq”,  “ağzını  bərk  tutmaq”,  “susmaq”;  to  be  narrow  in  the  shoulders  “zarafat 

başa düşməyən”; to gild refined gold “boş yerə çalışmaq”; to stick like a leech “zəli kimi yapışmaq”; 

broad shoulders “enli kürək”; more or less “qismən”, “müəyyən dərəcədə”; out of the frying pan into 

the fire “yağışdan çıxıb yağmura düşmək”. 

Frazeoloji bitişmələr bədiilik və məcazilik baxımından qismən frazeoloji birikmələrə bənzəyirlər. 

Frazeoloji bitişmələri başa düşmək üçün onun komponentlərini məcazi mənada dərk etmək lazımdır. 

Məsələn:  make  a  mountain  out  of  a  molehill  frazeologizmi  “qarışqadan  fil  düzəltmək”  (bir  şeyi  çox 

şişirtmək)  mənasını  verir.  Burada  molehill  sözü  “çox  kiçik”  mənasında,  mountain  sözü  isə  “çox 

böyük” mənasında dərk edilir.  

Frazeoloji  bitişmələr  omonim  ola  bilər,  yəni  onlar  həm  həqiqi,  həm  də  məcazi  məna  ifadə  edə 

bilərlər. Məsələn: It was very tiresome as I had to swim against the current  cümləsinin tərcümsi belə 

olacaq:  Axının  əksinə  üzmək  çox  yorucu  idi.  Bu  cümlədə“to  swim  against  the  current”  birləşməsi 

“axının  əksinə  üzmək”  mənasını  verir.  Bu  birləşmənin  məcazi  mənası  isə  “bir  kəsə  qarşı  çıxmaq 

(getmək)”, “bir kəsin əksinə getmək”dir.  

Frazeoloji bitişmələrin də özünəməxsus xüsusiyyətləri var. Bunlar aşağıdakılardır: 

1. Bu birləşmələr yüksək bədiilik xüsusiyyətlərinə malikdir və onlar mövcud olan digər sabit söz 

birləşmələrinə  mənaca  uyğun  gəlir.  Məsələn:  to  throw  dust  into  smb`s  eyes,  to  be  narrow  in  the 

shoulders, to burn one’s fingers, to burn bridges.   

2. Frazeoloji bitişmələr komponentlərinin semantik xüsusiyyətlərini qoruyub saxlayır. Məsələn: 

to put a smoke in smb`s wheel. 

3.  Onlarda  emosionallıq  və  ifadəlilik  həlledici  rol  oynayır.  Məsələn:  to  throw  dust  into  smb`s 

eyes, to point the devil blacker than he is. 

4.  Bu  tip  birləşmələrin  komponentlərinin  yerini  dəyişmək  qeyri-mümkündür.  Məsələn:  to  hold 

one’s cards close to one’s chest. 

5. Frazeoloji bitişmələr sözlərin və yaxud söz birləşmələrinin sinonimi ola bilir. Məsələn: to gild 

refined gold = to paint the lily. 

Frazeoloji birləşmə. 

Bəzi  sabit  söz  birləşmələrinin  tərkibindəki  sözlərdən  biri  mütləq  öz  həqiqi  mənasında  işlənir,  o 

biri  söz  isə  ondan  asılı  vəziyyətdə  olur,    yəni  bu  tip  birləşmələrin  tərkibinə  həm  müstəqil,  həm  də 

frazeoloji məna daşıyan sözlər daxildir. Dilçilikdə bu cür sabit söz birləşmələri frazeoloji birləşmələr 

adlandırılır.  Məsələn:  a  bosom  friend  “ürək  dostu”;  to  frown  one’s  eyebrows  “qaşlarını  çatmaq”;  a 

Sisyphean  labour  “sizif  əməyi”;Adam's  apple“xirtdək”;  rack  one`s  brains  “baş  sındırmaq”;  to  pay 

attention to somebody “bir kəsə diqqət yetirmək”; Augean stables “avgin tövlələri”; Homeric laughter 

“homer gülüşü”; Achilles’ heel “axilles dabanı”.  

Frazeoloji birləşələrin aşağıdakı xüsusiyyətləri var: 

1.  Frazeoloji  birləşmələrin  kompoentlərindən  birini  dəyişmək  mümkündür.  Məsələn:  a  bosom 

friend “ürək dostu”, bosom buddy “yaxın yoldaş”. 

2.  Bu  birləşmələrin  əsas  tərəfini  onun  sinonimi  ilə  əvəz  etmək  olar.  Məsələn:  pitched  battle 

“amansız döyüş”, fierce battle “sərt döyüş”, “qızğın döyüş”. 

3.  Onların  komponentlərinin  yerini  dəyişmək  mümkündür.  Məsələn:  Sisyfean  labour  “sizif 

əməyi”, a labour of Sisyphus. 

 

 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə