Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə29/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   25   26   27   28   29   30   31   32   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

827



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu  söz  birinci  mənasında  İrəvan  və  Qarakilsədə,  lavəşə  variantında  isə  Lerik  və  Dərələyəz 

şivələrində  əkin  aləti  mənasında  işlənir.  Azərbaycan  dilinin  Qubadlı  və  Gəncə  şivələrində  lavaşa 

sözünün at nallayarkən istifadə olunan alət mənası da var. 

Qələm I is. – növ, çeşid. 

Qələm II is. – daş yonan alət. 

Qələm III is. – savad, bilik. 

Qərbi Azərbaycan şivələrində bu söz ağacın kəsilib əkilən şivi mənasında da işlənir (6, s.110). 

Naxçıvan  dialektinin  lüğət  tərkibində  sifətdən  ibarət  olan  omonimlər  isimdən  ibarət  olan 

omonimlərə nisbətən azlıq təşkil edir. Məsələn:  

Ütux' I sif. – bacarıqlı, zirək. 

Ütüx' II sif. – kələkbaz, hiyləgər. 

Ütüx'  sözü  Agdam,  Laçın,  Cəbrayıl  şivələrində  də  diribaş,  bacarıqlı,  zirək  mənasında  işlənir. 

Azərbaycan dilinin digər dialekt və şivələrində isə bu sözün başqa mənalarına da rast gəlirik. Şamaxı 

dialektində  sırtıq,  həyasız;  İsmayıllı  şivələrində  xəsis;  Mingəçevir,  Kürdəmir,  Şəkidə  isə  tez  üşüyən, 

soyuğa davamı olmayan mənalarında işlənir (5, s.192). 

Nuzul I sif. – tənbəl. 

Nuzul II sif. – inadkar, tərs. 

Bu söz birinci mənasında dilimizin Zəngilan və Cəbrayıl şivələrində də işlənir. 

Oturuşmuş I sif. – dünyagörüşlü, təcrübəli. 

Oturuşmuş II sif. – odu sönmüş təndir. 

Naxçıvan dialektində bir qisim feillər də omonimləşir. Qeyd etmək lazımdır ki, burada feillərin 

omonimliyə meyli çox zəifdir. Çünki feillər omonimlikdən daha çox çoxmənalılığa meyl göstərir. Belə 

ki, onlar müxtəlif əşyaların bir-birinə bənzər hərəkətlərini icra edir.  

Ütməx' I f.– oğurlamaq. 

Ütməx' II f. – heç kimi saymamaq. 

Ütməx' III f. – heyvanın kəlləsini odda təmizləmək. 

Girrəməx' I f. – pis niyyətlə izləmək. 

Girrəməx' II f. – güzəranı yaxşı olmamaq, birtəhər yaşamaq. 

Bu  feilin  Azərbaycan  dilinin  Şəki  dialektində,  Kürdəmir,  Tovuz  şivələrində  dolandırmaq, 

yaşatmaq,  Quba  dialektində  təngə  gətirmək,  cana  gətirmək,  Qərbi  Azərbaycan  şivələrində  fürsət 

gözləmək,  başını  saxlamaq,  Zəngilan  və  Cəbrayıl  şivələrində  təqib  etmək,  əl  çəkməmək,  dalınca 

gəzmək (3, s.161) mənaları da var.  

Naxçıvan  dialektində  müxtəlif  nitq  hissələrinə  aid  olub,  bir-birindən  leksik  və  qrammatik 

mənalarına  görə  fərqlənən  omonimlər  də  vardır.  Burada  isim-sifət,  isim-feil,  sifət-feil  kimi  işlənən 

omonimlər əsasən aşağıdakılardır:  

Yuxa I is. – lavaş. 

Yuxa II sif. – ürəyiyumşaq. 

Bu  söz  eyni  fonetik  tərkibdə  I  sacda  bişirilən  lavaş,  II  nazik  mənalarında  Qərbi  Azərbaycan 

şivələrində də işlənir.  

Zelaf I is. – hər tərəfi sürtülmüş aşıq. 

Zelaf II sif. – həyasız, sırtıq. 

Maraqlıdır ki, Sərqi Abşeron şivələrində bu mənaların hər ikisini moça sözü ifadə edir (7, s.139). 

Səqqət I is. – uçurum. 

Səqqət II sif. – şikəst, əlil. 

Bu  leksem  Naxçıvanda,  Şərurda  ikinci  mənasında,  Culfa  şivələrində  isə  uçurum  mənasında 

işlənir.  Qərbi  Azərbaycan  şivələrində  də  bu  söz  şikəst,  əlil  mənalarında  işlənir.  Azərbaycan  dilinin 

Şamaxı dialektində isə bu sözə xəsis mənasında rast gəlirik (3, s.323). 

Zod I is. – gavahın. 

Zod II sif. – hirsli.    

Zod  sözü  gavahın  mənasında  Qazax  dialektində,  Gədəbəy,  Şəmkir,  Tərtər, Tovuz,  Gürcüstanın 

Borçalı  şivələrində  də  işlədilir.  Qərbi  Azərbaycan  şivələrində  isə  bu  söz  I  cütün  ucuna  əlavə  edilən 

dəmir, II tamamilə, büsbütün mənalarında işlənir (3, s.426). 

Omonimlər  tarixən  genetik  cəhətdən  müxtəlif  olan  iki  sözün  formaca  uyğunlaşması,  və  ya  bir 

sözün– çoxmənalı sözün iki müstəqil mənalı sözə ayrılması, başqa dillərdən söz alma yolu ilə yaransa 

da,  onları  müəyyənləşdirərkən  müxtəlif  tələblər  irəli  sürülməlidir.  “Ümumiyyətlə,  omonimlərin 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

828



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

mahiyyəti iki izomorf sözün arasında məna əlaqəsinin olması və ya olmaması ilə deyil, onların həmin 

dildə  danışanlar  tərəfindən  şəksiz-şübhəsiz  ayrı-ayrı  sözlər  kimi  dərk  edilməsi  və  mövcudluğu  ilə 

müəyyənləşir (2, s.10)”. 

Naxçıvan dialektinin lüğət tərkibindəki omonimləri araşdırarkən elə omonimlərə rast gəlirik ki, 

onlar həm ədəbi dildə, həm də şivələrdə işlənir: 

Tar I – çalğı aləti. 

Tar II – toyuğun gecələr yatmaq üçün üstünə çıxdığı ağac 

Bu  sözün  birinci  mənası  daha  çox  ədəbi  dildə,  ikinci  mənası  isə  şivələrdə  işlənir.  Azərbaycan 

dilinin dialekt və şivələrində bu sözün I arabanın yan tərəfindəki paralel üfüqi ağaclar; II dağda, təpədə 

küləyin bir yerə yığdığı qar yığını mənaları da vardır. 

Yel I – külək. 

Yel II – xəstəlik, revmatizm. 

Bu söz hər iki mənasında həm ədəbi dildə, həm də dialekt və şivələrimizdə işlənir. Hər hansı bir 

sözün  omonimliyini  müəyyən  etmək  üçün  onun  səslənmə  və  yazılış  eyniliyinə,  məna  müxtəlifliyinə, 

eyni və ya müxtəlif nitq hissələrinə aidliyinə diqqət yetirmək vacibdir. 



 

 

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ İNTENSİVLİK                             



MƏSƏLƏSİNİN QOYULUŞU 

 

Xəyalə MÜRSƏLİYEVA 

Sumqayıt Dövlət Universiteti 



murseliyeva.xeyale@mail.ru 

AZƏRBAYCAN 



 

“İntеnsivlik”  müаsir  linqvistikа  üçün  yеni  аnlаyış  dеyil.  Еlmi-nəzəri  ədəbiyyаtdа  dаhа 

çохеksprеssivlik  prоblеmlərindən  bəhs  оlunаrkən,  üslubiyyаtdа,  еmоsiоnаl  mətnlərdə,  nitqin 

prеdmеtini  səciyyələndirən  zаmаn,  qiymətləndirmə  prоsеsində  bir  sırа  dilçilik  tеrminləri  ilə 

qаrşılаşırıq: “intеnsivlər”, “intеnsivləşmə”, “intеnsivlik”, “əlаmətin intеnsivlik dərəcəsi” və s. 

İntеnsiv”  sözü  lüğətlərdə  gərgin,  qızğın  və  səmərəli  аnlаmlаrındа  işlədilir.  İntеnsivlik 

dеyəndə isə gərginlik, qızğınlıq, səmərəlilik аnlаyışlаrı bаşа düşülür. İntеnsivləşdirmə düzəltmə 

tеrminindən  isə  həyаtın  müхtəlif  sаhələrində:  məsələn,  təsərrüfаtın  intеnsivləşdirilməsi 

(səmərələşdirilməsi) və s. mənаlаrdа istifаdə оlunur [7, s.575]. 

Аzərbаycаn  dilinin  izаhlı  lüğətində  “intеnsiv”  sözünün  lаtın  mənşəli  (intеnsiо)оlduğu  və 

gərgin, güclü, qızğın mənаsındа işləndiyi qеydə аlınıb [6, s.559]. 

Аzərbаycаn  dilçiliyinə  dаir  “İzаhlı  dilçilik  tеrminləri”  lüğətində  “intеnsiv”  tеrminоlоji 

vаhidi hаqqındаkı lüğət məqаləsində dеyilir ki, intеnsiv-kökə nisbətən mənаnı şiddətləndirməyə 

хidmət еdən söz fоrmаsıdır. Məsələn:, şаir “şаn-şаn” yеrinə “şаnə-şаnə” işlətməklə intеnsivlik 

yаrаdır:  Bаğrım  оlur  şаnə-şаnə,  durnаlаr!  [8,  s.236]  Hаbеlə,  görməzə-bilməzə  (görməz-bilməz 

yеrinə): gur-gur guruldаmаq (“guruldаmаq” yеrinə). Əzim-əzim əzmək (“əzmək” yеrinə).  

Türkоlоgiyаdа  və  Аzərbаycаn  dilçiliyində  intеnsivlik  kаtеqоriyаsı  dахilində  bəzi  dil 

fаktlаrının,  dil  hаdisələrinin  tədqiqi  səthi  və  bəsit  хаrаktеr  dаşımаqdаdır.  Nitq  hissələrindən-

isimdən,  sifətdən,  fеildən,  zərfdən,  bəzi  köməkçi  nitq  hissələrindən,  həmçinin  də  sintаktik 

fоrmаlаrdаn  dаnışаn  müəlliflər  “çəkinə-çəkinə”  dildə  gücləndiricilik  vаsitələrindən  də  bəhs 

еtmişlər.  Dеmək  оlаr  ki,  bu  mövzudа  dərin  еlmi-tədqiqаt  işi  аpаrılmаmışdır.  Müqаyisə 

dərəcələrinin  аyrı-аyrı  dərslik  və  qrаmmаtikа  kitаblаrındа  müхtəlif  şəkildə  izаhı  nəzərə 

аlınmаzsа,  müаsir  türk  dillərində  həmin  məsələ  хüsusi  еlmi-tədqiqаt  оbyеkti  оlmаmış  və  bu 

mövzunun tаm həllini vеrə bilən mükəmməl bir əsər yаzılmаmışdır. 

 Sintаktik  intеnsivliyin  bəzi  хüsusiyyətlərinə  Е.Həsənоvаnın  tədqiqаtlarındа  rast  gəlmək 

olur  [2].  O,  ardıcıl  tаbеlilik  əsаsındа  qurulmuş  ÇKMC  (Çox  Komponentli  Mürəkkəb  Cümlə) 

növlərinin çох intеnsiv işlənən struktur tip mоdеllərini müəyyənləşdirmişdir. 

Yaşar  Məmmədli  intensivliklə  bağlı  iki  məqalə  yazmışdır,  birinci  məqalə  “İntensivlik  və 

canlı  danışıqda  psixoloji-affektiv  amil”,  ikinci  məqalə  isə  “Dil  vahidinin  praqmatik  funksiyası 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə