IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
831
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
3.Mətn üzvlənməsində kompozisiya və fikrin, mənanın qarşılıqlı əlaqəsi, münasibəti.
4.Struktur əlaqəlilik nöqteyi -nəzərindən mətndəki abzasların təhlili. Mətndə substitusiya,
referensiya və təkrarlar.
5.Semantik əlaqəlilik (koqerentlik) baxımdan mətnin abzaslarının təhlili. Abzasın mikrotema ilə
qarşılıqlı münasibəti. Abzasın ümumi temasının təyini.
6.Mətn komponentlərinin struktur realizasiyası. Nüvə modelin qurulması, hərəkət prosesində əks
olunan statik, dinamik nöqteyi-nəzərdən xarakterstikası. Nitqin funksional tiplərinin təyini (təsvir,
nəqli, mühakimə (düşüncə, fikir).
7. Dialoq vahidlərinin struktur və praqmatik marker (iştirakçıların danışığı, zaman, yer, danışığın
predmeti) nöqteyi-nəzərindən təhlili.
8. Dialoq replikalarının struktur və praqmatik təhlili. Distrubutiv (dil vahidlərinin paylanmasına
söykənən metod) modelin qurulması. Mətn cümlələrinin kommunikativ tiplərinin təyini ( nəqli, sual,
əmr).
9. Nitq aktı tiplərinin təyini, söyləmin illokutiv gücu. Söyləmin praqmatik modelinin qurulması.
Praqmatik modellə qrammatik modelin qarşılıqlı münasiəti. Vasitəli (dolayı) nitq aktının dərəcəsinin
təyini.
10. Mətnin struktur-semantik modelinin qurulması (Mətn vahidləri və onların kommunikativ
mahiyyəti, səciyyəsi, iyerarxik münasibətlər, mikrotemada mərkəzi, periferik və modal
münasibətlərin-dolğunluq dərəcəsinin təyini).
11. Mətndə nitq aktı distrubutiv zəncirin mətndə təqdimi, iyerarxiyanın, qarşılıqlı münasibətlərin
üzə çıxması. Mətnin mikro və mikrostrunun praqmatik tərəfi.
12. Mətnin informativ planı.
13. Mətnin ideya planı.
14. Mətnin praqmatik potensialı.
15. Mətn nitq yaradıcılığı vahidi kimi (makronitq aktı)
Bütövlük (əlaqəlilik, inteqrativlik, koqerentlik)- mətnin qlobal kateqoriyasıdır, bu, dilçilər
tərəfindən yekdilliklə qəbul edilmiş, bu ad altında müxtəlif terminlərdən istifadə edilmişdir.
İnteqrativlik-bu mətnin keyfiyyət sistemidir, mətn strukturunun bütün elementlərini oriyentasiya
edir, mətnin məzmun planını təmsil edir, müəllif intensiyasını təşkil edir, onun konkret məqsəd və
motivlərini ifadə edir.
Koqerentlik mətndə əlaqələrin birliyidir. Səbəb, zaman, məkan və başqa linqvistik əlaqələrin
fonunda mətnin əsasını təşkil edən məzmun-semantik və koqnitiv struktur vahiddir. Mətndə semantik
koqerensiya tematik inkişaf (propozisiya)-makrostruktur-semantik əlaqələr ardıcıllığı anlam konseptilə
birləşən münasibətlər şəbəkəsini yaradır.
Mətnə inteqrativ yanaşmanın özünəməxsus nəzəri əsasları vardır. Həmin nəzəri əsaslar obyektiv
zamanla əlaqələnir. Mətndə zaman, məkan mənaları ayrı-ayrılıqda inteqrasiya olunur.
N.S.Bolotnova qeyd edir ki, «mətndə bir-biri ilə münasibətdə, əlaqədə olan vahidlər bunlardır, bu
ardıcıllıqdır: inteqrasiya-koqeziya-əlaqəlilik-retrospeksiya-prospeksiya».
İ.V.Blauberq mətnin struktur-semantik bütövlüyünün olmasını sistemlilmklə əlaqələndirir.
Sistemlilik mətnin məntiqi-semantik bütövlüyünü təmin edən əsas cəhətlərdəndir.
İnteqrativlik mətnin nəzəriyyəsidir, onun bütövlüyüdür. İnteqrativlik- mətndə bütövlük prosesinin
yaranması əlaqələrinin bir-birinə təsirinin nəticəsi olaraq meydana çıxır.
İnteqrativliyin mümkün olan müxtəlif tipləri mətndə müxtəlif janr-üslub oriyentasiyasına
malikdir, bu məsələlər linqvistikada hələ geniş öyrənilməyib. İnteqrativliyin psixolinqvistik təbiəti
kommunikantın nitqdə fikir, məna yaratma aktivliyi ilə əlaqədardır. Bu baxımdan bütövlük
inteqrativliyin özündə, onun elementlərində və əsas əlaqədə özünü bir daha təsdiqləyir.
İnteqrativlik mətnin bütün elementlərini sintez edir, mətnin məzmun planını həyata keçirir, onu
müəllif intensiyası ilə uyğunlaşdırır.
Beləliklə, mətnin inteqrativ təhlili- təbii olaraq nəzəri materialın mükəmməl mənimsənilməsini
təmin edir, problemin təhlil olunacaq mərhələlərini nəzəri cəhətdən şərh və ifadə edir.
Mətnin bütövlüyü anlayışı koqeziya və inteqrasiyanın birliyindən asılıdır. Koqeziya-xəttidir,
inteqrasiya-vertikal. İnteqrasiya prosesi mətnin bütövlüyünü təmin edir. Və həlledici, tamamlayıcı rol
oynayır. Bütövlük- əlaqəlilik, inteqrativlik və koqerentlikdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
832
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Beləliklə, inteqrasiyanın (bitkinlik) mürəkkəb sintaktik bütövlərin təşkilində əhəmiyyətli rolu
mövcuddur. İnteqrasiyanın köməyi ilə mətnin ayrı-ayrı komponentləri birləşərək tamamlanır, struktur-
semantik cəhətdən bütövləşir. Mətnin bütövlüyü dedikdə, onun həm qrammatik, həm də semantik-
məntiqi tamlığı nəzərdə tutulur. Mətnin məntiqi-semantik bütövlüyü əsas sayılır və inteqrasiya məhz
mətnin semantik baxımdan birliyini təmin elmiş olur.
ZƏRİFƏ BUDAQOVANIN TƏRZ KATEQORİYASI
HAQQINDA FİKİRLƏRİ
Mətanət MEHDİYEVA
Sumqayıt Dövlət Universiteti
mehtiyeva_m@mail.ru
AZƏRBAYCAN
Dilçi-türkoloqlar arasında feilin tərzləri haqqında müxtəlif fikirlər söylənilmişdir. Bir qrup
dilçilər tərz kateqoriyası anlayışı altında, əsas etibarilə iş, hal və hərəkətin təkrar olunması, sürəkliliyi,
davamlılığı, birdəfəliliyi, iş və hərəkətin hala çevrilməsi, hərəkətin istiqamətləri və s. kimi mənalarını
ifadə etdiyini söyləmişlər. İkinci qrup dilçi-türkoloqların fikrincə, tərzlərlə əsasən, rus dilində olduğu
kimi iş, hal və hərəkətin bitməsi, bitməməsi və başlanması ifadə edilir. Onlar feilin tərzində feilin
zamanının da olduğunu qeyd edirlər. Çünki türk qrupuna daxil olan dillərdə iş, hal və hərəkətin bitib-
bitməməsi, əsasən, feilin zamanlarında ifadə olunur.
Azərbaycan dilçiliyində feilin tərz kateqoriyasından ilk dəfə olaraq M. Xəlifəzadə bəhs etmişdir.
M.Xəlifəzadə yazır ki, feildə hal və hərəkətin icra vəziyyətini bildirən cəhətlərə feilin tərzləri deyilir.
Professor Buludxan Xəlilov qeyd edir ki, M. Xəlifəzadə tərz kateqoriyasını düzgün
müəyyənləşdirməmişdir. O, əslində tərz kateqoriyası ilə feilin zamanlarını və formalarını
qarışdırmışdır. Müəllif müasir Azərbaycan dilində tərz kateqoriyasının 3 qaydada əmələ gəlməsini
qeyd etmişdir.
Sintaktik üsulla
Ortaqlı şəkilçilərlə
Xüsusi şəkilçilərlə
Azərbaycan dilçiliyində feilin tərz kateqoriyası haqqında öz tutarlı , elmi fikirləri ilə diqqət çəkən
alim Zərifə Budaqovadır. Onun 1953-cü ildə Moskvada “Müasir Azərbaycan dilində tərz kateqoriyası”
mövzusunda namizədlik dissertasiyası əyani sübutdur. Alim feilin tərz kateqoriyasına həsr olunmuş
Alma-Ata müşavirəsində də fikir ayrılığı olduğunu qeyd edir. Müəllif bildirir ki, müşavirənin bəzi
iştirakçıları rus dilində olduğu kimi, türk dillərində bitmiş və bitməmiş növlərin olduğunu qəbul edir
və bunların feili bağlama formasında olan əsas feillə birləşərək ifadə edildiyini göstərirlər.
Dilçi-alim qeyd edir ki, türk dillərində ,o cümlədən, Azərbaycan dilində feilin tərzləri,adətən,
analitik üsulla ifadə olunur. Tərz birləşmələrinin tərkibində olan feili bağlama tərz birləşməsinin şərti
olaraq “əsas feili” , təsriflənən feil tərzləri köməkçi feil adlanır. Tərz birləşməsi tərkibində əsas feil
həmişə köməkçi feildən qabaq gəlir.
Azərbaycan dilindəki bütün feili bağlamalar tərz birləşmələrinin tərkibinə daxil ola bilmir.
Əsasən –ıb
4
//-yıb
4
, -araq
2
//-yaraq
2
, -a//ə;ya//-yə. Müəllif –ib
4
//-yıb
4
şəkilçili feili bağlamaların özündən
sonra gələn feildə olunan işdən qabaq, -araq
2
//-yaraq
2
,- a//-ə; -ya// -yə şəkilçili feili bağlamaların isə
özündən sonra gələn feildəki işlə eyni vaxtda icra olunan işi göstərdiyini də qeyd edir.
Tərz kateqoriyasında diqqəti çəkən cəhətlərdən biri də odur ki, tərz birləşməsi tərkibində mühüm
əhəmiyyətə malik olan ünsürlərdən biri də durmaq, qurtarmaq,qalmaq, getmək, gəlmək, çatmaq,
yetişmək və çıxmaq feilləri tərzləri ifadə edən köməkçi feillərdən hesab olunur. Bu köməkçi feillərin
hər biri ayrılıqda müstəqil mənaya malikdir. Tərz birləşmələri tərkibində isə onların bəzisi öz həqiqi
mənasını itirərək , qrammatik ünsürə çevrilir.
Zərifə Budaqova köməkçi feilləri işin müxtəlif tərzini ifadə etməsinə görə aşağıdakı qruplara
ayrıldığını qeyd edir:
1.işin davamlılığını və ya sürəkliliyini ifadə edən: durmaq ( baxıb durmaq, gözləyib durmaq )