IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
837
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Heydər Əliyev diqqəti məsələyə cəlb etmək üçün vəziyyəti quru rəqəmlər, texniki hesabat
xarakterli mülahizələrlə deyil, olduqca səmimi sözlərlə təsvir edir. O, bir qayda olaraq, xalq arasında
deyildiyi kimi “özündən danışır “. Onun nitqində yazı dilinin yorucu təsiri yoxdur.
Nizami Xudiyev qeyd etmişdir ki, Heydər Əliyevin nitqində emosional məqamların meydana
çıxması aşağıdakı şərtlərdən irəli gəlir:
1) natiqin bir azərbaycanlı- şərqli olaraq xarakterindəki emosionallıq təzahürlərindən;
2) Heydər Əliyevin şəxsi-fərdi psixologiyasından;
3) dövrün, zamanın mürəkkəbliyi, ictimai-siyasi hadisələrin əsəbləri daim gərgin saxlaması,
gözlənilməz halların meydana çıxması və s.-dən.
Heydər Əliyev nitqinin emotiv intonasiyası çox zəngindir, lakin qısa müddət ərzində
Azərbaycana “rəhbərlik etmiş “ bəzi “başçı”lardan fərqli olaraq, həmin emotiv zənginliyi böyük ağıl,
məntiq, idrak idarə edir. Onun nitqi haqqında belə deyirlər:”Onun nitqində intelektual təməli olmayan
emosiya, demək olar ki, yoxdur.”
Ümumiyyətlə, hər bir natiq-istər qüdrətli, istər orta səviyyəli, istərsə də zəif olsun-öz nitqində
aşağıdakı üç aktı nümayiş etdirir:
informasiya;
məntiq;
emosiya;
Heydər Əliyevdə bunların üçünü də müşahidə etmək olar. O, hər bir ideoloq, həm də bir natiq
kimi zəngin informasiyaya əsaslanır, yəni həmin informasiya ilə silahlanaraq mənsub olduğu xalqın,
rəhbərlik etdiyi dövlətin mənafeyini müdafiə edir. Onun verdiyi informasiya o qədər zəngin olur ki, bu
və ya digər sahəyə rəhbərlik edən mütəxəssisin verdiyi məlumatlarda nəyin doğru, nəyin yalan, nəyin
isə qeyri-dəqiq olduğunu dərhal müəyyən edə bilir.
O,düşünərək danışır, sanki bütün varlığı, düşüncəsi, emosiyası və daxili inamı ilə danışır. Nizami
Gəncəvi bunu daha gözəl işıqlandırmışdı :
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə!
M.T.Siseron yazır : ”...Ancaq müdrik adam həqiqi natiq ola bilər. Filosof natiqdən aşağı
səviyyədə durur. Çünki hər filosof natiq ola bilmir, natiq isə filosofların öyrətdiyi bütün bilikləri əxz
etməyi bacarır.” Natiq düşünüb danışaraq, ətrafdakı insanları da düşündürməyə çalışmalıdır. Natiqin
nitqi yorucu olmamalıdır, əks halda bu dinləyicini yora bilər. Heydər Əliyev bunu nitqində nəzərə
alırdı. O, öz fikrini, ideyasını yüksək inamla insanlara aşılayırdı. Heydər Əliyevin mimikası,
pantomimikası, intonasiyası onun nitqinin təsir gücünü artırır. Onun nitqi hər zaman xalqını, dövlətini
doğru yola, parlaq gələcəyə səsləmişdir.
Natiqlik sənətinin yarandığı dövrdən indiyədək adını tarixlərə yazdıran Aristotel, Demosfen, Sise
ron, Yuli Sezar kimi natiqlər vardır ki, bu gün də onların adı görkəmli natiqlər sırasında çəkilir. Heydər
Əliyev də şərq natiqləri içərisində birinci hesab oluna bilər. Əminliklə demək olar ki, Azərbaycanda və
yaxın Şərqdə siyasi natiqliyin ən nüfuzlu nümayəndəsi məhz ulu öndər Heydər Əliyevdir.
ZƏRF HAQQINDA MÜLAHİZƏLƏR
Qoşqar ƏMRAHOV
Sumqayıt Dövlət Universiteti
sdu.qrup.974@hotmail.com
AZƏRBAYCAN
Bəzi türkoloqlar belə fərz edirlər ki, qədim türk dilində sifət olmamışdır. Lakin qədim türk yazılı
abidələrində kifayət qədər əlamət bildirən sözlərin olması buna əsas verir ki, sifət türk dillərində çox
qədim tarixə malikdir. Misal olaraq Göytürk yazılı abidələrində kağıt – bərk, adgü –yaxşı, suçik –
şırın, yablak – pis ; Qədim Uyğur dilində yaş – təzə, yeg-yaxşı, tovrağ – cəld; “Orxon Yenisey”
yazılarında edgü- yaxşı, kara – qara, kök – göy kimi əlamət bildirən sözləri qeyd etmək olar. Əlisa
Şükürlü bu cür sözləri əsli sifətlər adlandırmışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
838
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Tarixən sifətlərin daha çox əşyaya aid olmasına baxmayaraq, zaman keçdikcə, danışıq dilinin
formalaşması nəticəsində əsli sifətlər əşyanın əlaməti ilə bərabər hərəkətin də əlamətini bildirmişlər.
Məs: Ağıllı düşmən nadan dostdan yaxşıdır. Rəsm əsəri çox gözəl işlənib. Birinci nümunədə əlamət
əşyaya, ikincidə isə hərəkətə aid olmuşdur. Lakin sonralar hərəkətin əlamətini bildirən sözlər zərf
adlandırılmışdır. Halbuki, F.Zeynalov, C. Cəfərov, A.Həsənov kimi dilçi alimlər qeyd edirlər ki, “bir
söz yalnız bir nitq hissəsinə aiddir.” Əgər bir söz yalnız bir nitq hissəsi olursa, bəs nəyə görə biz
əlamət bildirən əsli sifətləri hərəkətə aid olduqda zərf adlandırırıq? Deməli, yuxarıda adlarını
çəkdiyimiz alimlərin fikrinə əsasən, əslində, sifətlər 3 yerə bölünə bilər. 1) əşyanın əlamətini bildirən
sifətlər 2) hərəkətin əlamətini bildirən sifətlər 3) həm hərəkətə, həm də əşyaya aid olan sifətlər.
Mübahisəli hesab oluna bilən həm hərəkətə, həm də əşyaya aid olan sifətlərə nəzər yetirək. Bərk
maddə, möhkəm hasar, yaxşı şagird, şirin nağıl, acı söz, cəld hərəkət, ac uşaq, hündür bina və s.
Gördüyümüz kimi, bu söz birləşmələrində əlamət əşyaya aid edilmişdir. Bərk (möhkəm) dayanmaq,
yaxşı oxumaq, şirin (acı) danışmaq, cəld qaçmaq, ac (tox) gəzmək, hündür (alçaq) görünmək və
s.nümunələrdə isə əlamət hərəkətə aid edilir.
Ikinci məsələ isə, bizim düzəltmə zərf adlandırdığımız –ca,-cə, -la, -lə, -akı,
-əki, -ən, -anə, - yanə şəkilçilərinin köməyi ilə yaranan sözlərdir. məs: rusca, cəsarətlə, çəpəki,
daxilən, şairanə və s. Şəkilçilərin təhlilinə nəzər yetirsək görərik ki, əslində,
-ca qüvvətləndirici ədat, -la
2
ilə qoşmasının şəkilçiləşmiş variantı (qeyd etmək lazımdır ki, ilə
protürk dövründə əsli qoşma kimi “birla” adlandırılırdı), -akı
2
tarixən qoşmanın yönəlmə, istiqamət
mənası bildirən növü, -an
2
şəkilçisi ədatın qüvvətləndirmə məna növü, sonuncu -anə, - yanə şəkilçiləri
isə bənzətmə qoşmasıdır. Dilimizdə belə bir qayda mövcud deyil ki, iki nitq hissəsinin birləşməsindən
bir düzəltmə söz yaransın. İki sözün birləşməsindən ya mürəkkəb söz, ya da söz birləşməsi yarana
bilər. Belə olduğu halda niyə bu cür sözləri düzəltmə zərf adlandırırıq? Bundan əlavə “indi” sözü də
Y. Balasaqunlunun “Qutadqu bilik” əsərində ədat funksiyasını yerinə yetirmişdir. Beləliklə, əsli zərf
adlandırılan sözlərin tarixini, mənşəyini araşdırdıqda onların başqa nitq hissələrindən “oğurlandığının”
şahidi oluruq.
Kiçik araşdırmanın nəticəsi olaraq bizdə bir sual yaranır. Əgər dilimizdə sadə zərf
adlandırdığımız sözlər əslən sifətdirsə, bu sözlərin mənşəyini araşdırarkən onların əslində başqa nitq
hissəsi ola bilmə ehtimalı daha yüksəkdirsə və zərf düzəldən şəkilçilər köməkçi nitq hissələrinin
şəkilçiləşmiş variantıdırsa, görəsən, əsas nitq hissəsi kimi zərfə ehtiyac varmı?
QƏDİM TÜRK YAZILI ABİDƏLƏRİNDƏ BƏZİ ARXAİZMLƏRİN
ORTA ƏSR ABİDƏLƏRİNDƏ VƏ MÜASİR DİLDƏ TƏZAHÜRÜ
Nəsib ƏLİZADƏ
Sumqayıt Dövlət Universiteti
sdu.qrup.974@hotmail.com
AZƏRBAYCAN
Hər bir dilin inkişaf prosesini öyrənərkən arxaik sözləri bu inkişaf prosesindən kənarda təsəvvür
etmək qeyri-mümkündür. Çünki dildə həm lüğəvi, həm də fonetik arxaizmlərin yaranmasına səbəb
dilin lüğət tərkibinin yenilənməsidir. Hər bir dövr üçün istər dilin öz imkanları hesabına, istərsə də
alınma sözlər hesabına dilə gələn yeni sözlər- neologizmlər zaman keçdikcə ya dilin aktiv lüğət
fonduna keçərək ümumişlək sözə çevrilir, ya da passiv fondda köhnəlmiş söz şəklində qalır. Bu
sözlərin dildə işləkliyini itirməsinə səbəb isə müəyyən iqtisadi, mədəni, siyasi təsirlərdir. Arxaizmlər
lüğəvi (leksik, semantik) və fonetik olmaqla 2 yerə ayrılır.
Əşya və hadisənin adını başqa bir söz əvəz edirsə, qeyri fəal fonda keçmiş söz leksik arxaizm
adlanır məsələn:yapı abidələrdə qabaq ,üz,oğuznamələrdə tikintianlamında,öz köhnə mənasını itirərək
yeni məna ifadə edən arxaizmlər semantik arxaizmlər adlanır:məs. yazı, fonetik arxaizmlər isə bir səs
fərqi ilə fərqlənən arxaizmlərdir : adak-ayaq