IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
841
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
-geoonomastikal – elmi fakta geoonomastika metodu ilə yanaşma tərzi.
Geoonomastika areal onomastika, dialektologiya, kartoqrafiya, əhali genetikası, demoqrafiya,
etnoqrafiya, tarixi coğrafiya, antropologiya və s. bu kimi elm sahələri ilə bir çox ortaq cəhətlərə
malikdir və bu sahələrin tədqiqat üsullarına tez-tez müraciət etməli olur. Geonomastikada ad xəritələri,
yaxud onomastik xəritələr də xüsusi yer tutur. Onomastik xəritələr adların məkani paylanmasını əks
etdirən coğrafi vəsaitlərdir. Onomastik xəritələr 3 əsas məqsədə əsaslanır: 1) xüsusi bir ərazi haqqında
onomastik informasiyaları təmin edir; 2) adların paralelliyi və məkanı haqqında informasiyalar verir;
3) iki və daha çox xəritə arasında ad paralellərinin müqayisəsi üçün istifadə olunur.
Nəticə olaraq onu qeyd etmək istərdik ki, xüsusi adlar səviyyəsində aparılan statistik analizlər
insan coğrafiyasının, dilin və mədəniyyətin öyrənilməsindən ötrü alternativ metodlar nümayiş etdirir.
Bu tezisdə irəli sürülən müddəalar adların bu sahədə malik olduğu informativ imkanlardan
məqsədyönlü şəkildə istifadə baxımından faydalı ola bilər.
GENDER FƏRQLƏRİNİN DİLDƏ İFADƏSİ
Anar FƏRƏCOV
Bakı Dövlət Universiteti
anarf-v@box.az
AZƏRBAYCAN
Məlum olduğu kimi, XX əsrin ikinci yarısında dilçiliyə gender anlayışı daxil oldu. Gender dilçil-
iyi inkişaf etməkdədir. Bu sahədə ilk tədqiqatlar alman və roman dil qrupları əsasında aparılmaqla
dilin kişilik və qadınlıq xüsusiyyətləri üzə çıxarıldı. SSRİ məkanında ilk dəfə olaraq bu sahədə
tədqiqatlar 80-cı illərin axırı, 90-cı illərin əvvəlində rast gəlmişdir. Gender dilçiliyi dilçilikdə elə bir
sahədir ki, burada müxtəlif dilçilik sahələrinə müraciət etməklə maraqlı nəticələr əldə etmək olar.
XX əsrin 60-70-ci illərində femenist dilçiliyin yaranması ilə gender tədqiqatları geniş vüsət aldı.
Bu barədə dünya dilçiliyində maraqlı əsərlər yazıldı, kişi və qadın “dili”nin müəyyən xüsusiyyətlərini
ortaya qoydular. Bu dilçilərdən C.Qremel-Plestini, L.Puşuni, E.Qroşkonu, A.Nilseni, R.Lakoffu və b.
göstərmək olar.
Femenist dilçiliyində iki istiqamət fərqləndirilir. Birinci istiqamətin nümayəndələri dünyan
dillərində qadın obrazının alçaldılması faktları öyrənilir. Onların fikrincə dünyada bütün dəyərlər kişi
gözü ilə ölçülür. Məhz bu cəhətə görə dünyanın bütün dilləri “kişi” dili adlandırılır. Dildə hətta qadın
obrazı belə neqativ qiymətləndirilir. Onlar üçün əsas istiqamət dilin leksikasıdır. E.Qoroşko öz
əsərində qeyd edir ki, bir çox Avropa dillərində qadın obrazına çox vaxt mənfi xüsusiyyətlər aid
edilirdi ki, bu da frazeologiyada öz əksini tapıb. O.Kolosovun fikrincə mənfi xarakterizələr belə
qiymətləndiriləndə qadına aid xarakterlərdən istifadə olunur. A.P.Nilsen öz əsərində qeyd edir ki, çox
vaxt kişi cinsi ilə bağlı olan söz nüfuz statusu daşıyır. Bu səbəbdən onların əsasında mürəkkəb sözlər
və söz birləşmələri (Brotherhood, spokesman və s.) yaranıb. Tədqiatçının qeyd etdiyi kimi, müvafiq
sözlərin işlədilməsi bəzi vaxtlar qadınları siyasət, idman, təhsil və s. sahələrdən kənarlaşdıraraq
məhdudlaşdırmışdır. Feminist linqvistikasının nümayəndələri belə düşünürdülər ki, müasir cəmiyyətdə
gender bölgüsü müəyyən edilib, bu zaman kişi yaradıcılıqla məşğul olur, qadın isə ev işləri, uşaqların
tərbiyəsi ilə məşğul olur.
İkinci istiqamət diskurs adlanır. Burada cəmiyyətin dəyər və normalarından, şərtilikdən və sosial
praktikadan asılı olan sosial fəaliyyət formasıdır. Əsas tədqiqatlar nitq fəaliyyətinin qadın və kişi tərzi
arasındakı fərqi müəyyən edir. Belə hesab edirlər ki, kişi və qadın nitq tərzi, kişi və qadın partnyorun
deyilən fikrə reaksiyasını, onların seçim və korreksiyasını nəzərə almaq dərəcəsindən asılı olaraq
fərqlənirlər. Kişi daha çox öz fikrini irəli sürən və onun arxasınca gedən, qadın isə partnyorun fikrinə
doğru yönəlir.
Dildə gender tədqiqatları dil və cinslərin qarşılıqlı münasibətləri əsasında aparılmalı, cinslərin dil
davranışlarının xarakterik xüsusiyyətlərini təsvir etməlidir. Müasir dövrdə dilçilikdə gender
tədqiqatların aparılmasında üç cür yanaşma var:
1. Qadın və kişi dilinin sosial mahiyyətinin cəmiyyətdəki rolu
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
842
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
2. Nitq davranışının kişi və qadın tiplərinə uyğun psixolinqvistik mahiyyəti, xüsusən milli, etnik
xarakterlər
3. Cinslərin dil davranışındakı koqnitiv əsasları
Qadın və kişi dilinin sosial mahiyyəti dedikdə, ilk növbədə qadın və kişilərin cəmiyyətdə
tutduqları mövqeyi ilə izah olunmalıdır. Hər bir cəmiyyətdə cinslərə münasibət fərqlidir. Bu cür
müqayisəni müxtəlif dillər üzərində apara bilərik. Azərbaycanda da qadına münasibət fərqlidir. Qadın
və kişiyə bütün qanunlar bərabər şəraitdə fikirlərini ifadə etməyə, cəmiyyətdə müxtəlif vəzifələri
tutmağa imkan versə də, qadınlara sanki mənəvi bir qınaq mövcuddur. Bu artıq qanunlarla yox,
cəmiyyətin münasibətilə bağlıdır. Bu cəhətdən milli mentalitet və psixoloji təsirlər də böyük rol
oynayır. Deməli, xalq təfəkkürünün çox möhkəm mənəvi bağları cinslərin “dilləri”nə də təsir edir.
Bütün bunlara baxmayaraq, deyə bilərik ki, Azərbaycan xalqı qadına bir müqəddəs varlıq kimi
yanaşmış, onu həmişə uca tutmuşdur. Buna sübut olaraq göstərə bilərik ki, bir çox dastanlarımızda,
atalar sözlərimizdə qadına münasibət tamamilə fərqlidir, məsələn: Ana haqqı, tanrı haqqı, Ana vətən,
Ana dili, Cənnət anaların ayaqları altındadır və s.
F.Əlizadə də öz məqaləsində kişi və qadın “dili”nin fərqli xüsusiyyətlərini maraqlı faktlarlarla
ortaya qoymuşdur. O qeyd edir ki, kişilər nitqində rəsmi söhbətlərə, çox zaman lovğalı sərgüzəştlərə,
əyləncəli söhbətlərə, tostlara, təriflərə, andlara, şüarçılığa, adi və həmçinin qəzəbli anlarında söyüşlərə
meyilli olduğu halda, qadınlar adi vəziyyətdə ailə məişət, övlad haqqında söhbətlərə, qeybətə,
yamanlamalara, yalvarışlara, alqışa, qəzəbli halda isə qarğışa nifrətə bağlıdırlar.
Qadınların nitq davranışları haqqında çox maraqlı tədqiqatlar aparılmışdır. Bu barədə R.Lakoff
özünün “Dil və qadının yeri” əsərində geniş araşdırma aparmış və maraqlı xüsusiyyətlər ortaya
çıxartmışdır. Müəllifin fikrincə, kişilərin nitq davranışından fərqli olaraq, qadınların nitq davranışı
qətiyyətsiz, daha az aqressiv, daha çox humanistdir . Kişilər isə dialoq zamanı daha aqressivdilər.
Bu haqda olan tədqiqatları ümumiləşdirərək kişi və qadın “dili”inin aşağıdakı fərqli
xüsusiyyətlərini ortaya qoymaq olar:
1. Qadınlar çox vaxt kiçiltmə şəkilçilərinə müraciət edirlər;
2. Qadınlar üçün vasitəli nitq aktı xarakterikdir. Onlar çox vaxt nəzakət və yumşaltma
formalarından istifadə edirlər;
3. Nitq davranışında qadınlar hakim mövqe tutmurlar, onlar qulaq asmağı və həmsöhbətin
problemləri üzərində fikrini cəmləşdirməyi bacarırlar;
4. Qadınlar kişilərin istifadə etmədikləri sözləri işlədirlər (məsələn, mauve (məuv) «açıq çəhrayı-
bənövşəyi»;
5. Qadınlar daha çox «boş» qiymət bildirən sifətlərdən istifadə edirlər (sweet - şirin, divine -
ilahi, cute - ağıllı, hazırcavab, zirək, dan. xoş, qəşəng, məlahətli);
6. Qadınlar kişilərin təsdiq formalarını işlətdiyi yerdə sual formalarından istifadə edirlər;
7. Qadınlar daha çox tərəddüd, şübhə, inamsızlıq ifadə edən formaları işlədirlər (well, you know,
I guess, I thing - yaxşı, siz bilirsiniz ki, mən təxmin edirəm, mən güman edirəm);
8. Qadınlar daha çox qüvvətləndirici ədatlardan istifadə edirlər (so nice, very nice);
9. Qadınlar düzgün qrammatikadan istifadə edirlər.
10. Kişi və qadınlar danışıq zamanı özlərini müxtəlif cür aparır, söhbət prosesində dildən
müxtəlif cür istifadə edirlər. Bu cür tədqiqatlarda adətən danışığın əsas mövzusundan uzaqlaşmanın
sayı, bir mövzudan digərinə keçid, digər həmsöhbətə gözlənilmədən müraciət, həmsöhbətin sözünü
kəsmə və s. hesablanır.
Kişi və qadın “dili” haqqında çoxlu tədqiqatlar aparılsa da, hələ də müəyyənləşməmiş çoxlu
faktlar vardır. Gender görə dili araşdırmaq tək dili öyrənməklə yox, cinslərin sosial, psixoloji
xüsusiyyətlərini araşdırmaqla daha düzgün nəticələrə gəlmək olar.