Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   19   20   21   22   23   24   25   26   27

 55 

minməsindən  sonra  bir  il  ərzində  keçiriləcək.  Bundan  sonra  isə  Tərəflərin  üçdə 

biri, Komitə sədri və ya Baş Katib müraciət etdikdə toplanacaq.  

3 Tərəflərin Komitəsi özünün prosedur qaydalarını qəbul etməlidir.  



Maddə 68 – Prosedur  

1  Tərəflər  GREVİO  tərəfindən  tərtib  olunmuş  sorğu  anketi  əsasında  Avropa 

Şurasının Baş Katibinə GREVİO-nun nəzərdən keçirməsi üçün bu Konvensiyanın 

müddəalarının  icrası  ilə  bağlı  həyata  keçirilən  hüquqi  və  digər  tədbirlərlə  bağlı 

hesabat təqdim edəcək.  

2  GREVIO  1-ci  bəndə  uyğun  olaraq  təqdim  edilmiş  hesabatı  əlaqədar  Tərəfin 

nümayəndələri ilə nəzərdən keçirəcək.  

3 Növbəti qiymətləndirmə prosedurları GREVİO tərəfindən təyin olunan dövrlərə 

bölünməlidir.  Hər  dövrün  başlanğıcında  GREVİO  qiymətləndirmə  proedurunun 

əsaslanacağı xüsusi şərtləri seçərək sorğu anketi göndərməlidir.  

4  GREVIO  bu  monitorinq  prosedurunu  həyata  keçirmək  üçün  müvafiq  vasitələr 

müəyyən  etməlidir.  O,  xüsusilə  də  hər  qiymətləndirmə  dövrü  üçün  sorğu  anketi 

qəbul  edə  bilər  ki,  onun  əsasında  Tərəflər  tərəfindən  icra  proseduru 

qiymətləndirilmiş  olsun.  Tərəflər  bu  anketə  və  GREVİO  tərəfindən  göndərilən 

istinilən məlumat sorğularına cavab verməlidirlər.  

5 GREVIO Konvensiyanın icrası ilə bağlı qeyri-hökumət təşkilatları və vətəndaş 

cəmiyyəti,  o  cümlədən  insan  hüquqlarının  müdafiəsi  üzrə  milli  institutlardan  da 

məlumatlar ala bilər.   

6 GREVIO bu Konvensiyanın əhatə dairəsinə daxil olan sahələrdə digər regional 

və beynəlxalq sənəd və qurumlardan əldə edilən mövcud məlumatı lazımı şəkildə 

nəzərə almalıdır.  

7  Hər  qiymətləndirmə  dövrü  üçün  sorğu  anketi  qəbul  edərkən  GREVİO  bu 

Konvensiyanın  11-ci  Maddəsində  istinad  edildiyi  kimi,  tərəfdaş  Dövlətlərdəki 

mövcud məlumat toplanmalarını və araşdırmaları nəzərə almalıdır.  

8 GREVIO Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar Avropa Şurasının İnsan 

Hüquqları  üzrə  Komissarı,  Parlament  Assambleyası  və  müvafiq  ixtisaslaşmış,  o 

cümlədən beynəlxalq sənədlər çərçivəsində əsası qoyulmuş qurumlardan məlumat 

ala  bilər.  Bu  qurumlara  təqdim  edilən  şikayətlər  və  onların  nəticələri  GREVİO 

üçün əlçatan edilməlidir.  

9 Əldə edilən məlumatlar kifayət etmədikdə və ya 14-cü bənddə verilmiş hallarda 

GREVIO  milli  strukturlarla  birgə  və  müstəqil  milli  ekspertlərin  köməyi  ilə  ölkə 

səfərləri  təşkil  edə  bilər.  Bu  səfərlər  zamanı  müxtəlif sahələr  üzrə  mütəxəssislər 

GREVİO-ya yardım edə bilər.  

10  GREVIO  qiymətləndirmənin  əsaslandığı  müddəaların  həyata  keçirilməsi  ilə 

bağlı təhlili, o cümlədən əlaqədar Tərəfin müəyyən edilmiş problemləri necə həll 

etməsi  ilə  əlaqədar  təklifləri  əks  etdirən  hesabat  layihəsi  hazırlayacaq.  Hesabat 

layihəsi rəy verilməsi üçün qiymətləndirmənin aparıldığı Tərəfə təqdim ediləcək.  

Onun rəyləri hesabatı qəbul edərkən GREVİO tərəfindən nəzərə alınacaq.  




 56 

11  Əldə    edilən  bütün  məlumatlar  və  Tərəflərin  şərhləri  əsasında  GREVİO  bu 

Konvensiyanın  müddəalarının  həyata  keçirilməsi  ilə  bağlı  əlaqədar  Dövlət 

tərəfindən görülən tədbirlərlə bağlı hesabat və yekunları qəbul edəcək. Bu hesabat 

və  yekunlar  əlaqədar  Tərəfə  və  Tərəf  Komitəsinə  göndəriləcək.  GREVİO-nun 

hesabat  və  yekunları  qəbul  edildikdən  sonra  əlaqədar  Tərəfin  son  rəyləri  ilə 

birlikdə ictimaiyyətin diqqətinə çatdırılacaq.  

12 1-8-ci bəndlərdə nəzərdə tutulmuş qaydalara xələl yetirmədən Tərəf Komitəsi 

GREVİO-nun hesabat və yekunları əsasında bu Tərəfə ünvanlanmış a) GREVİO-

nun  yekunlarını  həyata  keçirmək  üçün  görülən  tədbirlər,  tələb  olunarsa  onların 

həyata keçirilməsi ilə bağlı məlumat təqdim etmək üçün tarixin müəyyən edilməsi 

ilə  bağlı  və  b)  bu  Konvensiyanın  düzgün  şəkildə  icrası  üçün  həmin  Tərəflə 

əməkdaşlığın genişləndirilməsinə yönəlmiş tövsiyələr qəbul edə bilər.   

13  GREVİO  Konvensiyanın  ciddi  pozuntu  hallarının  miqyas  və  ya  sayının 

qarşısını almaq və ya məhdudlaşdırmaq üçün təcili diqqət tələb edən problemlərin 

olduğu  vəziyyətləri  əks  etdirən  etibarlı  məlumat  alarsa,  qadınlara  qarşı  ciddi, 

kütləvi və ya davamlı zorakılıq hallarının qarşısını almaq üçün görülən tədbirlərlə 

bağlı xüsusi hesabatın təcili surətdə təqdim edilməsini tələb edə bilər.  

14 Əlaqədar  Tərəfin təqdim etdiyi,  o  cümlədən  ona məlum  olan hər hansı  digər 

məlumatı  nəzərə  alaraq  GREVİO  araşdırma  aparmaq  və  nəticələri  təcili  surətdə 

GREVİO-ya məruzə etmək üçün bir və ya bir neçə üzvünü təyin edə bilər. Tələb 

olunarsa  və  Tərəfin  razılığı  ilə  araşdırmaya  onun  ərazisinə  səfər  da  daxil  edilə 

bilər.  

15  14-cü  bənddə  istinad  edilmiş  araşdırmanın  nəticələrini  təhlil  etdikdən  sonra 

GREVİO  bu  nəticələri  rəy  və  tövsiyələrlə  birgə  əlaqədar  Tərəfə  və  müvafiq 

olarsa, Tərəf Komitəsi və Avropa Şurasının Nazirlər Komitəsinə təqdim etməlidir.  



Maddə 69 – Ümumi tövsiyələr  

GREVIO, müvafiq hallarda bu Konvensiyanın icrası üzrə ümumi tövsiyələr qəbul 

edə bilər.  

Maddə 70 – Monitorinqə parlamentlərin cəlb edilməsi  

1  Milli  parlamentlər  bu  Konvensiyanın  həyata  keçirilməsi  üçün  görülən 

tədbirlərin monitorinqində iştirak etmək üçün dəvət olunmalıdır.   

2 Tərəflər GREVİO-nun hesabatlarını milli parlamentlərinə təqdim etməlidirlər.  

3  Avropa  Şurasının  Parlament  Assambleyası  bu  Konvensiyasının  icrasını 

müntəzəm olaraq qiymətləndirməyə dəvət ediləcək.  



X Fəsil – Digər beynəlxalq sənədlərlə əlaqələr  

Maddə 71 – Digər beynəlxalq sənədlərlə əlaqələr  

1  Bu  Konvensiya  bu  Konvensiyaya  üzv  Dövlətlərin  qoşulduğu  və  ya  gələcəkdə 

qoşulacağı  digər  beynəlxalq  sənədlərdən  irəli  gələn  və  bu  Konvensiya  ilə 

tənzimlənən məsələlərlə bağlı müddəaları əks etdirən öhdəliklərə təsir etməyəcək.   

2  Bu  Konvensiyanın  Tərəfləri  onun  müddəalarını  tamamlamaq  və  ya 

gücləndirmək,  yaxud  onda  əks  olunan  prinsiplərin  tətbiqini  asanlaşdırmaq 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə