53
3 Əgər sazişin olması ilə bağlı şərti olaraq cinayət məsələləri, ekstradisiya və ya
bu Konvensiyaya Tərəf olan digər ölkə tərəfindən çıxarılmış qərarların icrası ilə
bağlı qarşılıqlı hüquqi yardım göstərən Tərəf belə yardımın göstərilməsi ilə bağlı
saziş bağlamadığı bir ölkədən müraciət alırsa, həmin Tərəf ölkə bu Konvensiyanı
cinayət məsələləri, ekstradisiya və ya digər Tərəf ölkə tərəfindən bu
Konvensiyada nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı çıxarılmış məhkəmə
qərarlarının icrası ilə bağlı qarşılıqlı hüquqi yardım göstərilməsi üçün hüquqi
baza hesab edə bilər.
4 Tərəflər müvafiq olduğu zaman, üçüncü Dövlətlərin mənfəəti üçün nəzərdə
tutulan inkişaf naminə yardım proqramlarında qadınlara qarşı zorakılıq və məişət
zorakılığının qarşısının alınması və bununla mübarizənin birləşdirilməsinə səylər
göstərməli və 18-ci Maddənin 5-ci bəndinin şərtlərinə uyğun olaraq
zərərçəkmişlərin müdafiəsini asanlaşdırmaq məqsədilə üçüncü Dövlətlərlə
ikitərəfli və çoxtərəfli sazişlər bağlamalıdırlar.
Maddə 63 – Risk altında olan şəxslərlə bağlı tədbirlər
Əlində olan məlumat əsasında hər hansı bir Tərəf bir şəxsin başqa Dövlətin
ərazisində Konvensiyanın 36, 37, 38 və 39-cu Maddələrində istinad edilən hər
hansı zorakılıq aktına məruz qalma təhlükəsi altında olduğuna inanarsa, məlumata
malik olan Tərəfin müvafiq müdafiə tədbirlərinin görülməsini təmin etməklə bu
məlumatı sonuncuya ötürməsi tələb olunur. Mümkün olarsa, bu məlumatlara
təhlükədə olan şəxsin mənafeyi naminə istifadə oluna biləcək mövcud müdafiə
qanunları haqqında təfərrüatlar da daxil edilməlidir.
Maddə 64 – Məlumat
1 Sorğu edilən Tərəf sorğu göndərən Tərəfi dərhal bu fəsil çərçivəsində görülmüş
tədbirlərin yekun nəticələri haqqında məlumatlandırmalıdır. Sorğu edilən Tərəf
həmçinin sorğu göndərən Tərəfə nəzərdə tutulan tədbirin həyata keçirilməsini
mümkünsüz edən və ya əhəmiyyətli şəkildə gecikməsinə səbəb olan şərtlər
haqqında da məlumat verməlidir.
2 Tərəf, daxili qanunvericiliyi çərçivəsində əvvəlcədən tələb olmadan öz
araşdırmaları nəticəsində əldə etdiyi məlumatları, bu məlumatların açıqlanmasının
Konvensiyanın müəyyən etdiyi zorakılıq əməllərinin qarşısının alınmasında və ya
bu cür cinayət əməlləri ilə əlaqədar istintaq və məhkəmə proseslərinin
başladılması, yaxud həyata keçirilməsində məlumatı qəbul edən Tərəfə kömək
edəcəyi, və ya bu fəsil çərçivəsində həmin Dövlət tərəfindən əməkdaşlıq tələbinə
gətirib çıxaracağı hesab edildikdə, digər Tərəfə ötürə bilər.
3 2-ci paraqrafa uyğun olaraq məlumat qəbul edən hər hansı bir Tərəf bu cür
məlumatı məhkəmə araşdırmalarında, yaxud müvafiq mülki və cinayət
proseslərində nəzərə alına bilməsi məqsədilə əlaqədar orqanlara təqdim etməlidir.
Maddə 65 – Məlumatların qorunması
Şəxsi məlumatlar Konvensiya çərçivəsində Tərəflərin Şəxsi məlumatların
avtomatik emalı baxımından şəxslərin müdafiəsi (ETS No 108) üzrə götürdükləri
öhdəliklər əsasında saxlanılır və istifadə olunur.
54
Fəsil IX – Monitorinq mexanizmi
Maddə 66 – Qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı fəaliyyət
üzrə ekspertlər qrupu
1 Qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı fəaliyyət üzrə ekspertlər
qrupu (bundan sonra “GREVİO”) bu Konvensiyanın tərəf Dövlətlər tərəfindən
həyata keçirilməsinə nəzarət edəcək.
2 GREVIO gender və coğrafi balans, o cümlədən çoxsahəli biliklər nəzərə
alınmaqla minimum 10, maksimum isə 15 nəfərdən təşkil olunacaq. Onun üzvləri
Tərəf Dövlətlərin Komitəsi tərəfindən Tərəf Dövlətlər tərəfindən namizədliyi irəli
sürülmüş şəxslər arasından bir dəfə yenilənə bilən dörd illik müddətə və
Tərəflərin vətəndaşları arasından seçiləcək.
3 İlkin 10 üzvün seçimi bu Konvensiyanın qüvvəyə minməsindən sonra bir il
ərzində aparılmalıdır. 5 əlavə üzvün seçimi isə 25-ci ratifikasiya və ya
qoşulmadan sonra keçiriləcək.
4 GREVİO üzvlərinin seçimi aşağıdakı prinsiplərə əsaslanmalıdır:
a onlar yüksək mənəvi xüsusiyyətlərə, insan hüquqları, gender bərabərliyi,
qadınlara qarşı zorakılıq və məişət zorakılığı, yaxud zərərçəkənlərə yardım
və onların müdafiəsi sahəsində geniş səriştəyə malik və ya bu
konvensiyada nəzərdə tutulmuş sahələrdə peşəkar təcrübə nümayiş
etdirmiş şəxslər arasından şəffaflıq prinsipi əsasında seçiləcək;
b GREVİO-nun iki üzvü eyni Dövlətin nümayəndəsi ola bilməz;
c onlar əsas hüquqi sistemləri təmsil etməlidirlər;
d onlar qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində müvafiq
tərəf və qurumları təmsil etməlidirlər;
e onlar fərdi səlahiyyətə malik olmalı, öz vəzifələrinin icrasında müstəqil
və qərəzsiz olmalı və vəzifə öhdəliklərini effektiv şəkildə yerinə yetirmək
iqtidarında olmalıdırlar.
5 GREVİO üzvlərinin seçim proseduru Tərəflərlə məsləhətləşmələr keçirib
onların yekdil razılığını aldıqdan sonra, bu Konvensiyanın qüvvəyə minməsindən
sonrakı altı ay müddətində Avropa Şurası Nazirlər Komitəsi tərəfindən müəyyən
ediləcək.
6 GREVIO öz prosedur qaydalarını qəbul etməlidir.
7 GREVIO üzvləri və 68-ci Maddənin 9 və 14-cü bəndlərində nəzərdə tutulduğu
kimi ölkələrə səfər edən nümayəndə heyətlərinin digər üzvləri bu Konvensiyaya
əlavədə müəyyən edilmiş imtiyazlardan və toxunulmazlıqlardan istifadə
edəcəklər.
Maddə 67 – Tərəflərin Komitəsi
1 Tərəflərin Komitəsi Konvensiyaya qoşulmuş Tərəflərin nümayəndələrindən
təşkil olunmalıdır.
2 Tərəflərin Komitəsi Avropa Şurası Baş Katibi tərəfindən çağırılacaq. Komitənin
ilk toplantısı GREVİO üzvlərinin seçilməsi məqsədilə bu Konvensiyanın qüvvəyə