Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   19   20   21   22   23   24   25   26   27

 53 

3 Əgər sazişin olması ilə bağlı şərti olaraq cinayət məsələləri, ekstradisiya və ya 

bu Konvensiyaya Tərəf olan digər ölkə tərəfindən çıxarılmış qərarların icrası ilə 

bağlı  qarşılıqlı hüquqi yardım  göstərən Tərəf belə yardımın göstərilməsi ilə bağlı 

saziş bağlamadığı bir ölkədən müraciət alırsa, həmin Tərəf ölkə bu Konvensiyanı  

cinayət  məsələləri,  ekstradisiya  və  ya  digər  Tərəf  ölkə  tərəfindən  bu 

Konvensiyada  nəzərdə  tutulmuş  cinayət  əməlləri  ilə  bağlı    çıxarılmış  məhkəmə 

qərarlarının  icrası  ilə  bağlı    qarşılıqlı  hüquqi  yardım  göstərilməsi  üçün  hüquqi 

baza hesab edə bilər.  

4  Tərəflər  müvafiq  olduğu  zaman,  üçüncü  Dövlətlərin  mənfəəti  üçün  nəzərdə 

tutulan inkişaf naminə yardım proqramlarında qadınlara qarşı zorakılıq və məişət 

zorakılığının qarşısının alınması və bununla mübarizənin birləşdirilməsinə səylər 

göstərməli  və  18-ci  Maddənin  5-ci  bəndinin  şərtlərinə  uyğun  olaraq 

zərərçəkmişlərin  müdafiəsini  asanlaşdırmaq  məqsədilə  üçüncü  Dövlətlərlə 

ikitərəfli və çoxtərəfli sazişlər bağlamalıdırlar.    

Maddə 63 – Risk altında olan şəxslərlə bağlı tədbirlər  

Əlində  olan  məlumat  əsasında  hər  hansı  bir  Tərəf  bir  şəxsin  başqa  Dövlətin 

ərazisində  Konvensiyanın  36,  37,  38  və  39-cu  Maddələrində  istinad  edilən  hər 

hansı zorakılıq aktına məruz qalma təhlükəsi altında olduğuna inanarsa, məlumata 

malik  olan  Tərəfin  müvafiq  müdafiə  tədbirlərinin  görülməsini  təmin  etməklə  bu 

məlumatı  sonuncuya  ötürməsi  tələb  olunur.  Mümkün  olarsa,  bu  məlumatlara 

təhlükədə  olan  şəxsin  mənafeyi  naminə  istifadə  oluna  biləcək  mövcud  müdafiə 

qanunları haqqında təfərrüatlar da daxil  edilməlidir.  



Maddə 64 – Məlumat  

1 Sorğu edilən Tərəf sorğu göndərən Tərəfi dərhal bu fəsil çərçivəsində görülmüş 

tədbirlərin  yekun  nəticələri  haqqında  məlumatlandırmalıdır.  Sorğu  edilən  Tərəf 

həmçinin  sorğu  göndərən  Tərəfə  nəzərdə  tutulan  tədbirin  həyata  keçirilməsini 

mümkünsüz  edən  və  ya  əhəmiyyətli  şəkildə  gecikməsinə  səbəb  olan  şərtlər 

haqqında da məlumat verməlidir.  

2  Tərəf,  daxili  qanunvericiliyi  çərçivəsində  əvvəlcədən  tələb  olmadan  öz 

araşdırmaları nəticəsində əldə etdiyi məlumatları, bu məlumatların açıqlanmasının 

Konvensiyanın müəyyən etdiyi zorakılıq əməllərinin qarşısının alınmasında və ya 

bu  cür  cinayət  əməlləri  ilə  əlaqədar  istintaq  və  məhkəmə  proseslərinin 

başladılması,  yaxud  həyata  keçirilməsində  məlumatı  qəbul  edən  Tərəfə  kömək 

edəcəyi, və ya bu fəsil çərçivəsində həmin Dövlət tərəfindən əməkdaşlıq tələbinə 

gətirib çıxaracağı hesab edildikdə,  digər Tərəfə ötürə bilər.  

3  2-ci  paraqrafa  uyğun  olaraq  məlumat  qəbul  edən  hər  hansı  bir  Tərəf  bu  cür 

məlumatı  məhkəmə  araşdırmalarında,  yaxud  müvafiq  mülki  və  cinayət 

proseslərində nəzərə alına bilməsi məqsədilə əlaqədar orqanlara təqdim etməlidir.  



Maddə 65 – Məlumatların qorunması  

Şəxsi  məlumatlar  Konvensiya  çərçivəsində  Tərəflərin  Şəxsi  məlumatların 

avtomatik emalı baxımından şəxslərin müdafiəsi (ETS No 108) üzrə götürdükləri 

öhdəliklər əsasında saxlanılır və istifadə olunur.  

 



 54 

Fəsil IX – Monitorinq mexanizmi  

Maddə 66  – Qadınlara qarşı  zorakılıq və məişət zorakılığına qarşı fəaliyyət 

üzrə ekspertlər qrupu  

1  Qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığına  qarşı  fəaliyyət  üzrə  ekspertlər 

qrupu  (bundan  sonra  “GREVİO”)  bu  Konvensiyanın  tərəf  Dövlətlər  tərəfindən 

həyata keçirilməsinə nəzarət edəcək.  

2  GREVIO  gender  və  coğrafi  balans,  o  cümlədən  çoxsahəli  biliklər  nəzərə 

alınmaqla minimum 10, maksimum isə 15 nəfərdən təşkil olunacaq. Onun üzvləri 

Tərəf Dövlətlərin Komitəsi tərəfindən Tərəf Dövlətlər tərəfindən namizədliyi irəli 

sürülmüş  şəxslər  arasından  bir  dəfə  yenilənə  bilən  dörd  illik  müddətə  və 

Tərəflərin vətəndaşları arasından seçiləcək.   

3  İlkin  10  üzvün  seçimi  bu  Konvensiyanın  qüvvəyə  minməsindən  sonra  bir  il 

ərzində  aparılmalıdır.  5  əlavə  üzvün  seçimi  isə  25-ci  ratifikasiya  və  ya 

qoşulmadan sonra keçiriləcək.  

4 GREVİO üzvlərinin seçimi aşağıdakı prinsiplərə əsaslanmalıdır:  

a onlar yüksək mənəvi xüsusiyyətlərə, insan hüquqları, gender bərabərliyi, 

qadınlara qarşı zorakılıq və məişət zorakılığı, yaxud zərərçəkənlərə yardım 

və  onların  müdafiəsi  sahəsində  geniş  səriştəyə  malik  və  ya  bu 

konvensiyada  nəzərdə  tutulmuş  sahələrdə  peşəkar  təcrübə  nümayiş 

etdirmiş şəxslər arasından şəffaflıq prinsipi əsasında seçiləcək;  

b GREVİO-nun iki üzvü eyni Dövlətin nümayəndəsi ola bilməz;  

c onlar əsas hüquqi sistemləri təmsil etməlidirlər;  

d  onlar  qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığı  sahəsində  müvafiq 

tərəf və qurumları təmsil etməlidirlər;  

e onlar fərdi səlahiyyətə malik olmalı, öz vəzifələrinin icrasında müstəqil 

və qərəzsiz olmalı və vəzifə öhdəliklərini effektiv şəkildə yerinə yetirmək 

iqtidarında olmalıdırlar.  

5  GREVİO  üzvlərinin  seçim  proseduru  Tərəflərlə  məsləhətləşmələr  keçirib 

onların yekdil razılığını aldıqdan sonra, bu Konvensiyanın qüvvəyə minməsindən 

sonrakı altı ay müddətində Avropa Şurası Nazirlər Komitəsi tərəfindən müəyyən 

ediləcək.  

6 GREVIO öz prosedur qaydalarını qəbul etməlidir.  

7 GREVIO üzvləri və 68-ci Maddənin 9 və 14-cü bəndlərində nəzərdə tutulduğu 

kimi ölkələrə səfər edən nümayəndə heyətlərinin digər üzvləri bu Konvensiyaya 

əlavədə  müəyyən  edilmiş  imtiyazlardan  və  toxunulmazlıqlardan  istifadə 

edəcəklər.  



Maddə 67 – Tərəflərin Komitəsi  

1  Tərəflərin  Komitəsi  Konvensiyaya  qoşulmuş  Tərəflərin  nümayəndələrindən 

təşkil olunmalıdır.  

2 Tərəflərin Komitəsi Avropa Şurası Baş Katibi tərəfindən çağırılacaq. Komitənin 

ilk toplantısı GREVİO üzvlərinin seçilməsi məqsədilə bu Konvensiyanın qüvvəyə 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə