Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 45 

əməllərə  görə  cinayət  məsuliyyətini  azaltmamasını  təmin  etmək  üçün  lazımı 

hüquqi və digər tədbirlər görməlidirlər.  

 

Maddə 43 – Cinayət əməllərinin tətbiqi  

 

Bu  Konvensiya  əsasında  müəyyən  edilmiş  zorakılıq  əməlləri  zərərçəkmişlə 



təqsirkar arasında əlaqələrin xüsusiyyətindən asılı olmayaraq tətbiq edilir.  

 

Maddə 44 – Yurisdiksiya  

 



 Tərəflər bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayət əməli 

üzrə yurisdiksiya yaratmaq üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidir, 

bir şərtlə ki, cinayət əməli aşağıdakı şərtlərdə törədilmiş olsun:   

a onların ərazisində; və ya 

b onların bayrağı altında üzən gəminin göyərtəsində; və ya  

c onların qanunları əsasında qeydiyyatda olan təyyarədə; və ya  

d onların vətəndaşlarından biri tərəfindən; və ya  

e onların ərazisində daimi yaşayan şəxs tərəfindən.  

 



 Tərəflər bu Konvensiya ilə müəyyən edilmiş  və onun nümayəndələrindən birinə 



və  ya  onun  ərazisində  daimi  yaşayış  yeri  olan  şəxsə  qarşı  törədilmiş  hər  hansı 

cinayət  əməlinə  görə  yurisdiksiya  yaratmaq  üçün  zəruri  hüquqi  və  ya  digər 

tədbirlər həyata keçirməlidirlər . 

 



 Bu  Konvensiyanın  36,  37,  38  və  39-cu  Maddələrinə  müvafiq  olaraq  müəyyən 

edilmiş  cinayət  əməllərinin  təqibi  üçün  Tərəflər  yurisdiksiyalarının  əməllərin 

törədildikləri ərazidə cinayət hesab edilməsi şərtinə tabe olmamasını təmin etmək 

üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.   

 



 Bu  Konvensiyanın  36,  37,  38  və  39-cu  Maddələrinə  əsasən  müəyyən  edilmiş 



əməllərin  təqibi  üçün  Tərəflər    1-ci  paraqrafın  d  və  e  bəndləri  ilə  əlaqədar 

yurisdiksiyalarının  təqibin  ancaq  zərərçəkmişin  cinayət  əməli  barədə  məlumat 

verməsindən  və  ya  cinayətin  törədildiyi  ərazinin  Dövləti  tərəfindən  məlumatın 

təmin edilməsindən sonra başladıla biləcəyi şərtinə tabe olmadığını təmin etmək 

üçün zəruri hüquqi və digər tədbirlər həyata görməlidirlər.   

 



 Tərəflər  iddia  edilən  təqsirkarın  onların  ərazilərində  olduğu  və  sadəcə  olaraq 

vətəndaşlığına  görə  onu  başqa  Tərəfə  ekstradisiya  etmədiyi  hallarda  bu 

Konvensiyaya  müvafiq  olaraq  müəyyən  edilmiş  əməllər  üzrə  yurisdiksiya 

yaratmaq üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.  




 46 

 



 Birdən  çox  tərəf  bu  Konvensiya  ilə  müəyyən  edilmiş  iddia  edilən  əməl  üzrə 

yurisdiksiya tələb edərsə, əlaqədar Tərəflər, zəruri olduğu hallarda, təqib üçün ən 

müvafiq yurisdiksiyanın müəyyən edilməsi üçün bir-biri ilə məsləhətləşməlidirlər.   

 



 Beynəlxalq  hüququn  ümumi  qaydalarına  xələl  yetirmədən  bu  Konvensiya 

tərəfdaş Dövlət tərəfindən onun daxili qanunvericiliyinə uyğun şəkildə icra edilən 

hər hansı cinayət yurisdiksiyasını istisna etmir.  

 

Maddə 45 – Cəza və tədbirlər  

 

1          Tərəflər bu Konvensiya ilə nəzərdə tutulan əməllərin, onların ağırlığını     nəzərə 



alaraq effektiv, proporsional və qabaqlayıcı cəzalarla cəzalandırıla bilməsini təmin etmək 

üçün  zəruri  hüquqi  və  ya  başqa  tədbirlər  görməlidirlər.  Bu  cəzalara,  müvafiq  hallarda, 

ekstradisiyaya səbəb ola biləcək azadlıqdan məhrumetmə cəzaları da daxildir.    

 



 Tərəflər təqsirkarlarla əlaqədar aşağıdakı kimi digər tədbirlər də görə bilərlər:  

 

-



 

təqsirləndirilən şəxslərin monitorinqi və ya onlara nəzarət;  

-

 

zərərçəkmişin təhlükəsizliyinin daxil ola biləcəyi uşaqların əsas maraqları hər 



hansı digər halda təmin edilə bilməzsə, valideynlik hüquqlarının alınması 

 

Maddə 46 – Ağırlaşdırıcı hallar 



  

Tərəflər aşağıdakı halların, onlar artıq cinayət əməlinin tərkib elementlərini təşkil 

etmirsə,    daxili  qanunvericiliyin  müvafiq  müddəalarına  uyğun  olaraq  bu 

Konvensiya 

ilə 

müəyyən 


edilmiş 

əməllərlə 

bağlı 

cəzaların 



müəyyənləşdirilməsində  ağırlaşdırıcı  hallar  olaraq  nəzərə  alına  bilməsini  təmin 

etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər:  

 zorakılıq 



əməli  daxili  qanunvericilikdə  və  ya  öz  ölkəsinin 

qanunvericiliyində  müəyyən  edildiyi  kimi  keçmiş  və  ya  hazırkı  həyat 

yoldaşı  və  ya  partnyoruna  qarşı  ailə  üzvü,  zərərçəkmişlə  birgə  yaşayan 

şəxs və ya onu təhqir etmiş şəxs tərəfindən törədilmişdir;  

 zorakılıq əməli və ya əlaqədar əməllər təkrarən törədilmişdir;  



 zorakılıq  aktı xüsusi  hallar üzündən həssas vəziyyətə düşmüş  şəxsə qarşı 

törədilmişdir;  



 47 

zorakılıq əməli uşağa qarşı və ya onun yanında törədilmişdir;  



 zorakılıq əməli iki və ya daha çox şəxs tərəfindən birlikdə törədilmişdir;  

 cinayət əməlindən əvvəl və cinayət əməli törədilən zaman hədsiz dərəcədə 



zorakılıq törədilmişdir;  

 cinayət  əməli  silah  tətbiq  etməklə  və  ya  silah  tətbiq  etmək  hədə-qorxusu 



ilə törədilmişdir;  

 cinayət  əməli  zərərçəkmişin  ağır  fiziki  və  ya  psixoloji  zədələnməsi  ilə 



nəticələnmişdir;  

 təqsirkar əvvəllər də oxşar xüsusiyyətlərə malik əməllərin törədilməsində 



ittiham edilmişdir.  

 

Maddə 47 – Digər tərəfdaş Dövlət tərəfindən verilən cəzalar 

  

Tərəflər  cəza  müəyyən  edərkən  bu  Konvensiyaya  uyğun  olaraq  təsbit  edilmiş 

cinayət əməlləri ilə bağlı digər Tərəf Dövlət tərəfindən verilmiş yekun cəzaların 

nəzərə  alınmasını  təmin  etmək  üçün  lazımı  hüquqi  və  ya  digər  tədbirlər  həyata 

keçirməlidirlər.  

 

Maddə  48  –  Mübahisəli  məsələlərin  həlli  ilə  bağlı  məcburi  alternativ 

proseslərin və ya cəzaların qadağan edilməsi  

 Tərəflər  bu  Konvensiyanın  əhatə  dairəsinə  daxil  olan  bütün  zorakılıq 



formaları  ilə  əlaqədar  vasitəçilik  və  barışdırma  daxil  olmaqla  icbari  alternativ 

mübahisə  həlli  proseslərini  qadağan  etmək  üçün  zəruri  hüquqi  və  ya  digər 

tədbirlər görməlidirlər.  

 



 Tərəflər 

cərimənin  ödənilməsi  göstərişi  verildikdə  təqsirkarın 

zərərçəkmişə  qarşı  maliyyə  öhdəliklərini  yerinə  yetirmə  imkanına  xüsusi  diqqət 

göstərilməsini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.  



 

VI Fəsil – Araşdırma, təqib, prosessual hüquq və müdafiə tədbirləri   

 

Maddə 49 – Ümumi öhdəliklər  

 Tərəflər  bu  Konvensiyanın  əhatə  etdiyi  bütün  zorakılıq  formaları  ilə  əlaqədar 



araşdırma  və  məhkəmə  proseslərinin  hədsiz  gecikmə  olmadan  aparılmasını  və 

cinayət  təqibinin  bütün  mərhələlərində  zərərçəkmişin  hüquqlarının  nəzərə 

alınmasını  təmin  etmək  üçün  zəruri  hüquqi  və  ya  digər  tədbirlər  həyata 

keçirməlidirlər.  

 Tərəflər  insan  hüquqlarının  təməl  prinsiplərinə  uyğun  olaraq  və  zorakılıq 



haqqında  genderləşdirilmiş  anlayışla  bu  Konvensiyada  təsbit  olunmuş  cinayət 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə