Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 35 

hökumət təşkilatları və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilənlər də daxil 

olmaqla  inteqrasiya  edilmiş  siyasət,  tədbir  və  proqramların  müvafiq  qaydada 

icrası üçün lazımı maliyyə və insan resursları ayırmalıdırlar.   



Maddə 9 – Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti  

Tərəflər  qadınlara  qarşı  zorakılıqla  mübarizə  sahəsində  fəal  olan  müvafiq  qeyri-

hökumət  təşkilatları  və  vətəndaş  cəmiyyətinin  işini  bütün  səviyyələrdə  tanımalı, 

stimullaşdırmalı və dəstəkləməli, o cümlədən bu təşkilatlarla effektiv əməkdaşlıq 

yaratmalıdırlar.  

Maddə 10 – Əlaqələndirici orqan  

 Tərəflər  bu  Konvensiyanın  şamil  olunduğu  zorakılığın  bütün  formalarının 



qarşısının  alınması  və  onlarla  mübarizə  sahəsindəki  siyasət  və  tədbirlərin 

əlaqələndirilməsi,  icrası  və  qiymətləndirilməsi  üzrə  məsul  bir  və  ya  daha  çox 

rəsmi  orqan  təyin  və  ya  təsis  etməlidirlər.  Bu  orqanlar  Maddə  11-də  istinad 

edildiyi  kimi  məlumatların  toplanmasını  əlaqələndirəcək,  nəticələri  təhlil  edib 

yayacaq.   

 Tərəflər bu maddəyə uyğun olaraq təyin edilmiş və ya yaradılmış orqanların VIII 



Fəslə  müvafiq  olaraq  görülən  tədbirlərin  ümumi  cəhətləri  haqqında  məlumat 

almasını təmin edəcək.  

 Tərəflər bu müqaviləyə  uyğun şəkildə təyin  edilmiş  və  ya  yaradılmış orqanların 



bir-biri  ilə  birbaşa  əlaqə  saxlamaq  imkanına  malik  olmasını  və  digər  tərəfdaş 

Dövlətlərdəki həmkarları ilə əlaqələri genişləndirməsini təmin edəcək.  



Maddə 11 – Məlumatların toplanması və araşdırma  

 Bu Konvensiyanın tətbiqi məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:  



a  

bu  Konvensiyanın  əhatə  dairəsinə  daxil  olan  zorakılığın  bütün 

formaları  ilə  bağlı  hadisələr  haqqında  müntəzəm  intervallarla 

təfərrüatlı müvafiq statistik məlumat toplamaq;  

 

b  


zorakılıq formalarının əsas səbəblərini və təsirlərini, baş vermə və 

məhkum  edilmə  dərəcələrini,  o  cümlədən  bu  Konvensiyanı  tətbiq 

etmək üçün görülən tədbirlərin effektivliyini müəyyən etmək üçün 

bu  Konvensiya  tərəfindən  əhatə  olunan  bütün  zorakılıq  formaları 

sahəsində aparılan araşdırmalara dəstək olmaq.  

 Tərəflər bu Konvensiyanın əhatə dairəsinə daxil olan bütün zorakılıq formalarının 



yayılmasını  və  meyllərini  qiymətləndirmək  məqsədilə  müntəzəm  intervallarla 

əhaliyə əsaslanan sorğular keçirməyə çalışmalıdır.  

 Tərəflər,  bu  Konvensiyanın  66-cı  Maddəsində  istinad  edildiyi  kimi,  beynəlxalq 



əməkdaşlığa təkan vermək və beynəlxalq təhlillərin keçirilməsinə imkan yaratmaq 

üçün  ekspertlər  qrupunu  bu  maddəyə  əsasən  toplanmış  məlumatlarla  təmin 

etməlidir.  

 Tərəflər  bu  maddəyə  uyğun  olaraq  toplanmış  məlumatların  ictimaiyyətə 



açıqlanmasını təmin etməlidir.  


 36 

III Fəsil – Preventiv tədbirlər  

Maddə 12 – Ümumi öhdəliklər  

 Tərəflər  qadınların  aşağı  təbəqə  olması  fikrinə  və  ya  qadın  və  kişilərin 



stereotiplərə məruz qalmış rollarına əsaslanan zehniyyəti, adət-ənənələri və digər 

təcrübələri  aradan  qaldırmaq  məqsədilə  qadın  və  kişilərin  sosial  və  mədəni 

davranış formalarının dəyişməsini təşviq etmək üçün lazımı addımlar atmalıdırlar.   

 Tərəflər  hər  hansı  fiziki  və  ya  hüquqi  şəxs  tərəfindən  bu  Konvensiyada  nəzərdə 



tutulan  bütün  zorakılıq  formalarının  törədilməsinin  qarşısını  almaq  üçün  zəruri 

hüquqi və digər tədbirlər görməlidirlər.  

 Bu  Fəslə  uyğun  olaraq  görülən  hər  hansı  tədbir  zamanı  müəyyən  şərtlər 



nəticəsində  müdafiəsiz  qalmış  şəxslərin  xüsusi  ehtiyacları  nəzərə  alınmalı  və 

qarşılanmalı,  o  cümlədən  zərərçəkmişlərin  insan  hüquqları  diqqət  mərkəzində 

saxlanmalıdır.  

Tərəflər  cəmiyyətin  bütün  üzvlərinin,  xüsusilə  də  kişi  və  oğlanların  bu 



Konvensiyada  nəzərdə  tutulmuş  bütün  zorakılıq  formalarının  qarşısının 

alınmasına  fəal  şəkildə  yardım  etməsini  stimullaşdırmaq  üçün  lazımı  addımlar 

atmalıdırlar.  

 Tərəflər  mədəniyyət,  adət,  din,  ənənə  və  ya  namus  məsələlərinin  bu 



Konvensiyada nəzərdə tutulan zorakılıq əməllərindən hər hansı birinin törədilməsi 

üçün əsas hesab edilməməsini təmin etməlidirlər.  

 Tərəflər qadınlara verilən səlahiyyətlərin genişləndirilməsi məqsədilə proqram və 



səlahiyyətlərin təşviqi üçün lazımı tədbirlər görməlidirlər.  

 

Maddə 13 – Maarifləndirmə  

 



 Tərəflər,  lazım  olarsa,  milli  insan  hüquqlarının  müdafiəsi  institutları  və 

bərabərliyin  təşviqi  ilə  məşğul  olan  orqanlar,  vətəndaş  cəmiyyəti  və  qeyri-

hökumət  təşkilatları,  xüsusilə  qadın  təşkilatları  ilə  əməkdaşlıq  da  daxil  olmaqla 

ümumi  ictimaiyyət  arasında  bu  Konvensiyada  nəzərdə  tutulan  bütün  zorakılıq 

formaları,  onların  uşaqlara  təsirləri  və  bu  cür  zorakılığın  qarşısını  alma  ehtiyacı 

haqqında  məlumatlılığı  və  anlayışları  artırmaq  məqsədilə  müntəzəm  olaraq  və 

bütün  səviyyələrdə  məlumatlılığın  artırılması  kampaniya  və  ya  proqramlarının 

keçirilməsini təşviq və tətbiq etməlidirlər.  

 



 Tərəflər ümumi ictimaiyyət arasında bu Konvensiyanın əhatə dairəsinə daxil olan 



zorakılıq  əməllərinin  qarşısını  almaq  üçün  mövcud  tədbirlər  haqqında 

məlumatların geniş yayılmasını təmin etməlidirlər.  



 

Maddə 14 – Təhsil  

 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə