Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 30 

 

 

 

 

 

 

 

 

 

 

Avropa Şurası Qadınlara  

qarşı Zorakılıq və Məişət  

Zorakığılınin Qarşısının Alınması 

 və Ona qarşı Mübarizə haqqında  

Konvensiyası  

 

(CETS No.210)  

 

 

 

 

İstanbul, 11 may 2011-ci il 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Preambula 


 31 

Avropa  Şurasının  üzvü  olan  Dövlətlər  və  bu  Konvensiyanı  imzalayan  digər 

tərəflər,  

İnsan  Hüquqları  və  Əsas  Azadlıqlarının  Müdafiəsi  haqqında  Konvensiya  (ETS 

No.  5,  1950-ci  il)  və  onun  Protokolları,  Avropa  Sosial  Xartiyası  (ETS  No.  35, 

1961-ci il, 1996-cı ildə yenidən baxılmış, ETS No. 163), Avropa Şurasının İnsan 

Alveri  əleyhinə  Fəaliyyətə  dair  Konvensiyası  (CETS  No.  197,  2005-ci  il)  və 

Avropa Şurasının Uşaqların Cinsi İstismar və Cinsi İstifadədən Müdafiəsinə dair 

Konvensiyasını (CETS No. 201, 2007-ci il) xatırlayaraq;  

Nazirlər Komitəsinin Avropa Şurasının üzv Dövlətlərinə aşağıdakı  tövsiyələrini: 

Qadınların  zorakılıqdan  müdafiəsinə  dair  Rec(2002)5  saylı  Tövsiyə,  Gender 

bərabərliyi  norma  və  mexanizmlərinə  dair  CM/Rec(2007)17  saylı  Tövsiyə, 

Münaqişələrin  qarşısının  alınması  və  həll  olunmasında,  sülhün  bərqərar 

edilməsində  qadın  və  kişilərin  roluna  dair  CM/Rec(2010)10  saylı  Tövsiyə  və 

digər müvafiq tövsiyələri xatırlayaraq;  

Qadınlara  qarşı  zorakılıq  sahəsində  əhəmiyyətli  normalar  yaradan  Avropa  İnsan 

Hüquqları Məhkəməsinin genişlənən presedentlərini diqqətə alaraq;  

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (1966-cı il), İqtisadi, Sosial 

və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt (1966-cı il), BMT-nin “Qadınlara 

qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  olunması  haqqında”  Konvensiyası 

(“CEDAW”, 1979-cu il) və onun  Fakültativ Protokolu (1999-cu il), o  cümlədən 

CEDAW Komitəsinin qadınlara qarşı zorakılıqla bağlı 19 saylı Ümumi Tövsiyəsi, 

BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası (1989-cu il) və onun Fakültativ 

Protokolları  (2000-ci  il)  və  “Əlilliyi  olan  şəxslərin  hüquqları  haqqında”  BMT 

Konvensiyasının (2006-cı il) müddəalarını diqqətə alaraq;  

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna (2002-ci il) nəzər salaraq;  

Beynəlxalq  humanitar  qanunvericiliyin,  xüsusilə  də  Müharibə  dövründə  mülki 

şəxslərin  müdafiəsi  ilə  əlaqədar  Cenevrə  Konvensiyasının  (IV)  və  onun  I  və  II 

Əlavə Protokollarının (1977-ci il) təməl prinsiplərini xatırlayaraq;    

Qadınlara qarşı zorakılığın və məişət zorakılığının bütün formalarını pisləyərək;  

Qadınlarla kişilər arasında de-yura və de-fakto bərabərliyin bərqərar edilməsinin 

qadınlara  qarşı  zorakılığın  qarşısının  alınmasında  əsas  element  olduğunu  qəbul 

edərək;  

Qadınlara  qarşı  zorakılığın  qadınlarla  kişilər  arasında  tarixən  qeyri-bərabər 

səlahiyyət  bölgüsünün  təzahürü  olduğunu  və  bunun  kişilərin  qadınlar  üzərində 

üstünlüyü və kişilər tərəfindən qadınlara qarşı ayrı-seçkilik, qadınların tam şəkildə 

tərəqqisinin qarşısını alması ilə nəticələndiyini qəbul edərək;  

 Qadınlara  qarşı  zorakılığın  struktur  xüsusiyyətinin  gender  zəminli  zorakılıq 

olduğunu və qadınlara qarşı zorakılığın kişilərə nisbətdə qadınların ikinci dərəcəli 

mövqedə  qalmasını  ən  mühüm  sosial  mexanizmlərindən  biri  olduğunu  qəbul 

edərək;  

Qadınların və qızların insan hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olan və 

qadınlarla  kişilər  arasında  bərabərliyə  nail  olmaq  üçün  maneə  törədən  məişət 



 32 

zorakılığı,  cinsi  qısnama,  zorlama,  məcburi  nikah,  namus  cinayətləri  və  qadın 

sünnəti  kimi  ciddi  zorakılıq  formalarına  tez-tez  məruz  qaldıqlarını  böyük 

narahatçılıqla qəbul edərək;  

Silahlı münaqişələr zamanı mülki əhaliyə, xüsusilə də qadınlara geniş yayılmış və 

ya  sistemli  zorlama  və  cinsi  zorakılıq  formasında  təsir  edən  insan  hüquqlarının 

davamlı  olaraq  pozulması  hallarının  və  həm  münaqişələr  zamanı,  həm  də 

onlardan sonra artan gender zəminli zorakılıq potensialının olmasını qəbul edərək;  

Qadınların  və  qızların  kişilərlə  müqayisədə  daha  çox  gender  zəminli  zorakılıq 

riskinə məruz qaldıqlarını qəbul edərək;  

Məişət  zorakılığının  qadınlara  qeyri-bərabər  təsir  etdiyini  və  kişilərin  də  məişət 

zorakılığı qurbanına çevrilə biləcəyini qəbul edərək;  

Uşaqların  ailədə  zorakılığa  şahidlik  etmə  halları  daxil  olmaqla  məişət  zorakılığı 

qurbanları olduğunu qəbul edərək;  

Qadınlara qarşı zorakılıqdan və məişət zorakılığından azad bir Avropa yaratmaq 

ümidindən ilham alaraq,  

Aşağıdakılar barədə razılığa gəlmişlər: 

I Fəsil – Məqsədlər, anlayışlar, bərabərlik və ayrı-seçkiliyə yol verməmə, ümumi 

öhdəliklər   

Maddə 1 – Konvensiyanın məqsədləri  

1 Bu Konvensiyanın məqsədləri aşağıdakılardır:  

a  

 qadınları  zorakılığın  bütün  formalarından  müdafiə  etmək,  qadınlara  qarşı 



zorakılığın və məişət zorakılığının qarşısını almaq, təqib etmək və aradan 

qaldırmaq;  

b  

 qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  aradan  qaldırılmasına 



yardım  etmək  və  qadınların  səlahiyyətlərinin  genişləndirilməsi  də  daxil 

olmaqla qadınlarla kişilər arasında mülki bərabərliyi təşviq etmək  ;  

c  

 bütün  qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığı  qurbanlarının 



müdafiəsi  və  onlara  yardım  üçün  hərtərəfli  qanunvericilik  bazası,  siyasət 

və tədbirlər hazırlamaq;  

d  

 qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığını  aradan  qaldırmaq 



istiqamətində beynəlxalq əməkdaşlığı təşviq etmək;  

e  


 qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığının  aradan  qaldırılmasına 

vahid  yanaşma  qəbul  etmək  məqsədilə  təşkilat  və  hüquq-mühafizə 

orqanlarına effektiv əməkdaşlıq üçün yardım etmək.  

2  Konvensiyanın  müddəalarının  onu  imzalayan  Dövlətlər  tərəfindən  effektiv 

şəkildə  həyata  keçirilməsini  təmin  etmək  məqsədilə  xüsusi  monitorinq  

mexanizminin yaradılması nəzərdə tutulur.   



Maddə 2 – Konvensiyanın əhatə dairəsi  

 Bu  Konvensiya  məişət  zorakılığı  da  daxil  olmaqla,  qadınlara  qeyri-mütənasib 



formada təsir edən qadınlara qarşı zorakılığın bütün formalarına şamil olunur.  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə