Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 37 

 Tərəflər, tələb olunarsa, qadınlarla kişilər arasında bərabərlik, stereotiplərə məruz 



qalmayan  gender  rolları,  qarşılıqlı  hörmət,  münaqişələrin  şəxslərarası  əlaqələrlə 

qeyri-zorakı  yolla  həlli,  qadınlara  qarşı  gender  zəminli  zorakılıq  və  şəxsi 

təhlükəsizlik  hüququ  kimi  məsələlərlə  bağlı  tələbələrin  inkişaf  edən  imkanlarına 

uyğunlaşdırılmış  tədris  materiallarının  təhsilin  bütün  səviyyələrində  rəsmi  tədris 

kurrikulumuna  daxil edilməsi üçün zəruri addımlar atmalıdırlar.  

 Tərəflər 



1-ci  bənddə  istinad  edilmiş  prinsiplərin  qeyri-rəsmi  təhsil 

müəssisələrində,  o  cümlədən  idman,  mədəniyyət  və  istirahət  obyektlərində  və 

mətbuatda təşviq edilməsi üçün lazımı qaydada tədbirlər görməlidirlər.  

Maddə 15 – Mütəxəssislərin təlimi  

 



 Tərəflər  bu  Konvensiyada  nəzərdə  tutulan  bütün  növ  zorakılıq  əməllərinin 

qurbanları və ya törədiciləri ilə çalışan mütəxəssislərin bu cür zorakılıq hallarının 

qarşısının  alınması  və  aşkar  edilməsi,  qadınlarla  kişilər  arasında  bərabərlik, 

zərərçəkmişlərin  ehtiyac  və  hüquqları,  o  cümlədən  ikinci  dəfə  qurbana  çevrilmə 

ehtimalının qarşısının alınması ilə bağlı təlimləndirilməsini təmin etməlidirlər.   

 Tərəflər  1-ci  bənddə  nəzərdə  tutulan  təlimə  bu  Konvensiyanın  əhatə  etdiyi 



zorakılıq  hallarında  işlərə  hərtərəfli  və  lazımı  qaydada  baxmaq  imkanı  verən 

agentliklərarası əlaqəli əməkdaşlıqla bağlı təlimin daxil edilməsini müdafiə edir.  

 

Maddə 16 – Qabaqlayıcı müdaxilə və müalicə proqramları  

1  


Tərəflər,  gələcəkdə  zorakılığın  qarşısını  almaq  və  zorakı  davranış  formalarını 

dəyişmək  baxımından  məişət  zorakılığı  törədənlərin  şəxslərarası  münasibətlərdə 

qeyri-zorakı  davranış  aşılamağa  yönəlmiş  proqramlar  hazırlamaq  və  ya  bu  cür 

proqramların  hazırlanmasına  kömək  etmək  üçün  lazımı  hüquqi  və  ya  digər 

tədbirlər görməlidir.  

 Tərəflər zorakılıq əməlləri, xüsusilə də cinsi tərkibli cinayət əməli törədicilərinin 



təkrar  cinayət  törətmələrinin  qarşısını  almağa  yönəlmiş  proqramlar  işləyib 

hazırlamaq və ya onların hazırlanmasına dəstək olmaq üçün lazımı hüquqi və ya 

digər tədbirlər görməlidirlər.  

 1 və 2-ci bəndlərdə istinad edilmiş  tədbirləri gördükdə Tərəflər zərərçəkmişlərin 



təhlükəsizliyinin,  onlara  yardımın  və  onların  insan  hüquqlarının  diqqət 

mərkəzində dayanmasını və tələb olunarsa, bu proqramların zərərçəkmişlər üçün 

peşəkar  yardım  xidmətləri  ilə  sıx  əlaqədə  hazırlanıb  həyata  keçirilməsini  təmin 

etməlidirlər.   

 

Maddə 17 – Özəl sektor və mətbuatın iştirakı  

 



 Tərəflər  özəl  sektor,  informasiya  və  kommunikasiya  texnologiyaları  sektoru  və 

mətbuatı  ifadə  azadlığı  və  müstəqilliklərinə  lazımı  hörmət  göstərməklə 

siyasətlərin  işlənib  hazırlanması  və  tətbiqində  iştirak  etməyə  və  qadınlara  qarşı 



 38 

zorakılığın  qarşısını  almaq  və  onların  ləyaqətinə  hörməti  artırmaq  məqsədilə 

təlimat və özünütənzimləyici normalar yaratmağa həvəsləndirir.   

 Tərəflər özəl sektor təmsilçiləri ilə birgə uşaqlar, valideynlər və tədris sahəsində 



çalışanlar arasında zərərli ola biləcək cinsi və ya zorakı tərkibli alçaldıcı məzmuna 

çıxış  təmin  edən  məlumat  və  kommunikasiya  mühiti  ilə  necə  davranmaq  bağlı 

vərdişlər yaratmalı və təşviq etməlidir.   

 

IV Fəsil – Müdafiə və dəstək  

 

Maddə 18 – Ümumi öhdəliklər  

 Tərəflər bütün zərərçəkmişləri hər hansı  gələcək zorakılıq əməllərindən müdafiə 



etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 



 Tərəflər  məhkəmə,  prokurorluq  orqanları,  hüquq-mühafizə  orqanları,  yerli  və 

regional  hakimiyyət  orqanları,  o  cümlədən  qeyri-hökumət  təşkilatları  və  digər 

müvafiq  təşkilat  və  qurumlar  da  daxil  olmaqla  müvafiq  dövlət  strukturları 

arasında  bu  Konvensiyada  nəzərdə  tutulmuş,  o  cümlədən  Konvensiyanın  20  və 

22-ci  Maddələrində  verilmiş  ümumi  və  xüsusi  yardım  xidmətlərinə  istinad 

etməklə  bütün  zorakılıq  formalarının  qurbanlarının  və  şahidlərinin  müdafiəsi  və 

onlara  yardım  göstərilməsi  sahəsində  səmərəli  əməkdaşlıq  üçün  müvafiq 

mexanizmlərin olmasını təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun olaraq 

lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 



 Tərəflər bu fəslə əsasən görülmüş tədbirlərin:  

 

- qadınlara qarşı zorakılığın və məişət zorakılığının genderləşdirilmiş zorakılıq 



anlayışına əsaslanmasını və zərərçəkmişin insan hüquqları və təhlükəsizliyinə 

yönəlməsini;  

 

-

 



zərərçəkmişlər, təqsirkarlar, uşaqlar və onların geniş sosial mühiti arasındakı 

əlaqələri nəzərə alan inteqrasiya edilmiş yanaşmaya əsaslanmasını;  

-

 

ikinci dəfə qurbana çevrilmə ehtimalının qarşısını almağa yönəlməsini; - 



zorakılığın qadın qurbanlarının səlahiyyət əldə etməsi və iqtisadi müstəqilliyə 

yönəlməsini;  

-

 

müvafiq olarsa, bir sıra müdafiə və yardım xidmətlərinin eyni yerdə yerləşməsinin 



nəzərdə tutulmasını;  

-   zərərçəkmiş uşaqlar da daxil olmaqla müdafiəyə daha çox ehtiyacı olan şəxslərin 

xüsusi ehtiyaclarının qarşılanmasını təmin etməlidir. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə