Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   19   20   21   22   23   24   25   26   27

 57 

məqsədilə bu Konvensiyada bəhs olunan məsələlərlə bağlı bir-biri ilə ikitərəfli və 

ya çoxtərəfli sazişlər bağlaya bilərlər.  

XI Fəsil – Konvensiyaya düzəlişlər  

Maddə 72 – Düzəlişlər  

1  Bu  Konvensiyaya  düzəliş  edilməsi  ilə  bağlı  edilmiş  hər  hansı  təklif  Avropa 

Şurası  Baş  Katibinə  təqdim  edilməli  və  onun  tərəfindən  Maddə  75-in  şərtlərinə 

uyğun  olaraq  Avropa  Şurasına  üzv  Dövlətlərə,  bütün  imzalayanlar,  Tərəflər, 

Avropa  İttifaqı,  bu  Konvensiyanı  imzalamağa  dəvət  edilmiş  bütün  Dövlətlər  və 

76-cı maddənin şərtləri əsasında bu Konvensiyaya qoşulmağa dəvət edilmiş bütün 

Dövlətlərə ötürülməlidir.  

2 Avropa Şurasının Nazirlər Komitəsi təklif olunan düzəlişi nəzərdən keçirməlidir 

və  Konvensiyanın  Avropa  Şurasına  üzv  olmayan  Tərəflərilə  məsləhətləşdikdən 

sonra Avropa Şurası Nizamnaməsinin 20.d Maddəsində təsbit edilmiş əksəriyyət 

tərəfindən düzəlişi qəbul edilə bilər.  

3  Nazirlər  Kabineti  tərəfindən  2-ci  bəndə  uyğun  olaraq  qəbul  edilmiş  hər  hansı 

düzəlişin mətni razılaşdırılması üçün Tərəflərə göndərilməlidir.   

4  2-ci  bəndə  uyğun  olaraq  qəbul  edilmiş  hər  hansı  düzəliş  bütün  Tərəflərin 

düzəlişi  qəbul  etdiklərini  Baş  Katibliyə  bildirdiyi  tarixdən  sonra  bir  aylıq 

müddətin bitməsinin ardından gələn ayın ilk günündə qüvvəyə minəcək.  



XII Fəsil – Yekun maddələr  

Maddə 73 – Bu Konvensiyanın təsirləri   

Bu  Konvensiyanın  müddəaları  qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığının 

qarşısının  alınması  və  bununla  mübarizə  sahəsində  insanlara  daha  əlverişli 

hüquqlar verən və ya verəcək məcburi hüquqi qüvvəyə malik olan, qüvvədə olan 

və  ya  qüvvəyə  minəcək  daxili  qanunvericiliyin    müddəaları  və  beynəlxalq 

sənədlərin şərtlərinə xələl gətirməyəcək  



Maddə 74 – Mübahisələrin həlli  

1  Tərəflər  bu  Konvensiyanın  müddəalarının    tətbiqi  və  ya  şərhindən  irəli  gələ 

biləcək hər hansı mübahisəli məsələni ilk öncə danışıq, razılaşma, məhkəmə və ya 

onlar arasında razılaşdırılmış digər sülh yolu ilə həll etməyə çalışmalıdır.   

2  Avropa  Şurasının  Nazirlər  Kabineti  Tərəflərin  də  razılığı  ilə  mübahisəli 

məsələlərdə onların istifadə edə biləcəyi həll prosedurları müəyyən edə bilər.  



 

Maddə 75 – İmzalama və qüvvəyə minmə   

1  Bu  Konvensiyanı  Avropa  Şurasının  üzv  Dövlətləri,  onun  hazırlanmasında 

iştirak etmiş üzv olmayan Dövlətlər və Avropa İttifaqı imzalaya bilər.  

2 Bu Konvensiya ratifikasiya, qəbul  və təsdiq edilə bilər. Ratifikasiya,  qəbul  və 

təsdiq sənədləri Avropa Şurasının Baş Katiblinə təqdim ediləcək.  

3  Bu  Konvensiya  Avropa  Şurasının  ən  az  8  üzvü  daxil  olmaqla  10  imzalayan 

tərəfin  2-ci  bəndin  şərtlərinə  uyğun  olaraq  Konvensiyanın  öhdəliklərini  qəbul 



 58 

etmək  haqda  razılıq  verməsindən  sonra  üç  aylıq  müddətin  bitməsinin  ardından 

gələn ayın birinci günü qüvvəyə minəcək.  

4  1-ci  bənddə  qeyd  edilmiş  bütün  Dövlətlər  və  Konvensiyanın  şərtlərinə  tabe 

olmağı qəbul edən Avropa Birliyi baxımından Konvensiya ratifikasiya, qəbul və 

təsdiq  sənədinin  qəbul  edildiyi  tarixdən  sonra  üç  aylıq  müddətin  bitməsinin 

ardından gələn ayın birinci günü qüvvəyə minəcək.  

Maddə 76 – Konvensiyaya qoşulma  

1 Bu Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi 

Konvensiyanın  Tərəfləri  ilə  məsləhətləşdikdən  və  onların  yekdil  razılığını 

aldıqdan  sonra  Konvensiyanın  işlənib  hazırlanmasında  iştirak  etməmiş  Avropa 

Şurasına  üzv  olmayan  Dövlətləri  Avropa  Şurasının  Nizamnaməsinin  20.d 

Maddəsində  nəzərdə  tutulan  çoxluğun  qəbul  etdiyi  qərar  və  Tərələrin  Nazirlər 

Komitəsində təmsil olunmaq səlahiyyəti verilmiş nümayəndələrinin yekdil razılığı 

ilə bu Konvensiyaya qoşulmağa dəvət edə bilər.  

2  Hər  hansı  qoşulan  Dövlət  baxımından  Konvensiya  qoşulma  sənədinin  Avropa 

Şurasının  Baş  Katiblinə  təqdim  edildiyi  tarixdən  sonra  üç  aylıq  müddətin 

bitməsinin ardından gələn ayın birinci günü qüvvəyə minəcək.  

Maddə 77 – Tətbiq olunan ərazi  

1  Hər  hansı  bir  Dövlət  və  ya  Avropa  İttifaqı  Konvensiyanın  imzalandığı  və  ya 

ratifikasiya,  qəbul,  təsdiq,  yaxud  qoşulma  sənədlərinin  qəbul  olunduğu  zaman 

Konvensiyanın şamil olunacağı ərazi və ya əraziləri müəyyənləşdirə bilər.   

2  Hər  bir  Tərəf  sonradan  istənilən  vaxt  Avropa  Şurasının  Baş  Katibinə 

ünvanlanmış bəyanatla bu Konvensiyanın  tətbiq  sahəsinə bəyanatda qeyd edilən 

və beynəlxalq əlaqələrinə görə məsuliyyət daşıdığı, yaxud adından öhdəlik vermə 

səlahiyyətinin  təmin  olunduğu  digər  əraziləri  daxil  edə  bilər.  Bu  cür  ərazi 

baxımından  Konvensiya  belə  bəyanatın  Baş  Katib  tərəfindən  qəbul  edildiyi 

tarixdən  sonra  üç  aylıq  müddətin  bitməsinin  ardından  gələn  ayın  birinci  günü 

qüvvəyə minəcək.  

3  Əvvəlki  iki  bənddə  verilmiş  şərtlər  əsasında,  qeyd  edilmiş  ərazi  ilə  bağlı 

verilmiş hər hansı bəyanat Avropa Şurası Baş Katibinə ünvanlanmış bildirişlə geri 

götürülə bilər. Geri götürülmə bu cür bildirişin Baş Katib tərəfindən qəbul edildiyi 

tarixdən  sonra  üç  aylıq  müddətin  bitməsinin  ardından  gələn  ayın  birinci  günü 

qanuni qüvvəyə minəcək.  



 

 

Maddə 78 – Qeyd-şərtlər 

1  Bu  Konvensiyanın  hər  hansı  müddəası  ilə  bağlı  2  və  3-cü  bəndlərdə  nəzərdə 

tutulan hallar istisna olmaqla heç bir qeyd-şərt irəli sürülə bilməz.  

2  Hər  hansı  Dövlət  və  ya  Avropa  Birliyi  Konvensiyanın  imzalandığı  və  ya 

ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma sənədlərinin qəbul edildiyi vaxt Avropa 

Şurası  Baş  Katibinə  ünvanlanmış  bəyanatla  aşağıda  verilmiş  müddəaları  ancaq 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə