Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 48 

əməllərinin  effektiv  şəkildə  araşdırılması  və  təqibini  təmin  etmək  üçün  zəruri 

hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 

Maddə 50 – Təxirəsalınmaz cavab reaksiyası, preventiv tədbir və müdafiə   

 



 Tərəflər məsul hüquq-mühafizə agentliklərinin bu Konvensiyaya daxil olan bütün 

zorakılıq  formalarına  qarşı  zərərçəkmişlər  üçün  müvafiq  və  təxirəsalınmaz 

müdafiə təklif etməklə dərhal və lazımı şəkildə cavab verməsini təmin etmək üçün 

zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 

2

 



Tərəflər preventiv əməliyyat tədbirlərinin tətbiqi və dəlillərin toplanması da daxil 

olmaqla  bu  Konvensiyanın  əhatə  etdiyi  bütün  zorakılıq  formalarının  qarşısının 

alınması  və  onlara  qarşı  müdafiədə  məsul  hüquq-mühafizə  orqanlarının  fəal  və 

lazımı qaydada fəaliyyətini təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər 

görməlidirlər.  

 

Maddə 51 – Risklərin qiymətləndirilməsi və idarə edilməsi  

 



 Tərəflər ölüm riskinin, vəziyyətinin ciddiliyinin və təkrarlanan zorakılıq riskinin 



bütün  müvafiq  qurumlar  tərəfindən  riskləri  idarə  etmək  və  lazım  olarsa,  əlaqəli 

təhlükəsizlik  və  dəstək  təmin  etmək  məqsədilə  qiymətləndirildiyini  təmin  etmək 

üçün lazımı hüquqi və ya digər tədbirlər görəcək.    

 



 Tərəflər  1-ci  bənddə  istinad  edilən  qiymətləndirmənin  araşdırmanın  və  müdafiə 

tədbirlərinin  tətbiqinin  bütün  mərhələlərində  bu  Konvensiyada  əhatə  olunan 

zorakılıq  əməllərini  törədən  təqsirkarların  odlu  silah  daşıması  və  ya  odlu 

silahlardan  istifadəyə  çıxışının  olması  faktının  lazımı  qaydada  nəzərə  alındığını 

təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.  

 

Maddə 52 – Təcili uzaqlaşdırma əmrləri   

Tərəflər  səlahiyyətli  orqanların  təxirəsalınmaz  təhlükə  vəziyyətlərində  məişət 

zorakılığı törədicisinə riskə məruz qalmış zərərçəkmiş və ya şəxsin yaşayış yerini 

kifayət  qədər  zaman  müddətinə  tərk  etmək  və  təqsirkara  riskə  məruz  qalan 

zərərçəkmiş  və  ya  qurbanın  yaşayış  yerinə  daxil  olmağı  və  ya  onunla  əlaqə 

saxlamağı  qadağan  etmək  əmrləri  vermək  səlahiyyətinə  malik  olmasını  təmin 

etmək üçün lazımı hüquqi və  ya digər tədbirlər görməlidir.  Bu maddəyə uyğun 

şəkildə görülən tədbirlərdə riskə məruz qalmış zərərçəkmiş və ya risk altında olan  

şəxslərin təhlükəsizliyi məsələsinə üstünlük verilməlidir.   

 

Maddə 53 – Məhdudlaşdırma və qoruma əmrləri  



 49 

 



 Tərəflər  bu  Konvensiya  ilə  əhatə  olunan  bütün  zorakılıq  formaları  qurbanları 

üçün  müvafiq  məhdudlaşdırma  və  ya  qoruma  əmrlərinin    olmasını  təmin  etmək 

üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidir.   

 



 Tərəflər 1-ci bənddə istinad edilən məhdudlaşdırma və ya qoruma əmrlərinin:  

 

təxirəsalınmaz müdafiə üçün və zərərçəkmişin üzərinə ağır maliyyə və ya inzibati 



 

yük qoyulmadan mövcud olmasının;  

 

müəyyən bir müddətə, yaxud dəyişiklik və ya ləğv edilənədək verildiyini;  



 

lazım gələrsə, dərhal təsiri qüvvəyə minməklə tək tərəfin şikayəti əsasında (ex 

 

parte)  verildiyini;  



 

digər icraatlardan asılı olmayaraq və ya onlara əlavə olaraq mövcud olduğunu;   

 

sonrakı məhkəmə araşdırmalarında təqdim olunmasına icazə verildiyini təmin 



 

etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 



 Tərəflər  1-ci  bəndə  müvafiq  olaraq  verilmiş  məhdudlaşdırma  və  ya  qoruma 



əmrlərinin  pozulmasına  görə  effektiv,  proporsional  və  qabaqlayıcı  cinayət  və  ya  digər 

hüquqi cəzaların tətbiq edilməsini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər 

görməlidirlər.  

 

Maddə 54 – İstintaq və dəlillər  

Tərəflər hər hansı mülki və ya cinayət araşdırmasında zərərçəkmişin cinsi keçmişi 

və  davranışı  ilə  bağlı  dəlillərdən  istifadəyə  ancaq  müvafiq  və  zəruri  olduğu 

hallarda  icazə  verilməsini  təmin  etmək  üçün  lazımı  qaydada  hüquqi  və  digər 

tədbirlər görməlidirlər.   

 

Maddə  55  –  Tək  tərəfli  şikayət  (ex  parte)  və  şikayət  olmadan  (ex  officio) 



aparılan icraatlar 

  

 Tərəflər,  cinayət  əməli  tam  və  ya  qismən  onun  ərazisində  törədilmişsə,  bu 



Konvensiyanın  35,  36,  37,  38  və  39-cu  Maddələrinə  əsasən  müəyyən  edilmiş 

cinayət  əməllərinin  araşdırılması  və  təqibinin  tam  olaraq  zərərçəkmişin  təqdim 

etdiyi  məlumat  və  ya  şikayətə  əsaslanmamasını  və  araşdırmaların  hətta 

zərərçəkmişin  öz  ifadə  və  ya  şikayətini  geri  çəkməsindən  sonra  da  davam  edə 

biləcəyini təmin etməlidir.  

 



 50 

 Tərəflər  daxili  qanunvericiliklərində  nəzərdə  tutulan  şərtlərə  uyğun  olaraq 



hökumət  və  qeyri-hökumət  təşkilatları  və  məişət  zorakılığı  ilə  məşğul  olan 

məsləhətçilərin  bu  Konvensiyada  müəyyən  edilmiş  cinayət  əməlləri  ilə  əlaqədar 

aparılan araşdırma və məhkəmə prosesləri zamanı istək əsasında zərərçəkmişlərə 

yardım və/ya dəstək göstərmə imkanı təmin etmək üçün lazımı hüquq və ya digər 

tədbirlər görməlidirlər.   

 

Maddə 56 – Müdafiə tədbirləri   

 



 Tərəflər  xüsusilə  də  aşağıda  təsvir  olunmuş  yollarla  araşdırma  və  məhkəmə 

proseslərinin bütün  mərhələlərində zərərçəkmişlərin,  şahid  qismində kimi  xüsusi 

ehtiyacları  da  daxil  olmaqla,  hüquq  və  maraqlarını  müdafiə  etmək  üçün 

aşağıdakılar  da  daxil  olmaqla,  lazımı  hüquqi  və  ya  digər  tədbirlər  həyata 

keçirməlidirlər:  

 zərərçəkmişləri, onların ailələrini və şahidləri hədə-qorxu, qisas və təkrar 



cinayət qurbanına çevrilməkdən müdafiə etmək;  

 zərərçəkmişlərin cinayəti törədən şəxsin qaçması və ya müvəqqəti, yaxud 



qeyri-müəyyən müddətə azad edilməsi nəticəsində ən azından özlərinin və 

ailələrinin  təhlükədə  ola  biləcəyi  hallarda  məlumatlandırılmasını  təmin 

etmək;  

c  


daxili qanunvericilikdə nəzərdə tutulan şərtlər əsasında onlara hüquqları və 

yararlana  biləcəklər  xidmətlər,  şikayətləri  ilə  bağlı  işin  gedişatı,  cəzalar, 

istintaqın  və  məhkəmə  prosesinin  ümumi  gedişatı  və  onların  bu  sahədə 

rolları, o cümlədən prosesin nəticələri haqqında məlumat vermək;  

 zərərçəkmişlərin  daxili  qanunvericiliyin  prosessual  qaydalarına  uyğun 



şəkildə dinlənilməsinə, dəlil təqdim etməsinə və birbaşa və ya vasitəçinin 

köməyi  ilə  fikir,  ehtiyac  və  narahatlıqlarının  ifadə  edilməsi  və  nəzərə 

alınmasının təmin edilməsinə imkan yaratmaq;  

e  


zərərçəkmişləri hüquq və maraqlarının düzgün qaydada təqdim edildiyi və 

nəzərə alındığı şəkildə müvafiq dəstək xidmətləri ilə təmin etmək;  

f  

zərərçəkmişin  şəxsi  həyatının  və  nüfuzunun  qorunması  üçün  tədbirlərin 



qəbul edilməsini təmin etmək;  

g  


məhkəmə  və  hüquq  mühafizə  orqanları  daxilində  zərərçəkmişlərlə 

təqsirkarlar  arasında  əlaqənin  mümkün  olduğu  qədər  olmamasını  təmin 

etmək;  

h  


zərərçəkənlər  məhkəmə  prosesində  iştirak  etdikdə  və  ya  dəlil  təqdim 

etdikdə onları müstəqil və səlahiyyətli tərcüməçi ilə təmin etmək;  

i  

daxili  qanunvericilikdə  nəzərdə  tutulan  qaydada  zərərçəkənlərin 



məhkəmədə  iştirak  etmədən  və  ya  ən  azından  iddia  edilən  təqsirkarın 

iştirakı 

olmadan, 

mümkün 


olarsa, 

müvafiq 


kommunikasiya 

texnologiyalarından  istifadə  etməklə  şahidlik  ifadəsi  verməsinə  imkan 

yaratmaq.  



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə