Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 51 

 



 Qadınlara qarşı zorakılığın uşaq qurbanı və ya uşaq şahidi üçün, mümkün 

olan  hallarda,  uşaqların  əsas  maraqlarının  nəzərə  alındığı  xüsusi  müdafiə  tədbirləri 

görülməlidir.  

Maddə 57 – Hüquqi yardım  

Tərəflər  daxili  qanunvericiliklərində  nəzərdə  tutulmuş  şərtlər  altında 

zərərçəkmişlər  üçün  hüquqi  yardım  və  pulsuz  hüquqi  məsləhət  hüququ  təmin 

etməlidirlər.  



Maddə 58 – Müddət keçdiyinə məsuliyyətə cəlb edilməmə qanunu  

Tərəflər  bu  Konvensiyanın  36,  37,  38  və  39-cu  Maddələrinə  əsasən  hər  hansı 

hüquqi  prosesin  başladılması  üçün  müddətin  keçməsinə  görə  məsuliyyətə  cəlb 

edilməmə qanununun zərərçəkmişin yetkinlik yaşına çatmasından sonra prosesin 

səmərəli  şəkildə  başladılmasına  imkan  verən  və  sözügedən  zorakılıq  əməlinin 

ağırlıq  dərəcəsinə  uyğun  olan  bir  müddətə  davam  etməsini  təmin  etmək  üçün 

lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.    

VII Fəsil – Miqrasiya və sığınacaq   

Maddə 59 – Yaşayış (rezident) statusu  

1 Tərəflər nigah və  ya  münasibətlərin  pozulması  halında  yaşamaq statusu  daxili 

qanunvericilikdə  nəzərdə  tutulduğu  kimi  həyat  yoldaşının  və  ya  partnyorunun 

statusundan asılı olan və olduqca çətin şərtlərdə yaşayan zərərçəkmişlərə müraciət 

əsasında nigah və ya münasibətin müddətindən asılı olmayaraq müstəqil yaşamaq 

haqqında  icazə  verilməsini  təmin  etmək  üçün  lazımı  hüquqi  və  digər  tədbirlər 

görməlidir.  Müstəqil  yaşayış  haqqında  icazənin  verilməsi  və  müddəti  ilə  bağlı 

şərtlər daxili qanunvericiliklə müəyyən olunur.   

2  Tərəflər  zərərçəkmişlərin  müstəqil  yaşayış  haqqında  icazə  üçün  müraciət 

etməsinə  imkan  yaratmaq  məqsədilə  daxili  qanunvericilikdə  müəyyən  edildiyi 

kimi  həyat  yoldaşı  və  ya  partnyorunun  yaşamaq  statusundan  asılı  olan  yaşamaq 

statusu ilə əlaqədar başladılmış miqrasiya proseslərinin dayandırılmasına nail ola 

bilməsini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.  

3 Tərəflər aşağıdakı vəziyyətlərdən birində və ya hər ikisində zərərçəkənlər üçün 

yenilənə bilən yaşayış haqqında icazə verməlidirlər:  

a  aidiyyatı  olan  orqan  onların  şəxsi  vəziyyətləri  əsasında  qalmaqlarının 

zəruri olduğunu hesab etdikdə;  

b  aidiyyatı  olan  orqan  istintaq  və  məhkəmə  proseslərində  əlaqədar 

qurumlarla əməkdaşlıq məqsədilə onun qalmasının vacib olduğunu hesab 

etdikdə.  

4 Tərəflər nigah məqsədilə başqa ölkəyə gətirilmiş və nəticədə daimi yaşayış yeri 

olan  ölkədə  yaşamaq  statusunu  itirmiş  məcburi  nigah  qurbanlarının  statuslarını 

geri ala bilmələrini təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər həyata 

keçməlidir.  



Maddə 60 – Gender əsaslı sığınacaq tələbləri  


 52 

1  Tərəflər  qadınlara  qarşı  gender  zəminli  zorakılığın  1951-ci  ilin  Qaçqınların 

Statusu  haqqında  Konvensiyasının  1,  A  (2)  Maddəsinin  kontekstində  təqib  və 

əlavə müdafiəni  şərtləndirən ciddi zərər formasında qəbul  edilə biləcəyini təmin 

etmək üçün lazımı hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.  

2  Tərəflər  Konvensiyanın  hər  bir  əsasının  gender  baxımından  həssas 

interpretasiya  olunmasını  və  nəzərdə  tutulan  təqibin  bu  əsaslardan  bir  və  ya  bir 

neçəsi  üçün  olduğu  müəyyən  edildikdə  isə  müraciət  edənlərə  qüvvədə  olan 

müvafiq  sənədlərə  uyğun  şəkildə  qaçqın  statusunun  verilməsini  təmin 

etməlidirlər.  

3 Tərəflər sığınacaq axtaranlar üçün gender baxımından həssas qəbul prosedurları 

və dəstək xidmətləri, o cümlədən qaçqın statusunun müəyyən edilərək beynəlxalq 

müdafiə  üçün  müraciət  edilməsi  daxil  olmaqla  gender  təlimatları  və  gender 

baxımından həssas sığınacaq prosedurları işləyib hazırlamaq üçün lazımı hüquqi 

və ya digər tədbirlər görməlidir.  

Maddə 61 – Non-refoulement (geri qaytarılmama)    

1 Tərəflər beynəlxalq hüquq əsasında mövcud olan öhdəliklərə uyğun olaraq non-

refoulement  prinsipinə  hörmətlə  yanaşılması  üçün  zəruri  hüquqi  və  ya  digər 

tədbirlər görməlidirlər.  

2 Tərəflər status və ya yaşayış yerindən asılı olmayaraq müdafiəyə ehtiyacı olan 

qadınlara  qarşı  zorakılıq  qurbanlarının  heç  bir  halda  həyatlarının  təhlükə  altında 

qalacağı  və  işgəncə,  qeyri-insani  və  ya  alçaldıcı  davranış  və  cəza  ilə  qarşılaşa 

biləcəkləri  ölkəyə  qaytarılmaması  üçün  lazımı  hüquqi  və  digər  tədbirlər 

görməlidirlər.   

Fəsil VIII – Beynəlxalq əməkdaşlıq   

Maddə 62 – Ümumi prinsiplər  

1  Tərəflər  bu  Konvensiyanın  müddəalarına  uyğun  şəkildə  və  mülki  və  cinayət 

məsələləri  sahəsində  əməkdaşlıqla  bağlı  müvafiq  beynəlxalq  və  regional 

sənədləri, vahid və qarşılıqlı qanunvericilik və daxili qanunlar üzrə razılaşdırılmış 

tədbirləri  tətbiq  etməklə  aşağıdakı  məqsədlərlə  mümkün  qədər  geniş  miqyasda 

əməkdaşlıq etməlidirlər:  

a  bu Konvensiyanın əhatə dairəsinə daxil olan bütün zorakılıq 

formalarının qarşısının alınması, onlara qarşı mübarizə və təqib;  

b  zərərçəkənlərin müdafiəsi və yardımla təmin edilməsi;  

c  bu Konvensiya ilə müəyyən edilmiş zorakılıq əməlləri ilə bağlı 

araşdırma və proseslər;  

d  Müdafiə haqqında göstərişlər daxil olmaqla Tərəflərin məhkəmə 

orqanlarının verdiyi müvafiq mülki və cinayət qərarlarının qüvvəyə 

minməsi.  

2  Tərəflər  bu  Konvensiya  ilə  müəyyən  edilmiş  və  yaşadığı  yerdən  fərqli  olaraq 

tərəfdaş  Dövlətin  ərazisində  törədilmiş  zorakılıq  əməllərinin  qurbanlarının 

yaşadıqları Dövlətin əlaqədar orqanları qarşısına şikayət edə bilməsi üçün lazımı 

hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə