Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 42 

 



 Tərəflər  himayədarlıq  və  uşaqları  ziyarət  hüquqlarının  müəyyənləşdirilməsində 

bu  Konvensiyada  nəzərdə  tutulmuş  zorakılıq  hallarının  nəzərə  alınmasını  təmin 

etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər. 

 

2  



Tərəflər hər hansı ziyarət və ya himayədarlıq hüququnun icrasının zərərçəkmişin 

və  ya  uşaqların  hüquq  və  təhlükəsizliyinə  xələl  yetirmədiyini  təmin  etmək  üçün 

zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 

Maddə 32 – Məcburi nigahların mülki fəsadları  

 

Tərəflər  məcburi  surətdə  bağlanmış  nigahların  zərərçəkmişin  çiyinlərinə  qeyri-



müvafiq maliyyə və ya inzibati yük qoymadan ləğv edilə və ya pozula biləcəyini 

təmin etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 

Maddə 33 – Psixoloji zorakılıq   

 

Tərəflər  məcbur  etmə  və  ya  hədə-qorxu  vasitəsilə  hər  hansı  bir  şəxsin  psixoloji 



vəziyyətinə ciddi xələl yetirən qəsdən törədilmiş əməllərin cinayət əməli olmasını 

təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.   



 

Maddə 34 – Təcavüz məqsədli təqib  

 

Tərəflər  başqa  şəxsə  yönəldilmiş  və  onun  öz  təhlükəsizliyinə  görə  narahat 



olmasına səbəb olan hədə-qorxu xarakterli davranışı məqsədli şəkildə və təkrarən 

nümayiş  etdirmənin  cinayət  əməli  hesab  edildiyini  təmin  etmək  üçün  zəruri 

hüquqi və digər tədbirlər görməlidirlər 

.  


Maddə 35 – Fiziki zorakılıq  

 

Tərəflər  başqalarına  qarşı  qəsdən  fiziki  zorakılıq  əməllərinin  törədilməsinin 



cinayət  olduğunu  təmin  etmək  üçün  zəruri  hüquqi  və  ya  digər  tədbirlər 

görməlidirlər. 

  

Maddə 36 – Zorlama da daxil olmaqla cinsi zorakılıq  

 



 Tərəflər  aşağıda  verilmiş  məqsədli  davranışların  cinayət  əməli  hesab  olunması 

üçün zəruri hüquqi və ya digər tədbirlər görəcək:  




 43 

bədənin  hər  hansı  bir  hissəsi  və  ya  əşya  ilə  başqa  şəxsin  bədəninə  onun 



razılığı olmadan cinsi xarakterli vaginal, anal və ya oral müdaxilə etmə 

 b  


hər  hansı  bir  şəxslə  onun  razılığı  olmadan  digər  cinsi  xarakterli 

münasibətdə olmaq;  

c  

başqa  şəxsin  üçüncü  şəxslə  onun  razılığı  olmadan  cinsi  xarakterli 



münasibətə daxil olmasına səbəb olmaq.   

 



 Razılıq  şəxsin  ətrafındakı  şərtlər  əsasında  qiymətləndirilən  azad  iradəsinin 

nəticəsi olaraq könüllü şəkildə verilməlidir.  

 



 Tərəflər  1-ci  bəndin  müddəalarının,  həmçinin  beynəlxalq  hüquqda  müəyyən 



edildiyi  kimi,  keçmiş  və  ya  hazırkı  həyat  yoldaşları,  yaxud  partnyorlara  qarşı 

törədilən əməllərə şamil  edilməsini təmin  etmək üçün zəruri hüquqi  və  ya  digər 

tədbirlər görməlidirlər.  

 

Maddə 37 – Məcburi nigah  

 



 Tərəflər  yetkinlik  yaşına  çatmış  şəxsi  və  ya  uşağı  nigaha  daxil  olmağa  qəsdən 

məcbur  etmənin  cinayət  əməli  olduğunu  təmin  etmək  üçün  lazımı  hüquqi  və  ya 

digər tədbirlər görməlidirlər.  

 



 Tərəflər  yetkinlik  yaşına  çatmış  şəxsi  və  ya  uşağı  nikaha  daxil  olmağa  məcbur 

etmək  məqsədilə  qəsdən  aldadaraq  yaşadığı  ölkənin  ərazisindən  çıxarıb  Tərəf  və  ya 

Dövlətin  ərazisinə  gətirmənin  cinayət  olduğunu  təmin  etmək  üçün  zəruri  hüquqi  və  ya 

digər tədbirlər görməlidirlər.  



 

Maddə 38 – Qadın sünnəti  

 

Tərəflər aşağıda verilmiş məqsədli davranışların cinayət  əməli  hesab olunmasını 



təmin etmək üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər:  

  



qadın cinsiyyət orqanının : böyük dodaqlar, kiçik dodaqlar və ya 

klitorunun tam və ya hissəvi  kəsilməsi, birləşdirilməsi və ya başqa şəkildə 

sünnət edilməsi 

 



qadını  a  bəndində  sadalanan  hallardan  hər  hansı  birinə  məruz 

qalmağa məcbur etmək və ya sadalanan halların icrasına yardım etmək; 



 

 

 c 


hər  hansı  qızın    a  bəndində  qeyd  edilən  hallardan  istənilən  birinə 

məruz qalmasını təmin etmək və ya onu buna məcbur və ya təhrik  etmək 




 44 

 

Maddə 39 – Məcburi abort və qısırlaşdırma  

Tərəflər  aşağıdakı  məqsədli  davranışların  cinayət  əməli  olduğunu  təmin  etmək 

üçün lazımı hüquqi və digər tədbirlər həyata keçirməlidirlər:  

 

a  



Öncədən məlumatlandırılmadan və razılığı alınmadan qadın abort edilməsi  

b  


Öncədən  məlumatlandırılmadan  və  razılığı  alınmadan,  həmçinin  yerinə 

yetiriləcək  ənməliyyat  haqqında  tam  şəkildə  anlayışı  olmayan  hər  hansı  

bir qadında   onun təbii  nəsil vermə qabiliyyətini tükətmək   məqsədi ilə 

və ya buna səbəb oçla biləcək  hər hansı cərrahi əməliyyatın aparılması.  



 

Maddə 40 – Cinsi qısnama  

 

Tərəflər hər hansı bir şəxsin ləyaqətini alçaltmaq məqsədi və ya təsiri ilə, xüsusilə 



qorxuducu,  düşməncə,  alçaldıcı,  təhqiredici  və  ya  xoşagəlməz  mühit  yaradarkən 

istənilən cinsi xarakterli sözlü, sözsüz və ya fiziki davranış formasına cinayət və 

ya digər hüquqi cəzanın tətbiq edilməsini təmin etmək üçün lazımı hüquqi və ya 

digər tədbirlər görməlidirlər.    



Maddə 41 – Köməklik etmək və ya əlbir olmaq və buna cəhd etmək 

 



 Tərəflər  bu  Konvensiyanın  33,  34,  35,  36,  37,  38.a  və  39-cu  Maddələrinə 

müvafiq  olaraq  müəyyən  edilmiş  zorakılıq  əməllərinin  törədilməsinə  qəsdən 

köməklik  etmə  və  ya  törətmək  məqsədi  ilə  əlbir  olmanın  cinayət  əməli  hesab 

edilməsi üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 



 Tərəflər  bu  Konvensiyanın  35,  36,  37,  38.a  və 39-cu  Maddələrinə  uyğun  olaraq 



müəyyən  edilmiş  əməlləri  qəsdən  törətmə  cəhdlərinin  cinayət  əməli  hesab 

edilməsi üçün zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.   



 

Maddə  42  –  Cinayətlərə,  o  cümlədən  “namus-şərəf”  naminə  törədilən 

cinayətlərə qəbuledilməz bəraətin qazandırılması 

 Tərəflər bu Konvensiyanın  əhatə dairəsinə daxil olan hər hansı  zorakılıq aktının 



törədilməsindən  sonra  başladılan  cinayət  araşdırmasında  mədəniyyət,  adət,  din, 

ənənə və  ya “namus” kimi anlayışların bu cür əməllərin törədilməsi üçün bəraət 

təşkil etməməsini təmin edəcək zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər. 

Buraya,  xüsusilə  də  qurbanın  müvafiq  davranışının  mədəni,  dini,  sosial  və  ya 

ənənəvi norma və ya adətləri pozması ilə bağlı iddialar daxildir.  

 



 Tərəflər  hər  hansı  bir  uşağın  bir  şəxs  tərəfindən  1-ci  bənddə  istinad  edilmiş 

əməllərdən  hər  hansı  birini  törətməyə  təhrik  edilməsinin  bu  şəxsin  törədilmiş 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə