Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 39 

 Xidmətlərin təminatı qurbanın hər hansı cinayətkara qarşı iddialar qaldırması və 



ya şahidlik etməsindən asılı olmamalıdır.  

 



 Tərəflər  beynəlxalq  hüququn  normaları  əsasında  götürdükləri  öhdəliklərə  uyğun 

olaraq öz xalqlarının nümayəndələrinə və digər qurbanlara konsulluq və digər müdafiə və 

yardım təmin etmək üçün müvafiq tədbirlər görməlidirlər.   

 

Maddə 19 – Məlumat  

 

Tərələr qurbanların mövcud dəstək xidmətləri və hüquqi tədbirlər haqqında başa 



düşdükləri  bir  dildə  adekvat  və  vaxtında  məlumat  aldığından  əmin  olmaq  üçün 

lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.  



 

Maddə 20 – Ümumi yardım xidmətləri  

 



 Tərəflər  zərərçəkmişlərin  zorakılığın  nəticələrindən  sağalmasını  asanlaşdıran 

xidmətlərə  çıxışını  təmin  etmək  üçün  lazımı  hüquqi  və  ya  digər  tədbirlər 

görməlidirlər.  Bu  tədbirlərə,  tələb  olunarsa,  hüquqi  və  psixoloji  məsləhətləşmə, 

maliyyə  yardımı, sığınacaqla təmin  olunma, təhsil, təlim və iş  tapmaqda  yardım 

kimi xidmətlər daxil olmalıdır.  

 

2



 

Tərəflər  qurbanların  səhiyyə  və  sosial  xidmətlərə  çıxışını  və  xidmətlərin  lazımı 

resurslarla  təmin  olunmasını,  mütəxəssislərin  zərərçəkmişlərə  kömək  etmələri 

üçün  təlimləndirilməsini  və  müvafiq  xidmətlərə  yönləndirilməsini  təmin  etmək 

üçün zəruri hüquqi və ya digər tədbirlər görməlidirlər.  

3

 



 

Maddə 21 – Fərdi/kollektiv şikayətlərlə bağlı yardım   

Tərəflər  qurbanların  tətbiq  olunan  regional  və  beynəlxalq  fərdi/kollektiv  şikayət 

mexanizmləri  haqqında  məlumatlı  olmasını  və  onlardan  istifadə  edə  bilməsini 

təmin  etməlidirlər.  Tərəflər  bu  qəbildən  olan  hər  hansı  şikayətin  təqdim 

edilməsində həssas və bilikli yardımın təmin edilməsini təşviq etməlidirlər.  

 

Maddə 22 – Mütəxəssislər tərəfindən yardım xidməti  

 Tərəflər bu konvensiya tərəfindən əhatə olunan hər hansı zorakılıq əməlinə məruz 



qalmış  qurbana  müvafiq  coğrafi  bölgüdə  təxirəsalınmaz,  qısa  və  uzun  müddətli 

peşəkar  yardım xidmətləri təmin  etmək üçün zəruri  hüquqi  və  ya  digər tədbirlər 

görməlidirlər.  

 Tərəflər bütün zorakılıq qurbanı olan qadınlar və onların uşaqların üçün peşəkar 



yardım xidməti təmin və ya təşkil etməlidirlər.  


 40 

 

Maddə 23 – Sığınacaqlar  

Tərəflər qurbanlar, xüsusilə qadınlar və onların uşaqlarını təhlükəsiz yaşayış yeri 

ilə  təmin  etmək  və  onlarla  sıx  əlaqə  saxlamaq  üçün  kifayət  sayda  münasib, 

asanlıqla  çıxış  əldə  edilə  bilən  sığınacaqların  yaradılmasını  təmin  edən  lazımı 

hüquqi və ya digər tədbirlər görəcək.  

 

Maddə 24 – Telefon yardım xətləri  

 

Tərəflər bu Konvensiyada nəzərdə tutulan bütün  zorakılıq  formaları ilə əlaqədar 



məxfi və ya anonimliyin qorunması yolu ilə bütün ölkə miqyasında müraciət edən 

şəxslərə gecə-gündüz (7/24) təmənnasız məsləhət verən telefon yardım xətlərinin 

yaradılması üçün zəruri hüquqi və digər tədbirləri görməlidirlər.  

 

Maddə 25 – Cinsi zorakılıq qurbanlarına dəstək  

 

Tərəflər  qurbanlara  tibbi,  məhkəmə  ekspertizası,  zədə  yardımı  və  məsləhət 



xidməti təmin etmək məqsədilə kifayət sayda münasib, asanlıqla çıxış əldə edilə 

bilən zorlama böhran və ya cinsi zorakılıq mərkəzlərinin yaradılmadı üçün lazımı 

hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 

Maddə 26 – Uşaq şahidlərin müdafiəsi və onlara dəstək  

 



 Tərəflər  qurbanları  müdafiə  və  dəstək  xidmətləri  ilə  təmin  edərkən  bu 



Konvensiyada  nəzərdə  tutulmuş  bütün  zorakılıq  formalarının  uşaq  şahidlərinin 

hüquq  və  ehtiyaclarının  nəzərə  alınmasından  əmin  olmaq  üçün  zəruri  hüquqi  və 

ya digər tədbirləri həyata keçirməlidirlər.  

 



 Bu  maddə  əsasında  görülən  tədbirlərə  bu  konvensiyada  əhatə  olunan  bütün 

zorakılıq  formalarının  uşaq  şahidləri  üçün  yaşa  uyğun  psixi-sosial  məsləhət 

xidməti daxil edilməli və uşaqların əsas maraqlarına xüsusi diqqət yetirilməlidir.  

Maddə 27 – Məlumat vermə  

 

Tərəflər  bu  Konvensiya  ilə  əhatə  olunan  zorakılıq  əməllərinin  törədilməsinə 



şahidlik etmiş, yaxud bu cür əməlin törədilə biləcəyinə və ya gələcəkdə zorakılıq 

əməllərinin törədilməsinin ehtimal edilməsinə inanmaq üçün əsaslı səbəbləri olan 

şəxsləri  bu  barədə  səlahiyyətli  təşkilat  və  orqanlara  məlumat  verməyə 

həvəsləndirmək üçün lazımı tədbirlər görməlidirlər.   

 



 41 

Maddə 28 – Mütəxəssislər tərəfindən məlumat vermə  

 

Tərəflər  beynəlxalq  hüquqda  müəyyən  mütəxəssislər  üçün  nəzərdə  tutulan 



məxfilik  qaydalarının,  bu  Konvensiya  ilə  əhatə  olunan  ciddi  zorakılıq  əməlinin 

törədildiyinə və gələcəkdə də gözləndiyinə inanmaq üçün əsaslı səbəbləri olarsa, 

onların  müvafiq  şərtlər  altında  səlahiyyətli  təşkilat  və  ya  orqanlara  məlumat 

verməsi  üçün  maneə  təşkil  etmədiyindən  əmin  olmaq  üçün  zəruri  tədbirlər 

görməlidirlər.  

 

V Fəsil – Maddi hüquq 



   

Maddə 29 – Mülki məhkəmə prosesləri və müdafiə vasitələri  

 



 Tərəflər qurbanları təqsirkarlara qarşı müvafiq mülki müdafiə vasitələri ilə təmin 

etmək üçün lazımı hüquqi və ya digər tədbirlər görməlidirlər.  

 



 Tərəflər 



beynəlxalq  hüququn  ümumi  prinsipləri  əsasında  qurbanları, 

səlahiyyətləri  daxilində  zəruri  preventiv  və  müdafiə  tədbirləri  görə  bilməmiş 

Dövlət  orqanlarına qarşı müvafiq  mülki müdafiə vasitələri  ilə  təmin  etmək üçün 

zəruri hüquqi və ya digər tədbirlər həyata keçirməlidirlər.  



 

Maddə 30 – Kompensasiya  

 



 Tərəflər  qurbanların  bu  Konvensiyada  təsbit  edilmiş  hər  hansı  əmələ  görə 

təqsirkardan  kompensasiya  tələb  etmək  hüququnu  təmin  etmək  üçün  lazımı 

hüquqi və ya digər tədbirlər görməlidirlər.   

 



 Bədəndə  ciddi  zədələr  və  sağlamlığın  pisləşməsi  hallarında  dəymiş  ziyan 

təqsirkar,  sığorta  və  ya  Dövlət  tərəfindən  maliyyələşən  sağlamlıq  və  sosial 

təminatlar  tərəfindən  qarşılana  bilmədikdə  adekvat  Dövlət  kompensasiyası 

ödənilir.  

Zərərçəkmişin  təhlükəsizliyinə  xüsusi  diqqət  yetirildiyi  müddətcə  bu,  Tərəflərin 



təqsirkar tərəfindən ödənilən təzminatı azaltma tələbində mane olmur.   

 

 



 2-ci bənd əsasında görülən tədbir münasib zaman çərçivəsində kompensasiyanın 

verilməsini təmin edəcək.  

 

Maddə 31 – Himayə, ziyarət hüquqları və təhlükəsizlik  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə