Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 21 

əmlakın  dağıdılması,  qurbanın  ailəsi,  dostları  və  ya  ev  heyvanlarını  hədəfə  almaq,  onlar  barəsində 

internetdə yanlış məlumat yaymaq da  daxildir. 

 

Psixoloji  zorakılıq  və  təcavüz  məqsədli  təqibin  prinsip  etibarı  ilə  cinayət  əməli  hesab  edilməli  olmasına 



baxmayaraq,  Konvensiya  Tərəflərə  onların  hüquqi  sistemlərinə  uyğun  olaraq  bu  cür  davranışlara  qeyri-

cinayət  cəzalarının  tətbiq  edilməsi  üçün  qeyd-şərt  imkanı  verir.  Lakin,  qeyri-cinayət  cəzaları  tətbiq 

edilməli,  təqsirkarın  cəzalandırılması  və  onu  gələcəkdə  belə  davranışlardan  çəkindirmək  üçün  yetərli 

olmalıdır. 

 

İtaliyada təcavüz məqsədli  təqib 2009-cu ildə cinayət əməli elan olunub. Bu növ cinayət 6 aydan 4 

ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Təqsirkar Qurbanın keçmiş həyat yoldaşı və 

ya intim münasibət yaşadığı şəxs olduqda həbs cəzası 6 ilədək arta bilər. Eyni şərt qurban azyaşlı 

olduqda da tətbiq edilir. 

 



 

Cinsi Təcavüz, o cümlədən zorlama: qarşıdakının razılığı olmadan onunla qəsdən həyata keçirilən 

cinsi  hərəkət.  Buna  qurbanın  bədəninin  hər  hansı  bir  hissəsinə  təqsirkarın  bədənin  hər  hansı  bir 

hissəsinin  və  ya  hər  hansı əşyanın daxil edilməsi aiddir. Əksər cinsi  zorakılıq  hallarında  qurban 

müqavimət göstərdiyini sübut edə bilmədiyi təqdirdə bu cür cinayətlər cəzasız qalır. Bu boşluğun 

aradan  qaldırılması  üçün    Konvensiya  müqavimət  göstərilib-göstərilmədiyindən  asılı  olmayaraq 

razılığın  verildiyi  zaman  qurbanın  hansı  şərtlər  daxilində  hərəkət  etdiyinin  araşdırılmasını  tələb 

edir.  Bu  müddəa  evli  cütlər,  ər-arvad  və  ya  keçmişdə  evli  olmuş  tərəflər  arasında  baş  verən 

zorlama hadisələri cinayət elan edir.

 

 

1993-cü ildə  BMT Baş Assambleyasının qəbul etdiyi  Qadınlara qarşı Zorakılığın  Aradan 



Qaldırılması  haqqında  Bəyannamədə  ailə  daxili  zorlamanın  qadına  qarşı  zorakılığın  bir 

növü olduğu qeyd olunmuşdur. 

 



 



Cinsi  qısnama

insanın  ləyaqətini  alçaldan,  qorxu  yaradan,  təhqir  edən,  təcavüz  mühiti  yaradan, 



zorakılıq  məqsədi  daşıyan  cinsi  zəmində  hər  hansı  istənilməyən

 

hərəkət,  söz  və  ya  psixoloji  rəftar. 



Yenə də Konvensiya Tərəflərə bu cür davranışlara qarşı qeyri-cinayət cəzaları, yəni mülki və inzibati 

cəzalar tətbiq etməyə imkan verir. 

 



 



Məcburi  evlilik:

 

qəsdən  fiziki  və  ya  psixoloji  hədələr  istifadə  etməklə  böyüyü  yaxud  uşağı  nigaha 



girməyə məcbur etmək və ya bu məqsədlə başqa ölkəyə aparmaq və ya qaçırtmaq. 

 

Birləşmiş krallıqda,“Southall Black Sisters” QHT-si tərəfindən keçirilən kampaniya Böyük 



Britaniya Xarici İşlər İdarəsi tərəfindən Britaniya vətəndaşlarının xaricdə məcburi evliliyə 

məruz  qalmaları  məsələsinə  cavab  olaraq  məcburi  evliliklər  barədə  polis  təlimatları 

hazırlanmasına  səbəb  olmuşdur.  Bolqarıstanın  Cinayət  Məcəlləsində  bir  insanı  məcburi 

nigaha girməyə vadar etmək, xüsusilə qadınları bu məqsədlə qaçırmaq  cinayət əməli hesab 

edilir. 

 



 

Qadın  sünnəti  (FGM)

qeyri-tibbi  səbəblərdən  qadının  cinsi  orqanlarının  dəyişdirilməsi  və  ya 

zədələnməsi  üçün  edilən  bütün  prosedurlar.  Bu  cür  hallar  qurbana    sağalmaz  daimi  zərər  vurur  və 

adətən  onun  razılığı  olmadan  həyata  keçirilir.  Konvensiyada  qadın  sünnətini  həyata  keçirən  şəxslərə 

yardım edənlərə üçün də cinayət məsuliyyət nəzərdə tutulur

 



Avstriyada  2001-ci  ilə  qədər  zərərçəkmiş  tərəfin  razılığı  ilə  baş  vermiş  fiziki  xəsarətlərə 

görə  cəza  verilmirdi.  Bu  isə  o  deməkdir  ki,  gənc  qızın  valideynləri  və  ya  qəyyumu  onun 

sünnət  olunmasına hüququ cəhətdən razılıq verdikdə  heç bir cəza ilə üzləşmirdilər. Daha 

sonra, Cinayət Məcəlləsinə  dəyişiklik etməklə Avstriya  hökuməti cinsi orqanların kəsilməsi 

və  zədələnməsinə  razılığın  verilməsini  qəbul  edilməz  olduğunu  və  cinsi  duyğuların 

pozulmasına səbəb olduğunu bildirdi. 

 



 22 

 



Məcburi  abort  və  məcburi  qısırlaşdırma

qadının  əvvəlcədən  verilmiş  məlumatlı  razılığı  olmadan 



abort  edilməsi;    qadının  dünyaya  uşaq  gətirmək  qabiliyyətini  sona  yetirmək  üçün  onun  əvvəlcədən 

verilmiş məlumatlı razılığı və anlayışı olmadan əməliyyat edilməsi. 

 

Yardım etmək, əlbir olmaq və cəhd etmək  

 

Konvensiyaya görə psixoloji, fiziki və cinsi zorakılıq, cinsi təcavüz məqsədi daşıyan təqib, məcburi evlilik, 



qadın  sünnəti,  məcburi  abort  və  ya  məcburi  qısırlaşdırma  kimi  cinayətlərə  kömək  edən,  onların 

törədilməsinə təhrik edən və ya dəstəkləyən hər kəs  cinayət əməlində təqsirli bilinir. Bu müddəa cinayət, 

inzibati və  mülki qanunvericiliyə əsasən cinayət əməli hesab edilən əməlləri  əhatə edir. Fiziki  və  ya cinsi 

zorakılıq, məcburi evlilik, qadın sünnəti, məcburi abort və ya qısırlaşdırmaya cəhd də cinayət sayılır. 

 

Cinayətlərə,  o  cümlədən  “namus-şərəf  naminə”  törədilən  cinayətlərə  qəbuledilməz  bəraətin 

qazandırılması 

 

Qadınlara  qarşı  zorakılığın  kökündə  duran  səbəbləri  və  zorakılığı  adi  hala  çevirən,  daimiləşdirən 

münasibətləri  aydınlaşdırarkən  Konvensiya  cinayətin  istənilən  vəziyyətlərdə  qəbul  edilməz  olduğunu  bir 

prinsip  olaraq  təsbit  etmişdir.  Mədəniyyət,  din,  adət-ənənə  və  ya  hər  hansı  başqa  şəxsi  səbəblə  edilmiş 

cinayətkar davranışlardan qadınlara qarşı zorakılıq və məişət zorakılığına bəraət qazandırmaq üçün istifadə 

etmək  qəbul  edilməzdir.  Bu  növ  səbəblər  məhkəmə  orqanları  tərəfindən  qanunlar  interpretasiya  olunan 

zaman əsas kimi götürülməməlidir. Belə səbəblərə görə zorakılıq daha çox məhkəməyə cəlb olunmaq üçün 

yaşı az olan uşaqlar tərəfindən törədilir ki, buna da onları  ailə və ya  cəmiyyətin  yetişkin üzvi sövq edir. 

Belə boşluqların aradan qaldırılması üçün Tərəflər bu cür cinayətlərə təhrik edənləri cinayət məsuliyyətinə 

cəlb etməlidirlər. 

 

Yurisdiksiya 

 

Avropa  Şurasının  digər  konvensiyalarında  olan  oxşar  Yurisdiksiya  Prinsipləri  aşağıdakı  məsələləri  təmin 



etmək üçün tətbiq edilir : 

 



 

Tərəflərdən  öz  ərazisində,  bayrağı  altında  üzən  gəmilərin  göyərtəsində,  bu  ölkənin  qanunlarına 

əsasən  qeydiyyatdan  keçmiş  təyyarədə  və  ya  vətəndaş  və  ya  adətən  onların  ərazisində  yaşayan 

şəxslər tərəfindən cinayət əməli törədildikdə həmin əməlləri cəzalandırmaq tələb olunur. 

 

Tərəflərdən  onların  vətəndaşı  olan  və  ya  adətən  onların  ərazisində  yaşayan  şəxslərin  xaricdə 



olduğu  müddətdə  onlara  qarşı  törədilən  istənilən  cinayət  hadisəsini  mühakimə  edib 

cəzalandırmağa təşviq edilir. 

 

 Tərəflər, xaricdə törədildikdə belə, cinsi zorakılıq,  məcburi evlilik, qadın sünnəti,  məcburi abort 



və məcburi qısırlaşdırma kimi cinayətləri törədən vətəndaşları cəzalandırır. Hadisənin baş verdiyi 

ölkədə bunun cinayət sayılıb-sayılmamasından, qurban tərəfindən şikayətin edilib-edilməməsindən 

və dövlət orqanlarının apardığı istintaqdan asılı olmayaraq cəzalar tətbiq edilir.  

 



Cinayətkar cinayətin törədildiyi  və ya qurbanın yaşadığı ölkəyə ekstradisiya olunmadığı təqdirdə, 

o, ərazisində yaşadığı Tərəf dövlət tərəfindən mühakimə edilir. 

 

Cəzalar və tədbirlər 

 

Tərəflər  Konvensiyada  nəzərdə  tutulan  cinayət  əməlləri  üçün  tətbiq  edilən  cəzaların  zorakılığın  ağırlıq 

dərəcəsinə  uyğun  olmasını  təmin  etmək  öhdəliyi  daşıyır.  Cəzalar    “effektiv,  uyğun  və  daşındırıcı” 

olmalıdır.  Cəzalara  azadlıqdan  məhrum  etmə  və  uşaqların  maraqları  ən  yaxşı  şəkildə  nəzərə  alınmaqla 

valideynlik  hüquqlarından  məhrum  edilə  bilər  ki,  bu  da  qurbanın  digər  şəkildə  təmin  oluna  bilməyən  

təhlükəsizliyi nöqteyi-nəzərindən vacibdir. 

 

Ağırlaşdırıcı hallar 

 

Konvensiya  müəyyən  hallarda,  məsələn,  cinayətin  yaxın  ailə  üzvü  tərəfindən  törədildikdə,  təkrar 

törədildikdə,  xüsusilə  həssas  olan  insana  qarşı  törədildikdə,  uşağa  qarşı  və  ya  onun  gözü  önündə 

törədildikdə, bir neçə insan tərəfindən törədildikdə, ifrat zorakılıqla törədildikdə, silahdan istifadə etməklə 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə