Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   2   3   4   5   6   7   8   9   ...   27

 15 

Qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığı  müxtəlif  iştirakçı  və  qurumlardan  geniş  tədbirlər  həyata 

keçirməsini  tələb  edən  kompleks  fenomenlərdir.  Təcrübə  göstərir  ki,  uğurlu  nəticələrin  əldə  edilməsi  sıx 

əməkdaşlıq çərçivəsində çalışan  polis, məhkəmə sistemi, sosial xidmət, sağlamlıq, qadınlara aid QHT-lər, 

uşaq müdafiəsi qurumları və başqa tərəfdaşların bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməsindən asılıdır. 

Məhz buna görə Konvensiya aşağıdakıları etməyə çağırır: 

 



 



bütün sektorları əlaqələndirən qanunlar və siyasət tədbirləri toplusu müəyyənləşdirilməsini

 



 

qurbanların hüquqlarının bütün tədbirlərin mərkəzində olmasını; 

 



 



federal  sistemə  malik  olan  Tərəf  dövlətlərdə  dövlət  qurumları,  QHT-lər,  milli,  yerli  və  regional 

parlamentlər  daxil  olmaqla  bütün  müvafiq  iştirakçılar  tərəfindən  parlament  üzvlərinin  və 

qanunvericilik səlahiyyətinə malik olan digər qurumların rolunun əhəmiyyətinin  tanınmasını. 

 

Bu əməkdaşlıq şansa buraxıla bilməz. Ümumi anlayış və yanaşma tərzinə nail olmaq üçün protokollar və 



təlimlərə ehtiyac var. Hər bir quruma həyata keçirməyi üçün xüsusi rollar verən və QHT-ləri də əhatə edən 

Milli Fəaliyyət Planları əməkdaşlıq və koordinasiyaya necə nail olunması barədə nümunədir. 

 

Birləşmiş  Krallıqda,  bütün  əlaqədar    yerli  qurumlara  müntəzəm  olaraq  görüşmək  və  məişət 

zorakılığı  qurbanları  (ciddi  ziyan  və  ölüm  təhlükəsi  ilə  üzləşənlər)  barədə  informasiyanı 

bölüşmək  üçün  şərait  yaratmaq  məqsədi  ilə  Risklərin  Qiymətləndirməsi  üzrə  Çoxsaylı 

Qurumların Konfransları(MARACs) təsis edilib. MARACs-da bütün qurumlar bir araya gələrək 

qurbanları  dəstəkləmək  və  onlara  yardım  etmək  üçün  risklərə  qarşı  müdafiə  planı  hazırlaya 

bilərlər.  İngiltərə,  Uels  və  Şimali  İrlandiyada  250-dən  artıq  MARACs  fəaliyyət  göstərərək  il 

ərzində  53000  məsələni  aydınlaşdırırlar(əlavə  məlumat  üçün:www.caada.org.uk).  Avstriya  və 

Almaniyada, məişət və cinsi zorakılıq məsələləri ilə bağlı müdaxilə mərkəzləri yaradılmışdır ki, 

bütün  müvafiq  qurumların  (sığınacaqlar,  hüquq-mühafizə,  prokurorluq,  məhkəmə,  şahid 

qorunması,  uşaq  müdafiəsi)  həyata  keçirdikləri  cavab  tədbirləri  əlaqələndirilmiş  olsun. 

(Vyanada  müdaxilə  mərkəzi  haqqında  əlavə  məlumat  üçün  www.interventionsstelle-wien.at 

yaxud  Berlində Müdaxilə Mərkəzi üçün www.big-berlin.info baxın) 

Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti 

 

QHT-lər  və  vətəndaş  cəmiyyəti  zorakılıqla  mübarizə  və  onun  aradan  qaldırılmasında  əhəmiyyətli  rola 

malikdirlər.  QHT-lər  zorakılığın  qurbanları  üçün  bir  sıra  xidmətlər  həyata  keçirsə  də  və  dəyişiklik  üçün 

maarifləndirmə işlərini aparsa da, kifayət qədər və davamlı maliyyələrinin olmaması ucbatından istənilən 

nəticələrin əldə  olunması ləngiyir. Konvensiya  onların işini daha  çox  siyasi  və  maliyyə  dəstəyi ilə  təmin 

etməyə  çalışır.  Tərəflərdən  də  öz  işlərini  ən  yaxşı  şəkildə  yerinə  yetirməyə  çalışan,  dövlət  orqanları  və 

QHT-lər arasında əməkdaşlıq yaradan QHT-ləri tanımaq, həvəsləndirmək və dəstəkləmək və onları adekvat 

şəkildə maliyyələşdirmək tələb olunur. 

 

 

Məlumatların toplanması və tədqiqat  



 

Məlumatların  toplanması  qadınlara  qarşı  zorakılıq,  o  cümlədən  məişət  zorakılığının  xüsusiyyətlərini  və 

yayılma  dərəcəsini  öyrənmək,  sübutlara  əsaslanan  siyasətin  qurulması  və  onun  işləkliyinin 

qiymətləndirilməsi    üçün  vacibdir.  Konvensiya  tərəflərdən  milli  statistik  məlumatların,  məsələn  xidmət 

qrupları, QHT-lər və ədliyyə sektoru tərtib edilmiş inzibati məlumatların toplanmasını tələb edir. Hesabatda 

qurban və günahkar haqqında xüsusi məlumatlar, yəni onların yaşı, cinsi, zorakılığın növü, zorakılıq edən 

və məruz qalan  arasında yaxınlıq, hadisənin baş verdiyi yer öz əksini tapmalıdır. Bununla belə, Tərəflərdən 

zorakılığın  səbəbləri  və  təsirləri  ilə  bağlı  tədqiqatları  dəstəkləmək  və  bu  hadisələrin  əhatə  dairəsi  və 

təkrarlanma tezliyi barəsində əhali arasında sorğular keçirmək də tələb edilir. Bu məlumatlar ictimaiyyət və 

Konvensiyanın monitorinqini aparan ekspert qrupları üçün əlçatan olmalıdır. 

 



 16 

İspaniyada, Gender Zorakılığı haqqında 2003-cü il Orqanik Qanunu, Qadınlara qarşı zorakılıq 

üzrə  Dövlət  Müşahidə  Qurumunun  gender  zorakılığı  məsələləri  barədə  (Maddə  30)  məlumat 

toplaması  və  məsləhətlər  verməsini  nəzərdə  tutur.  Bu,  Məşğulluq  və  Sosial  İşlər  Nazirliyinin 

tərkibində  kollegial  orqandır  və  gender  zorakılığı  məsələlərini  təhlil  etmək,  məsləhət  vermək, 

təşkilati  əməkdaşlıq,  hesabatların  və  araşdırmaların  hazırlanması,  bu  sahədə  fəaliyyət  üçün 

təkliflər  planının  tərtibi  kimi  işlər  görür.  Onun  fəaliyyətinə  muxtar  icmalar,  yerli  qurumlar, 

sosial qüvvələr,  istehlakçı və  istifadəçi assosiasiyaları,  ümummilli qadın təşkilatları,  həmçinin 

həmkarlar ittifaqı təşkilatları da daxildir. 

 

 



Qabaqlayıcı tədbirlər 

Konvensiyanın III fəsli 

 

Münasibətlər, önyarğı, gender stereotipləri və gender barəsində qərəzli adət və ənənələr zorakılığı adi hala 



gətirən  davranış  nümunələrinin  yaranmasına  səbəb  olur.  Qadınlara  qarşı  bütün  növ  zorakılıqların,  o 

cümlədən  məişət  zorakılığının  aradan  qaldırılması  üçün  Konvensiya  Tərəflərdən  milli  səviyyədə  bir  sıra  

tədbirlər  həyata keçirməyi  tələb edir: 

 



 

Münasibət və davranışlarda dəyişikliyi  təbliğ etmək

 



 



Zəif və həssas insanların ehtiyaclarını nəzərə almaq, bütün tədbirlərin mərkəzində onların hüquqlarını 

qorumaq ; 

 



 



Hər kəsi, xüsusilə kişilər və gənc oğlanları zorakılığın qarşının alınmasına həvəsləndirmək; 

 



 

Mədəniyyətdən, adətlərdən və dindən zorakılığa bəraət qazandırmaq üçün istifadəni əngəlləmək; 

 



 



Qadınların  hüquq  və  imkanlarının  genişləndirilməsinə  yönəlmiş  proqram  və  fəaliyyətləri  inkişaf 

etdirmək. 

 

Zorakılığın qarşısının alınmasına yönəldilmiş tədbirlərə daxildir: 



 

 



Maarifləndirmə:

 

Qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığı  məsələləri  haqqında  ictimaiyyət 



arasında  maarifləndirmə  işləri  aparmaq  və  kampaniyalar  keçirmək  vacibdir.  Bu  təşəbbüslər 

ictimaiyyəti  məlumatlandırmağa,  onların  müxtəlif  növ  zorakılıqları  tanımasına  və  onlara  qarşı 

çıxmasına, etiraz etməsinə kömək edir. Qurbanlara belə hallarda haradan və  necə yardım almaq, hansı 

növ dəstəklərin olduğu   kimi məlumatlar vermək də  eyni dərəcədə  əhəmiyyətlidir.  Zorakılığın bütün 

formalarının qurbanları üçün milli yardım xəttinin yaradılması yardım növlərindən biridir. 

 

 



2004-cü  ildə  Türkiyədə,  ən  böyük  tirajlı  qəzet  olan  Hürriyyet  məişət  zorakılığına  qarşı 

kampaniya başlatdı.  Kampaniya özəl mətbuat qurumunun cəmiyyətdə məişət zorakılığı ilə bağlı 

maarifləndirmə  aparmaq  və  ona  münasibəti  dəyişmək  sahəsində  iştirak  etməsinə  dair  unikal 

nümunə  yaratdı.  Həmin  kampaniya  siyasətçilər,  dini  liderlər,  şərhçilər  və  qadın  QHT-ləri 

tərəfindən verilən əməkdaşlıq və dəstək tədbirlərini gücləndirdi. 

2006 - 2008-ci illər ərzində Avropa Şurası qadınlara qarşı məişət zorakılığı ilə mübarizə üçün 

bütün Avropanı əhatə edən kampaniya həyata  keçirtdi. Təqribən 25 üzv dövlət daha sonra bu 

kampaniyanı  milli  səviyyədə  reallaşdıraraq  ictimaiyyət  arasında  məişət  zorakılığı  haqqında 

maarifləndirmə işləri apardı. 

2008-ci ildə, BMT-nin Baş Katibi bu məsələlərə  siyasi və maliyyə yardımını səfərbər etmək 

məqsədilə “Qadına qarşı zorakılığa son qoymaq üçün Birləşək” adlı 7 illik kampaniya başlatdı. 

 



 

Təhsil:

 

Yanaşma  tərzi  və  davranış  çox  erkən  yaşlarda  formalaşır.  Məhz  buna  görə    münasibətlərdə 



qarşılıqlı  hörmət  və  bərabərlik  prinsiplərinin  uşaqlara  erkən  yaşlarda  öyrədilməsi  vacibdir.  Tərəflər, 

məktəblərdə  tədrisin bütün  mərhələlərində  bərabərlik  məsələləri ilə bağlı  materialların öyrədilməsinə 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə