Council of Europe Convention



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix01.11.2017
ölçüsü0,7 Mb.
#7930
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 25 

 

Avropa  Şurasına  üzv  dövlətlərinin  əksəriyyəti  öz  hüquqlarına  əsasən  yaşayış  statusu  verənə  qədər  

müəyyən müddət ərzində ər-arvadın evli qalmasını və ya birgə yaşamasını tələb edir. Nəticədə miqrant və 

qaçqın qadınların çoxu zorakılıq vəziyyətini tərk etmirlər, çünki bu zaman onlar yaşayış statusunu itirmək 

təhlükəsi ilə üzləşirlər. Konvensiya zorakılığa məruz qalan miqrant qadınlara müstəqil yaşayış statusu əldə 

etmək  imkanı  yaradır  və  digər  ölkədə  zorla  evliliyə  məcbur  edilən  miqrant  qurbanların  öz  yaşayış 

statuslarını bərpa etməsinə şərait yaradır. 

 

Konvensiya Tərəflərə yaşayış statusu ilə bağlı müddəaları tətbiq etməmək və ya onları yalnız xüsusi hallar 



və şərtlərdə tətbiq etmək hüququ verir. 

 

Gender əsaslı sığınacaq tələbləri 

 

Sığınacaq  axtaran  qadınları  müdafiə  ilə  bağlı  spesifik  məsələlər  narahat  edir  ki,  onlar  da  kişiləri  narahat 



edən  məsələlərdən  fərqlidir.  Mədəniyyət  nöqteyi-nəzərindən  həssas  məsələlərə  önəm  verilməyən  miqrant 

statusunun  müəyyənləşdirilməsi  prosesi  zamanı  zorlama  kimi  zorakılıqlara  məruz  qalan  qadınlar  adətən 

bunu  dilə  gətirə  bilmir  və  ya  demək  istəmirlər.  Çox  vaxt  cinsi  qısnama  və  istismara  məruz  qalan  bu 

qadınlar özlərini müdafiə etməkdə aciz qalırlar. Sığınacaq axtaran qadınlarla bağlı bir sıra məsələləri həll 

etmək üçün Konvensiya Tərəflər üzərinə aşağıda qeyd olunmuş öhdəlikləri qoyur: 

 



 

qadınlara qarşı gender-əsaslı zorakılığı 1951-ci il Qaçqınlar üzrə Konvensiyanın mənası baxımından 

təqib kimi qəbul etməyi

 



Qaçqın statusu verilərkən gender cəhətdən həssas təfsir verilməsini təmin etməyi

 



Sığınacaq verilməsi prosesində qadınlar və kişilər arasındakı fərqlərin nəzərə alınmasını təmin etmək 

məqsədilə gender cəhətdən həssas prosedurları, təlimatlar və dəstək proqramları təqdim etməyi.  

Bu müddəa və aşağıda göstərilən non-refoulement (geri qaytarılmama) müddəası Qaçqınların Statusuna 

dair 1951-ci il Konvensiyasına və  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən şərh edilən İnsan 

Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü bəndinə uyğundur və onların hüdudlarından kənara çıxmır.

 

2002-ci  ildə  BMT  Qaçqınlar  üzrə  Ali  Komissarı(BMT  QAK)  Beynəlxalq  Müdafiə 



haqqında Təlimatlar: 1951-ci il  Konvensiyasının 1A(2) Maddəsi və/və  ya onun 1967-ci  il 

Protokolunun  konteksti  çərçivəsində    Gender  Əsaslı  Təqib  sənədini  nəşr  etdirib.  Bu 

Təlimatların əsas məqsədi hökumətlər, hüquqi sahəsində çalışanlar, qərar qəbul edənlər və 

məhkəmələri,  həmçinin  bu  sahədə  qaçqın  statusunun  müəyyənləşdirilməsi  işini  həyata 

keçirən  BMTQAK  əməkdaşlarını  hüquqi  interpretasiya  təlimatları  ilə  təmin  etməkdən 

ibarətdir. 

 

Non-refoulement (qaçqınların geri qaytarılmaması) 



 

Konvensiya statusundan asılı olmayaraq beynəlxalq müdafiəyə ehtiyacı olan qaçqınların həmin ölkədə 

onları təhlükə gözlədikdə  ya da işgəncəyə, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış və  cəza növlərinə 

məruz qalma ehtimalları olduqda öz ölkələrinə geri qaytarılmamasını bir öhdəlik olaraq müəyyən edir. 

Non-refoulement (geri qaytarılmama) prinsipi sığınacaq axtaranlar və qaçqınların beynəlxalq müdafiəsi 

sahəsində əsas rol oynayan prinsipdir. 

 

Monitorinq mexanizmi 

Konvensiyanın IX  Fəsli 

 

Tərəflərin Konvensiyanı tam şəkildə yerinə yetirməsindən əmin olmaq üçün o qüvvəyə mindikdən sonra 

monitorinq mexanizmi yaradılacaq. Bu mexanizm 2 qurumdan ibarət olacaq: 



 26 

 



Qadınlara və məişət zorakılığına qarşı tədbirlər üzrə ekspert qrupu- GREVİO adlanan texniki orqan 

insan  hüquqları,  gender  bərabərliyi,  qadınlara  və  məişət  zorakılığına  qarşı  mübarizə,  qurbanlara  

yardım  kimi  sahələr  üzrə  çalışan    10  və  ya  15  mütəxəssisdən  ibarət  olacaq.  Bu  qrup  Konvensiyada 

iştirak  edən  Tərəflərin(ölkələrin)  vətəndaşlarından  ibarət  olacaq  və  burada    gender,  çoxşaxəli  və 

coğrafi balans qorunub saxlanılacaq. Onun rolu Tərəflərin Konvensiyanı nə dərəcədə yerinə yetirdiyini 

müəyyənləşdirməkdən ibarət olacaq. 

 

Tərəflərin  Komitəsi  Konvensiyada  iştirak  edən  Tərəflərin  nümayəndələrindən  ibarət  olan  bu  siyasi 



orqan həmin ölkələrin namizədliyini irəli sürdüyü şəxslər arasından GREVİO-nun üzvlərini seçəcək.   

 

Prosedur 

 

GREVİO  hazırlayacağı  sorğu  əsasında  Konvensiyada  iştirak  edən  dövlətlərdən  hesabatlar  alacaq.  O, 

həmçinin  QHT-lərdən,  vətəndaş  cəmiyyətlərindən,  insan  hüquqlarının  müdafiəsi  üzrə  milli  institutlardan, 

Avropa  Şurası  İnsan  Hüquqları  üzrə  Komissarından,  Parlament  Assambleyasından  və  Avropa  Şurasının 

digər  ixtisaslı  qurumlarından  yaxud  Qadınlara  qarşı  Ayrı-Seçkiliyin  Bütün  Formalarının  Aradan 

Qaldırılması  üzrə  Konvensiya    (CEDAW)  Komitəsi  kimi  digər  beynəlxalq  sənədlər  tərəfindən  yaradılan  

ixtisaslaşdırılmış qurumlardan məlumat ala bilər. Əgər verilmiş məlumat kifayət deyilsə yaxud hər hansısa 

bir məsələ təcili diqqət tələb edirsə, onda GREVİO bu dövlətin milli hakimiyyət orqanları ilə əməkdaşlıq 

çərçivəsində həmin ölkəyə səfər edə bilər. 

Alınan məlumat əsasında GREVİO sözügedən ölkə tərəfindən şərh edilməsi üçün bir hesabat tərtib edəcək. 

Bu  şərhlər  yekun  hesabatda  nəzərə  alınacaq  və  GREVİO  nəticələri  Tərəflər  Komitəsinə  təqdim  edəcək. 

Komitə GREVİO-nun əldə etdiyi nəticələr  əsasında bu ölkənin göstərilmiş tarixdə yerinə yetirməsi üçün 

tövsiyyələr qəbul edə bilər. 

Ümumi Tövsiyyələr 

 

GREVİO xüsusi bir Tərəf üçün deyil, iştirak edən bütün dövlətlər üçün nəzərdə tutulan tövsiyyələr qəbul 

edə  və  Konvensiyanın  müddəalarının effektiv şəkildə  yerinə  yetirilməsinə  dair aydın təlimatlar təklif edə 

bilər. 


 

Monitorinqə Parlamentlərin cəlb edilməsi 

 

Konvensiyanın  müddəalarının  yerinə  yetirilməsində  oynadıqları  rolu  nəzərə  alaraq  Milli  Parlamentlər 

monitorinq prosesində iştirak etməyə dəvət olunurlar və Tərəflərdən GREVİO hesabatlarını məsləhətləşmə 

məqsədi ilə parlamentlərə təqdim etmək tələb olunur. 

 

Avropa  Şurası  Konvensiyasında  ilk  dəfə  olaraq  Parlament  Assambleyası,  Konvensiyanın  yerinə 



yetirilməsini müntəzəm olaraq yoxlamağa dəvət olunur. Bu müddəa Parlament Assambleyasının qadınlara 

qarşı zorakılıq məsələsini Avropa Şurası və üzv dövlətlərin siyasi gündəminə gətirilməsində və bu məsələ 

ilə bağlı  uzunmüddətli öhdəliyin qəbul edilməsində oynadığı önəmli rolu tanıyır. 

 

 



Digər Beynəlxalq Sənədlərlə əlaqə 

Konvensiyanın X Fəsli 

 

Bu  müddəa  Konvensiya  ilə  digər  beynəlxalq  sənədlərin  ahəngdar  şəkildə  mövcud  olmasını  təmin  etmək 

məqsədilə  onlar  arasında  münasibətləri  əhatə  edir.  Konvensiya  özünün  də  əhatə  etdiyi  məsələlərlə  bağlı 

Avropa  İnsan  Hüquqları  və  Əsas  Azadlıqlarının  Müdafiəsi  haqqında  Konvensiyası  və  onun  Protokolları, 

Qadınlara  qarşı  Ayrı-Seçkiliyin  Bütün  Formalarının  Aradan  Qaldırılması  üzrə  Konvensiya  və  onun 

Fakültativ Protokolu kimi  beynəlxalq sənədlərin müddəalarından irəli gələn hüquq və vəzifələrə müdaxilə 

etmir.  Konvensiya  qadınlara  qarşı  zorakılığın  və  məişət  zorakılığı  qurbanlarının  müdafiəsinin  və  onlara 

edilən dəstəyin genişləndirilməsi üçün tərtib edilmişdir. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə