cover press ucun
C
M
Y
CM
MY
CY
CMY
K
forma dlya tisneniya dlya tverdoPage 1 13.07.2007 23:12:08
Mən də bir vətəndaş, Prezident kimi, Milli Olimpiya
Komitəsinin prezidenti kimi bütün bu uğurlara
sevinirəm. Çox şadam ki, Azərbaycanda idman
yüksək səviyyədədir, idmançılarımız gözəl yarışırlar.
Onlar bütün yarışlarda ölkəmizi ləyaqətlə təmsil
edirlər.
İlham Əliyev
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin
nəşri
İdeya müəllifi
Azad Rəhimov
Redaksiya heyəti:
Qabil Mehdiyev
Raqif Abbasov
Bəxtiyar Məmmədov
Arif Məmmədov
Dilavər Nəcəfov (foto)
Redaktor
Telman Quliyev
Dizayn
Elşən Hacıməmmədov
Operator
Ruhiyyə Şeydayeva
Korrektor
Mənsurə Məmmədova
Kitab Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Milli Olimpiya
Komitəsinə rəhbərliyi dövründə ölkə
idmanında aparılmış islahatlardan,
görülmüş işlərdən və qazanılmış
nəticələrdən bəhs edir. Kitabda İlham
Əliyevin MOK prezidenti seçildiyi vaxtdan
bu günədək, ötən 10 il ərzində ölkəmizin
Olimpiya uğurları, beynəlxalq idman
əlaqələrinin yaradılması, inkişaf etdirilməsi,
Azərbaycanda idmanın maddi-texniki
bazasının qurulması, bədən tərbiyəsi və
idmanın kütləviliyi yolunda görülən işlərə
geniş yer ayrılıb.
10 il öncə başlanan yol,
sənədli publisistika, 256 səh.
Bakı - 2007
© Gənclər və İdman Nazirliyi
Az
O-53
3
aesıfldksdılfkjaısldkf
10 pt
4
10 il öncə başlanan yol
Son illərdə Milli Olimpiya Komitəsinin fəaliyyətində yeni
bir mərhələ başlanandan sonra Azərbaycanda bədən
tərbiyəsi, idman sürətlə inkişaf etməyə başlayıbdır. Biz
bunun şahidiyik və xüsusən Azərbaycan idmançılarının
2000-ci ildə Sidney Olimpiya Oyunlarındakı böyük
qələbəsindən sonra Azərbaycanda gənclər, idmançılar
içərisində, ümumiyyətlə, cəmiyyətimizdə böyük bir
ruh yüksəkliyi yarandı, idman, bədən tərbiyəsi təkcə
gənclərimizin yox, bütün cəmiyyətin diqqət mərkəzinə
çevrildi.
Heydər Əliyev
6
10 il öncə başlanan yol
Biz Azərbaycan idmanının şərəfini ləyaqətlə qorumağa,
ölkənin şan-şöhrətini yüksəltməyə söz vermişdik. Biz
bunu etdik. İndi idmançılarımız dünyanın ən mötəbər
yarışlarında böyük qələbələr qazanırlar. Dünyanın
müxtəlif ölkələrinin möhtəşəm idman saraylarında
Azərbaycan himni səsləndirilir, Azərbaycan bayrağı
qaldırılır.
İlham Əliyev
8
10 il öncə başlanan yol
Azərbaycan Milli Olimpiya Komitəsinin əldə etdiyi uğurlardan böyük qürur
hissi duyuruq. Sizin Milli Olimpiya Komitəniz çox dinamik bir təşkilatdır. Burada
çox təcrübəli insanlar çalışır və onların çox yaxşı ideyaları vardır. Hətta deyərdim
ki, Milli Olimpiya Komitəniz yeni yaranmış milli olimpiya komitələ-rinə nümunə
göstərilə bilər.
Siz nisbətən qısa vaxtda böyük uğurlar qazanmısınız. Sizin fəaliyyətiniz keçmiş
sovet məkanında yaradılmış bütün milli olimpiya komitələri üçün bir örnəkdir.
Avropada məndən bu məkanda olimpiya hərəkatının inkişafı barədə soruşanda,
böyük məmnuniyyətlə Sizin ölkənizi misal göstərirəm. Siz olimpiya hərəkatına çox
ciddi yanaşırsınız. Deməliyəm ki, olimpiya sahəsində çox qısa vaxtda belə dina-
mizm və inkişaf nümayiş etdirən milli olimpiya komitələrimiz azdır. Mən əminəm
ki, Sizin Olimpiya Komitəsinin fəaliyyəti daha da səmərəli olacaqdır.
Jak Roqq,
Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti
9
Azərbaycan həm beynəlxalq miqyasda, həm də Avropa səviyyəsində olimpiya
idmanının inkişafında parlaq məşələ çevrilib və bu nailiyyət, əsasən, Azərbaycan
dövlətinin rəhbəri, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti cənab
İlham Əliyevin rəhbərliyinin siyasi və idman sahələrinə sadiqliyi və baxışları, eləcə
də idman gücünü, haqlı olaraq, sosial rifahın və iqtisadi tərəqqinin rəmzi hesab
edən xalqınızın səyləri sayəsində mümkün olmuşdur.
Ola bilsin, coğrafi baxımdan Azərbaycan Avropanın mərkəzindən uzaq ol-
sun. Amma idman komplekslərinin tikintisi ilə Siz Avropanın lap ürəyində yer
tutursunuz. Bir çox hallarda, siyasət və diplomatiyanın bacarmadığı hallarda, id-
man, sözün əsl mənasında, xalqları birlik və dostluq şəraitində bir araya gətirən
vasitə kimi çıxış edə bilər.
Patrik Hikkey,
Avropa Olimpiya Komitəsinin
prezidenti
Dostları ilə paylaş: |