59
Rafael Santoxa MOK rəhbərinə
Beynəlxalq Bodibildinq Federasiyasının
xüsusi mükafatını təqdim edir
nada Xuan Antonio Samarançla görüşündə Bakıdakı yüksək idman təşkilatçılığını,
hər bir qonağa qayğı və diqqəti xüsusi vurğulayacağını dedi. Müşahidələrini dilə
gətirən Rusiyanın “NTV+” telekanalının direktoru İqor Petruxin də İlham Əliyevin
nəinki Qafqazda, hətta MDB məkanında idmanın hər bir növünə qayğı göstərən
yeganə şəxs olduğunu söylədi.
Ümumən il, beynəlxalq əlaqələrin inkişafı baxımından əhəmiyyətli oldu.
Keçirilən tədbirlər bir-birindən zənginliyi və nümunəviliyi ilə fərqləndi. Dünya are-
nasında voleybol və həndbolumuz oyanış dövrünə qədəm qoydu, bir neçə id-
man növü üzrə beynəlxalq turnirlər yüksək səviyyədə keçdi, ölkə və təşkilatlarla
əlaqələrin genişlənməsi müşahidə edildi. Zemfira Meftəhəddinova bütün dünya-
da 2004-cü il Oyunlarına ilk lisenziya qazananlar sırasında yer aldı. İlin sonunda
yeniyetmə boksçuların birinci dünya çempionatı da məhz Bakıda tarixə düşdü. İlk
belə tədbirin ölkəmizə həvalə edilməsi təsadüfi deyildi. AİBA prezidenti Ənvər
Çoudri son illər Azərbaycanda boksun sürətli inkişafının, idmana, xüsusən də
təşkilatçılığa yüksək önəm verilməsinin bunda böyük rol oynadığını dedi. - Bilir-
sinizmi, - deyə o, əlavə etdi, - bir qayda olaraq bütün işlərdə ilk sınaq çətin olur
və adətən, müəyyən kəm-kəsirlər, problemlər qaçılmazdır. Ancaq Azərbaycanda
yarış elə yüksək səviyyədə təşkil edildi ki, nəinki problemlə üzləşdik, əksinə, sanki
ustaların dünya çempionatı keçirildi.
Dünya Azərbaycanlılarının Birinci Qurultayı da idman əlaqələrimiz baxımın-
dan vacib hadisəyə çevrildi. Tədbirin nümayəndələri Gənclər, İdman və Turizm
Nazirliyində keçən görüşdə ölkə idmanının son illərdə dünyanın bir çox diyarında
əks-səda doğurmasını qeyd edərək, bunun nüfuzun, ona diqqətin artmasına xey-
li xidmət göstərdiyini dedilər. Beynəlxalq əlaqələrin qurulub-genişləndirilməsində
dünyanın hər yerində yaşayan soydaşlarımızın, ələlxüsus da idman veteranları-
mızın imkanlarından istifadə olunmasını təklif etdilər. Bu tədbirə ailə vəziyyətinə
görə qatıla bilməmiş dünya şöhrətli İnna Rıskalın az sonra İlham Əliyevin şəxsi
dəvəti ilə ölkəmizə gəlməsini və məşhur voleybolçuda bu diqqətin xüsusi ovqat
yaratmasını da qeyd etmək yerinə düşər. Tarixdə təkrarolunmaz nəticəyə imza
atıb dalbadal 4 olimpiadada iştirak etmiş, üstəlik, hər yarışda uğur qazanıb 2 dəfə
qızıl, 2 dəfə gümüş medala sahib çıxmış “Şöhrət” ordenli Rıskalın dövlətin xüsusi
Beynəlxalq əlaqələrin qurulmasında
İlham Əliyev faktoru
60
10 il öncə başlanan yol
olimpiya təqaüdünə layiq görülməsi də ölkəmizin nüfuzuna, onu yüksəldənlərə
önəm verməsinə daha bir parlaq nümunə idi.
İlham Əliyevin paralimpiyaçılarımızın qayğılarını diqqət mərkəzində saxlaması
və onlara olimpiyaçılardan geri qalmayan münasibət bəsləməsi bir nümunə kimi
Beynəlxalq Paralimpiya Komitəsinin 9-cu Baş Assambleyasının tribunasından da
səsləndi. Bunun davamı kimi, 2003-cü ildə ölkəmizə səfər edən Avropa Paralimpi-
ya Komitəsinin britaniyalı prezidenti Bob Pras “Bizim 40 ilə keçdiyimiz yolu Siz cəmi
7 ilə keçmisiniz” - deyə, Azərbaycanın nümunəsinə heyrətini gizlətmədi.
2002-ci il beynəlxalq arenada Azərbaycanın mövqe və əlaqələrinin
möhkəmlənməsi baxımından böyük sıçrayış ili oldu. Dünya qurumları Azərbaycanın
tədbirlərin təşkili, yarışların keçirilməsi bacarığını görməklə yanaşı, onun
nəticələrindən bəhrələnməyə də can atmağa başladılar. Keçirilən toplantılar ara-
sında noyabrda Müsəlman Ölkələri Qadın İdman Həmrəylik Federasiyasının 9-cu
iclası əhəmiyyəti ilə seçilirdi. Bir il əvvəl, Müsəlman Qadınların 3-cü İdman Oyunla-
rında ölkəmizin uğurlu çıxışı inteqrasiya imkanlarının daha bir istiqamətinə yol açdı.
Qonaqları qəbul edərkən, MOK prezidenti qarşılıqlı əlaqələrin möhkəmlənməsinin
vacibliyini vurğulayaraq, bunun ikitərəfli səmərəsini xüsusi qeyd etdi.
İl ərzində bir sıra dövlətlərlə ikitərəfli idman əlaqələri müqavilələrlə rəsmiləşdirildi.
Azərbaycanda sərbəst güləşçilərin 45-ci ölkə çempionatı keçirildi. Güləşin inkişaf
etdirilməsində xüsusi qayğısına görə dövlət rəhbəri Heydər Əliyevə “Qızıl boyun-
bağı” fərqlənmə nişanı təqdim edildi. 20 yaşadək şahmatçıların dünya çempiona-
tı da bu qəbildən oldu. Azərbaycan voleybol və həndbol üzrə qitəmiqyaslı klub
kuboku turnirlərinin həlledici oyunlarına ev sahibliyi etdi və uzun fasilədən sonra
hər iki növdə komandalarımız uğur qazandılar.
Əlbəttə, idman meridianlarındakı uğurların təməl daşı yeniyetmə idma-
nında qoyulur. İlham Əliyev bu istiqamətdə də beynəlxalq əlaqələrin əsasını
möhkəmləndirmək işini şəxsən öz üzərinə götürdü. Bunun nümunəsi kimi, mar-
tın 21-də Moskvada MDB məkanı ölkələrinin idman rəhbərləri ilə görüşən İlham
Əliyev yayda Moskvada təşkil ediləcək postsovet regionu ölkələri yeniyetmələrinin
Oyunlarına hazırlıq işləri ilə də tanış oldu. Yeniyetmələr arasında yarışların müsbət
nəticələr verdiyini, idmanın inkişafına böyük fayda gətirdiyini nəzərə alaraq,
FİFA prezidenti Yozef Sepp Blatter
Azərbaycan Prezidentinə FİFA-nın 100 illiyinə
həsr olunmuş xatirə medalını verir
61
Moskvanın meri Yuri Lujkovun dəvətini qəbul etdi və yarışlar ərəfəsində nə kimi
işlər görülməli olduğu barədə dəqiq təsəvvür əldə etmək məqsədi ilə iştirakçı
dövlətlərin idmanı idarəetmə qurumları rəhbər-lərinin iclasına qatıldı. Milli Olim-
piya Komitəsinin onilliyi mərasiminə toplaşmış mötəbər qonaqların əksəriyyəti
Azərbaycanı idman sahəsində lider ölkə saymaqla yanaşı, bundan sonra bu
ənənələri öyrənmək üçün onun nümunəsindən bəhrələnməyin faydasını və bu
məqsədlə əlaqələri genişləndirmək niyyətini açıq söylədilər. Düzgün qurulmuş
işlərin əməli nəticəsi belə olmalı idi.
Bu uğurların daha bir nümunəsi Milli Olimpiya Komitələri Assosiasiyasının Kuala
Lumpurda (Malayziya) keçirilən 13-cü Baş Assambleyasında edildi. Yalnız idmanın
inkişafı və təşkilatçılığı deyil, həmçinin olimpiya hərəkatının qayəsi olan beynəlxalq
əlaqələrin möhkəmlənməsində də Azərbaycanın artan rolu vurğulandı və bu
xidmətlərinə görə İlham Əliyevə xüsusi mükafat verildi.
Ölkəmizin beynəlxalq əlaqələr sistemində yeni sərhədlər aşmasında 2003-
cü ildə əhəmiyyətli işlər görüldü. Gimnastikanın sıçrayışlı yüksəlişi buna misal ola
bilər. Federasiyaya prezident seçildikdən sonra xanım Mehriban Əliyevanın növün
ayağa qaldırılmasında, yox olmuş ənənələrin bərpasında gördüyü böyük əməli
işlərin növbəti mərhələsi beynəlxalq arenaya yönəldilmişdi. Gimnastikanın dayaq-
larını möhkəmləndirmək üçün yüksək səviyyəli yarışların ölkəmizdə keçirilməsi də
vacib şərtlərdən idi. Aprelin 25-də Beynəlxalq Gimnastika Federasiyasının (FİG)
prezidenti Bruno Qrandini qəbul edərkən, MOK prezidenti ikitərəfli əlaqələrin
əhəmiyyətindən də söz açdı. Qeyd olundu ki, belədə ölkədə idmanın bu növü-
nün inkişafı sürətlənər və dünya xəritəsinə daha bir rəqabətə dayanıqlı gimnas-
tika diyarı əlavə olunar, sıralar genişlənər. Bu isə, ilk növbədə, FİG-in maraqlarına
uyğun gəlir, eyni zamanda, qarşılıqlı münasibətlərin yeni mərhələyə keçməsinə
zəmin yaradar. Elə avqustda Bakıda keçirilən Dünya Kuboku mərhələsində nüma-
yiş olunan səviyyə qonaqları tam razı saldı və bunun nümunəsi kimi, sonrakı iki ildə
Azərbaycanda Dünya Kubokunun daha bir mərhələsi və ən əsası, dünya çempi-
onatı keçirildi. Bu il isə 23-cü Avropa Çempionatının təşkili ölkəmizə həvalə edildi.
İndi artıq həmin ənənələr silsilə xarakteri alıb. Ölkəmizə növbəti səfəri zamanı
Qrandi, İlham Əliyevlə ilk görüşünü xatırlayıb, ona əməli və işgüzar təkliflərinə
Beynəlxalq əlaqələrin qurulmasında
İlham Əliyev faktoru
MOK prezidenti İlham Əliyev
Avropa Paralimpiya Komitəsinin
prezidenti Bob Praysla
söhbət edir
Dostları ilə paylaş: |