65
özünü tanıtmış, təsərrüfatını bərpa etmiş, mexanizmləri nizamlamış, dəst-xəttini,
kursunu müəyyənləşdirmiş ölkə üçün dövlətlərarası idman əlaqələrinin də qurulub
möhkəmləndirilməsi vacibdir. İnteqrasiyanın, birgə fəaliyyətin, qarşılıqlı əlaqələrin
özülü olan və münasibətləri tənzimləyən müqavilələrin gerçəkləşdirilməsi həm də
idmanın inkişafına fərqli təkan vasitəsidir. Son illərdə ölkə başçısının Qətərə, İta-
liyaya, Çinə, Birləşmiş Ərəb Əmirliklərinə səfərləri zamanı yerli idman qurumları
və olimpiya komitələri ilə sazişlər imzalanmışdır. Bundan savayı, Moldova, Gür-
cüstan, Səudiyyə Ərəbistanı, Türkiyə ilə də müqavilələr artıq ölkələrimizin idman
əlaqələrini tənzimləyir. Bu dövrdə dövlət başçısı FİLA prezidenti Rafael Martinet-
tini, ölkəmizdə keçirilən MDB ölkələrinin V İdman Oyunlarının baş hakimi, iki dəfə
Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kosmonavt Aleksey Leonovu, BOK-un birinci
vitse-prezidenti Vitali Smirnovu, yenidən ölkəmizə təşrif buyurmuş Beynəlxalq
Gimnastika Federasiyasının prezidenti Bruno Qrandini və Dünya Taekvondo Fe-
derasiyasının prezidenti Çanq von Çunu, eləcə də Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikkeyi də qəbul etmişdir. Səudiyyə Ərəbistanı Krallığı Gənclərə
Qayğı Baş Sədrliyinin birinci vitse-prezidenti Şahzadə Əmir Nəvvar bin Veysəl
bin Fəhd bin Əbdüləziz, Türkiyə Baş nazirinin müavini, dövlət naziri Məhməd Əli
Şahin də ölkə başçısı ilə görüşərək idman sahəsində əməkdaşlığın perspektivlərini
müzakirə ediblər.
İndi dünyada idmanın şahı sayılan futbolun da Azərbaycanda olimpiya
hərəkatının tərkib hissəsi kimi yeni perspektivlərinə ümid yaranıb. Dövlət başçısı-
nın sərəncamı ilə bu idman növünün inkişafına dair qəbul olunan proqram ona
daha bir təkandır. 2004-cü ildən FİFA və UEFA ilə əlaqələr də yeni mərhələyə
qədəm qoyub. Oktyabrın 13-də ölkəyə gələn FİFA prezidenti Yozef Blatter,
UEFA vitse-prezidenti Şenes Erzik bu il qitə qurumunun prezidenti seçilmiş, bu
vaxtadək İcraiyyə Komitəsi üzvü olan əfsanəvi futbolçu Mişel Platini və İngiltərə
futbolu rəsmiləri, əfsanəvi futbolçular ölkəmizə səfər etdilər. Onlar 1966-cı ildə
Dünya Kubokunun final oyununda verdiyi ədalətli qərarla futbol banilərinin ilk və
hələlik yeganə böyük beynəlxalq futbol uğurunu qazanmasına səbəbkar olmuş
Tofiq Bəhramovun Respublika stadionundakı abidəsinin açılış mərasimində iştirak
etdilər. AFFA-nın yeni inzibati binasının təməl daşının qoyulmasında, məktəblilər
Afinada Azərbaycan günü.
Prezident İlham Əliyev və BOK-un sabiq
və fəxri prezidenti X.A.Samaranç
Beynəlxalq əlaqələrin qurulmasında
İlham Əliyev faktoru
66
10 il öncə başlanan yol
üçün süni örtüklü meydançanın təhvil verilməsində iştirak edib, uşaq komandala-
rın, ardınca Dünya Kuboku-2006-nın seçmə mərhələsinin Azərbaycan və İngiltərə
milli komandalarının görüşünü izlədilər. Qonaqları ölkə başçısı İlham Əliyev də
qəbul etdi. Görüş təəssüratı Yozef Blatterə bundan sonra Azərbaycanda futbolun
inkişafının yüksək səviyyədə olacağına əminliyini bildirməyə əsas verdi. FİFA prezi-
denti futbolun inkişafında gördüyü işlərə, onun yayılmasına xidmət göstərdiyinə
görə “Şöhrət” ordeni ilə təltif edildi.
Beləcə, keçilən yola nəzər salsaq, BOK-un Olimpiya Həmrəyliyi və Milli Olim-
piya Komitələri ilə Əlaqələr idarəsinin direktoru Pere Mironun 2003-cü il iyunun
7-də Bakıya səfəri barədə təəssüratlarını ümumi rəmzi qiymət saymaq olar: “3-cü
dəfədir Azərbaycana gəlirəm. Bundan əvvəl 1997-ci və 2001-ci illərdə də bura
gəlmişəm və hər dəfə böyük dəyişikliklərin şahidi olmuşam. Əgər görülən işlər
və birgə əməkdaşlıqla bağlı dünya milli olimpiya komitələri arasında reytinq
müəyyənləşdirilsəydi, Azərbaycan birinci olardı”.
İdmanımızın beynəlxalq arenada, o cümlədən əlaqələr sistemində
möhkəmlənməsinin nəticələrini isə İlham Əliyevin 2000-ci il oktyabrın 21-də
Bakıda Olimpiya Kompleksinin açılışında dediyi sözlərlə yekunlaşdırmaq yerinə
düşər: “Azərbaycanda son 7 il ərzində ictimai-siyasi sabitlik bərqərar olmasay-
dı, əgər Azərbaycanda güclü iqtisadiyyat yaradılmasına təkan verilməsəydi,
əmin-amanlıq, sülh olmasaydı, biz idmanda heç bir nailiyyətə çata bilməzdik.
Dövlətimizin başçısının ardıcıl siyasəti, deyə bilərəm ki, ölkənin yenidən qurul-
ması, müasir, sivilizasiyalı Azərbaycan qurulması idmana da böyük təsir etmiş-
dir.”
67
Avropa Olimpiya Komitəsinin prezidenti
Patrik Hikkey dövlətimizin başçısı
İlham Əliyevə AOK-un hədiyyəsini verir
Beynəlxalq əlaqələrin qurulmasında
İlham Əliyev faktoru
Müstəqil Azərbaycanın
qızıl Olimpiadaları
Olimpiya oyunlarında, sadəcə, iştirak etmək özü
böyük hadisədir. İştirak edib hansısa bir yeri tut-
maq bundan da böyük hadisə və nailiyyətdir.
Heydər Əliyev
70
10 il öncə başlanan yol
71
XX əsrin son onilliyində dünyamız aparıcı qüvvəsinin - ictimai-siyasi proseslərin
qlobal dəyişikliklər dövrünə qədəm qoydu. Hadisələr planeti iki qütbə, iki cəbhəyə
bölmüş məmləkətlərdən birində - SSRİ-də, dövlətin qurucularından Vladimir Le-
ninin təbirincə desək, “millətlər həbsxanası”nda baş verirdi. Beləcə, prosesdən
kənar qalmayan Azərbaycan bir əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu.
Azadlıq nə qədər şirin və şərəflidirsə, onun yolu bir o qədər ağrılı, keşməkeşlidir.
Axı hər şeyi əməli olaraq yenidən qurmalı, münasibətlər sistemində öz yerini tut-
malısan. Azadlıq sadəcə dövlətçilik, hüquq və imkanlar genişliyi deyil. O müasir
tarixi formasiya şəraitində dövlətin özülü, onurğa sütunu və milli ideologiyanın
inikasıdır.
Azərbaycan qədim tarixi, zəngin adət-ənənələri, mədəniyyəti, həyat fəlsəfəsi,
möhkəm sosial-məişət qanunları ilə seçilsə də, minilliklər boyu keşməkeşli
hadisələrin məskəni, iki fərqli dünya - Şərqlə Qərb arasında körpü, keçid olmuş
bir məkandır. Get-gedə dərinləşən böhran, iflas və məhv təhlükəsi ilə üz-üzə qo-
yan xırdaçı pərakəndəlik, siyasi, sosial və mənəvi tənəzzül real təhlükə mənbəyidir
və yalnız ortaq milli bəşəri dəyərlərin gücü ilə aradan qaldırıla bilər. Belədə, tarixin
də sübut etdiyi kimi toplumun yenilikçilik ideyalarının, milli-bəşəri dəyərlərin da-
şıyıcısı olan güclü təşkilatçıya ehtiyacı yaranır. Belə bir bənzər-fərqli özəllikləri ilə
seçilən məmləkətdə lider olmağın özü isə heç də asan məsələ deyil. Hələ üstəlik,
bu şəxs həmrəylik tərənnümçüsü, birləşdirici mərkəz olmaqla yanaşı, təşkilatçı
əvəzedilməzliyi, yenilikçiliyi və verdiyi qərarların qətiliyi ilə də seçilməlidir.
1997-ci ildə Azərbaycan, öz lideri Heydər Əliyevin səyləri ilə artıq həyatın
bütün sahələrində olduğu kimi, idmanda da müəyyənləşdirilib formalaşmış yol-
la irəliləyirdi. Bununla belə, cəmi bir neçə ilə pərən-pərən salınmış istedadları
cəmləşdirmək, məhv həddinə çatdırılmış təsərrüfatı bərpa etmək üçün qüvvələrin
səfərbər edilməsi gərək idi. Amma iş tək bununla bitmirdi. Dövrün, zama-
nın tələbləri başqa idi. Tarixinin “ən yeni” çağına qədəm qoymuş əksər idman
növlərində beynəlxalq səviyyədə təşkilatlanma optimal inkişaf həddinə çatmış-
dı. Üstəlik, münasibətlər sistemi də sovet dövründə adət etdiyimizdən fərqli idi.
Vahid mərkəzdən mütləq qərarlarla idarəedicilik nə mümkün, nə də arzuolunan
deyildi.
Bütün dünyada artıq dərinləşmiş bir prosesin də təməl daşlarını qoymaq la-
zım idi. Radikal dəyişikliklər - yeni tipli idmançıların yetişdirilməsi, onların hazırlıq
sisteminin modernləşdirilməsi, forma və mahiyyətin yeni keyfiyyət meyarlarının
müəyyənləşdirilməsi, təşkilat-struktur və s. baza anlayışları müasir yanaşma tələb
edirdi. İdarəetmədə, elmi-metodiki yanaşmada, daxili və beynəlxalq səviyyədə
yeni münasibətlərin qurulmasında, mexanizmlərin işlək vəziyyətə gətirilməsində
güclü islahatların gündəmə gətirilməsi zamanı çatmışdı.
İnkişafın xüsusiyyətlərindən ən vacibləri peşəkarlıq və keyfiyyətdirsə, demok-
ratik təsisatlar ondan da vacibdir. Həm də nə qədər yüksək statusla aparıcı rolda
olsa da, idman dövlətin siyasətinin ana xəttinin yalnız bir qanadı ola bilər və əsas
məqsədi əhalinin sağlamlığıdır. Demək, gənc, hələ formalaşmaqda olan dövlətdə
idmanın bütün sahələrinin təşəkkül tapıb inkişaf etməsinin, təşkilatlanmasının və
yüksəlməsinin meyarı ola biləcək istiqamətlər də olmalıdır. Ən vacibi ümumbəşəri
dəyərlərin müəyyən edilib milli status alması və genişləndirilməsidir. Bunun ən real
vasitəsi isə olimpizm ideyaları, olimpiya hərəkatıdır.
Milli Olimpiya Komitəsini ölkədə idmanın əbədi məbədi hesab etmək olar.
Təşkilat belə dövrlərdə də sosial, ictimai qurum kimi həlledici rolda olarsa,
məqsədlərə daha da yaxınlaşar. Onun rəhbəri də milli idman ideologiyasının
tərənnümçüsü, yeri gələndə, istiqamətverici qüvvəsi olmalıdır. Çünki bütün id-
manın aparıcı qüvvələrini ətrafında cəmləməsi və illər ərzində onun ən böyük,
Müstəqil Azərbaycanın
qızıl Olimpiadaları
Dostları ilə paylaş: |