İqtisadiyyat insanlar arasında məlumat mübadiləsinə, öz iqtisadi fəaliyyətində



Yüklə 259,93 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü259,93 Kb.
#69219


 

GİRİŞ 

İqtisadiyyat  insanlar  arasında  məlumat  mübadiləsinə,  öz  iqtisadi  fəaliyyətində 

koordinasiya  və  razılaşmaya  imkan verən əlaqə şəbəkələri  (nəqliyyat, sosial,  mədəni 

və s.)  hesabına fəaliyyət göstərir. 

Yolların,  su  kanallarının,  yeni  ticarət  marşrutlarının  tikintisi  insanlar  arasında 

əlaqə və məlumat mübadiləsini genişləndirir. Adətən bu tip yeniliklər iqtisadiyyatda 

kardinal dəyişikliklərə impuls verir. 

Lakin  məkan  baryerlərinin  qısaldılması  özü-özıüyündə  sosial-iqtisadi  səmərə 

verə bilməz. Bu o zaman baş verir ki, insanlar ümumi qayda və normalardan istifadə 

etsinlər  və  onlar  arasında  qarşılıqlı  inam  və  hörmət  yaransın.  Bu  şərtlər  olduqda 

davamlı sosial-iqtisadi  əlaqələrdən danışmaq mümkündür.  

Bu  halda  yayılan  informasiya  etibarlı  hesab  olunduğundan  və  qərar  qəbulunda 

ondan  istifadə  zamanı  informasiyanın  etibarlığını  yoxlamağa  əlavə  xərclər  tələb 

olunmadığından belə əlaqələr müəssisəyə qeyri-məhsuldar xərclərini azlatmağa imkan 

verir. 


Məkan  baryerlərinin  qısaldılması  hər  zaman  insanlara  daha  az  xərclərlə  öz 

iqtisadi  fəaliyyətini  koordinasiya  etməyə  imkan  verən  yeni  sosial  şəbəkələrin 

yaradılmasını  stimullaşdırmışdır.  Belə  şəbəkələrdən  biri  və  ən  geniş  yayılmış  olan 

İnternet şəbəkəsidir. 

Internet    şəbəkəsi  iqtisadiyyatda  həm  mikro,  həm  də  makro  səviyyədə  böyük 

dəyişikliklərə səbəb oldu və yeni eranın əsasını qoydu.  



Mövzunun aktuallığı. 90 – ci illərdə, internet bumu yaşanan zaman bəzi firmalar 

internetin  onların  qarşısında  açdıqları imkanları düzgün  dəyərləndirə bilmədilər.  Bir 

qrup şirkətlər isə uzun müddət İnternetdən öz bizneslərinin inkişafı məqsədilə istifadə 

olunması  ideasını  yaxına  buraxmaq  istəmirdilər.  Nəticədə    “onlayn”  şikrətlər 




 

“ənənəvi”  şirkətlərə  ciddi  rəqib  oldular  və  onların  biznesi  üçün  real  təhlükəyə 



çevrildilər.    Nəticədə  “ənənəvi”  şirkətlər  ciddi  maliyyə  itgiləri  ilə  üzləşdilər.  Bəzi 

şirkətlərdə  bunun  səbəbi  firmanın  internet  obrazının  düzgün  yaradılmaması,  işlərin 

səhv istiqamətdə aparılması nəticəsində firmaya heç bir fayda gətirməyən çox bahalı 

informasiya  sistemlərinin, proqram  təminatlarının, texniki qurğuların  alınmasına  sərf 

olunan  maliyyə  vəsaitləri,  digərlərində  isə  satış  həcminin  azalması  oldu.  Firmalar 

məcbur  oldular  ki,  bu  məsələlərə  daha    ciddi  yanaşsınlar,  bu  işə  peşəkarları  cəlb 

etinlər.  Görülən  işlərin  keyfiyyətinə  müvafiq  olaraq  bəzi  şirkətlərin  biznesi  daha  da 

çiçəkləndi,  bəziləri  isə  yeni  iqtisadiyyatın  tələblərini  cavab  verə  bilmədiklərindən 

tezliklə bazardan sıxışdırıldılar.  

Beləliklə  müasir  iqtisadiyyat  bu  inqilabi  yeniliklərlə  hesablaşmaya  bilməz.  Bu 

yenilikləri  nəinki  nəzərə  almamaq,  hətta  onların  iqtisadiyyata  ləng  tətbiqi  həmin 

şirkətlər  üçün  son  dərəcə  ağır  nəticələnə  bilər.  Qərbi  Avropa  ölkələrinin  və  Rusiya 

şirkətlərinin  təcrübəsində  belə  hallar  dəfələrlə  yaşanmışdı.  Bununla  əlaqədar  olaraq 

olaraq  əsas  məqsəd  yeni,  “rəqəmsal  iqtisadiyyat”ın  lokomotivi  olan,  ədəbiyyatlarda 

müxtəlif  cür  şərh  olunan,  hələ  də  formalaşma  mərhələsində  olan  informasiya 

cəmiyyətinin  yeni  iqtisadi  cizgilərinin  elektron kommersiyanın  təhlili əsasında təsvir 

olunmasıdır.  Formalaşan  yeni  iqtisadiyyatın  digər  bir  xüsusiyyəti  onun  qlobal 

xarakter  daşımasıdır.  Amma  bu  o  demək  deyil  ki,  bütün  dünya  ölkələri  elektron 

kommersiya infrastrukturunu eyni dərəcədə inkişaf etdirir və bu sahədəki nailiyyətləri 

öz  milli  iqtisadiyyatlarına  eyni  dərəcədə  tətbiq  edirlər.  Ona  görə  də  II  məqsəd 

Azərbaycan respublikasında “elektron situasiya”nın və milli elektron kommersiyanın 

inkişafı və tənzimlənməsi problemlərinin işıqlandırılmasıdır 

 

 

 




 

1.İqtisadi inteqrasiya  şəraitində virtual biznes və 



elektron ticarətin yeri və rolu. 

“Geniş kütlə üçün”, yəni hamı üçün əlyetər İnternet 1995-ci ildə meydana çıxıb. 

Çıxdığı gündən bu günə qədər kommersiya strukturu nümayəndələri arasında böyük 

populyarlıq  qazanmışdır.  Texniki  nöqteyi-nəzərdən  İnternet  müxtəlif  müəssisələrin 

lokal  şəbəkələrini  (ekstranet)  və  ya  müəssisə  daxili  kompüterləri  əlaqələndirə  bilən 

(intranet) ümumdünya kompüter şəbəkələrinin birləşməsidir. Bu gün elektron poçt və 

Ümumdünya hörümçək toru (WWW, World Wide Web) daha populyardır. 

90-ci  illərdə  internetin  verdiyi  üstünlüklər  diqqətdən  qaçırılaraq,  yalnız  dəb 

xatirinə  ondan  istifadə  olunurdu.  Lakin  tədricən  İnternet  dəb  oyuncağından  biznesin 

təşkili  alətinə  çevrildi.  İstənilən  müəssisə  internetdən  satış  kanalı  kimi  və  ya 

marketinq  informasiyasının  (marketinq  tədqiqatının  aparılması)  alınmasında  istifadə 

edə  bilər.  Bu  zaman  İnternet  özü-özlüyündə  firmaya  gəlir  gətirmir.  Lakin  belə 

müəssisələr  elektron-kommersiyadan  yayınmağa  çalışan  müəssisələrə    nisbətən 

müəyyən üstünlük və əlavə imkanlar əldə edirlər. Bu üstünlük və imkanlar firmanan 

xərclərinin azaldılmasında özünü göstərir.  

Bu sahədə yazılmış tədqiqat işlərinin bəzilərində e-ticarət və virtual biznes anlayışları 

bəzən eyniləşdirilir. Lakin e-ticarət virtual biznеslə müqayisədə daha dar çərçivəli 

fəaliyyətdir. bu tеrminin mənası оndan ibarətdir ki, wеb-sayt kоmpaniya, оnun 

siyasəti, məhsulları və vakansiyaları haqqında infоrmasiya vеrməkdən başqa, həm də 

transaksiyaları həyata kеçirmək, məhsul və хidmətləri оnlayn rеjimində satmaq 

imkanı vеrir. Öz növbəsində, kоmpaniyalar Intеrnеtdən məhsul, хidmət və 

infоrmasiyaların оnlayn malgöndərənlərdən daha еffеktiv şəkildə əldə еtmək 

məqsədilə istifadə еdirlər. Е-markеtinq – kоmpaniyanın Intеrnеt vasitəsilə öz məhsul 

və хidmətləri haqqında infоrmasiya vеrməsi, оnların kоmmunikasiyası, irəlilədilməsi 



və satışı üzrə həyata kеçirdiyi səylərindən ibarətdir. Internetdə ticarətdən fərqli

 

Kataloq: kurs-isleri -> iqtisadiyyat
kurs-isleri -> Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək
kurs-isleri -> Bank Əməliyyatlarının hüquqi əsasları Maddə Bank sistemi və onun hüquqi əsasları
iqtisadiyyat -> Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu
kurs-isleri -> Биожоьрафийа-организм групларынын вя онларын айры-айры компонентляринин жоьрафи йайылмасы вя мяскунлашмасы щаггында елмдир
kurs-isleri -> Magistr I kurs (Qədim Misir mədəniyyəti)
kurs-isleri -> Mövzu : Bağdad xilafəti və Səlcuq türkləri
kurs-isleri -> \\ddfalınma sözlər: Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir
kurs-isleri -> Səyahət və turizm kimi bir-birinə bağlı bu iki anlayış müəyyən həyat

Yüklə 259,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə