CÜMHURİYYƏT
QURUCULARI
82
Mustafa Vəkilov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbə-
yov, Mirzə Məhəmməd Axundov. Partiyalar birləşəndən sonra N.Yusifbəylinin
Bakıya gəlməsi ilə əlaqədar Məşədi Əli bəy Rəfiyev gizli səsvermə yolu ilə yek-
dilliklə Müsavat firqəsinin Gəncə şöbəsinin rəhbəri seçildi. Ə.Rəfiyev Azərbay-
can Cümhuriyyətinin elanından sonra Gəncə Dövlət Bankının müdiri olur
16
.
İki partiyanın birləşməsindən sonra Azərbaycanda güclü siyasi bir təşkilatın
mücadilə dövrü başlayır. Müsavatın böyük nüfuza malik olduğunu 1917-ci ilin
oktyabrında Bakı Sovetinə keçirilən seçkilər də bir daha təsdiqlədi: “Müsavat 25
min seçicidən 10 min nəfərinin, yəni bütün seçicilərin 40 faiz səsini qazanmışdır.
Halbuki özləri üçün əlverişli şəraitdə keçirilən bu seçkilərdə bolşeviklər cəmisi 4
min seçicinin səsini toplaya bilmişdilər”
17
.
Bu hadisələrdən sonra N.Yusifbəyli 1918-cilin fevralında formalaşan Za-
qafqaziya seymində fəallıq göstərirdi. O, Zaqafqaziya Seyminin üzvü idi və 1918-
ci ilin aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin
də Maarif naziri oldu.
1918-ci ilin 28 Mayında Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra (onun
yaradıcılarından biri də N.Yusifbəyli idi) F.X.Xoyskinin başçılığı ilə təşkil olunan
birinci Hökumət kabinəsində N.Yusifbəyli Xalq Maarif naziri vəzifəsini icra et-
mişdir. N.Yusifbəyli F.X.Xoyskinin sonradan formalaşdırdığı ikinci və üçüncü ka-
binələrdə də həmin vəzifələrdə çalışmışdır. O, eyni zamanda iki dəfə hökumət
kabinəsini formalaşdırıb ölkənin Baş naziri olmuşdur.
N.Yusifbəylinin təşkil etdiyi ilk Hökumət kabinəsi (ümumilikdə sayca 4-cü)
aşağıdakılardan ibarət idi: 1) Nazirlər Şurasının Sədri və Daxili İşlər naziri – N.Yu-
sifbəyli (Müsavat) 2) Maliyyə naziri – Ə.Həsənov (bitərəf ) 3) Ticarət və Sənaye
naziri – A.Əminov (bitərəf ) 4) Xarici İşlər naziri – M.Y.Cəfərov (Müsavat) 5) Yollar
naziri – X.Məlikaslanov (bitərəf ) 6) Poçt və Teleqraf naziri – C.Hacınski (sosialist)
7) Hərbi nazir – S.Mehmandarov (bitərəf ) 8) Sosial təminat naziri – V.Klenevski
(Slavyan-Rus Cəmiyyəti) 9) Səhiyyə naziri – A.Dostakov 10) Maarif və dini etiqad
naziri – R.Qaplanov (Əhrar) 11) Əkinçilik naziri –A.Qardaşov (Əhrar) 12) Portfelsiz
nazir – X.Amaspür (Daşnaksütun) 13) Dövlət müfəttişi – N.Nərimanbəyli (Müsa-
vat) 14) Ədliyyə və Əmək naziri – A.Səfikürdski (sosialist) 15) sonralar Daxili İşlər
naziri – X.Xasməmmədov (Müsavat)
18
.
16
H.Sadıq. Məşədi Əli bəy Hacı Məmmədhüseyn oğlu Rəfiyev. “Yeni Müsavat”, №16 (75), 1993.
17
C.Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində. B., 1993, s. 31.
18
Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti, 1918-1920. B., 1990, s. 92.
NƏSİB BƏY YUSİFBƏYLİ
83
Azərbaycan Nazirlər Şurasının Sədri və Daxili İşlər naziri vəzifəsində
N.Yusifbəyli qətiyyətli əmrlər,
sərəncamlar verir, məktublar yazır, dövlət idarəçilik
sistemini möhkəmlədirdi. Onun Hərbi nazirə 1919-cu ilin 18 mayında göndər-
diyi 120 saylı məktubunda yazılırdı: “Cənab Hərbi nazirə. Sizi məlumatlandırıram
ki, qeyd olunan bölgədə qoşunun yerləşməsi üçün polis nəzarəti yaradılmışdır.
Daxili İşlər naziri N.Yusifbəyli”
19
.
1919-cu ildə Gəncə qubernatoruna N.Yusifbəylinin göndərdiyi teleqram bu
məzmunda idi: “Gəncə qubernatoruna. Sizə qanunla verilən səlahiyyətlə qətiy-
yətli hərəkət etmək lazımdır. Daxili İşlər naziri N.Yusifbəyli”
20
.
N.Yusifbəylinin Gəncəyə – Hərbi nazirə göndərdiyi digər teleqramda Şuşa-
dakı vəziyyətə toxunulur: “Gəncə – Hərbi nazirə. Təcili, general-qubernator Sul-
tanov Şuşadan batalyonun çıxarılması haqqındakı sərəncamın ləğv edilməsini
xahiş edir”
21
.
N.Yusifbəyli Nazirlər Şurasının Sədri və Daxili İşlər naziri olduğu dövrdə
(14.03.1919 – 22.12.1919) Azərbaycanda ictimai-siyasi vəziyyətə nəzarətin güc-
ləndirilməsi və nəzarətdə saxlanılması məqsədi ilə Azərbaycan Respublikası-
nın Dövlət Müdafiə Komitəsi yaradılmışdı. Dövlət Müdafiə Komitəsinin sədri
vəzifəsini N.Yusifbəyli yerinə yetirirdi. Azərbaycan Respublikası Dövlət Müdafiə
Komitəsinin 1919-cu ilin 11 iyununda qəbul etdiyi qərardan: “Məcburi qəza: 1.
Azərbaycan Respublikasının bütün ərazisi hərbi vəziyyət elan edilir. Aşağıdakı
cinayət halları ümumi mühakimədən çıxarılıb Hərbi Məhkəmə nizamnaməsi
qaydalarına uyğun olaraq hərbi məhkəməyə verilir: 1) Azərbaycan Respublika-
sı Dövlət hakimiyyətinə qarşı iğtişaş; 2) Respublikaya qarşı dövlət xəyanəti; 3)
Azərbaycan Parlamenti Sədrinin və hökumət üzvlərinin həyatına qəsd; 4) Hərbi
gözətçilər və hərbi hissəyə hücum; 5) Hökumətə silahlı müqavimət; 6) Öz xid-
məti vəzifəsini yerinə yetirən vəzifəli şəxslərin öldürülməsi və qəsdlər. Dövlət
Müdafiə Komitəsi. Sədr – N.Yusifbəyli. Üzvlər: X.Məlikaslanov, A.Səfikürdlü”
22
.
N.Yusifbəylinin Baş Nazir və Daxili İşlər naziri olaraq çalışdığı bu dövrdə si-
lahlı erməni dəstələri Azərbaycan ərazilərinə hücumlar edir, kəndləri yandırır,
dinc əhalini qətlə yetirirdilər. Bu hadisələrin qarşısının alınması üçün dövlət
tərəfindən müvafiq tədbirlər görülürdü. 1919-cu ilin 19 aprelində N.Yusifbəy-
linin Hərbi Nazir S.Mehmandarova yazdığı məktubdan: “Çox hörmətli Səməd
bəy! Son günlər Qarabağ ərazisində, xüsusən Zəngəzur bölgəsində ermənilə-
19
Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, s. 7, i. 5, v. 63.
20
Yenə orada, i. 8, v. 56.
21
Yenə orada, v. 54.
22
Yenə orada, s. 1, i. 31, v. 2.