CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə27/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
93
ağrılarını daha çox yaşayırdılar.
Azərbaycanın işğalından sonra vətəni tərk etməyə məcbur olan 
azadlıq mücahidlərinin qohumları, hətta xaricdəki hər hansı bir insanla 
qohumluq əlaqəsi olan ailələr də təqiblərə, həbs və sürgünlərə məruz 
qoyulurdu. Belə ailələr bolşevik diktaturasının 16 oktyabr 1922-ci 
il tarixli dekretinə uyğun olaraq kütləvi surətdə güllələnirdi. Hətta 
xaricdəki qohumu ilə adi məktub əlaqəsi üstündə insanlar zorakılıqla 
ittiham olunurdu. Xalqın iradəsini qırmağa cəhd edən hakimiyyət 
hüquq-mühafizə orqanları qarşısında əhalinin deportasiyası ilə bağlı 
direktiv vəzifə qoyurdu. Məsələn, Baş Dövlət Siyasi İdarəsinin 2 
fevral 1930-cu il tarixli 44/21 saylı əmri ilə Qafqazdan Urala 23 min, 
Qazaxıstana isə 5 min adamın sürgün edilməsi qərara alınmışdı.
Repressiyalar, təqib və təzyiqlər gücləndikcə total cəmiyyətə qarşı 
etiraz aksiyaları və müqavimət hərəkatı da artırdı. Qarabağda Nuru 
Paşanın, Zaqatalada Mola Hafiz Əfəndiyevin, Qarabulaqda Camməd 
bəyin, Qaradağlıda Xan Şirvanskinin və başqalarının rəhbərliyi altında 
müqavimət hərəkatı genişləndi.
Bakı Komitəsində təşəbbüsü ələ alan erməni qaniçənləri bolşevik-
rus dayaqlarına istinad edərək Azərbaycanın müstəqilliyi və AXC-
nin bərpası uğrunda mübarizə aparan qeyrətli vətən oğullarına, 
onların ailələrinə, qohumlarına qara yaxır, onları millətçilikdə, 
burjuaziyanı müdafiə etməkdə ittiham edir, müxtəlif böhtanlar atır 
və məhv edirdi. Xalqa deyil, silahlı başkəsənlərə, milisə, Fövqəladə 
Komissiya üzvlərinə - bir sözlə, zora arxalanan hakimiyyət niyyətini 
açıq bəyan edərək deyirdi: 
“Burjuaziya və mülkədarların ağ 
terroruna biz amansız kütləvi qırmızı terrorla cavab verəcəyik. 
Siz yüzlərlə fəhləni öldürə bilərsiniz, onların əvəzində biz bütün 
ağ terrorçular sinfini məhv edəcəyik!”.
114
 Beləliklə, dövlətçiliyini 
bərpa etməyə çalışan xalqın nümayəndələrinə sinfi damğa vurulur
müstəqillik ideyalarını qırmaq, istiqlal mübarizəsini dayandırmaq 
istəyirdilər. Artıq 1922-ci ilin fevralında nəinki Cümhuriyyət fədailəri, 
hətta bolşevik partiyasının üzvü olmasına baxmayaraq, Azərbaycanın 
siyasi taleyi üçün narahat olan, milli maraqları çəkinmədən müdafiə 
114 
 
Борьба за победу Советской власти в Азербайджане. 1918-1920 гг. Документы и материалы. Баку, 
1967, с. 495.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
94
edən Bakı Partiya Təşkilatının azərbaycanlılardan ibarət 761, Göyçay 
təşkilatının 404 və s. üzvü partiyadan xaric edildi və təqiblərə məruz 
qaldı.
115
 
Kəndlilərə, milli xırda burjuaziyaya, ziyalılara, ruhanilərə amansız 
divan tutuldu. Aprel işğalından sonra AXC-ni quranlar, mütəfəkkir 
şəxsiyyətlər, ziyalılar, xüsusi xidmət orqanlarının əməkdaşları, milli 
orduda xidmət etmiş zabitlər və hərbçilərin bir çoxu, eləcə də digər 
müstəqillik tərəfdarları məhv edildi. Belə ki, 1921-ci ilə qədər ancaq 
hərbçilərdən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan, 
ştabs-kapitan, poruçik və podporuçik, 146 praporşik, 266 nəfər başqa 
işçilər (hamısı müsəlman) güllələndi. Bunlardan M.Sulkeviç, İ.Usubov, 
Haşımbəyov, şahzadələr İanulla Mirzə Qacar və Kazım Mirzə Qacar, 
Həmid bəy Qaytabaşı, Həbib bəy Səlimov, Murad Gəray bəy Tlexas, 
Makayev, Rüstəm bəy Şıxlinski, Əliyev, İsgəndər bəy Seyfulin və başqa 
tanınmış hərbçiləri göstərmək olar.
116
XI Qızıl Ordu Azərbaycanı işğal edəndən bir gün sonra 1920-ci il 
aprelin 29-da Azərbaycanda Fövqəladə Komissiya (Az.ÇK) yaradıldı 
və ona rəhbərlik Azərbaycan xalqının qanına susamış Pankratova 
həvalə olundu. Az. ÇK-nın kifayət qədər qüvvəsi olmadığından kütləvi 
həbslər zamanı Qızıl Ordunun qüvvələrindən də istifadə edilirdi. 
Daha doğrusu, onlar birgə fəaliyyət göstərirdilər. Bu məqsədlə bir çox 
rayonda diviziyaların xüsusi şöbələri də yaradıldı. Həmin şöbələrin 
nümayəndələri yerlərdə “Müsavat” tərafdarlarına, sovetləşməni qəbul 
etməyənlərə, ziyalılara – bir sözlə, imza yerinə barmaq basandan 
tutmuş, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan 
görkəmli və mütəfəkkir şəxsiyyətlərə qədər divan tutmağa başladılar.
Bolşeviklər yerlərdə inqilabi qayda-qanun yaratmaq adı ilə 
ÇK-nın köməkçi orqanı olan siyasi bürolar təşkil etdilər. Bu siyasi 
bürolar ÇK-nın tabeliyində olmaqla həm də yaradıldığı yerlərdə 
fəhlə-kəndli milisinin siyasi şöbələri sayılırdı. 1921-ci il mayın 30-
da Xalq Komissarları Sovetinin qərarı ilə başda Azərbaycan ÇK-
nın sədri olmaqla qaçaqlara 
(bolşeviklər Azərbaycanın müstəqilliyi 
uğrunda mübarizəyə qoşulanlara “qolçomaq, qaçaq-quldur, bandit” 
115   “Kommunist” qəzeti, 10 mart 1990-cı il
116   “Xəzər” jurnalı, 1990, № 3.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
95
adı qoymuşdular) divan tutmaq və onları məhv etmək üçün Mərkəzi 
fövqəladə üçlüklər təşkil edilirdi.
Mərkəzi fövqəladə üçlüyə ixtiyar verilirdi ki, cinayəti təsdiq edilmiş 
bütün qaçaqlar, xüsusilə də onların başçıları dərhal güllələnsin. 
Qəzalardakı fövqəladə üçlüklərə 
(buna UÇTRO – Uyezdnaya 
Çerezvıçaynaya Troyka (“Qəza Fövqəladə Üçlüyü”) deyirdilər) isə 
qaçaqları bütün istintaqdan keçirib Qəza və Ali İnqilab tribunalarına, 
yaxud da işləri məhbusların özləri ilə birlikdə Az.ÇK-ya çatdırmaq 
səlahiyyəti verildi. Bu səlahiyyətlərdən sonra yerlərdə qorxulu bir 
varlığa çevrilən Az.ÇK üzvlərinin nüfuzu birə-beş artdı. Çünki onlar 
təkcə qaçaq hərəkatına və ayrı-ayrı qaçaqlara deyil, eyni zamanda 
dinc əhaliyə də də divan tuturdular. Bəhs etdiyimiz “nüfuz” da bu 
qorxu hesabına yaranmışdı. Çekaçıların yaratmaq istədikləri sabitlik 
ölkədə anarxiyaya səbəb oldu. Azərbaycana “kommunist cənnəti” vəd 
edənlər bir çox ailələri başsız qoydular. Bolşeviklərə inananların da 
inamı qırıldı. N.Nərimanov Stalinə 1923-cü ildə yazdığı “Ucqarlarda 
inqilabımızın tarixinə dair” adlı məxfi məktubunda da ölkədəki bu 
inamsızlığı, özbaşınalığı xüsusilə vurğulayır və üçlüklərin qeyri-qanuni 
hərəkətlərini pisləyirdi.
O illərdə ÇK-nın qorxunc fəaliyyətini əks etdirən şeir nümunələri 
də yaranmışdı. Görkəmli Azərbaycan şairi Səməd Mənsur “İki aşığın 
deyişməsi” adlı şeirində yazırdı:
Qoca aşıq:
O nədir ki, surətləri soldurur?
O nədir ki, cibişdanı doldurur?
O nədir ki, toyuqları güldürür?
Buna cavab verən aşıq var olsun!
Cavab:
O, ÇEKAdır surətləri soldurur,
O, rüşvətdir cibişdanı doldurur,
Təriflərdir toyuqları güldürür,
Söz soran aşığa Allah yar olsun.
Bu illərdə böyük səlahiyyətlərə malik olan ÇEKAÇILARIN 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə