CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə29/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
99
şahid qismində dindirilən M.Tlexasın dindirilmə protokolunu geniş 
oxucu kütlələrinə təqdim edirik: 
Sədr Viktor Naneyşvili: General Murad Gəray bəy Tlexas! Siz 
özünüzü Əli Bayramovun qətli haqqında işdə müqəssir bilirsinizmi? Siz 
Bakı Möhkəmləndirilmiş Rayonunun general-qubernatoru olanda cinayətkar 
fəaliyyətsizlik göstərmisiniz, nəticədə belə dəhşətli cinayət baş verib. 
General Tlexas:  Qətiyyən yox! Hərbi vəzifəmə gəldikdə isə həmişə 
hər yerdə vicdanla xidmət etmişəm. Cinayətkarlığa yol verməmişəm.
Sədr: Tribunala deyin görək, Denikin könüllülərinin komandanlığı ilə 
siz Bakıda nə danışmısınız?
Tlexas: Könüllülərin komandanlığı ilə heç bir danışığım olmayıb.
Naneyşvili: Bizə çatan məlumata görə sizin ağqvardiyaçı 
könüllülərinin nümayəndələri ilə danışığınız olub.
Tlexas: Könüllülərin ayrı-ayrı nümayəndələri ilə də mənim heç bir 
gizli danışığım olmayıb.
Könüllülər və başqaları haqqında isə “soldat” kimi deməliyəm ki, 
yıxılana balta çalmazlar. Mən heç vaxt, müharibədə bir-birimizin üstünə 
qışqıranda da, silahı tullayanda da hərbi kampaniyada  -  rus - yapon və 
alman cəbhəsində də olmuşam. Onlar silahı təhvil verəndə mən sonuncu 
çörək tikəmi və qəndi vermişəm.
Sədr:  Tribunala son sözünüz?
Tlexas:    Ali tribunal, burada deyəcəyim sözlər özümü müdafiə 
etmək xatirinə deyilməyəcək. Мən ucadan elan edirəm ki, bolşevik Əli 
Bayramovun qətlində qətiyyən iştirak etməmişəm. Məni müttəhimlər 
kürsüsünə gətirən qətiyyən tanış olmayan mühitə düşməyim və rəislərimin 
əmrlərini yerinə yetirməkdə “soldat” mənəviyyatı ilə tərbiyə olmağım oldu. 
Mən kasıb praporşik oğluyam, demək olar ki, yoxsul təbəqədən çıxmışam. 
İndi mənə elə gəlir ki, burjuaziya rütbəsi olan general-qubernatorluq 
mənim üçün rüsvayçılıq idi.
Əgər məndən soruşsanız ki, Bakıdakı fəaliyyətim dövründə kimləri 
özümə düşmən hesab edirdim. Cavab verərdim: ancaq və ancaq 
Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyən könüllülər mənim qatı 
düşmənimdir. Мən heç vaxt siyasi partiyaların işinə qoşulmazdım. Mənim 
məqsədim milli ordu yaratmaq, milli qırğının qarşısını almaq idi.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
100
Qırx altı yaşım var. Ömrümün yarıdan çoxunu hərbi xidmətdə 
keçirmişəm. Atam evdəki yeganə samovarı satıb məni atın sağrısında 
Yekaterinardan oxumağa göndərib...
O ki qaldı ağqvardiyaçı general Denikinə qoşulmağım, onun 
könüllüləri ilə işləməyim bu, heç cür mümkün deyil. Çünki bütün il boyu 
mən denikinçilərə qarşı mübarizə aparmışam. Onun kəşfiyyatçıları 
mənim əməkdaşlarımdan və şəxsən məndən oddan qorxan kimi qorxurlar. 
Əgər siz bolşeviklər yox, Denikin Bakıya girməli olsaydı, birinci məni 
güllələyərdi. Boynuma alıram ki, Azərbaycanda caynağımıza keçən 
Denikin kəşfiyyatçılarına qarşı çox amansız olmuşam.
122
Göründüyü kimi, Tlexas uca səslə bəyan edir ki, Əli Bayramovun 
qətlində mənim günahım yoxdu və buna görə məni müttəhimlər 
kürsüsünə əyləşdirmək qətiyyən doğru deyil. Bu məsələdə Tlexas 
ittiham olunandan daha çox ittiham edənə oxşayır. Qətiyyəti və 
casarəti ilə səngərdə və döyüş meydanında olduğu kimi müttəhimlər 
kürsüsündə də Vətənin sədaqətli əsgəri kimi yadda qalır. O bəyan edir 
ki, mən Azərbaycanın müstəqilliyinə qəsd edən hər bir kəsi ittiham 
edirdim və ittiham edərdim. Burada nə bolşevik, nə Denikin, nə 
erməni, nə də ingilis istisnası var. Konkret “hər kəs” təsnifatı var. Ali 
İnqilab Tribunalı qarşısında deyilən bu sözlər yalnız bir generalın 
nitqi olaraq qalmır, eyni zamanda onun general və həqiqi bir Vətən 
əsgəri xarakterini də üzə çıxarır. Nə düşmən, nə də hakim hüzurunda 
dəyişən və bütövlüyünü itirməyən xarakter.    
Tlexasın tərcümeyi-hal materialları ilə tanışlıq bizi bir başqa tiplə 
də tanış edir. Belə ki, Murad Gəray bəy Tlexasın həyat yoldaşı Əminət 
xanım Tlexas Azərbaycan Sovet Sosialist Respublikasının Ali İnqilab 
Tribunalının sədrinə ərizə ilə müraciət edərək yazırdı: 
“1920-ci il mayın 
29-da Ali İnqilab Məhkəməsinin qərarı ilə ərim Murad Gəray bəy 
Tlexas güllələnmişdir. Ərim həbs olunan günü evimizdən sizin 
əməkdaşlar ailəmizə məxsus olan qızıl və gümüş əşyalarını da 
aparmışlar. Acizanə surətdə xahiş edirəm, həmin qızıl və gümüş 
əşyalarının qaytarılması barədə sərəncam verəsiniz. Həmin əşyalar 
yenicə həddi-bulağa çatmış iki qızıma və şəxsən mənə məxsusdur. 
122 
 
Nəzirli Ş. Güllələnmiş Azərbaycan generalları. Bakı, 2006, s. 1-17.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
101
İmza: Əminət xanım Tlexas. 6 iyun 1920-ci il”.
Əminət xanımın bu müraciətinə Ali İnqilab Tribunalının sədrinin 
verdiyi “vətəndaş Əminət xanım Tlexasa məlumat verin ki, sizə heç 
nə qaytarılmayacaqdır” cavabı bolşevizmin - bolşevik idarə üsulunun 
və bütövlükdə bolşeviklərin irticaçı və talançı simalarını ortaya qoyur. 
Həmin illərdə repressiyalara məruz qalanlardan biri də 
Məmməd 
bəy Sulkeviç (1865-1920) idi. 
Təəccüblüdür ki, repressiyalara məruz qalanların yalnız özləri deyil, 
bioqrafik göstəriciləri də məhv və ya təhrif edilmişdir. Sorğusuz-sualsız 
güllələnən bu generalın istintaq qovluğunu və həyat yolu ilə bağlı 
faktik materialları əldə edə bilmədiyimizdən internet materiallarına 
üstünlük verməli olduq. 
Məmməd bəy Sulkeviç  1865-ci il iyulun 20-də Kemeyşı, Lida qəzası, 
Vilna quberniyasında doğulmuşdur. Litva tatarlarından olan M.Sulkeviç 
Voronejdə Mixaylovski kadet korpusunu və Peterburqda Mixaylovski 
artilleriya məktəbini bitirmiş,  poruçik  rütbəsində ikən 1888-ci il 
oktyabrın 3-də Rusiyanın Baş Qərargah Akademiyasına daxil olmuşdur. 
1899-cu ildə Sulkeviç həm podpolkovnik rütbəsi, həm də 
Müqəddəs Stanislav ordeninə layiq görülmüş, Odessa hərbi dairəsi 
qərargahının baş yavəri vəzifəsinə təyin olunmuşdur. 1904-1905-
ci illər Rus-Yapon müharibəsində iştirak etmiş, xidmətlərinə görə 
2-ci dərəcəli Müqəddəs Anna və 4-cü dərəcəli Müqəddəs Vladimir 
ordenləri ilə təltif edilmişdir.
1910-cu ildə general-mayor rütbəsinə layiq görülərək İrkutsk 
hərbi dairəsinin general-kvartirmeysteri vəzifəsinə irəli çəkilmişdir. 
1912-ci ildə ona 7-ci ordu korpusunun qərargah rəisi vəzifəsi həvalə 
olunmuşdur. 1915-ci il aprelin 26-da ona növbəti general-leytenant 
rütbəsi verilmişdi. Birinci Dünya müharibəsi illərində yaradılmış ilk 
Müsəlman Korpusunun komandiri olmuşdur.
1918-ci ildə Sulkeviç Krıma gəlmiş və    1918-ci il iyunun 25-də 
burada yaradılan Krım diyar hökumətinin sədri, daxili və hərbi işlər 
naziri seçilmişdir. Krımda hakimiyyət devrildikdən bir qədər sonra - 
1919-cu ilin martında Azərbaycana gəlmişdir.
M.Sulkeviç  1919-cu il martın 19-da AXC ordusunun Baş Qərargah 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə