CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə32/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   28   29   30   31   32   33   34   35   ...   48
    Bu səhifədəki naviqasiya:
  • “Sual

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
108
M.Səfikürdiskinin istintaq işindən məlum olur ki, (tərkibində çoxlu 
gimnaziya tələbələrini birləşdirən “Yaşıl qvardiya” təşkilatının üzvləri) 
1917-ci ilin sonu və 1918-ci ilin əvvəllərində Rusiyadan Azərbaycana 
göndərilən silah dolu qatarları tərk-silah etmək, Gəncədəki gərginliyi 
yatırmaq və əhalinin təhlükəsizliyini təmin etməklə məşğul olmuşlar. 
1918-ci ildə Gəncə, Şamaxı və Qarabağda ermənilərin törətdiyi 
qırğınları da nəzərə alsaq onda qatarlardakı silahların kimə göndərildiyi 
və bu təşkilatın gördüyü işin böyüklüyü daha aydın şəkildə görünər.
Səfikürdiski bu məsələ ilə bağlı 1921-ci il yanvarın 12-də müstəntiqə 
verdiyi ifadəsində bildirmişdi:
“Sual:  1915-1919-cu illərdə siz harada və hansı vəzifələrdə 
çalışmısınız?
Cavab: 1915-1916 və 1917-ci ilin mayına qədər Gəncə gimnaziyasında 
oxumuş, 17-ci ilin may-iyul aylarında rumın cəbhəsində olmuş, iyul 
ayından Gəncə quberniyasında anarxiya başlanana qədər təhsilimi 
davam etdirmişəm. Gəncə quberniyasında anarxiya başlandığına görə 
müsəlman əhalisi əziyyət çəkirdi. Buna görə də Gəncə əhalisi tərəfindən 
mühafizə olunmaq üçün “Yaşıl qvardiya” yaradılmışdı ki, o da əsasən 
tələbələrdən ibarət idi. Mən həmin təşkilatda sədr müavini idim. Bu 
vəzifədə mən xəstələnənə qədər, yəni 1918-ci ilin təxminən fevral ayınadək 
fəaliyyət göstərdim...”.
126
 
M.Səfikürdiski 1919-cu ildə Gəncə gimnaziyasını bitirdikdən 
sonra ay yarım Gəncə dairə məhkəməsində müstəntiqliyə namizəd 
vəzifəsində işləmişdir. O, vaxt və zaman etibarilə az olan müddətdə 
hüquqşünaslığın bəzi məsələlərini öyrənə bilmişdir.
M.Səfikürdiski 1919-cu ildə gimnaziyanı bitirdikdən sonra da 
təhsilini davam etdirmək fikrindən çəkinməmiş, elə həmin il Bakı 
Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Mahmud 
Səfikürdiskinin ailə vəziyyəti o qədər də yaxşı olmadığından təhsil 
almaqla yanaşı, həm də işləmək məcburiyyətində qalmışdı. Belə 
olduğu halda o, Azərbaycan dövlətçiliyinə xidmət etməyin mümkün 
ola biləcəyi bir iş yeri aramış və bu məqsədlə ƏMT-nin rəisi Nağı bəy 
126   DTX-nin arxivi, M.Səfikürdiskinin istintaq qovluğu, № PR -1752.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
109
Şeyxzamanova müraciət edərək həmin təşkilatda işə götürülməsini 
xahiş etmişdir. Fikrimizcə, Nağı bəy Mahmud Səfikürdiskini yaxından 
tanıdığından böyük etimad göstərmiş, Azərbaycan dövlətçiliyinin 
keşiyində dayanan bir təşkilatın rəis köməkçisi kimi mühüm bir vəzifəni 
ona tapşırmışdır. O da unudulmamalıdır ki, M.Səfikürdiski bolşevik 
idi və “Hümmət” təşkilatının təqdimatına əsasən işə götürülmüşdü.
1919-cu ilin noyabr ayından 1920-ci ilin əvvəllərinə qədər ƏMT-
də rəis köməkçisi vəzifəsində çalışan M.Səfikürdiski bir sıra mühüm 
dövlət işləri ilə məşğul olmuşdur. Məlumdur ki, həmin illərdə bəzi 
xarici dövlətlər müstəqil Azərbaycanı məhv etməyə və öz təsiri altına 
salmağa səy göstərir, bu çirkin niyyətlərini həyata keçirmək məqsədi 
ilə müxtəlif təxribatlar törətməyə çalışırdılar. Bu işdə ermənilər daha 
fəal iştirak edirdilər. Bütün bunlardan xəbərdar olan Səfikürdiski də 
ermənilərlə mübarizə aparmış, onların təxribatlarının qarşısını almağa 
çalışmışdır. Bu faktdan istifadə edən ermənilər Səfikürdiskinin həbsi 
zamanı onun üzünə duraraq millətçilik etdiyini sübuta yetirməyə 
çalışmışdılar. Ermənilərdən biri ifadə verərək bildirmişdi ki, 
M.Səfikürdiski mənim qardaşımdan 300 min manat rüşvət istəmiş
lakin həmin məbləğ ödənilmədiyindən onu güllələtdirmişdir.
127
 
İstintaq işində bu tipli böhtan və yalanlar az deyildir. Həmin 
uydurmalardan biri də 1920-ci il dekabrın 4-də Fövqəladə 
Komissiyanın sədri 
(o, həmin vəzifədə 19.10.1920-ci ildən 19.02.1921-
ci ilədək işləmişdir) Eyyub Xanbudaqova göndərilən məxfi yarlıqlı 
sənəddir. Həmin sənəddə göstərilir ki, AXC dövründə M.Səfikürdiski 
əks-kəşfiyyat rəisinin köməkçisi olarkən təxminən 1922-ci il noyabrın 
12-13-də əks-kəşfiyyatın rəisinin cangüdəni Allahqulu Tarverdi oğluna 
və Seyid Həsənova bir nəfər bolşeviki öldürmək tapşırığı vermişdir 
(maraqlıdır ki, məlumatı verən şəxs həmin bolşevikin adını bilmir). 
Tapşırığa əsasən həmin kommunist Bayıl türməsinə aparılmalı idi. 
Lakin onlar onu dəniz kənarında öldürərək meyiti ora atıb getmişdilər. 
Bunu etməkdə məqsəd o idi ki, guya həmin kommunisti bunlar deyil, 
kənar adamlar öldürüblər.
Fikrimizcə, bu böhtan və uydurmaları geniş şərh etməyə ehtiyac 
yoxdur. 
127   Yenə orada


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
110
ƏMT-də işlədiyi zaman ermənilər və bolşeviklərlə apardığı 
mübarizəyə görə M.Səfikürdiski sovetləşmə dövründə hesabat 
verməli olmuşdur. Belə ki, Qızıl Ordunun Azərbaycanı işğal 
etməsindən sonra yaradılan Azərbaycan Fövqəladə Komissiyasında 
kadr çatışmadığından ƏMT-nin əməkdaşlarını və bəzi hümmətçiləri 
də işlə təmin etdilər. Belə əməkdaşlardan biri də ayda 5 min manat 
maaş verməklə işə götürülən Mahmud Səfikürdiski idi. 
Bir müddətdən sonra, 9 noyabr 1920-ci ildə M.Səfikürdiskini 
işləmək üçün Gəncə qəzasına göndərirlər. Elə həmin gün onun 
barəsində Az. ÇK-ya bir raport daxil olur. Raportda göstərilirdi 
ki, M.Səfikürdiski “Müsavat” hökuməti dövründə ƏMT rəisinin 
köməkçisi işləmiş və Nikoloyevski küçəsində yerləşən fəhlə klubunu 
dağıtmış, kommunistlərə qarşı pis münasibətdə olmuşdur. 
Göründüyü kimi, bolşeviklər hakimiyyəti ələ alandan dərhal sonra 
heç bir demokratik prinsipə əməl etmədən kommunist olmayanlara 
qarşı çox amansız olmuş, “Kommunist deyilsənsə, bu millətin 
düşmənisən” devizini əldə rəhbər tutaraq başqa partiyaya mənsub 
olanları 
(hətta bitərəfləri, bir qədər sonra isə kommunistlərin özlərini) 
müxtəlif vasitələrlə məhv etməyə çalışmışlar. Ona görə də insanların 
bir çoxu bolşevik təhlükəsindən yaxa qurtarmaq üçün bəzən yalan 
danışmaq məcburiyyətində qalmışdır. Kommunistləri incitməkdə 
ittiham olunan M.Səfikürdiski yazdığı izahatında bildirirdi ki, mən 
bolşevikləri incitməmişəm, əksinə həbs olunan kommunistlərə 
köməklik göstərmişəm. Mənim bu dediklərimi Qasım İsmayılov 
da təsdiq edə bilər. M.Səfikürdiskinin güvəndiyi və kömək umduğu 
Qasım İsmayılov isə 1920-ci il noyabrın 22-də verdiyi ifadəsində 
bildirmişdi ki, Səfikürdiski kommunistləri sevmir və onları həbs 
edirdi.
Bu araşdırmalardan sonra 1920-ci il noyabrın 22-də onun 
mənzilində axtarış aparmaq və həbs etmək barədə 1096 saylı order 
imzalanmışdı. Həmin orderə əsasən M.Səfikürdiskini 1920-ci il 
noyabrın 23-də Qubada həbs edib, tərtib olunan sənədlərlə birlikdə 
Bakı şəhərinə göndərmişdilər. Şahid sifəti ilə dindirilən Solomon 
Yakovleviç Qeftler 1920-ci il dekabrın 7-də verdiyi ifadəsində 
bildirmişdi ki, M.Səfikürdiskini 7-8 ildir - Gəncədə gimnaziyada 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə