CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə28/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
96
qarşısında duran əsas vəzifələrdən biri də AXC dövründə müxtəlif 
siyasi partiyalarda, ayrı-ayrı təşkilatlarda fəaliyyət göstərən şəxslərin 
işi ilə maraqlanmaq, bolşeviklərə, eləcə də sovetləşməyə münasibətini 
müəyyənləşdirmək və ölkədə “sabitlik” yaratmaq idi. Bu sabitlik 
isə ayrı-ayrı vəzifəli şəxslərin, eləcə də onların ailə üzvlərinin həbs 
edilməsi yolu ilə həyata keçirilirdi. Həmin illərdə təqib və təzyiqlərə 
məruz qalanlar arasında Cümhuriyyətin qurucularından biri olan 
S.Mehmandarov da var idi.
1855-ci il oktyabrın 16-da  Lənkəranda  doğulan Səməd bəy 
Sadıx bəy oğlu Mehmandarov
 Bakıda gimnaziyanı bitirdikdən sonra 
Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil 
olmuşdur. 
1875-ci ilin dekabrında podporuçik rütbəsi alan S.Mehmandarova  
göstərdiyi uğurlu xidmətlərinə və əldə etdiyi nailiyyətlərə görə 1904-
ildə general-mayor, 1908-ci ildə isə tam artilleriya generalı rütbəsi 
verilmişdir.
S.Mehmandarov 1917-ci ildə  Qafqaza gəlmiş və həmin ilin 
aprel ayında istefaya çıxmışdır. Bir müddət  Vladiqafqaz  şəhərində 
yaşadıqdan sonra Azərbaycana qayıtmışdır. 
1918-ci il  dekabrın 25-də hərbi nazir vəzifəsinə təyin olunan 
S.Mehmandarov   qısa müddətdə Azərbaycanın milli ordusunu 
yaratmağa nail olmuşdur. 
Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi 
zəmanəti əsasında o, hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda 
yaradılmış hərbi komandirlər məktəbində  1921-1928-ci illərdə 
müəllimlik etmişdir.
117
 
1928-ci ildə S.Mehmandarov səhhəti ilə əlaqədar olaraq xidmətdən 
tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilmişdir. 
Səməd bəy Mehmandarov  12 fevral  1931-ci ildə  Bakıda  vəfat 
etmişdir.
Azərbaycan hərbçilərinə rəhbərlik edən S.Mehmandarov, eləcə də 
Ə.Şıxlinski sovetləşmə illərində həbs edilərkən olmazın müsibətlərlə 
üz-üzə qalmışdı. General S.Mehmandarovu təhqir etmək üçün ona 
117   Səməd bəy Mehmandarov. -  https://az.wikipedia.org/wiki/Səməd_bəy_Mehman-
darov#H%C9%99yat%C4%B1


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
97
əhalinin gur yerlərində küçə və tualet süpürtdürürdülər. N.Nərimanov 
1920-ci il avqustun 1-də V.İ.Leninə yazırdı: 
“Əziz Vladimir İliç! 
Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün 
zabitləri həbsə alınmışdır. Məşhur general Mehmandarov və 
general Şıxlinski də onların içərisində idi. Diqqətli yoxlama 
nəticəsində məlum oldu ki, generalların üsyanla əlaqəsi 
olmamışdır. Lakin mövqeyimiz sakitləşənə qədər və ümumi 
işimizə kömək məqsədi ilə biz hər halda bu qərara gəldik ki, 
onları qərargahda işləmək üçün Sizin sərəncamınıza göndərək. 
Çünki onlar hərbi mütəxəssislər olmaq etibarilə əvəzsizdirlər. 
Onlardan biri Şıxlinski Nikolay ordusunda “artilleriyanın allahı” 
sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada 
işləsinlər, sonra Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri 
hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsiniz. Bu 
müddətdə onların qayğısına qalmaq lazımdır. Kommunist salamı 
ilə N.Nərimanov”.
118
Nərimanovun bu müraciəti Mehmandarovu və Şıxlinskini 
repressiyadan xilas etsə də, cümhuriyyətin təhlükəsizliyinin 
keşiyində dayanan bir çox generallar bolşevikləşmənin ilk günlərində 
qətlə yetirildilər. Belə generallardan biri də Azərbaycanın ordu 
quruculuğunda və ƏMT-nin formalaşmasında önəmli rol oynamış 
Murad Gəray bəy Tlexas idi. O,   1874-cü il oktyabrın 21-də Kuban 
vilayətində hərbçi ailəsində anadan olmuş və Sankt-Peterburqdakı 
Mixaylovsk artilleriya məktəbini bitirmişdi.
119
 
Port-Artur və Birinci Dünya müharibələrində iştirak edən general-
mayor Tlexas iki dəfə “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdu. 
1918-ci ildə könüllü olaraq Azərbaycana gələn Tlexas Əliağa 
Şıxlinskinin dəstəyi ilə Əlahiddə Azərbaycan Korpusunun tərkibində 
olan ikinci nişançı topçu briqadasının komandiri, bir qədər sonra isə 
Baş Qərargahda Baş Artilleriya İdarəsinin rəisi təyin olunmuşdur. 
Heç təsadüfi deyildir ki, hərbiyyə naziri Səməd bəy Mehmandarov 
onu “doğma ordumuzun təşkil edilməsi işlərində özünün ən yaxın 
118   Nəzirli Ş. Azərbaycan generalları. Bakı, 1991, s. 96.
119   Murad Gəray bəy Tlexas. - https://az.wikipedia.org/wiki/Murad_Gəray_bəy_Tlexas


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
98
əməkdaşlarından” biri adlandırırdı.
120
1919-cu il dekabrın 4-dən Bakı Möhkəmləndirilmiş Rayonunun 
general-qubernatoru olan Murad Gəray bəy Tlexas deyirdi: 
“Mənə 
göstərilən etimadı və ümidi həqiqətə çıxarmaqdan ötəri mən bütün 
var qüvvəmi ədalətli və bitərəfanə bir surətdə işə şüru edirəm”.
Azərbaycanın hərb tarixinin sədaqətli araşdırıcısı Şəmistan Nəzərli 
Murad Gəray bəy Tlexasın 1920-ci il yanvarın 25-də “Azərbaycan” 
qəzetinə verdiyi müsahibəsindəki bir məqamı xüsusilə diqqətə 
çəkir. Həmin müsahibədə oxuyuruq: “Son günlərdə şəhərdə şaiyələr 
yayılır ki, bolşeviklər çıxış edib bazar-dükanı talan edəcəklər. Əhali 
həyacana gəlmişdi. Boş laqqırtılar böyük meydan alır. Belə hərəkətlər 
olmayacaqdır. Əgər baş verərsə, rəhimsizcəsinə basılacaq, hökumətin 
lazımi miqdarda qüvvəsi vardır. Heç kəsə şəhərə daxil olmağa müsaidə 
edilmir. Körpülərə vaporlar vürud edir. Sərnişinlərin yalnız bəzilərinə 
şəhərə girməyə icazə verilir. Üç gündə Ənzəli, Petrovski və Təzə 
şəhərdən (Krasnovodski) yeddi vaporda beş yüz nəfər gəlmişdir. 
Qismən şəhərə buraxılıblar. Lakin tezliklə də şəhərdən çıxarılıblar. 
Bəziləri Tiflisə gedir. Ermənilər Ermənistana, iranlılar isə İrana 
qaytarılır. Əcnəbilər müməsillərinə verilir. Vaporlarda səpmə yatalaq 
və sair misri xəstəlikləri müşahidə olunur. Onlar tez təcrid olunub. 
Radio ilə vaporlarda bildirilir ki, Bakıya gəlsələr, dərhal qaytarılacaqlar. 
Lakin əcnəbi heyətlərə, siyasi nümayəndələrə və dövləti işlər üçün 
gələnlərə icazə veriləcək. Köhnə rus pasportları etibardan saqiət edilir, 
bir aya bütün vətəndaşlar türk pasportu almalıdırlar”.
121
Bu, adi müsahibə deyildi. Müstəqilliyimizin möhkəmləndirilməsi 
uğrunda barışmaz mövqe nümayiş etdirən bir türk oğlunun qeyrətlə 
apardığı mücadilənin ifadəsi idi. Bu mücadilə bolşevik işğalından 
sonra idarə və iş üsulu repressiya olan totalitar rejimin təhlükəsizlik 
orqanlarının diqqətindən kənarda qalmadı. General Murad Gəray 
bəy Tlexas 1920-ci ildə bolşeviklərin istilasından sonra inqilabçı 
Əli Bayramovun qatillərindən biri kimi müttəhimlər kürsüsündə 
əyləşdirildi. 
Mayın 21-dən 29-dək Ali İnqilab Tribunalının məhkəməsində 
120   Yenə orada
121 
 Nəzirli Ş. Güllələnmiş Azərbaycan generalları. Bakı, 2006, s. 16.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə