CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
96
qarşısında duran əsas vəzifələrdən biri
də AXC dövründə müxtəlif
siyasi partiyalarda, ayrı-ayrı təşkilatlarda fəaliyyət göstərən şəxslərin
işi ilə maraqlanmaq, bolşeviklərə, eləcə də sovetləşməyə münasibətini
müəyyənləşdirmək və ölkədə “sabitlik” yaratmaq idi. Bu sabitlik
isə ayrı-ayrı
vəzifəli şəxslərin, eləcə də onların ailə üzvlərinin həbs
edilməsi yolu ilə həyata keçirilirdi. Həmin illərdə təqib və təzyiqlərə
məruz qalanlar arasında Cümhuriyyətin qurucularından biri olan
S.Mehmandarov da var idi.
1855-ci il oktyabrın 16-da Lənkəranda doğulan Səməd bəy
Sadıx bəy oğlu Mehmandarov
Bakıda gimnaziyanı bitirdikdən sonra
Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil
olmuşdur.
1875-ci ilin dekabrında podporuçik rütbəsi alan S.Mehmandarova
göstərdiyi uğurlu xidmətlərinə və əldə etdiyi nailiyyətlərə görə 1904-
cü
ildə general-mayor, 1908-ci ildə isə tam artilleriya generalı rütbəsi
verilmişdir.
S.Mehmandarov 1917-ci ildə Qafqaza gəlmiş və həmin ilin
aprel ayında istefaya çıxmışdır. Bir müddət Vladiqafqaz şəhərində
yaşadıqdan sonra Azərbaycana qayıtmışdır.
1918-ci il dekabrın 25-də hərbi nazir vəzifəsinə təyin olunan
S.Mehmandarov qısa müddətdə Azərbaycanın milli ordusunu
yaratmağa nail olmuşdur.
Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi
zəmanəti əsasında o, hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda
yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə
müəllimlik etmişdir.
117
1928-ci ildə S.Mehmandarov səhhəti ilə əlaqədar olaraq xidmətdən
tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilmişdir.
Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat
etmişdir.
Azərbaycan hərbçilərinə rəhbərlik edən S.Mehmandarov,
eləcə də
Ə.Şıxlinski sovetləşmə illərində həbs edilərkən olmazın müsibətlərlə
üz-üzə qalmışdı. General S.Mehmandarovu təhqir etmək üçün ona
117 Səməd bəy Mehmandarov. - https://az.wikipedia.org/wiki/Səməd_bəy_Mehman-
darov#H%C9%99yat%C4%B1
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
97
əhalinin gur yerlərində küçə və tualet süpürtdürürdülər. N.Nərimanov
1920-ci il avqustun 1-də V.İ.Leninə yazırdı:
“Əziz Vladimir İliç!
Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün
zabitləri həbsə alınmışdır. Məşhur general Mehmandarov və
general Şıxlinski də onların içərisində idi. Diqqətli yoxlama
nəticəsində məlum oldu ki, generalların üsyanla əlaqəsi
olmamışdır. Lakin mövqeyimiz sakitləşənə qədər və ümumi
işimizə kömək məqsədi ilə biz hər halda bu qərara gəldik ki,
onları qərargahda işləmək üçün Sizin sərəncamınıza göndərək.
Çünki onlar hərbi mütəxəssislər olmaq etibarilə əvəzsizdirlər.
Onlardan biri Şıxlinski Nikolay ordusunda “artilleriyanın allahı”
sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada
işləsinlər, sonra Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri
hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsiniz. Bu
müddətdə onların qayğısına qalmaq lazımdır. Kommunist salamı
ilə N.Nərimanov”.
118
Nərimanovun bu müraciəti Mehmandarovu və Şıxlinskini
repressiyadan xilas etsə də, cümhuriyyətin
təhlükəsizliyinin
keşiyində dayanan bir çox generallar bolşevikləşmənin ilk günlərində
qətlə yetirildilər. Belə generallardan biri də Azərbaycanın ordu
quruculuğunda və ƏMT-nin formalaşmasında önəmli rol oynamış
Murad Gəray bəy Tlexas idi. O, 1874-cü il oktyabrın 21-də Kuban
vilayətində hərbçi ailəsində anadan olmuş və Sankt-Peterburqdakı
Mixaylovsk artilleriya məktəbini bitirmişdi.
119
Port-Artur və Birinci Dünya müharibələrində iştirak edən general-
mayor Tlexas iki dəfə “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdu.
1918-ci ildə könüllü olaraq Azərbaycana gələn Tlexas Əliağa
Şıxlinskinin dəstəyi ilə Əlahiddə Azərbaycan Korpusunun tərkibində
olan ikinci nişançı topçu briqadasının komandiri, bir qədər sonra isə
Baş Qərargahda Baş Artilleriya İdarəsinin rəisi təyin olunmuşdur.
Heç
təsadüfi deyildir ki, hərbiyyə naziri Səməd bəy Mehmandarov
onu “doğma ordumuzun təşkil edilməsi işlərində özünün ən yaxın
118 Nəzirli Ş. Azərbaycan generalları. Bakı, 1991, s. 96.
119 Murad Gəray bəy Tlexas. - https://az.wikipedia.org/wiki/Murad_Gəray_bəy_Tlexas
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
98
əməkdaşlarından” biri adlandırırdı.
120
1919-cu il dekabrın 4-dən Bakı Möhkəmləndirilmiş Rayonunun
general-qubernatoru olan Murad Gəray bəy Tlexas deyirdi:
“Mənə
göstərilən etimadı və ümidi həqiqətə çıxarmaqdan ötəri mən bütün
var qüvvəmi ədalətli və bitərəfanə bir surətdə işə şüru edirəm”.
Azərbaycanın hərb tarixinin sədaqətli araşdırıcısı Şəmistan Nəzərli
Murad Gəray bəy Tlexasın 1920-ci il yanvarın 25-də “Azərbaycan”
qəzetinə verdiyi müsahibəsindəki bir məqamı xüsusilə diqqətə
çəkir. Həmin müsahibədə oxuyuruq: “Son günlərdə şəhərdə şaiyələr
yayılır ki, bolşeviklər çıxış edib bazar-dükanı talan edəcəklər. Əhali
həyacana gəlmişdi. Boş laqqırtılar böyük meydan alır.
Belə hərəkətlər
olmayacaqdır. Əgər baş verərsə, rəhimsizcəsinə basılacaq, hökumətin
lazımi miqdarda qüvvəsi vardır. Heç kəsə şəhərə daxil olmağa müsaidə
edilmir. Körpülərə vaporlar vürud edir. Sərnişinlərin yalnız bəzilərinə
şəhərə girməyə icazə verilir. Üç gündə Ənzəli, Petrovski və Təzə
şəhərdən (Krasnovodski) yeddi vaporda beş yüz nəfər gəlmişdir.
Qismən şəhərə buraxılıblar. Lakin tezliklə də şəhərdən çıxarılıblar.
Bəziləri Tiflisə gedir. Ermənilər Ermənistana, iranlılar isə İrana
qaytarılır. Əcnəbilər müməsillərinə verilir. Vaporlarda səpmə yatalaq
və sair misri xəstəlikləri müşahidə olunur. Onlar tez təcrid olunub.
Radio
ilə vaporlarda bildirilir ki, Bakıya gəlsələr, dərhal qaytarılacaqlar.
Lakin əcnəbi heyətlərə, siyasi nümayəndələrə və dövləti işlər üçün
gələnlərə icazə veriləcək. Köhnə rus pasportları etibardan saqiət edilir,
bir aya bütün vətəndaşlar türk pasportu almalıdırlar”.
121
Bu, adi müsahibə deyildi. Müstəqilliyimizin möhkəmləndirilməsi
uğrunda barışmaz mövqe nümayiş etdirən bir türk oğlunun qeyrətlə
apardığı mücadilənin ifadəsi idi. Bu mücadilə bolşevik işğalından
sonra idarə və iş üsulu repressiya olan totalitar
rejimin təhlükəsizlik
orqanlarının diqqətindən kənarda qalmadı. General Murad Gəray
bəy Tlexas 1920-ci ildə bolşeviklərin istilasından sonra inqilabçı
Əli Bayramovun qatillərindən biri kimi müttəhimlər kürsüsündə
əyləşdirildi.
Mayın 21-dən 29-dək Ali İnqilab Tribunalının məhkəməsində
120 Yenə orada
121
Nəzirli Ş. Güllələnmiş Azərbaycan generalları. Bakı, 2006, s. 16.