CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə25/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
87
məsul vəzifələrdə olan şəxslər öz vəzifələrindən azad ediləcəklər.
6. Azərbaycanın qəti idarə forması azad demokratik yolla 
seçilən fəhlə, kəndli və əsgər deputatları sovetindən ibarət ali 
qanunvericilik müəssisəsi tərəfindən təyin ediləcəkdir. 
7. Yeni hökumət Azərbaycanın istiqlaliyyətini boğmağa çalışan 
hər cür xarici qüvvələrə qarşı öz ixtiyarında olan bütün tədbir və 
vasitələrdən istifadə edəcəkdir. 
Bolşevik ultimatumunun müddətinin qurtarmasına bir saat qalmış 
AXC hökuməti hakimiyyətdən əl çəkdi. Beləliklə də, Azərbaycanın 
istiqlaliyyətinə, suverenliyinə son qoyuldu. 
Azərbaycanın işğal olunmasından sevincini gizlədə bilməyən 
V.İ.Lenin deyirdi: 
“Dünən Bakıdan aldığımız xəbərə görə artıq 
Bakı proletariatı Azərbaycan hökumətini yıxaraq hakimiyyəti öz 
əlinə almışdır. Bu o deməkdir ki, biz bütün sənayemizi canlandıra 
biləcək bir iqtisadi baza ələ keçirmişik”.
101
 
Azərbaycanda baş tutan bolşevik işğalı onun milli hissə və duyğuya 
malik olan şəxslərini bolşeviklərin, xüsusilə də qəddarlıqda ad çıxaran 
A.S.Pankratovun irticası ilə üz-üzə qoydu. Demokratik cəmiyyətdən 
çıxmış azərbaycanlılar diktator idarə üsulunun qurbanlarına 
çevrildilər. Verdikləri vədlərə əməl etməyən bolşeviklər tərəfindən 
siyasi xadimlər, generallar, mütəfəkkir ziyalılar, hətta imza yerinə 
barmaq basanlar güllələndi və sürgün edildi. 
Bu cür idarə üsulu nəticəsində 1920-ci illərin əvvəllərində 
Azərbaycanda minlərlə insan qətlə yetirildi. Maraqlıdır ki, bolşevik 
çevrilişinin ilk aylarında həbs olunanların və qətlə yetirilənlərin heç 
bir yerdə qeydiyyatı aparılmamışdır. Azərbaycan SSR Fövqəladə 
Komissiyasının Məlumat və siyasi bürosunun fəaliyyəti ilə bağlı 
hesabatında göstərilirdi ki, burada işlər bərbad haldadır. Yerlərdən 
məlumat və xəbərlər natamam və qeyri-dəqiq verilir. Buna görə də 
Azərbaycan FK rəhbərləri respublika üzrə əksinqilabla   mübarizə işi 
barədə dəqiq məlumat ala bilmir.
102
Sonradan aparılmış bərpa işləri nəticəsində müəyyən edilmişdir 
ki, 1920-ci il aprelin 29-dan sentyabrın 1-nə kimi Azərbaycan FK-
101   Lenin V.İ. Azərbaycan haqqında. Bakı, 1970, s. 168
102   Azərbaycan Respublikası MAİ, fond 1, siy.1, iş 86, v. 162.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
88
nın həbs etdiyi 1308 nəfər məhbusdan 1261-i kişi, 47-si qadın və 
uşaq olmuşdur. Onlardan 450 nəfəri azad edilmiş, 122 nəfəri sürgün 
edilmiş, 240 nəfəri başqa idarələrə, 2 nəfəri cəbhəyə göndərilmiş, 
10 nəfəri ölmüş, 23 nəfəri başqa quberniyalara sürgün edilmişdir. 1 
sentyabr tarixinə olan məlumata görə, Azərbaycan FK-nın hesabında 
461 nəfər qalmışdır.
103
 
Həmin illərdə qətl və qarətlərin icraçıları yalnız Azərbaycan FK 
deyil, həm də Hərbi İnqilab Komitəsi, prokurorluq orqanları, Xüsusi 
şöbə və Xalq Daxili İşlər Komissarlığı idi. Sovetləşmə illərində 
bu orqanların bir-birindən xəbərsiz həyata keçirdikləri cinayətlər 
nəticəsində nə qədər günahsız insanın fiziki-mənəvi iş gəncələrə məruz 
qaldığını, eləcə də cinayət məsuliyyətinə cəlb edildi yini üzə çıxarmaq 
olduqca çətindir. Çünki həmin illərdə günahsız insanları qətlə yetirən 
müstəntiqlər qeydiyyat aparmadıqlarına görə cinayət məsuliyyətinə 
cəlb edilmək əvəzinə mükafatlandırılırdılar. 
1920-ci illərin əvvəlində Azərbaycandakı ümumsiyasi mənzərəni 
öyrənmək baxımından N.Nərimanovun Leninə, Stalinə və öz oğluna 
yazdığı məktublar daha xarakterikdir. N.Nərimanov bolşevik idi və 
bolşeviklərin hakimiyyətə gəlməsini arzulayır, özü də bu istiqamətdə 
mübarizə aparırdı. O, bolşevik olsa da, milli əxlaqa və düşüncəyə 
malik türk oğlu idi. N.Nərimanovun milliliyi və türklüyü, ayıq və 
oyaq düşüncəsi müstəqil siyasət yürütmək bacarığı onu Bakıdakı 
ruspərəst qüvvələrin, xüsusilə də ermənilərin gözündən salırdı. 
Həmin qüvvələr çalışırdı ki, V.İ.Lenin-N.Nərimanov münasibətləri 
korlansın. Bu xüsusda Azərbaycan K(b)P MK-nın və Bakı Komitəsinin 
rəhbərlərindən olan A.Mikoyan deyirdi: 
“Biz N.Nərimanovu 
elə əhatəyə almalıyıq ki, o, bizim təsirimiz altında olsun və öz 
nüfuzundan istifadə edə bilməsin”.
104
Lakin bolşeviklər hakimiyyəti ələ aldıqdan və romantik bolşevik 
təbliğatı ilə bolşevik gerçəkliyi arasında fərq aşkar olandan sonra 
onun dünyagörü şündə müəyyən dəyişiklik yarandı. Bu vaxta qədər 
N.Nərimanova elə gəlirdi ki, bolşeviklər hakimiyyətə gəlməklə yalnız 
Azərbaycanı deyil, bütövlükdə Şərqi xilas edəcəklər. O, Stalinə yazırdı: 
103   Yenə orada
104   “Dirçəliş XXI əsr” jurnalı. Bakı, 1999, № 15, s. 37


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
89
“Bizim məzlum Şərqi xarici zülmkarlardan azad etmək və Şərqə 
öz həyatı ilə azad yaşamaq imkanı vermək vədimiz hamını Sovet 
Rusiyası ətrafında birləşdirdi”.
105
 
Lakin aparılan siyasət nəticəsində Şərq öz azadlığını əldə etmədi 
və bolşeviklərə inam itdi. Nərimanov qeyd edirdi ki, Şərq daha bizə 
inanmır, o, məzlum kütlə simasında bizdən üz döndərmişdir. Nəri-
manov bunu aradan qaldırmağın da yolunu göstərirdi: 
“Azərbayca-
nı sovetləşdirərkən Rusiyada etdiyimiz səhvlərə yol verməməli, 
yerli şəraitlə hesablaşmalı, müstəqil nümunəvi sovet respubli-
kası yaratmalıyıq ki, Şərq zəhmətkeşləri, birincisi, bizim işğal-
çı imperialist məqsədlərimizin olmadığını bilsinlər və ikinci-
si, onlar görsünlər 
və hiss etsinlər ki, 
öz həyatlarını xan-
larsız, bəylərsiz və 
başqaları olmadan 
qura bilərlər”.
106
Azərbaycan K(b)P 
Siyasi Büro üzvlərinin, 
Fövqəladə Komissiya 
nümayəndələri və rəh-
bərlərinin 1920-ci il 
sentyabrın 11-də Bakı 
şəhərində keçirilmiş konfransında respublikada ümumi vəziyyət xa-
rakterizə edilərkən belə qərara alınmışdı: 
“Əvvəldən Azərbaycan-
da sovet hökumətinin düşmənlərinə qarşı mübarizədə düz kurs 
götürülmədiyi üçün indi buraxılmış səhvlərə görə cavab vermək 
lazımdır. Sovet Azərbaycanından neft və başqa məhsulları ala bil-
məyən Gürcüstan çətin vəziyyətə düşdüyündən sovet hökumə-
tinə müəyyən zərbə vurmağa çalışır. Daşnak Ermənistanı həm-
çinin düşmən mövqeyindədir. Bu iki ölkə Azərbaycana casus və 
kəşfiyyatçılar göndərərək öz qara əməllərini törədirlər. Daxili və 
xarici əksinqilab müştərək fəaliyyət göstərir. Bu, Azərbaycanın 
105   Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı, 1992, s. 62-63.
106 
 
Yenə orada
XI Qızıl Ordunun Bakıya daxil olması


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə