CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə22/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
74
N.Şeyxzamanlı “Biz və onlar” əsərində bu hadisə barədə belə yazırdı: 
“Onun (S.Mehmandarov nəzərdə tutulur – C.Q.)  parlamentdəki 
əsgərlərimiz haqqında söylədiyi qiymətli sözlərdən və bir də 
şahidi olduğum hadisədən bəhs edirəm. Səməd Paşanın maşınının 
içərisində Səməd Paşa və ağ rusların rəsmi nümayəndəsi 2 
polkovnik hərbiyyə nəzarətinə yaxınlaşırdı. Bu vaxt 3 bolşevik 
tərəfindən maşına bomba atılır, heç kəsə xəsarət dəymir”.
82
 
Əsasnamədə göstərilən vəzifələrdən başqa ƏMT DMK-nın rəsmi 
tapşırıqlarını da icra edirdi. Məsələn, N.Yusifbəylinin tapşırığı ilə ingilis 
komandanlığı altında olan könüllülər ordusunun tərkibində 134 nəfər 
zabitin olduğu müəyyənləşdirilmiş və DMK sədrinə məruzə edilmişdi.
Kəşfiyyat və hərbi kəşfiyyatla bağlı məsələlər ƏMT-nin funksiyasına 
aid olmasa da, təşkilatın əməkdaşları tərəfindən əldə edilmiş əməliyyat 
əhəmiyyəti kəsb edən məxfi məlumatlar DMK-ya, Hərbi Nazirliyə, 
bəzən isə Daxili İşlər Nazirliyinə göndərilirdi. ƏMT rəhbərliyi güc 
strukturları ilə birgə fəaliyyət göstərir və onun 
(ƏMT-nin) funksiyasına 
aid olan materialları həmin orqanlar təhlükəsizlik xidmətinə göndərirdi. 
ƏMT də öz növbəsində əldə etdiyi məlumatları Hərbi Nazirliyə 
ünvanlayırdı. 1919-cu il 13 iyul tarixli 165 saylı məktubunda ƏMT-nin 
rəisi Məmmədbağır Şeyxzamanlı Hərbi Nazirliyə yazırdı: 
“Məktubla 
bərabər 2 səhra telefonunu göndərir və alınması barədə yazılı 
qəbz verməyinizi xahiş edirəm. Onu da əlavə edirəm ki, Xırdalan 
kəndində 1 yeşik əl qumbarası var və mən onu nazirlik tərəfindən 
ezam olunmuş mütəxəssisə təhvil verə bilərəm. Xahiş edirəm 
sonuncu barədə məlumat verəsiniz”.
83
 
Qarşılıqlı şəkildə həyata keçirilən bu tipli informasiya mübadiləsi 
yalnız Hərbi Nazirliklə deyil, eyni zamanda Xarici İşlər Nazirliyi, 
Gömrük və digər orqanlarla da aparılırdı. 
ƏMT-nin əsasnaməsi, eləcə də bu təşkilatın əsas mübarizə 
istiqamətləri göstərir ki, qısa bir müddətdə fəaliyyət göstərməsinə 
baxmayaraq, AXC-nin bu xüsusi xidmət orqanı dövlətin əleyhinə 
yönəldilmiş hər cür qüvvələrə qarşı axıradək, fasiləsiz mübarizə 
aparmışdır. 
82   Nağı Şeyxzamanlının xatirələri. Bakı 1997. s. 138.
83   Azərbaycan Respublikası MAİ, f. 2894, siy. 1, iş 26, v. 31.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
75
III FƏSİL. 
 Əksinqilabla Mübarizə Təşkilatının  
ləğv edilməsinin səbəbləri  


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
76


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
77
Bolşeviklərin fəaliyyəti 1920-ci ilin əvvəllərindən yeni vüsət aldı. 
AXC-nin hüquq-mühafizə və xüsusi xidmət orqanları bütün səylərini 
bolşevizmlə mübarizəyə yönəltsələr də, vəziyyət gündən-günə 
gərginləşirdi. Vəziyyətin gərginliyinə baxmayaraq, nə qədər qəribə 
də olsa, Nazirlər Şurası 1920-ci il martın 6-da ƏMT-nin ləğv edilməsi 
barədə qərar qəbul etdi. 
Belə bir addımın atılmasının əsas səbəbi bu orqanın fəaliyyətinin 
ümumilikdə istənilən nəticəni verməməsi, dövrü üçün müasir hesab 
edilən texniki təminatın zəifliyi, yaxud olmaması, əməkdaşların bir 
çoxunun təhsilinin, intellektual səviyyələrinin, siyasi savadlarının, eləcə 
də peşəkarlıqlarının aşağı olması, obyektiv və subyektiv səbəblərdən 
işin öhdəsindən lazımınca gələ bilməməsi idi. Heç təsadüfi deyildir ki, 
əməkdaşların bəziləri adi fəhləlikdən bu orqana götürülmüşdü.
84
 Buna 
görə də onlar əməliyyat işlərini lazımi səviyyədə mənimsəyə və apara 
bilmirdilər. 
Ədalət naminə demək lazımdır ki, bunların arasında bir neçə dil 
bilən, yüksək yazı mədəniyyətinə və intellektual düşüncəyə malik 
olan, siyasi prosesləri diqqətlə izləyən və proqnozlaşdırmağı bacaran 
adamlar da var idi. Məsələn, 1919-cu il noyabrın 4-də Kladbişenski 
küçəsi, ev 5-də yaşayan Əbdülrəhim Hüseynov tərəfindən ƏMT-nin 
rəisinə ünvanlanmış məktubda bildirilirdi: 
“Sizin rəhbərlik etdiyiniz 
təşkilatda mənə uyğun iş yeri verməyinizi xahiş edirəm. Onu da 
nəzərinizə çatdırmağı lazım bilirəm ki, 7 sinif gimnaziya təhsili 
almışam”. 
Görkəmli mollanəsrəddinçi şair Əli Razi Şamçızadə ƏMT-nin rəisinə 
yazırdı: 
“Əksinqilabla Mübarizə Təşkilatı idarəsində bir vəzifə 
ifa etmək arzusunda olduğumdan zati alilərindən rica və esteda 
ediyorum. Təhte idarənizdə olan təşkilatda bəndənizə münasib 
bildiyiniz bir qulluq verəsiniz. Vətən və millət üçün hər bir ağır 
qulluq və fədakarlıqlar olsa da buyurduğunuz vəzifəmi vacibincə 
ifa etməkdə kəndimi  (Vətənə)  məsud və bəxtiyar görəmindən 
sanıram. Burasını də ərz etmək ki, rusca, tatarca dillərə bələd 
olmaqdan ziyadə, ermənicə də bir az bilirəm. Əlavə farsca və 
türkcə mükəmməl və düzgün, imla və inşadan təhsilim də var! 
84   Azərbaycan Respublikası MAİ, f. 1052, siy. 1, iş 2, v. 1-3.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
78
Bağiye cəvabe alilərinə müntəzirəm kəlam ehtiramı ilə! Əli Razi 
Şamçızadə”. Lakin çox təəssüf ki, ƏMT-də belə intellektual düşüncəyə 
və müstəqil fikir yürütmək, analitik təhlillər aparmaq qabiliyyətinə 
malik olan ziyalılar olduqca az idi.
Bu təşkilatın tezliklə bağlanmasına səbəb olan amillərdən biri də 
DMK-nın və digər aidiyyəti təşkilatların kəşfiyyatla əks-kəşfiyyat işi 
arasında əlaqəni lazımi səviyyədə qura bilməməsi idi. 
Şübhəsiz ki, bu təşkilatın qapanmasının əsas səbəblərindən biri də 
ƏMT-də aparılan kadr siyasəti ilə bağlı idi. Bəzi əməkdaşlar müxalifətdə 
olan partiyalarının maraqlarına uyğun olaraq, onların tapşırıqlarına 
əsasən səhlənkarlıq və sabotajlıq edərək işi pozur, bəzisi isə rəhbərliyi 
xəbərdar etmədən 
(L.P.Beriya kimi) günlərlə işə çıxmırdı. Məsələn, 
“Hümmət” Partiyasının təqdimatı ilə işə götürülən, bir qədər sonra 
Senzura şöbəsinin rəisi işləyən Lavrenti Beriya ƏMT tərəfindən 
“bolşeviklərin təqib olunmasını” bəhanə gətirərək özbaşına Tiflisə 
getmiş və bir daha geri qayıtmamışdı.
85
 
Bundan başqa, sosial demokratlardan, hümmətçilərdən təyin 
olunmuş kadrlar əldə etdikləri informasiyaları bolşeviklərə ötürür 
və nəzərdə tutulan əməliyyat tədbirlərinin yüksək səviyyədə həyata 
keçirilməsinə imkan vermirdilər. Belə ki, “Hümmət” Partiyasının 
təqdimatına əsasən ƏMT-yə işə götürülən L.P.Beriya haqqında belə 
fikirlər də mövcuddur ki, o, 1919-cu ildə AXC-yə qarşı üç dövlətə – 
İngiltərə, Almaniya və Sovet Rusiyasına casusluq edirdi. ƏMT-nin 
əməkdaşlarından olan Qasım İsmayılov, Mirfəttah Musəvi, Müzəffər 
Nərimanov və başqaları da “Hümmət” Partiyasının tapşırığı ilə bu 
təşkilata göndərilmişdi. 
“M.Nərimanov partiyanın tapşırığını yerinə 
yetirərək müsavat ordusu, əks-kəşfiyyatın işləri və planları barədə 
partiyaya mütəmadi olaraq məlumat verirdi”
86
. Müzəffər Nərimanov 
öz tərcümeyi-halında göstərirdi ki, 
“Mən “Müsavat” əks-kəşfiyyatında 
işləyərkən müxtəlif tapşırıqları yerinə yetirmişəm, həbs olunan 
bolşeviklərin azad olunmasına kömək etmişəm. M.Musəvidən 
başqa, Həmid Sultanov, Viktor Naneyşvili, İ.Dövlətov və başqaları 
ilə əlaqə saxlamışam”
87

85   Nağı Şeyxzamanlının xatirələri. Bakı, 1997, s. 181.
86   Bağırov M. Müzəffər Nərimanov (biblioqrafik oçerk). Bakı, 1965, s. 6.
87   AR SPİHDA, f.1, siy. 8, v. 3-6.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə