CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə23/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
79
Deməli, bu, xüsusi xidmət orqanlarının fəaliyyətinin dayandırılması 
hər şeydən öncə informasiya ötürülməsinin 
(sızımının), ƏMT-də 
çalışan sosial demokratların və hümmətçilərin bilərəkdən işə qeyri-
ciddi yanaşmalarının qarşısını almaq üçün atılmış məcburi, həm də çox 
zəruri bir addım idi. 
Yeri gəlmişkən onu da qeyd edək ki, 1918-ci ilin iyun ayında Bakı 
Xalq Komissarları Sovetinin qərarı ilə Bakıda bolşeviklərə məxsus olan 
Fövqəladə Komissiya yaradılmışdı. Həmin xüsusi xidmət orqanının 
başında milliyyətcə erməni olan S.Şaumyanın silahdaşı S.M.Ter-
Qabrielyan dayanırdı.
88
 Bu qurumun əsas vəzifəsi Bakı Kommunasının 
maraqlarını müdafiə etmək, onun düşmənlərinə qarşı mübarizə 
aparmaq, Azərbaycandakı hərbi-siyasi prosesləri izləmək idi. Maraqlıdır 
ki, həmin dövrdə Bakı Kommunası Fövqəladə Komissiyasının üzvləri 
tərəfindən müsavatçılar, ittihadçılar, hətta hümmətçilər, milli düşüncə 
sahibləri və AXC-nin tərəfdarları təqib olunurdular. Təqib olunanlar 
arasında 1918-ci ilin Mart qırğınlarından salamat çıxmış azərbaycanlılar 
da az deyildi. S.M.Ter-Qabrielyanın göstərişi ilə onlar araşdırılmış 
və guya ermənilərə, eləcə də bolşeviklərə qarşı çıxdıqlarından həbs 
edilmişdilər.
89
 Başqa sözlə desək, S.Şaumyanın təşkilatçılığı ilə Bakıda 
törədilən Mart soyqırımından yaxa qurtaranlar Ter-Qabrielyanın 
fitnəkar, qərəzli ittihamları ilə üzləşmişdilər. Ona görə də, bu cinayətkar 
təşkilatı ermənilərin 
(bolşeviklərin əli ilə – C.Q.) Azərbaycanda yaratdığı 
“təhlükəsizlik orqanı” da adlandırmaq olar. 
Türkiyənin və Azərbaycanın milli ordularının Bakıya yaxınlaşmasını 
görən bolşeviklər Bakı Kommunasının Fövqəladə Komissiyası 
(FK) 1918-ci ilin avqustunda öz cinayətkar fəaliyyətini dayandırmış 
və bu təşkilatın əməkdaşlarının bir çoxunu Həştərxan şəhərinə 
göndərmişdilər. Yuxarıda deyildiyi kimi, sonralar FK tərəfindən 
ƏMT-yə müəyyən kadrlar yerləşdirilmiş və onlardan müvafiq, lazımi 
informasiyalar alınmışdır. Fikrimizcə, ƏMT-nin vaxtından əvvəl 
fəaliyyətini dayandırmasına səbəb olan amillərdən biri də bu olmuşdur.
Nazirlər Şurasının martın 6-da keçirilən iclasında daxili işlər 
nazirinin nitqi dinlənilmiş və həmin nitqdə Əks-kəşfiyyat idarəsinin ləğv 
88   Петров Н.В., Скоркин К.Б. Органы ВЧК-ГПУ-ОГПУ в Закавказе (1918-1934 гг.).
89   Azərbaycan Respublikası MAİ, f.1059, siy. 2.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
80
edilməsi, İnformasiya şöbəsinin yaradılması barədə məlumat verilmişdi. 
Bakı General-qubernatorluğunun tərkibində yaradılan İnformasiya 
şöbəsi ƏMT buraxıldıqdan sonra demək olar ki, əks-kəşfiyyatla məşğul 
olmuşdu. Bu şöbənin rəisi sonralar bolşevik repressiyalarına məruz qalan 
Ələkbər Şahsuvarov idi. Şöbənin funksiyaları əsasən aşağıdakılardan 
ibarət olmuşdu: 
1. 
Təhqiqat.
2. 
Müşahidə.
3. 
Axtarış.
4. 
Həbs.
Bakı General-qubernatorluğu İnformasiya şöbəsinin fəaliyyətini 
bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində dayandırmağa 
məcbur oldu. 
Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları arasında 
mühafizə dəstəsi də özünəməxsus yer tuturdu. Bu məqsədlə Azərbaycan 
parlamenti onun rəhbərlərinin və digər dövlət əhəmiyyətli obyektlərin 
mühafizəsinin təşkili üçün 1919-cu il fevralın 18-də “Azərbaycan 
parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında” qanun qəbul 
etdi.
90
 Parlamentin Rəyasət Heyətinə tabe olan mühafizə dəstəsi 200 
nəfərdən ibarət idi.
Bütün bunlara baxmayaraq, bolşevik çevrilişi AXC-nin özü kimi 
onun güc strukturlarını, eləcə də vətənpərvər əməkdaşlarını da məhv 
etdi. 
90   Qoca E. Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920). Bakı, 2000, s. 103-110. 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
81
IV FƏSİL. 
Azərbaycan Xalq Cümhuriyyəti 
təhlükəsizlik orqanlarının 
əməkdaşlarının taleyi


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
82


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
83
1919-cu il mayın 28-də Nəsib bəy Yusifbəyli Azərbaycan 
vətəndaşlarına müraciətində bildirirdi: “
Təhlükə və təhdid hələ 
dəf olunmamışdır. Bizim üzərimizə qara buludlar gəlməkdədir. 
Bizim daxildəki hərəkatımız, nizam və asayişimiz təmin edilərsə, 
istiqlaliyyətimizi təhdid edən qüvvələrə yol verməz, rahat və 
azad yaşamağa malik olarız”
91
. Nəsib bəyin dediyi qara bulud isə 
kommunizm kabusu idi. AXC bu təhlükəni aradan qaldırmağa çalışsa 
da, o, getdikcə güclənirdi.
Həmin ilin axırlarında beynəlxalq aləmdə baş vermiş dəyişikliklər 
Azərbaycandakı ictimai-siyasi mühitə də ciddi təsir göstərməyə 
başladı. XI Ordunun müvəffəqiyyətlərindən sonra Antantanın Kolçak, 
Denikin və digər çar generallarına hərtərəfli yardım siyasəti Sovet 
Rusiyası ilə ümumi dil tapmaq meyli ilə əvəz olunmağa başladı. Əgər 
əvvəllər Antanta dövlətləri “vahid, bölünməz Rusiyanın” bərpasına 
ümid bəsləyirdilərsə, artıq ağ generalların məğlubiyyətini hiss 
edərək, öncə onlara hərbi köməyi məhdudlaşdırdılar, sonra isə tam 
mənada köməkdən imtina etdilər. Noyabrdan başlayaraq isə Avropa 
ölkələrinin mətbuatında Rusiyanın təklif etdiyi barışığın şərtləri 
müzakirə edilməyə başlandı. Digər tərəfdən, Paris Sülh Konfransı 
bildirdi ki, o, Rusiyanın təklifini bolşevik hakimiyyəti yeni yaranmış 
dövlətlərin suverenliyini tanıdığı halda qəbul edə bilər. 1920-ci il 
yanvarın 11-də lord Kerzonun təklifi ilə Paris Sülh Konfransının Ali 
Şurası Azərbaycan və Gürcüstanın suverenliyini “de-fakto” tanıdığı 
haqda qərar qəbul etdi. 
Lakin Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə 
tanınmasına baxmayaraq, respublikanın şimal sərhədlərində vəziyyət 
hələ gər gin olaraq qalırdı. Bu zaman RSFSR-in xarici işlər komissarı 
G.V.Çiçerin Azərbaycan hökumətinə aşağıdakı məzmunda nota 
göndərdi: 
“Şimalda Rusiya fəhlələri və kəndlilərinin Denikinə 
vurduqları zərbəyə gürcü və Azərbaycan fəhlə və kəndlilərinin 
hərbi zərbələrini də birləşdirmək lazımdır...”.
92
 Azərbaycan 
hökuməti yaxşı başa düşürdü ki, Azərbaycanın suverenliyini qəbul 
etmək istəməyən sovet hökuməti bununla da ölkəni Denikin ordusu 
91   “Azərbaycan” qəzeti, 28 may 1919-cu il
92   Çıraqzadə V. İstiqlal yollarında. Bakı, 1992, s. 70.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə