CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə26/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
90
bütün kənd və şəhərlərində sezilir”.
107
Rusiyada buraxılan səhv Azərbaycanda da təkrarlandı: talançılıq, 
irtica, ruslaşdırma siyasəti get-gedə gücləndi. Bunlar yalnız 
N.Nərimanovun deyil, Azərbaycanda yüksək vəzifədə çalışan digər 
milli düşüncəli şəxslərin də qəzəbinə səbəb oldu. Azərbaycanın ictimai-
siyasi xadimlərindən olan Eyyub Şirin oğlu Xanbudaqov haqsızlıqlara 
dözməyərək 1924-cü ildə etdiyi çıxışında deyirdi: 
“1. Bundan sonra 
Moskva Azərbaycanın daxili 
işlərinə qarışmayacaq. 2. Yerli 
kommunistləri sadəcə yuxarıdan 
təyin olunan katiblərlə rəhbərlərin 
idarəsində və yalnız onların 
müşavirləri rolunda görmək 
fikri və adətindən vaz keçiləcək. 
3. Azərbaycan milləti öz-özünü 
idarə etmək çağına çatmış ikən, 
moskvalı idarəçilər yerlilərin 
müstəqil olaraq çalışmalarına 
əngəl olur və bu çalışmaya “yerli 
millətçilik” damğası vurur. Buna 
qəti olaraq son qoyulacaq. 4. İşçi 
birlikləri, kooperativləri və digər 
dövlət müəssisələri sözdə deyil, gerçəkdən türkləşdiriləcək. 
5. Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun 
etmək istəyən sovet hökumətinin məskunlaşdırma siyasətinə 
son qoyulacaq. 6. Cənubi Qafqaz respublikalarında milli 
mədəniyyətlərin inkişafını saxlamaq üçün Cənubi Qafqaz Sovet 
Sosialist Respublikaları Federasiyasının təşkilati əsası ilə qanunu 
dəyişəcək”.
108
Milli məsələ əvvəlki illərdə olduğu kimi 20-ci illərdə (hətta sonrakı 
illərdə) də aktual bir problem olaraq qalırdı. E.Xanbudaqov milli 
məsələ ilə əlaqədar çıxışlarında və 1924-cü ildə yazdığı “Milli məsələ” 
adlı məqaləsində Azərbaycanda aparılan siyasətlə razılaşmadığını 
107   AR SPİHDA, f. 1, siy. 1, iş 86, v. 119. 
108   Rəsulzadə M.Ə. Çağdaş Azərbaycan tarixi. Bakı, 1992, s. 63. 
Nəriman Nərimanov


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
91
bildirirdi. Bu da məqalənin nəşrindən sonra ona qarşı hücumların 
başlanmasına səbəb oldu. 
1924-cü ildə AK(b)P-nın XIII Ümumbakı Partiya konfransında 
(aprel-may) və VI qurultayında (may) E.Xanbudaqovun baxışları 
tənqid edildi. Çıxış edənlər onu təmayülçülükdə suçlayır, 
E.Xanbudaqovla M.Rə sulzadə arasında bərabərlik işarəsi qoymağa 
çalışırdılar. H.Sultanov deyirdi: 
“Mənim Xanbu daqov la heç bir 
ziddiyyətim yoxdur, o, mənə yaxşılıqdan başqa heç nə etməyib... 
Əgər onun sözünü M.Rəsulzadənin “Yeni Qafqaziyya” qəzetində 
çıxan sözü ilə müqayisə etsək, belə çıxır ki, Mirzoyan, Qarayev 
və Kirov Azərbayca nın diktatorlarıdır. Xanbudaqov istəyir ki, 
Azərbaycanın diktatoru özü olsun. Mən qurultaya bildirirəm ki
o, buna layiq deyil, Azərbaycanın Stalini olmaq üçün yetişməyib. 
Mən hesab edirəm ki, VI qurultay Xanbudaqova deyəcək ki, milli 
ədavət yaratmaq üçün bizim təşkilatda sənə yer yoxdur”.
109
 Hətta 
qurultayda mirzoyanların Azərbaycanda gördüyü işləri alqışlayan, ona 
əhsən deyənlər də var idi: 
“Xanbudaqov deyir ki, Mirzoyan heç bir 
iş görmür, mən isə deyirəm: Mirzoyan və hər hansı bir rus milli 
məsələdə bizim hamımızın gördüyü işdən çox iş görmüşlər”.
110
 
Ermənilərə bu cür havadarlar tapıldıqca milli ruhlu adamlar da 
Xanbudaqov kimi işdən uzaqlaşdırılır, həbs edilir, güllələnir, yadlar 
və etnik siyasətçilər isə Azərbaycanda ağalıq edirdilər. Rus-erməni 
ittifaqı Azərbaycanın ictimai-siyasi həyatında olduqca ciddi faciələrə 
yol açdı. Bütün bunları görən N.Nərimanov İ.V.Stalinə yazırdı: 
“Erməni yoldaşların görkəmli məsul vəzifələrə təyin edilməsini 
dayandırmaq vacibdir”.
111
 
Az bir müddət içərisində bolşevizm bütün ailələrə, bütün nəsillərə 
və tayfalara göz yaşı, kədər, dərd, ölüm taunu gətirdi. Hüquq-
mühafizə orqanları istədikləri adamı istədikləri vaxt məhv edə və ya 
bağışlaya bilərdi. Onlardan birinin Əbdülvahab Yurdsevərə dediyi 
sözlərə diqqət yetirək: 
“Biz istəsək, 58-ci maddəyə istinad etməklə 
eyni məhbusu, cinayət dərəcəsi nə qədər ağır və ya yüngül 
olmasına baxmayaraq, edam etdirir, sürgünə və məcburi əmək 
109 
 
Azərbaycan Respublikası MAİ, f. 1, siy. 74, iş 8, v. 81-82. 
110   Yenə orada 
111   Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı, 1991, s. 31


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
92
koloniyalarına göndərir, yaxud büsbütün sərbəst buraxırıq! Biz 
burjua hakimləri kimi qanunun mahiyyətinə görə yox, inqilabçı 
vicdanımıza və duyğumuza görə hökm veririk”
112
.
Həqiqətən də, burjua hakimlərindən fərqli olaraq duyğusu 
sönük bolşevik hakimləri qanuna yox, tarixən qisasçılıq eşqi ilə 
yaşayan ermənilərin yalan və böhtandan yoğrulmuş fikirlərinə 
söykənirdilər. Ona görə də, imza yerinə barmaq basandan mütəfəkkir 
şəxsiyyətlərə qədər, hamısı təqib və təzyiqlərə məruz qalırdı. Əslində 
totalitar rejimdən bundan başqa heç nə gözləmək olmazdı. Çünki 
totalitar rejimin idarə və iş üsulu repressiyadır. O da qanunlara yox, 
diktaturaya söykənir. Diktaturalar zamanı qanun qanunsuzluğun yox, 
qanunsuzluq qanunun hakimi olur. Ümumittifaq Mərkəzi İcraiyyə 
Komitəsinin (ÜİMİK) 1922-ci il 10 avqust tarixli dekretində göstərilir 
ki, əksinqilabi çıxış edənlər həbsə alınıb sürgün edilməlidir.
ÜİMİK-in 1922-ci il 16 oktyabr tarixli dekreti daha amansız 
idi. Həmin dekretdə göstərilirdi ki, müəyyən kateqoriyalı şəxslər 
məhkəməsiz məhkum edilə və hətta güllələnə bilər. Maraqlıdır 
ki, 16 oktyabr dekretinə qədər də bu tipli güllələnmələr olmuşdu. 
Hətta güllələnmədən bir neçə gün sonra hökmün oxunması faktları 
da az deyildi. Həsən bəy Ağayev Azərbaycandakı total tədbirlərə 
münasibətini bildirərək deyirdi: 
“…Öz istiqlaliyyəti naminə böyük 
qurbanlar verən, qazandığı azadlığı iki il ərzində bütün qüvvəsilə 
qoruyan və əziz bilən Azərbaycan xalqı ona zorakı yolla qəbul 
etdirilən yeni qayda-qanun ilə barışa bilməz”.
113
 Barışmayanları, 
yeni idarə üsulunu qəbul etməyənləri isə yeni total tədbirlər gözləyirdi. 
Bu tədbirlərin əsasını həbslər, güllələnmələr, sürgünlər, ən yaxşı halda 
isə mühacirət təşkil edirdi.
SSRİ MİK Rəyasət Heyətinin 1929-cu il 21 noyabr tarixli qərarında 
mühacirət həyatı yaşayan şəxslər də unudulmurdu. Həmin qərarda 
göstərilirdi ki, xaricdə yaşayan sovet vətəndaşı dövlət orqanlarının 
təklifi ilə vətənə qayıtmasa, o, vətən xaini elan edilsin və şəxsiyyəti aşkar 
edildikdə güllələnsin. Bu qərarda göstərilməsə də xaricdə yaşayan 
sovet vətəndaşlarının yaxın və uzaq qohumları həmin mühacirlərin 
112   “Müsavat” bülleteni, 1962, № 4, s. 9.
113   AR SPİHDA, f. 1, ciy. 1, iş 121, v. 231-238.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə