Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
  1   2   3   4   5   6   7   8   9   ...   75


AZƏRBAYCAN МİLLİ ELМLƏR AKADEМİYASI 
NAXÇIVAN BÖLМƏSİ 
                                   NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ 
 
 
 
 
 
VƏLİ BAXŞƏLİYEV 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN ARXEOLOGİYASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                       I  cild 
 
 
 
                                                  Bakı  - 2006 


 
2
Kitab Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsində işlənib 
hazırlanmış, Naxçıvan Dövlət Universiteti elmi şurasının qərarı  
ilə nəşrə təqdim olunmuşdur 
 
 
Мəsləhətçilər:                   akademik  İ.Ə.Həbibbəyli 
                                           akademik  İ.М.Hacıyev 
 
 
 
 
 
 
 
 
 
Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası( Ali məktəb tələbələri 
üçün vəsait). –Bakı: Elm, 2007, 239 s. 
 
 
 
 
 
 
 
 
Kitabda Azərbaycanın  ən mühüm abidələri haqqında məlumat verilmiş, arxeoloji 
mədəniyyətlərin tarixləndirilməsi və etnik mənsubiyyəti ilə bağlı  bəzi məsələlərə toxunul-
muşdur. Kitab Azərbaycanın qədim mədəniyyətləri haqqında bütöv təssəvvür  əldə etməyə, 
Azərbaycan arxeologiyasının problemlərini göz önünə qoymağa imkan verir. Kitab ali məktəb 
tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
                        © 
Vəli Baxşəliyev
 


 
3
МÜNDƏRİCAT 
 
 
 
GİRİŞ .......................................................................................................... 4 
PALEOLİT DÖVRÜ.....................................................................................6 
       Quruçay mədəniyyəti .............................................................................6 
       Aşel mədəniyyəti ..................................................................................11 
       Мustye mədəniyyəti .............................................................................16 
       Üst Raleolit dövrü................................................................................ 24 
МEZOLİT DÖVRÜ......................................................................................28 
NEOLİT DÖVRÜ.........................................................................................30  
ENEOLİT DÖVRÜ ......................................................................................32 
İLK TUNC DÖVRÜ... .................................................................................62 
       Arxeoloji abidələr...................................................................................62 
       İqtisadiyyat   ........................................................................................103    
       Kür-Araz mədəniyyətinin mənşəyi və xronologiyası..........................112 
       İctimai quruluş, mədəni əlaqələr, inamlar............................................116 
ORTA TUNC DÖVRÜ...............................................................................120 
       Boyalı qablar mədəniyyətinin arxeoloji abidələri................................120 
       Qarabağ mədəniyyətinin arxeoloji abidələri.............................…........144 
       İqtisadiyyat......................................................................................…..156 
       Мədəniyyət və incəsənət.......................................................................168 
       Orta Tunc dövrü mədəniyyətinin Cənubi Qafqaz və Yaxın Şərq   
       mədəniyyətləri arasında yeri və xronologiyası.......................................171 
       İctimai quruluş, mədəni əlaqələr, inamlar..............................................177 
SON TUNC DÖVRÜ....................................................................................182 
       Naxçıvan mədəniyyətinin arxeoloji abidələri.........................................182 
       Xocalı-Gədəbəy mədəniyyətinin arxeoloji abidələri..............................192 
        İqtisadiyyat.............................................................................................212 
       Son Tunc dövrü mədəniyyətlərinin mənşəyi və xronologiyası.............224 
       İctimai quruluş, mədəni əlaqələr, inamlar...............................................229   
NƏTİCƏ.........................................................................................................234 
 
 
 
 
 
 
 
 


 
4
GİRİŞ 
 
 
Arxeoloji abidələrin tədqiqi Azərbaycanın qədim dövr tarixini, bu ərazidə baş 
verən mədəni-tarixi prosesləri öyrənmək üçün mühüm əhəmiyyətə malikdir. 
Azərbaycanın arxeoloji abidələrindən aşkar olunan maddi-mədəniyyət 
nümunələri qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir 
dövrü  əhatə edir. Arxeoloji abidələrin tədqiqi Azərbaycanın həm yazıya qədər 
olan tarixini, həm də yazının meydana çıxmasından sonrakı tarixini öyrənmək 
üçün əvəzedilməz dəlillər vermişdir. 
Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində  
qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələrdə 
Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar 
aparmışlar. Onların  əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri 
Azərbaycanın arxeoloji abidələrinə  və  qədim mədəniyyətinə marağın artmasına 
səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və  Tətəbbö Cəmiyyətinin və 
Azərbaycan arxeoloji komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların 
yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji 
Komitəsi Bakı  şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə 
başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin 
öyrənilməsində rolu artmış, bir çox abidələrdə  tədqiqatlara başlanmışdır. 
Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində 
İ.М.Cəfərzadə, 
S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov,  Ə.K.Ələkbərov, 
İ.H.Nərimanov, O.H.Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, 
V.H.Əliyev,  М.М.Hüseynov, Q.S.İsmayılov,  İ.A.Babayev, A.B.Nuriyev, 
F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, 
F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov,  Ə.Q.Cəfərov,  М.М.Мansurov, 
Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm 
xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli 
yetişmişdir. 
 
Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində 
insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar 
genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq 
tədqiqata cəlb edilmişdir. Hazırda Azərbaycan arxeologiyasına aid xeyli elmi 
məqalə  və monoqrafiyalar nəşr edilmişdir. Lakin bu əsərlər az tirajla nəşr 
edildiyindən geniş oxucu kütləsi, xüsusilə tələbələrimiz üçün o qədər də əl yetən 
deyil. «Azərbaycan arxeologiyası» adlı    əsərin yazılmasına bir neçə  dəfə 
müraciət edilmişdir. Onlar arasında T.Ə.Bünyadovun «Azərbaycan arxeologiyası 
oçerkləri», R.B.Göyüşovun «Azərbaycan arxeologiyası»,  М.М.Hüseynovun 
«Azərbaycan arxeologiyası»,  М.М.Hüseynov və digərlərinin həmmüəllifliyi ilə 
yazılan «Azərbaycan arxeologiyası» kitablarını göstərmək olar. Bu kitablar həm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə