Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   2   3   4   5   6   7   8   9   ...   75

 
5
çoxdan, həm də az tirajla çap olunduğundan tələbatı ödəmir. Digər tərəfdən bu 
kitablar çap edildikdən sonra Azərbaycan arxeologiyasının inkişafı  nəticəsində 
bir sıra yenilik və dəyişikliklər meydana çıxmışdır. Azərbaycanda aşkar olunmuş 
minlərlə arxeoloji abidənin hamısı haqqında məlumat vermək olduqca çətin bir 
işdir. Odur ki, bizim yazdığımız kitabda ən mühüm arxeoloji abidələr haqqında 
məlumat verilmişdir. Arxeoloji abidələrin hamısını müəyyən mədəniyyətlər üzrə 
təsnif etmək mümkün olmadığından onların müəyyən qismi regionlar üzrə xarak-
terizə edilmişdir. 
 Bu 
kitabı yazmaqda məqsədimiz oxucuları Azərbaycanın qədim 
mədəniyyətləri ilə bir qədər  ətraflı tanış etmək və bu mədəniyyətlər haqqında 
bütöv təsəvvür yaratmaqdan ibarətdir. Azərbaycanın qədim abidələri Azərbaycan 
xalqının qədim dövrdən bu ərazidə yaşadığını sübut edən  ən tutarlı maddi 
dəlillərdir. Azərbaycan xalqının etnogenezi ilə bağlı bir sıra yanlış nəzəriyyələr 
uydurulsa da, qədim abidələrimiz xalqımızın keçdiyi yolu ardıcıllıqla izləməyə 
və bu yanlış nəzəriyyələrə cavab verməyə imkan verir. Arxeoloji və antropoloji 
araşdırmalar təsdiq edir ki, min illər bundan əvvəl Azərbaycanda yaşayan kuti, 
lullubi, turukki, kassi, su, naxçı, subar, skif və digər tayfalar Azərbaycan xalqının 
ulu əcdadları olmuşlar. Onların maddi və mənəvi dəyərləri bu gün də Azərbaycan 
xalqı içərisində yaşamaqda davam edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
6
PALEOLİT DÖVRÜ 
 
 
Quruçay mədəniyyəti. Azərbaycanın  əlverişli təbii-coğrafi mövqeyi 
Qədim daş dövründən insanların burada məskən salmasına  şərait yaratmışdır. 
Azərbaycanın Paleolit abidələrinin öyrənilməsinə XX əsrin 50-ci illərində 
başlanmışdır. 1953-cü ildə S.N. Zamyatin və  М.М.Hüseynovun rəhbərliyi ilə 
təşkil edilən kəşfiyyat xarakterli tədqiqatlar zamanı Qazax rayonunun Daşsalahlı 
kəndində, Damcılı mağarasında Paleolit düşərgəsi aşkar olunmuşdur. Sonrakı 
illərdə aparılan araşdırmalar yeni abidələrin aşkar olunması ilə  nəticələnmişdir. 
Bu abidələr arasında 1960-cı ildə aşkar olunan Azıx mağarasının olduqca böyük 
əhəmiyyəti olmuşdur. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 
1974-cü ilədək davam etdirilmiş, Azərbaycanın qədim daş dövrünü öyrənmək 
üçün olduqca əhəmiyyətli olan maddi-mədəniyyət qalıqları  aşkar edilmişdir. 
1968-ci ildə Aşel dövrü təbəqəsindən azıxantroqun alt çənə parçası, 1974-cü ildə 
isə insan fəaliyyətinin erkən mərhələsinə aid olan, Olduvay mədəniyyəti ilə 
müəyyən ümumi xüsusiyyətlərə malik olan Quruçay mədəniyyəti aşkar 
olunmuşdur. 
   
 
                                     Şəkil 1. Azıx mağarasının planı 
 
 
Füzuli şəhərinin yaxınlığında yerləşən Azıx mağarası Quruçay vadisində, 
Мil düzü ilə dağ silsiləsinin birləşdiyi  ərazidə, olduqca əlverişli mövqedə yer 
almışdur. Soyuq və isti iqlimlərin qovşağında yerləşən bu ərazi Paleolit dövrü 


 
7
insanlarının ovladığı müxtəlif heyvanların buraya gəlməsinə imkan yaratmışdır. 
Onlar içərisində  kərgədan, vəhşi atlar, ceyran, öküz və digər heyvan cinsləri 
olmuşdur. 
     
 
           
Şəkil 2. Azıx mağarası. Quruçay mədəniyyətinin əmək alətləri 
 
 
Мağaranın iki girişi olmuşdur. Dörd zaldan ibarət olan mağaranın ümumi 
sahəsi 80000 kv. m-dir. Zalların tavanında olan müxtəlif həcmli dəliklər gün 
işığının mağaraya düşməsinə imkan yaratmışdır. Azıx mağarasında aparılan 
qazıntılar zamanı 14 m qalınlığında 10 mədəni təbəqə aşkar olunmuşdur. X-VII 
təbəqələrdən aşkar olunan maddi-mədəniyyət nümunələri hazırlanma texnikası 
və tipologiyasının özünəməxsus xüsusiyyətləri ilə  fərqləndiyi üçün Quruçay 
mədəniyyəti adlandırılmışdır. Ən aşağıda yerləşən və mağaranın daş döşəməsini 
örtən onuncu təbəqə Quruçay hövzəsinin ilk sakinlərinin maddi mədəniyyəti ilə 
bağlıdır. Ehtimal ki, insanlar Quruçay vadisində mağarada məskunlaşmamışdan 
xeyli əvvəl yaşamışlar. 


 
8
Azıx mağarasının  ən aşağı qatlarından aşkar edilən daş alətlər Quruçay 
vadisində  məskən salan insanların həyatını öyrənmək üçün ən mühüm dəlildir. 
Bu təbəqədən daş dövrünün ən qədim mərhələsinə aid 20 əmək aləti aşkar edilib 
öyrənilmişdir. Onlar protoçopper, protoçorrinq, limasşəkilli kobud alətlər, 
çoxüzlülər və ərsinlərdən ibarətdir. Bu təbəqədən 
                 
 
                         
Şəkil 3. Azıx mağarası. Quruçay mədəniyyətinin əmək alətləri 
 
 
həmçinin istehsal tullantıları  və Quruçay dərəsindən xammal kimi gətirilən çay 
daşları da aşkar edilmişdir.  Əmək alətlərinin hamısı  qırmızı, qəhvəyi, sarı-boz 
rəngli kvarsdan, xalsedon, andezit, bazalt tərkibli vulkanik daşlardan hazırlanaraq 
bəziləri bir tərəfdən, digərləri isə hər iki tərəfdən qəlpələr qoparılmaqla işlənmiş
üzərlərində istifadə izləri saxlanmışdır. Qəlpələr  əsasən daşların kənarlarından 
mərkəzə doğru vurulan zərbələrlə qoparılmışdır. Alətlərin bir qismində çay 
daşının təbii qabığı saxlanmışdır. Bəzi  əmək alətləri pilləli retuşla işlənmişdir. 
Onuncu təbəqədən aşkar olunmuş  əmək alətləri işlənmə texnikasına və tipoloji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə