Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   5   6   7   8   9   10   11   12   ...   75

 
32
Azərbaycanın Eneolit dövrünə aid abidələrinin müəyyən hissəsi Şomutəpə 
mədəniyyətinə aid edilmişdir. Bu abidələrin bir  qrupu Kür çayının orta axarında 
Gəncə-Qazax  düzənliyində, xüsusilə Ağstafa və Həsənsu çaylarının hövzəsində 
yerləşir. Başlanğıcını dağlardan götürən Həsənsu Yuxarı Göyçəli kəndi 
yaxınlığında düzənliyə  çıxaraq vaxtilə müxtəlif  şaxələrə ayrılmış,  əkinçiliyin 
inkişafı üçün əlverişli  şərait yaratmışdır. Bu hövzənin  əkinçilik üçün əlverişli 
olması  Şomutəpə, Töyrətəpə, Cinnitəpə, Arzamas təpəsi və digər yaşayış 
yerlərinin yaranmasına səbəb olmuşdur. Ağstafaçay və Həsənsu vadisində həyat 
Eneolit dövründə kəsilmiş və yalnız Son Tunc dövründə bərpa olunmuşdur. Bu 
qrupun geniş öyrənilmiş abidələrindən biri Şomutəpə  yaşayış yeridir. 
Azərbaycanın  şimalında formalaşan Eneolit mədəniyyəti bu abidənin adı ilə 
bağlıdır. Ağstafaçay dəmir yol stansiyasının  şərqində yerləşən yaşayış yerində 
1961-1964-cü illərdə 400 kv.m sahədə  tədqiqat aparılmışdır.  Şomutəpənin 
məişət-təsərrüfat tikintiləri eyni tikinti qatına aiddir. Araşdırmalar göstərir ki, 
uçub tökülən binalar tez-tez təmir olunmuşdur.  
Şomutəpə sakinləri bir sıra çiy kərpicdən tikilmiş dairəvi formalı evlərdə 
yaşamışlar. Evlərin divarları  bəzən silindrik olmuş, bəzən isə yuxarıya doğru 
yığılmışdır. Tavan döşəməyə basdırılan xüsusi dirəklə saxlanmışdır. Evlərin bir, 
bəzən isə iki girişi olmuşdur. Evləri qızdırmaq üçün istifadə edilən ocaqlar 
divarların dibində yerləşdirilmişdir. Yaşayış binalarının diametri ən çox 3,7 m 
olmuşdur. Ocaqlar bəzən də  həyətdə olmuşdur.  Şomutəpənin təsərrüfat binaları 
da yaşayış evləri kimi dairəvi planlı olmuşdur. Yaşayış evlərinə bitişik olan 
təsərrüfat binaları bir həyətin ətrafında yerləşmişdir. Bir sözlə, Şomutəpə yaşayış 
yeri müəyyən ailələrə  məxsus olan ayrıca təsərrüfat-məişət komplekslərinin 
məcmuyundan
 
ibarət olmuşdur. Diametri 3 m olan binalardan yalnız biri 
yarımqazma tipli olmuşdur. Onun içərisinə girmək üçün xüsusi pilləkən 
düzəldilmişdir.  Şomutəpə yaşayış yerindən taxıl dənləri, daşdan və sümükdən 
hazırlanmış  əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri, sümükdən oraq 
çərçivəsi, toxalar, sümükdən hazırlanmış qadın fiquru aşkar olunmuşdur. 
Keramika məmulatı qum qarışıq gildən hazırlanmış, bəzən qırmızı boya ilə 
örtülmüşdür.  Şomutəpədə dördkünc formalı dulus kürəsinin qalıqlarına, bəzi 
evlərin həyətində isə təsərrüfat quyularına rastlanmışdır. 


 
33
 
Şəkil 18. Şomutəpə, Töyrətəpə və Babadərviş yaşayış yerlərinin maddi-mədəniyyət 
                      nümunələri. 1-4, 7, 9-11, 13 - sümük alətlər; 8 – qadın fiquru; 5, 6, 12, 14-20  -                       
                      daş əmək alətləri; 21 – oraq; 22-24 – keramika 
 
 
Töyrətəpə yaşayış yeri Şomutəpədən 2 km şimal-şərqdə yerləşir. Yaşayış 
yerində 1961, 1962, 1964 və 1965-ci illərdə 100 kv.m sahədə qazıntı 
aparılmışdır. Qazıntı zamanı beş tikinti qatı aşkar olunmuşdur. Töyrətəpənin ən 
alt təbəqəsi olan beşinci tikinti qatında dairəvi formalı yarımqazma tipli binanın 
qalıqları, həmçinin dairəvi formalı bir sıra kərpicdən tikilmiş bina qalıqlarına 
rastlanmışdır. Töyrətəpənin digər tikinti qatlarında aşkar olunan bina qalıqları da 
dairəvi formalıdır. Üçüncü tikinti qatındakı binalardan birinin divarları kərpicləri 


 
34
köndələn qoymaqla yaradılan, içəriyə  və xaricə doğru çıxıntılı olan plyastrlarla 
möhkəmləndirilmişdir. İkinci tikinti qatındakı divarların biri yalnız içəriyə  doğru 
çıxan plyastrlarla 
 
                    Şəkil 19. Qarğalartəpəsi yaşayış yerindəki tikinti qalıqlarının planı 
 
 
möhkəmləndirilmişdir. Ocaqlar divarların dibində qurulmuşdur. Evlərin 
içərisində döşəməyə basdırılmış  təsərrüfat küplərinə  də rastlanmışdır. 
Töyrətəpənin ikinci və birinci tikinti qatlarında həm də dördkünc bina qalıqları 
aşkar olunmuşdur.  İkinci tikinti qatında olan dairəvi və dördkünc formalı 
binaların bəziləri (4 №-li bina) iki sıra çiy kərpicdən tikilmişdir. Töyrətəpədən 
daşdan və sümükdən hazırlanmış  əmək alətləri, o cümlədən dən daşları, oraq 
dişləri sümük toxalar, sümükdən və çaxmaqdaşından hazırlanmış 
yarımfabrikatlar, daşdan insan fiquru əldə edilmişdir. 
Bu qrupun tədqiq edilmiş abidələrindən biri də Qarğalartəpəsi yaşayış 
yeridir. Yaşayış yeri dairəvi formalı evlər, onlara birləşik təsərrüfat tikintiləri və 
kiçik həyətlərdən ibarət olmuşdur. Evlər bir sıra çiy kərpicdən tikilmişdir. 
Dairəvi formalı evlərin tavanı döşəmənin mərkəzinə yerləşdirilən dayaq sütunu 
ilə saxlanmışdır. Evlərin döşəməsi bənövşəyi-qırmızı  rənglə boyanmış, onların 
üzərinə qamışdan, yaxud müxtəlif bitkilərdən toxunmuş  həsir salınmışdır. 
Ocaqlar divarın dibində olmuş, bəzi evlərin içərisində döşəməyə  təsərrüfat 
küpləri basdırılmışdır. İkinci tikinti qatında aşkar olunan dördkünc formalı ocaq 


 
35
giriş qapısının qarşısında divarın dibində yerləşdirilmişdir. Üçüncü tikinti qatında 
aşkar olunan binaların biri xaricdən 
                
 
                      Şəkil 20. Qarğalartəpəsindən aşkar olunan qadın fiquru 
 
 
və daxildən gil məhlulu ilə suvanmış və əhənglə ağardılmışdır. Binanın döşəməsi 
də ağardılmışdır. Binaların içərisində dən daşları, buynuzdan hazırlanmış toxalar, 
oraq dişləri, keramika nümunələri aşkar olunmuşdur. Qarğalartəpəsindən 
həmçinin xeyli yerüstü material da toplanmışdır. Onlar arasında gil qadın fiquru, 
qırmızı və qəhvəyi zolaqlarla naxışlanmış boyalı keramika, yapma naxışlı, habelə 
məməcikşəkilli çıxıntısı olan keramika nümunələrinə də rastlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə