Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   13   14   15   16   17   18   19   20   ...   75

 
61
edilmişdir. Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və Babadərvişdə xırdabuynuzlu 
heyvanlar iribuynuzlulara nisbətən üstünlük təşkil etmişdir. Lakin 
Əliköməktəpəsində üstünlük iribuynuzlu heyvanlara məxsus olmuşdur. 
Bu dövrdə dulusçuluq, toxuculuq, daşişləmə, sümükişləmə, metallurgiya 
və metalişləmə kimi sənət sahələri də inkişaf etmişdir. Eneolit abidələrindən 
aşkar olunan metal əşyaların böyük bir qisminin tərkibində xeyli miqdarda 
mərgümüş qarışığına rastlanmışdır. Tədqiqatçılar bu qarışığın xəlitəyə süni yolla  
qatıldığını qeyd etmişlər ki, bu da Eneolit dövründə tunc metallurgiyasının 
əsasının qoyulduğunu göstərir. 
Yaşayış yerlərinin tədqiqinə  əsasən demək olar ki, bu dövrdə cüt nikaha 
əsaslanan ailə  cəmiyyətin  əsasını  təşkil etmişdir. Eneolit dövrünün insanlarında 
axirət dünyasına, ev heyvanlarına və  səma cisimlərinə inam mövcud olmuş, 
məhsuldarlığın təmin edilməsi üçün müxtəlif mərasimlər icra olunmuşdur.  
Eneolit dövründə  məhsuldarlığın təmin edilməsi, yağış yağdırılması ilə 
bağlı müəyyən ayinlər keçirilmiş, ulu əcdada, astral cismlərə  və heyvanlara 
sitayiş edilmişdir. Gil qadın fiqurları da insanların ideoloji təsəvvürləri haqqında 
müəyyən məlumat verir. Qarğalartəpəsindən aşkar olunan qadın fiqurunun 
sinəsində çəkilən sünbülşəkilli cızma ornament tədqiqatçıların fikrinə görə, həyat 
ağacını simvolizə etmişdir. Onun çiyninə tökülmüş saçları dalğalı xətlərlə ifadə 
edilmişdir. Yağış çağırma ilə bağlı ayinin qalıqlarına Qarğalartəpəsi yaşayış 
yerində də rastlanmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
                             İLK TUNC DÖVRÜ 
 
 
Arxeoloji abidələr. Azərbaycanın  İlk Tunc dövrü mədəniyyəti arxeoloji 
ədəbiyyatda Kür-Araz mədəniyyəti adı ilə tanınmışdır. Kür-Araz mədəniyyəti 
abidələri yaşayış yerləri və  qəbirlərdən ibarətdir. Bu abidələrin müəyyən lokal 
xüsusiyyətlərinin olmasını  nəzərə alaraq onları regionlar üzrə araşdırmağı  
məqsədəuyğun hesab edirik. Erkən Tunc dövrü abidələri arasında çoxtəbəqəli 


 
62
yaşayış yerləri ilə xarakterizə olunan Naxçıvan-Urmiya qrupunun abidələri 
xüsusi yer tutur. 
 
Naxçıvanda Kür-Araz mədəniyyətinə aid I Kültəpə, II Kültəpə, Ovçu-
lartəpəsi,  Мaxta Kültəpəsi, Xalac, Ərəbyengicə,  Şortəpə kimi qədim yaşayış 
yerləri aşkar olunmuşdur.  
Bu abidələrdən I Kültəpə  və II Kültəpədə geniş miqyaslı arxeoloji qazın-
tılar aparılmış, digərləri isə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. 
I Kültəpə yaşayış yeri Naxçıvan  şəhərindən 8 km şimal-şərqdə, 
Naxçıvançayın sol sahilində, Babək rayonunun eyniadlı  kəndi yaxınlığında 
yerləşir. Abidənin ümumi sahəsi 1,5 ha-dır. Yaşayış yerində 1951-1964-cü 
illərdə O.H.Həbibullayev tərəfindən aparılan qazıntılar zamanı 22,2 metr 
qalınlığı olan 4 mədəni təbəqə aşkar edilmişdir. 
Yaşayış yerinin Kür-Araz mədəniyyətinə aid olan  ikinci təbəqəsi abidənin 
üzərindən 3,4-4,5–12,4-1,3 m dərinlikdə yerləşir. Мaddi- mədəniyyət qalıqları ilə 
zəngin olan bu təbəqə 8,5-9 m qalınlığındadır.  Мədəni təbəqə müxtəlif həcmli 
çay daşları, çiy kərpic qalıqları, osteoloji qalıqlar, obsidian, çaxmaqdaşı 
parçaları, kömür qalıqları, kül və torpaq laylarının qarışığından ibarətdir. Kül 
qalıqları, başlıca olaraq, sobaların, manqal və ocaqların  ətrafında toplanmışdır. 
Təbəqədən müxtəlif daş, sümük, metal əşyalar və keramika məmulatı  aşkar 
olunmuşdur. 
Abidənin stratiqrafiyası Kür-Araz dövrünə aid yaşayış məskəninin Eneolit 
təbəqəsi üzərində salındığını göstərir. O.H.Həbibullayevin fikrinə görə, Kür-Araz 
təbəqəsi Eneolit təbəqəsindən 30-40 sm qalınlığında olan steril təbəqə ilə ayrılır.  
I Kültəpədə Kür-Araz dövrünə aid 14 tikinti qatı  aşkar olunmuşdur. 
Bunlar bir-birinə bənzər təsərrüfat-məişət kompleksləri ilə xarakterizə olunur. Alt 
laylarda qeydə alınan yaşayış evləri başlıca olaraq dairəvi planlı, üst laylardakı 
evlər isə əsasən dördbucaqlıdır. Dairəvi planlı bəzi evlərin düzbucaqlı artırması 
vardır. Tikinti materialı kimi çay daşı, çiy kərpic və möhrədən istifadə edilmişdir. 
I Kültəpədə Kür-Araz mədəniyyətinin ilk mərhələsinə aid edilən yaşayış 
evləri dairəvi planlıdır. Evlərin divarları çiy kərpiclə hörülmüş və hər iki tərəfdən 
gillə suvanmışdır. Birinci tikinti qatında aşkar olunan 34 №-li binanın tikintisində 
40 x 20 x 10 sm ölçülü kərpiclərdən istifadə edilmişdir. Döşəmə gillə 
suvanmışdır. Binanın içərisində yarımşar formalı qulpu olan gil qab parçaları, 
daş alətlər və nalşəkilli ocaq qurğusu əldə edilmişdir. 


 
63
         
 
Şəkil 35. I Kültəpənin  İlk Tunc dövrü təbəqəsi. Evlərin planı və  
                arxeoloji materiallar 
 
Həmin tikinti qatında, 33 №-li evin tikintisində isə 50 x 24 x10 sm ölçülü 
çiy kərpiclərdən istifadə edilmişdir. Binanın divarları 35-40 sm hündürlüyündə, 
32 sm qalınlığında qalmışdır. Diametri 8,35 m-dir. Bina çiy kərpicdən hörülmüş 
divarla iki qeyri-bərabər hissəyə bölünmüşdür. Onun şimal-  şərq hissəsindən 
anbar kimi istifadə edilmişdir.  


 
64
 
 
Şəkil 36. I Kültəpədən aşkar olunmuş heyvan fiqurları 
 
 
Üçüncü tikinti qatına aid 28 №-li bina dairəvi formalı olub, şimal-şərq 
tərəfdə düzbucaqlı binanın divarı ilə birləşmişdir. Divarlar 42 x 18 x 12 sm 
ölçülü çiy kərpiclərdən hörülmüş və gillə suvanmışdır. Binanın diametri 5,5 m-
dir. Onun cənub-şərq hissəsində, qapı girişinin sağ  tərəfində divara bitişik gil 
soba aşkar olunmuşdur. Soba bir qədər dəyirmiləşdirilmiş, dördkünc formadadır. 
Sobanın odluğu künbəz tipli olub, uzunluğu 1,34 m, eni 0,78 m, hündürlüyü 0,18 
m-dir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə