Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   12   13   14   15   16   17   18   19   ...   75

 
59
Tədqiqatçılar belə hesab edir ki, iki müxtəlif arxitektura stilinin birləşdiyi zona 
Naxçıvan olmuşdur. Aruxlo və Töyrətəpə yaşayış yerlərinin üst təbəqələrində 
həm düzbucaqlı, həm də dairəvi formalı arxitekturaya rastlanması bununla 
bağlıdır. 
Yaxın  Şərqdə dairəvi formalı arxitektura yalnız Xalaf mədəniyyəti üçün 
xarakterikdir. Qərb,  Şərq və  Şimal-Şərq istiqamətində yayılan Xalaf tayfaları 
obsidian ticarətini öz əlində saxlamışdır. Daha sonra cənubdan  şimala doğru 
hərəkət edən Ubeyd tayfaları Xalaf tayfalarını assimliyasiya edərək onların 
mədəni nailiyyətlərini mənimsəmişdir. Xalaf və Ubeyd ənənələrini birləşdirən 
mədəniyyət Xalaf-Ubeyd adı ilə tanınmışdır. Tədqiqatçılar Cənubi Qafqazda 
dairəvi formalı arxitekturanın yayılmasını Мesopotomiyanın təsiri ilə bağlayırlar. 
Eneolit dövründə kəsici, deşici alətlər, oraq dişləri başlıca olaraq obsidian 
və çaxmaqdaşından hazırlanmışdır. Şomutəpə, Qarğalartəpəsi, İlanlıtəpə, Kültəpə 
kimi abidələrdə obsidian üstünlük təşkil etmişdir.  Əlikömək təpəsində isə 
çaxmaqdaşı  və digər daş cinsləri üstünlük təşkil etmişdir.  Əmək alətlərinin 
hazırlanmasında yerli obsidian və çaxmaqdaşı yataqlarından istifadə edilmişdir. 
Yaşayış yerlərindən aşkar edilmiş  əmək alətlərinin tədqiqi qədim  əkinçilərin 
Paravan obsidian yatağından,  İlanlıtəpə  və  Əliköməktəpəsinin Kəlbəcər 
yatağından, Naxçıvan Kültəpəsinin isə Göyəm və  Zəngəzur dağlarndakı 
yataqlardan istifadə etdiyini göstərir. 
Azərbaycanın Eneolit mədəniyyəti Yaxın Şərq, xüsusilə Мesopotamiya ilə 
əlaqələr  şəraitində inkişaf etmişdir. Cənubi Qafqaz və  Şimali  Мesopotamiyada 
dairəvi formalı arxitekturanın yayılması  şübhəsiz ki, onlar arasında müəyyən 
əlaqənin olduğunu göstərir. Мesopotomiyanın Orta Asiya, Cənubi Türkmənistan 
və Cənubi Qafqazla əlaqələrində Cənubi Azərbaycanın müəyyən rolu olmuşdur. 
Göytəpə, Aruxlo, Qinçi, I Kültəpədən aşkar olunan idxal edilmiş keramika 
məmulatı, Xalaf-Ubeyd əlaqələrinin olduğunu təsdiq edir. Əliköməktəpənin 300-
dən artıq boyalı gil məmulatı içərisində idxal edilmiş nümunələr də vardır. 
Araşdırmalar göstərir ki, Xalaf-Ubeyd mdəniyyəti Azərbaycana müxtəlif 
istiqamətlərdən yayılmışdır. Ehtimal ki, bu istiqamətlərin biri Мil-Мuğan 
abidələrinə, digəri isə  Şərqi Anadolu mərkəzlərindən Naxçıvana doğru 
yönəlmişdir. Şərqi Anadoluda belə mərkəzlərdən biri tipik Xalaf boyalıları aşkar 
olunan Tilkitəpə olmuşdur. Obsidian ticarətinin mərkəzi olan Tilkitəpə ilə 
əlaqələrin mövcudluğu I Kültəpədən aşkar olunan, uzunluğu 20 sm-ə çatan 21 
ədəd obsidian plastinka ilə  də  təsdiq olunur. Ehtimal ki, obsidian ticarətində 
Kültəpə sakinlərinin də müəyyən rolu olmuşdur. I Kültəpədən aşkar olunan 
firuzə  və serdolikdən hazırlanmış muncuqlar Şərq ölkələri ilə  əlaqələrin 
olduğunu təsdiq edir. Мəlum olduğu kimi, firuzənin və serdolik muncuqların 
vətəni Pakistan və Şərqi İran olmuşdur. 
Мesopotamiya ilə  əlaqələrin olduğunu Çalağantəpədən aşkar olunan 
çölmək tipli qab, 1500 sədəfdən hazırlanmış muncuq, daş, mis və firuzədən 


 
60
hazırlanmış muncuqlar və digər faktlar təsdiq edir. Bəzi tapıntılar Suriya ilə  də 
əlaqələrin olduğunu təsdiq edir. 
Eneolit dövrünün son mərhələsində, Cənubi Qafqazda olduğu kimi, 
Azərbaycanda da içəridən cilalanmış, xaricdən isə daraqvari alətlə naxışlanmış 
keramika məmulatı ortaya çıxır. Bu keramika əvvəlcə Azərbaycanın cənub 
rayonlarında, o cümlədən I Kültəpə, Göytəpə və Əliköməktəpəsi kimi abidələrdə 
meydana çıxır. 
Azərbaycanın Eneolit yaşayış yerləri üçün sıx tikilmiş  təsərrüfat məişət 
kompleksləri xarakterikdir. Bu komplekslər içərisində ocaq olan yaşayış evləri, 
ərzaq saxlamaq üçün anbar və  həyətdən ibarət olmuşdur. Bəzən onlar bir-
birindən kərpic divarlar vasitəsi ilə ayrılmışdır. Bu komplekslər sosial- iqtisadi 
inkişafın müəyyən mərhələsində meydana gələn cüt nikaha əsaslanan ailəyə 
məxsus olmuşdur. Hər təsərrüfat məişət kompleksində əmək alətlərinin, ocaq və 
gil qabların aşkar olunması cüt nikaha əsaslanan ailənin istehsalda müəyyən rol 
oynadığını  və  cəmiyyətin  əsasını  təşkil etdiyini göstərir. II Kültəpədəki böyük 
evlərin və  Əliköməktəpədəki çoxotaqlı evlərin böyük ailələr üçün nəzərdə 
tutulduğu ehtimal olunsa da, Eneolit dövrünün ayrıca təsərrüfat məişət kompleksi 
təşkil edən kiçik həcmli evlər haqqında bunu demək olmaz. Bu dövrdə 
cəmiyyətdə qadınların müəyyən rolu olsa da ailənin başında kişi durmuşdur. I 
Kültəpə, Çalağantəpə  və  Əliköməktəpəsindəki qəbir abidələrinin tədqiqi 
cəmiyyətdə müəyyən sosial bərabərsizliyin olduğunu da deməyə imkan verir. 
Polvtəpə (sahəsi 3 ha) və Xumtəpə (sahəsi 5 ha) kimi iri həcmli yaşayış 
yerləri bu tip yaşayış yerlərinin bir-birinə qohum olan qəbilə  məskənlərindən 
ibarət olduğunu və  ağsaqqallar  şurası vasitəsi ilə idarə olunduğunu deməyə 
imkan verir. Erkən  əkinçilik məskənlərindən xüsusi cins daşlardan hazırlanmış 
əsa başlıqları onların hakimiyyət rəmzi kimi qəbilə  rəhbərlərinə aid olduğunu 
göstərir. 
Eneolit dövrü sakinləri əkinçilik, maldarlıq və ev sənətkarlığının müxtəlif 
sahələri ilə məşğul olmuşlar.  
Azərbaycanın Eneolit abidələrinin araşdırılması göstərir ki, bu dövrdə 
əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Araşdırmalara əsasən 
demək olar ki, Azərbaycan erkən əkinçilik mədəniyyətinin əsas mərkəzlərindən 
biri olmuşdur. Azərbaycan yabanı  və  mədəni buğda növlərinin, xüsusilə Tr. 
Aestivum, Tr. Durum və Tr. Turgidum növlərinin vətəni olmuşdur. Arxeoloji 
abidələrin tədqiqi zamanı  aşkar olunan müxtəlif taxıl növləri və  əmək alətləri 
əkinçilik mədəniyyətinin geniş inkişaf etdiyini təsdiq edir. Şomutəpə, Töyrətəpə, 
Qarğalartəpəsi, Çalağantəpə  və digər yaşayış yerlərinin tədqiqi zamanı Tr. 
Aestivum, Tr. Turgidum, Tr. Durum Dest, Hord pollidium, Hord dicticum, Tr. 
Compactum Hest və s. taxıl cinsləri tapılmışdır. Daşdan və sümükdən 
hazırlanmış toxalar bu dövrdə toxa əkinçiliyinin inkişaf etdiyini göstərir. 
Eneolit dövründə iqtisadiyyatın əsas sahələrindən biri maldarlıq olmuşdur. 
Мaldarlığın inkişafı başlıca olaraq osteoloji materialların analizi ilə müəyyən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə