Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   14   15   16   17   18   19   20   21   ...   75

 
65
Binanın mərkəzi hissəsində gillə suvanmış döşəmədə evin tavanını 
saxlayan dayaq dirəyi üçün qoyulmuş yastı daşa rast gəlinmişdir. Evin içərisin-
dən müxtəlif formalı gil qab qırıqları, heyvan sümükləri aşkar edilmişdir. 
I Kültəpədə  aşkar olunan binaların bəzilərinə Yaxın  Şərq və 
Zaqafqaziyanın bir çox abidələrində rast gəlinir. Daş  təməl üzərində çiy 
kərpicdən, yaxud möhrədən tikilmiş binalara Azərbaycan  ərazisində 
Qaraköpəktəpə, Günəştəpə, Göytəpə, Yanıqtəpə, II Kültəpə  qədim yaşayış 
yerlərində rast gəlinmişdir. Belə binalar Şenqavit, Kosi-Koter, Arevik və s. 
abidələrdən də məlumdur. 
II Kültəpə yaşayış yeri Naxçıvan  şəhərindən 12 km şimalda, Babək 
rayonunun Yuxarı Uzunoba və Didivar kəndləri arasında, Naxçıvançayla 
Cəhriçayın birləşdiyi yerdə salınmışdır. Abidənin alt təbəqəsi Kür-Araz dövrünə 
aiddir. Мədəni təbəqənin qalınlığı relyefdən asılı olaraq dəyişir. Yaşayış yerində 
ikinci qazıntı sahəsində, 200 m
2
 sahədə aparılan qazıntılar əhəmiyyətli nəticələr 
vermişdir. Bu sahədə Kür-Araz təbəqəsi abidənin üzərindən 4-4,5 – 14 m 
dərinlikdə yerləşir. Təbəqənin qalınlığı 9,5-10 m-dir.  
Abidənin stratiqrafiyası göstərir ki, qədim dövrdə yaşayış yeri, bilavasitə 
Cəhri çayının girintili-çıxıntılı sahilində salınmışdır.  Мədəni təbəqənin bəzi 
yerlərdə davam etməməsi yaşayış yerinin salındığı sahənin ilk vaxtlar nahamar 
olduğunu göstərir. Təbəqənin toplanması ilə əlaqədar yaşayış sahəsi düzəldilmiş 
və hamarlanmışdır. 
Мədəni təbəqə möhrə, kərpic divar, osteoloji və kömür qalıqlarından, 
həmçinin, kül və yanmış torpaq qatlarından ibarətdir. Təbəqədə obsidian və 
çaxmaqdaşı  qəlpələrinə, gil qab parçalarına, daş sümük və metal əşyalara rast 
gəlinmişdir. Мədəni təbəqənin yığılma ardıcıllığı kəsiklərdə aydın izlənir.    
Binaların divarları ilk baxışda möhrəyə  bənzəsə  də, onların diqqətlə 
izlənilməsi tikintilərin kərpiclə inşa edildiyini göstərmişdir. Kərpiclər sıx sıra ilə 
yerləşdirilərək, gil məhlula suvanmışdır. Tədqiqatlar zamanı divarlardan 
çıxarılan kərpiclərin ölçüləri 40 x 20 x 10, 40 x 38 x 10 sm olmuşdur. 
II Kültəpənin  İlk Tunc dövrü təbəqəsində 14 tikinti qatının olduğu 
müəyyən edilmişdir. 
Dən daşları, həvəng və dəstələr, çəkiclərlə təmsil olunan daş alətlər Kür-
Araz mədəniyyəti dövründə demək olar ki, əsaslı  dəyişikliyə  uğramamışdır. 
Bunun  əksinə olaraq, gil məmulatı  və metal əşyalar hiss ediləcək dərəcədə 
dəyişmişdir. Bu dəyişikliklər abidənin dövrləşdirilməsi üçün əsas olmuşdur. 
Qeyd etmək lazımdır ki, evlərin planında da müəyyən dəyişiklik olduğu 
izlənmişdir. Alt tikinti qatları üçün dairəvi, üst tikinti qatları üçün isə dördkünc 
artırmalar əlavə edilmiş dairəvi evlər xarakterik olmuşdur.  


 
66
II Kültəpə yaşayış yerində, gözləndiyinin əksinə olaraq, Eneolit təbəqəsinə 
rast gəlinməmişdir. Buna baxmayaraq XIV-XII tikinti qatlarında 
     Şəkil 37. II Kültəpənin İlk Tunc dövrünə aid naxışlı keramikası 
 
 
aşkar olunmuş gil qabların formasında Eneolit mədəniyyətinin təsiri özünü 
göstərir. Bu təbəqədə aşkar olunan gil qablardan bir qrupunun tərkibində Eneolit 
keramikası üçün xarakterik olan saman qarışığına rast gəlinmişdir.  
 


 
67
    
 
      
                    Şəkil 38. II Kültəpə. İlk Tunc dövrünə aid maddi-mədəniyyət qalıqları 


 
68
 
                          Şəkil 39. II Kültəpə. İlk Tunc dövrünün son mərhələsinə aid  
                                          maddi-mədəniyyət qalıqları 


 
69
Təəssüf ki, bu tip qabların  əksəriyyəti forma verməyən parçalardan ibarət 
olmuşdur. 
II Kültəpənin alt tikinti qatları üçün dairəvi planlı evlər xarakterikdir. Bu 
evlər arakəsmə divarla iki hissəyə bölünmüşdür. Araşdırmalara əsasən söyləmək 
olar ki, evlərin bir qismindən təsərrüfat məqsədilə, yaxud da anbar kimi, digər 
qismindən isə yaşayış sahəsi kimi istifadə edilmişdir. Alt tikinti qatında olan 
binalar başlıca olaraq möhrədəndir. XI tikinti qatından başlayaraq  evlərin 
tikintisində çiy kərpicdən istifadə edilmişdir. 
II Kültəpənin üst qatları üçün düzbucaqlı artırması olan dairəvi və 
dördkünc formalı evlər xarakterik olmuşdur. Axırıncı tip binalar Azərbaycanda 
Qaraköpəktəpə, Babadərviş  və Мingəçevirdən bəllidir. 
II Kültəpənin alt tikinti qatlarında evlərdə iki ocağın olması müşahidə 
olunur. Onların biri dördbucaqlı ocaqlarla, digəri isə manqallarla təmsil edilir. Bu 
tip ocaqlar I Kültəpədə də aşkar olunmuşdur. II Kültəpəyə nisbətən I Kültəpədə 
dördbucaqlı ocaqlar daha yaxşı qalmışdır. O.H.Həbibullayevin fikrincə, bu 
ocaqlar dördkünc formalı sobalar şəklində olmuş və onlardan evlərin qızdırılması 
üçün istifadə edilmişdir. 
II Kültəpədə düzbucaqlı ocaqların  ətrafından sxematik insan fiqurlarına 
bənzədilən nalşəkilli ocaq qurğuları tapılmışdır. Qeyd etmək lazımdır ki, 
nalşəkilli ocaq qurğuları oturmuş insan fiquruna bənzəyir. Təsadüfi deyil ki, 
Ə.K.Ələkbərov  Şortəpədən tapılan bu cür ocaq qurğusunu insan heykəlinin 
ayağına bənzətmişdir. Bu fikir Q.İ.İone tərəfindən də təsdiq edilmişdir. Ehtimal 
ki, insan fiqurunu özündə  cəmləşdirən nalşəkilli ocaq qurğuları ocağın 
himayədarını təcəssüm etdirmişdir. 
I Kültəpə və II Kültəpənin arxeoloji materiallarının araşdırılması göstərir 
ki, evlərin qızdırılmasında dairəvi formalı manqallardan da istifadə edilmişdir. 
O.H.Həbibullayev bu manqallardan sitayiş  məqsədilə istifadə olunduğunu da 
söyləmişdir. Bizim fikrimizcə, bu ocaqlardan evlərin qızdırılmasından başqa 
təsərrüfat məqsədilə, xüsusilə çörək bişirilməsi və  qızdırılması üçün də istifadə 
edilmişdir. 
Ovçulartəpəsi yaşayış yeri Şərur rayonunun Dizə  kəndindən  şimalda, 
Arpaçayın sol sahilində yerləşir. Yaşayış yerinin ümumi sahəsi 10 ha-dır. 
Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi 
sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir. Yaşayış yeri şərqdən qərbə 
uzanan təbii təpədə yerləşir. Abidənin üzərində xeyli maddi- mədəniyyət 
qalıqlarına, xüsusilə, gil qab parçalarına rast gəlinir. Yerüstü materiallar 
içərisində Eneolit dövrü üçün xarakterik olan gil qab parçaları da vardır. 
Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni 
təbəqə dağıdılmışdır. Təpənin  şimal tərəfində V.H.Əliyev və A.Q.Seyidov 
tərəfindən 6,25 m
2
 sahədə  kəşfiyyat xarakterli qazıntı  işləri aparılmışdır. Daha 
sonra abidə S.H.Aşurov tərəfindən tədqiq edilmişdir.  Мədəni təbəqədə möhrə, 
kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir. Buradan, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə