Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   16   17   18   19   20   21   22   23   ...   75

 
74
ki, qazıntı zamanı heç yerdə Kür-Araz təbəqəsinin Eneolit təbəqəsini örtdüyü 
müəyyənləşdirilməmişdir. 
     
 
 Şəkil 43. Yanıqtəpənin  II İlk Tunc dövrü təbəqəsində aşkar  
                 olunan maddi-mədəniyyət qalıqları 
 
 
Ç.Barney Eneolit və Kür-Araz mədəniyyəti qalıqlarını analiz edərək belə 
nəticəyə  gəlir ki, bunların arasında böyük xronoloji fasilə olmuşdur. Onun 
fikrincə, bu mədəniyyət buraya şimaldan gələn tayfalar tərəfindən gətirilmişdir. 
Abidənin şimal yamacında aparılan qazıntılar zamanı müxtəlif dərəcədə qalmış 9 
tikinti qatı  aşkar olunmuşdur. Bu tikinti qatları müəllif tərəfindən  şərti olaraq I 
İlk Tunc və II İlk Tunc dövrlərinə ayrılmışdır. 
Birinci dövrə aid edilən tikinti qatlarında aşkar olunan binalar dairəvi 
planlıdır. Onların bəzisinin yenidən tikilməsi göstərir ki, bəzi binalardan bir neçə 
tikinti dövründə istifadə edilmişdir. İlk mərhələyə 30, 32 №-li yaşayış və 34 №-li 
təsərrüfat binası aiddir. Təsərrüfat binasında içərisində  təsərrüfat küpəsi olan 


 
75
ərzaq quyusu aşkar olunmuşdur. Bir qədər sonra tikilən 10, 11, 21, 31 №-li 
binalar əvvəlkilərdən yalnız həcminin böyüklüyünə görə fərqlənir. 
Bundan sonrakı ikinci tikinti qatında dairəvi planlı 1 №-li unikal binanın 
qalıqları  aşkar olunmuşdur. Bu bina təpənin  ən hündür yerində yerləşmişdir. 
Binanın bu cür mərkəzi mövqeyi onun xüsusi əhəmiyyətə malik olduğunu 
göstərir. Bina konstruksiyasına görə də digərlərindən fərqlənir. Onun bir-birinin 
içərisində yerləşdirilmiş iki konsentrik divarı vardır.  İçərisi arakəsmə divarla 4 
bölümə ayrılmışdır. Divarlar 2 m hündürlükdə qalmışdır. Binanın ikinci xarici 
divarı Ç.Barneyin fikrinə görə, nəmliyin qarşısını almaq üçün olmuşdur.  
Bizim fikrimizcə, binanın belə quruluşu həm də  ərzaq ehtiyatlarının 
saxlanması üçün vacib olan temperaturun tənzimlənməsi üçün nəzərdə tutul-
muşdur. Xaricdəki divar kərpiclərin pilləli  şəkildə yerləşdirilməsi ilə, fiqurlu 
şəkildə hörülmüşdür. Bu cür hörgü divara müəyyən gözəllik və möhkəmlik 
vermişdir. 
Dairəvi planlı 1 №-li bina bir neçə tikinti dövründə mövcud olmuş, III 
tikinti qatında da öz funksiyasını itirməmişdir. Bu tikinti qatında güclü müdafiə 
divarının qalıqları  aşkar olunmuşdur. Divarın qazıntı zamanı  aşkar edilmiş 
hissəsinin eni, 4,6-5 m-dir. O yonulmamış daşlardan tikilərək, gil məhlulu ilə 
bərkidilmişdir.  
          II  İlk Tunc dövrünə aid edilən təbəqə bilavasitə birincinin üzərində 
yerləşir. Bu dövrdə evlərin tikintisində böyük dəyişiklik olmuş, dairəvi planlı 
evlər dördkünc planlı evlərlə əvəz olunmuşdur. Aşağı təbəqələr üçün xarakterik 
olan yanğın izlərinə bu dövrdə rast gəlinməmişdir.  İkinci dövrə aid tikinti 
qatlarından yalnız biri yaxşı qalmışdır. Bu tikinti qatında iki böyük, bir neçə 
kiçik həcmli bina qalıqları və geniş həyət aşkar olunmuşdur. Kərpic sütunlarının 
və  ağac dirəklərinin qalıqları göstərir ki, yaşayış  əsasən üst mərtəbələrdə 
olmuşdur. Lakin, aşağıdakı binaların birində divar boyunca yatacaq üçün istifadə 
olunan kərpic səkinin qeydə alınması, birinci mərtəbələrin də yaşayış sahəsi kimi 
istifadə olunduğunu göstərir. Alt mərtəbələrdə başlıca olaraq mətbəx və anbarlar 
yerləşdirilmişdir. Bu binalarda aşkar (1 və 4 №-li) olunan soba qalıqları, 
suvanmış  mətbəx kürsüləri dediklərimizə  əsaslı sübutdur. Ortasında maye 
axıtmaq üçün novlar olan mətbəx kürsülərinə  həm dairəvi, həm də düzbucaqlı 
evlərdə rastlanması evlərin daxili quruluşundakı müəyyən  ənənələrin davam 
etdiyini göstərir.       
        
 
Bütün tikinti qatlarından tapılan arxeoloji materialların  əksəriyyəti gil 
məmulatından ibarətdir. Burada, həmçinin dən daşları, dəstələr, həvənglər, 
qaşovlar, oraq dişləri aşkar edilmişdir.  Мüdafiə divarının yaxınlığında sapand 
daşlarına  da  rast  gəlinmişdir. Gildən hazırlanmış möhürlər, iy başlıqları, körük 
ucluğu, balta modeli, naxışlanmış ocaq qalıqları  əsas tapıntılardandır. Bu 
təbəqədən tapılan yeganə metal əşya olan kiçik tunc xəncərin ucu qırılmışdır. 


 
76
       
 
                    Şəkil 44. Yanıqtəpə yaşayış yeri (7-li evin görünüşü) 
 
 
Yanıqtəpənin Kür-Araz təbəqəsindən aşkar edilmiş materialların təhlili 
göstərir ki, Eneolit dövrü ilə I İlk Tunc dövrü arasında böyük xronoloji kəsinti 
olmuşdur. Ola bilsin ki, Eneolit dövründə tərk edilmiş yaşayış yerində İlk Tunc 
dövrünün sonunda əhali yenidən məskunlaşmışdır. Yanıqtəpənin Kür-Araz 
təbəqəsinin Ç.Barney tərəfindən iki dövrə bölünməsinə baxmayaraq, onun hər 
ikisi  İlk Tunc dövrünün üçüncü mərhələsinə aiddir. Yanıqtəpənin dördkünc 
planlı tikintilərlə xarakterizə edilən üst təbəqələri İlk Tunc dövründən Orta Tunc 
dövrünə keçid mərhələsini  əks etdirir. Lakin Ç.Barney tərəfindən I İlk Tunc 
dövrü üçün verilən tarix (e.ə. 2100-1900) real vəziyyəti  əks etdirmir. 
Yanıqtəpənin I Kültəpə, II Kültəpə, Göytəpə kimi abidələrlə ərazicə yaxınlığını 
nəzərə alaraq, arxeoloji materialları Kür-Araz mədəniyyətinin üçüncü dövrünə 
aid etmək olar. Demək olar ki, Yanıqtəpə Naxçıvan-Urmiya qrupuna aid 
abidələrdə Kür-Araz mədəniyyətinin sonuncu mərhələsini daha dolğunluqla əks 
etdirir. 
Haftavantəpə   yaşayış yeri Urmiya gölünün şimal-qərbində, Salmas 
ovlağında yerləşir. Bu yaşayış yeri 1968-1978-ci illərdə Ç.Barney tərəfindən 
qazılmışdır. Haftavantəpənin alt təbəqəsi  İlk Tunc dövrünə aiddir. Bu 
mədəniyyət Ç.Barney tərəfindən  İlk Tunc II və  İlk Tunc III dövrlərinə 
bölünmüşdür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə