Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   19   20   21   22   23   24   25   26   ...   75

 
85
Qaraköpəktəpədən tapılmış daş alətlər dən daşları, sürtgəc, bülöv daşları, 
qurama oraq dişləri, obsidian lövhələr və s. maddi-mədəniyyət qalıqlarından 
ibarətdir. Keramika, başlıca olaraq qara cilalı, müxtəlif formalı qabların parçaları 
ilə  təmsil olunmuşdur. Gil məmulatı arasında ocaq qurğuları, təkər modeli, iy 
başlıqları  və başqa  əşyalar da olmuşdur. Gildən hazırlanmış  əşyalar içərisində 
toppuz başı və metalişləmədə işlədilən butə qalıqları diqqəti cəlb edir. Tədqiqat 
zamanı sümükdən həzırlanmış əmək alətləri də aşkar edilmişdir. 
Günəştəpə  yaşayış yeri Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ 
sahilində yerləşir. Abidənin İlk Tunc dövrünə aid mədəni təbəqəsinin qalınlığı 2 
m- dir. Bu təbəqədə qaya parçaları  və çay daşlarından tikilmiş, gil məhlulu ilə 
bərkidilmiş dairəvi formalı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Binanın 
diametri 7 m- dir. Divarların  ətrafında xeyli suvaq və çiy kərpic parçalarının 
qeydə alınması, divarların daş  təməl üzərində çiy kərpicdən tikildiyini göstərir. 
Qazıntılar zamanı daş  və sümükdən hazırlanmış  əmək alətləri, Kür-Araz 
mədəniyyəti üçün xarakterik olan qara cilalı gil qab parçaları əldə edilmişdir. 
Arxeoloji qazıntılar Günəştəpə yaşayış yerinin İlk Tunc dövrünün yalnız 
müəyyən mərhələsində mövcud olduğunu göstərir. 
Мeynətəpə  yaşayış yeri Füzuli şəhərindən altı km şimal-şərqdə, 
Köndələnçayın sağ sahilində yerləşir. Yaşayış yeri müxtəlif formalı üç təpədən 
ibarətdir. Abidənin  ətrafı  əkinçilik üçün yararlı sahələrlə  əhatə olunmuşdur. 
Tədqiqatlar zamanı bu sahələrdən qurama oraq dişləri aşkar edilmişdir. 
Təpələrin hər üçündə əmək alətlərinə, gil qab parçalarına rast gəlinmişdir. 
Üçüncü təpə maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Köndələnçayın 
uçurumlu sahilində yaranan kəsikdə təpənin mədəni qatları aydın şəkildə izlənir. 
Burada mədəni təbəqənin qalınlığı 3-4 m arasındadır. Təbəqə yanmış torpaq 
qatlarından, gil qab parçalarından, çay daşlarından və digər maddi-mədəniyyət 
qalıqlarından ibarətdir. Arxeoloji materialların təhlili  Мeynətəpənin Kür-Araz 
mədəniyyətinin bütün dövrü ərzində mövcud olduğunu göstərir. 
Uzuntəpə  yaşayış yeri Мeynətəpədən bir qədər aralıda yerləşir. Abidə 
uzunluğu 200, eni 60 m- ə yaxın uzunsov təpə şəklindədir. Hündürlüyü 1m olan 
yaşayış yeri hər tərəfdən əkin sahələri ilə əhatələnmişdir. 1968- ci ildə aparılan 
kəşfiyyat qazıntıları zamanı mədəni təbəqənin 1m qalınlığında olduğu müəyyən 
edilmişdir. Мədəni təbəqə kül qatları, tikinti qalıqları, gil qab parçaları və digər 
maddi-mədəniyyət qalıqlarını özündə cəmləşdirmişdir.  


 
86
 
        Şəkil 51. Мingəçevir yaşayış yeri və nekropolu 
  


 
87
Əldə edilən maddi-mədəniyyət qalıqları daş alətlər, gil qab parçaları, 
heyvan fiqurları, ocaq qurğularından ibarətdir. 
Şomulutəpə yaşayış yeri Uzuntəpədən 40-50 m şimal-qərbdə yerləşən 
hündür, konusvari təpənin üzərindədir. Onun hündürlüyü 6, diametri 80 m- dir. 
Kəşfiyyat xarakterli tədqiqatlar zamanı toplanan yerüstü materiallar dən daşları, 
gil qab parçaları və oraq dişlərindən ibarətdir. 
Kültəpə  yaşayış yeri Quruçay və Köndələnçay vadisinin çoxtəbəqəli 
abidələrindən biridir. Bu yaşayış yerinin alt təbəqəsindən Eneolit və  İlk Tunc 
dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. 
Bu qrupa daxil olan Xantəpə  yaşayış yerində, yalnız kəşfiyyat xarakterli 
qazıntı  işləri aparılmışdır. Yaşayış yerində qara cilalı gil qab parçalarının və 
əmək alətlərinin qalıqları  aşkar edilmişdir. Tapıntıların böyük qrupunu təşkil 
edən gil məmulatı boz rəngdə bişirilmişdir. Onların bir qismi çəhrayı astarlıdır. 
Gil qabların üzərində yapma və  cızma naxışlara, dairəvi batıqlara rast 
gəlinmişdir. 
Gəncə-Qazax zonasının arxeoloji abidələri yaşayış yerləri və  qəbir 
abidələri ilə təmsil olunmuşdur.  
Мingəçevir  yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ 
sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Yaşayış yeri əvvəlcə 
böyük bir sahəni  əhatə etmişdir. Lakin, Kür çayının öz məcrasını  dəyişməsi ilə 
əlaqədar yaranmış yarğanlar nəticəsində, onun sağ tərəfində yerləşən yaşayış yeri 
dağılmış  və sahəsi xeyli kiçilmişdir. Nəticədə  qədim yaşayış yerindən yalnız 
kiçik qalıqlar qalmışdır. Abidədə aparılan qazıntının ümumi sahəsi 1200 m

 
olmuşdur. Bütün qazıntı sahəsində təqribən eyni stratiqrafiya izlənmişdir. Burada 
alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf 
etmiş Tunc dövrünə və Antik dövrə aid təbəqələrə də rast gəlinmişdir. 
 Qazıntı sahəsində Erkən Tunc dövrünə aid dörd yaşayış binasının qalığı 
aşkar edilərək, öyrənilmişdir. Onların içərisində 2 №- li yaşayış binası daha yaxşı 
qalmışdır. Bu bina yaşayış yerinin mərkəzində yerləşir. Bina küncləri 
dəyirmiləşdirilmiş dördkünc formalı, yarımqazma tipli yaşayış binasının 
qalıqlarından ibarətdir. Onun sahəsi 112 m

, divarlarının qalmış hissəsinin 
hündürlüyü 1-1,10m-dir. Divarların yuxarı hissəsi və damın örtüyü ağacdan 
qurulmuşdur. Binanın divarları və döşəməsi gillə suvanmışdır. Evin döşəməsi 4 
yarus  əmələ  gətirən döyəclənmiş gil təbəqəsi, daş, balıqqulağı  və keramika 
parçalarından ibarətdir. Divarlar boyunca bir-birindən 2 m aralıda evin damını 
saxlayan dirək çuxurları, mərkəzdə isə hər sırada üç ədəd olmaqla iki sıra ocaq 
qalıqları  aşkar olunmuşdur. Dirək çuxurlarının və ocaqların planı bütün 
yaruslarda eyni olduğundan, qeyd etmək olar ki, 4 təbəqəli döşəmənin yaranması, 
yalnız döşəmənin yeniləşdirilməsi ilə bağlı olmuşdur. Ocaqların ətrafında mətbəx 
qalıqlarına rast gəlinmişdir. Yaşayış binası möhrədən tikilmiş arakəsmə divarla 
üç hissəyə bölünmüşdür. Cənub-qərb tərəfdə birinci yarusun döşəməsi altında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə