Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   18   19   20   21   22   23   24   25   ...   75

 
81
 
 
               Şəkil 48
.  119 və 125 № li ( 2, 6, 10) Xankəndi kurqanlarının  
                                     materialları 
  
 
Мil düzündə  Üçtəpə  adlı yerdə üç böyük kurqan aşkar olunmuşdur. Bu 
kurqanların biri 1960- cı ildə A.A.İessen tərəfindən tədqiq edilmişdir. Bu 
kurqanların  ən böyüyünün hündürlüyü 17 m-dir. A.A.İessenin tədqiq etdiyi ən 
kiçik kurqanın hündürlüyü 13 m, diametri 130 m- dir. Açıq rəngli torpaq 
kurqanının altında, 12,8 m dərinlikdə, diametri 25 m, hündürlüyü 2 m olan daş 
təpəyə rast gəlinmişdir. Ondan aşağıdakı qamış döşəmənin altından torpaq qəbir 
aşkar olunmuşdur. Qəbirin uzunluğu 13,8 m, eni 1,5 m, dərinliyi 2,6 m- dir. 


 
82
Qəbirin örtüyü yanğından qaralmış iki sıra ağac tirdən ibarətdir. Örtülmüş 
sahənin uzunluğu 24 m, eni 7,5- 8 m- dir.  
 
 
 
            Şəkil 49. Üçtəpə kurqanının (№ 3) görünüşü 
 
 
Qəbir kamerasının içəri tərəfi və örtüyü güclü yanğına məruz qalmışdır. 
Onun içərisi qırmızı oxra və kömür qarışıq daşla doldurulmuşdur. Burada, 
həmçinin qızarmış  və yanmış gil qab parçalarına da rast gəlinmişdir. Qəbirin 
kurqan örtüyündə müxtəlif yerlərdə ağ daş qapaq, oxra əzmək üçün daş plitə, daş 
həvəngin parçası, dən daşı  və keramika qırıqlarına təsadüf edilmişdir. Qazıntı 
zamanı müəyyən edilmişdir ki, orta əsrlərdə burada qəbir qazılarkən, qədim 
qəbirə deşik açılmış  və onun içərisi tamamilə  təmizlənmişdir. Yalnız bundan 
sonra güclü yanğın baş vermiş və qəbir örtüyü dağılaraq içəri tökülmüşdür. 
A.A.İessenin fikrinə görə, Üçtəpə kurqanı  aşağıdakı  şəkildə düzəl-
dilmişdir.  Əvvəlcə bu sahədə  qəbir kamerası qazılmış, onun torpağı  kənara 
çəkilərək kameranın kənarına daş düzüldükdən sonra oxra və müxtəlif  əşyalarla 
müşayiət olunan dəfn prosesi olmuşdur. Qəbirin üzəri tirlərlə  və qamışla 
örtülmüşdür. Bu örtüyün üzərinə gil qablar qoyulmuş  və daş kurqan 
düzəldilmişdir. Daş  təpənin üzərində yerli torpaqdan kurqan düzəldilmişdir. 
Мüəyyən edilmişdir ki, kurqan üç il ərzində müəyyən fasilələrlə düzəldilmişdir. 
Şübhəsiz ki, dəbdəbəli dəfn ritualı ilə düzəldilən Üçtəpə kurqanı tayfa 
başçısına aid olmuşdur. Çox təəssüf ki, kurqan qarət edilmiş və qəbir avadanlığı 
oğurlanmışdır. 
Qəbirdən götürülən ağacdan alınan tarix e.ə. 2550+120, kömür analizi isə 
e.ə. 2887+230- cu ili göstərmişdir. Tədqiqatçılar bu qəbri e.ə. III minilliyin 
ortalarına və sonuna aid etmişlər. 


 
83
              
 
 
     
Şəkil 50. Borsunlu kurqanının (№ 7) keramika məmulatı 
 
 
Tərtər rayonu ərazisində yerləşən Borsunlu nekropolundakı kurqanlarının 
bir qrupu H.F.Cəfərov tərəfindən tədqiq edilmişdir. Nekropol Borsunlu kəndi 
ətrafında,  İncəçayın orta axarlarında yerləşmişdir. Ayrı-ayrı qruplar halında 
cəmləşən kurqanlar H.F.Cəfərov tərəfindən beş tipə bölünmüşdür. Kurqanların 
bəzisi kromlexlərlə  əhatələnmişdir. Kurqanın altında yerləşən qəbir kameraları 
dördkünc formalı olub gəc məhlulu ilə  bərkidilən daş lövhələrdən inşa 
olunmuşdur. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün 
inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterik olmuşdur.  


 
84
Kür-Araz mədəniyyətinə aid abidələrin bir qrupu Quruçay və Köndələn-
çay vadisində  aşkar edilmişdir. Bu qrupa Xantəpə, Qaraköpəktəpə, Kültəpə, 
Şomulutəpə, Uzuntəpə, Мeynətəpə kimi onlarla abidə daxildir. Onlar içərisində 
Qaraköpəktəpə stratiqrafik quruluşuna görə olduqca əhəmiyyətlidir.  
Qaraköpəktəpə Köndələnçayın sağ sahilində yerləşən konusvari təpədən 
ibarətdir. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən  
başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967- ci 
ildən başlayaraq   300 m

 sahədə tədqiqat aparılmışdır. 
Qazıntılar zamanı İlk Tunc dövrünə aid 7 m qalınlığında mədəni təbəqənin 
olduğu müəyyənləşdirilmişdir. 
İlk Tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formalı iki bina 
qalığı aşkar olunmuşdur. Onlardan birinin əsas hissəsi qazıntı sahəsindən kənarda 
qalmışdır.  İkinci binanın diametri 6,85 m- dir. Binaların tikintisində qaba 
yonulmuş daş parçaları  və çay daşlarından istifadə edilmişdir. Binalarda içərisi 
çay daşlarından qurulmuş ocaqlar da olmuşdur. Bina divarların salamat qalmış 
hissəsinin eni 40 sm, hündürlüyü 30- 40 sm- dir. 
İkinci binanın içəri tərəfində dördkünc formalı artırma düzəldilmişdir. 
Binanın divarları da iri qaya parçalarından hörülərək, gil məhlulu ilə 
bərkidilmişdir. Divarların eni 65 sm, hündürlüyü 80 sm-dir. Binanın yaxınlığında 
iri daş parçaları döşənmiş sahə  və bu sahə boyunca uzunluğu 2,8 m olan divar 
aşkar olunmuşdur. Daş döşənmiş sahədən bir qədər aralıda iri daş parçalarından 
və çay daşlarından iki sıra ilə  işlənmiş, uzunluğu 4,8 m olan divar qalığı 
olmuşdur. 
Bu təbəqədə ocaq qurğularının qalıqlarına, gil qab parçalarına, daş  və 
sümük alətlərə rastlanmışdır. Gil qabların bir qismi yapma və spiralvari qazma 
ornamentlə naxışlanmışdır. Ornamentlərin bir qrupu dairəvi düyməciklər və 
batıqlardan ibarətdir. Belə naxışlar I Kültəpə, II Kültəpə, Göytəpə  və digər 
abidələrdən bəllidir. 
Qaraköpəktəpənin üst qatlarında, birinci qazıntı sahəsində böyük, 
çoxotaqlı evin qalıqları  aşkar edilmişdir. Evin divarları iri həcmli  əhəngdaşı 
parçalarından tikilmişdir. Bütün otaqlar dördkünc formalı olub, bir- birindən 
qalın divarla ayrılmışdır. Divarlar bəzi yerlərdə 1m hündürlüyündə qalmışdır. 
Otaqların döşəməsi bərk torpaq layından ibarətdir. Burada qızarmış torpaq qatını 
kül və kömür qalıqları örtmüşdür. Bu yaşayış kompleksinin yaxınlığında daşla 
döşənmiş sahənin olduğu müəyyən edilmişdir.  
İkinci qazıntı sahəsində böyük çay daşlarından, həmçinin yonulmamış 
əhəngdaşı parçalarından tikilərək, gil məhlul ilə bərkidilmiş divar qalıqları ortaya 
çıxarılmışdır. Bu divarların dördkünc formalı yaşayış binasına aid olduğu 
müəyyənləşdirilmişdir. Binaların içərisindən təsərrüfat və  məişət  əşyalarının 
qalıqları, o cümlədən  İlk Tunc dövrü üçün xarakterik olan əmək alətləri, 
keramika və sümük əşyalar da əldə edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə