Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   26   27   28   29   30   31   32   33   ...   75

 
104
alt qatlarından aşkar edilən tunc əşyalar metalişləmənin inkişaf səviyyəsindən 
xəbər verir. Ola bilsin ki, bu mərhələdə metal oraqlardan da istifadə edilmişdir. 
İkinci və üçüncü mərhələnin biçin alətləri qurama oraqların dişləri ilə 
təmsil edilmişdir. I Kültəpədən  əldə edilən mis-mısyak  ərintisindən hazırlanan 
tunc orağın parçaları da bu dövrə aiddir. Qeyd etmək olar ki, İlk Tunc dövrünün 
bütün mərhələlərində qurama oraqlar əsas yer tutmuşdur. 
I Kültəpə tapıntıları göstərir ki, biçindən sonra taxıl dərz  şəklində 
bağlanmış  və yaşayış yerinə  gətirilmişdir.  İlk mərhələdə taxıl  əllə, sonrakı 
mərhələdə isə ağac vəllər vasitəsilə döyülmüşdür. 
Yığılmış taxıl ehtiyatları taxıl quyularında və  təsərrüfat küplərində 
saxlanmışdır. Babadərviş  və Yanıqtəpədən  əldə olunan materiallar göstərir ki, 
taxılın yığılması üçün xüsusi anbarlar olmuşdur. 
Taxıl emalının sonrakı  mərhələsində  dən daşlarından istifadə edilmişdir. 
Çörək I Kültəpədən məlum olan ikiqatlı sobalarda, yaxud gil tavalarda 
bişirilmişdir. 
İlk Tunc dövründə  təsərrüfatın mühüm sahələrindən biri də maldarlıq 
olmuşdur. Мaldarlığın inkişaf səviyyəsi osteoloji qalıqların və öküz fiqurlarının 
tədqiqi ilə müəyyən edilmişdir. Azərbaycanın İlk Tunc dövrü abidələrindən xeyli 
miqdarda osteoloji material əldə edilmişdir. Onların içərisində öküz sümükləri 
üstünlük təşkil edir. Tapıntılar arasında qoyun, keçi, donuz, köpək və at 
sümükləri də vardır.
 
Kür-Araz mədəniyyətinin ilk mərhələsində iribuynuzlu 
heyvan sümükləri üstünlük təşkil etmişdir (75- 80 %). Babadərviş yaşayış yerinin 
ilkin mərhələsində iribuynuzlu heyvanlar 90 % olmuşdur. Q.S.İsmayılovun 
fikrincə, sürüdə iribuynuzlu heyvanların üstünlük təşkil etməsi oturaq həyat tərzi 
ilə bağlı olmuşdur. 
Başlıca olaraq, qoyun və keçi sümükləri ilə təmsil olunan xırdabuynuzlu 
heyvanlar ilk mərhələdə ikinci yeri, sonrakı mərhələdə isə inkişaf edərək birinci 
yeri tutmuşdur. Bu, bütün yaşayış yerlərində özünü aydın  şəkildə göstərmişdir. 
Üçüncü mərhələdə gil qablar üzərində  xırdabuynuzlu heyvanlara aid 
buynuzşəkilli relyef ornamentlərin meydana çıxması da bununla bağlıdır. 
Xırdabuynuzlu heyvanların sayca artması, tədqiqatçılar tərəfindən yarımköçəri 
maldarlığının inkişafı ilə  əlaqələndirilmişdir. Yaşayış yerlərinin topoqrafiyasına 
və bir çox yerləşmələrdə mədəni təbəqənin az yığılmasına əsasən söyləmək olar 
ki, yarımköçəri maldarlıq Azərbaycanda artıq Kür-Araz mədəniyyətinin ikinci 
mərhələsində mövcud olmuşdur.  
Qobustan istisna olmaqla, Azərbaycanın qədim yaşayış yerlərində heyvan 
ağılı  aşkar olunmamışdır. Ola bilsin ki, heyvanlar yaşayış yerinin yaxınlığında, 
xüsusi hasarlanmış sahədə saxlanmışdır. 
Мaldarlığın inkişaf etməsi təkərli nəqliyyatın və əkinçiliyin də inkişafına 
təkan vermişdir.  İribuynuzlu heyvanlardan taxıl döyümündə istifadə edilməsi 
əmək məhsuldarlığını  və  cəmiyyətin inkişafı üçün zəruri olan izafi məhsul 
istehsalını artırmışdır. 


 
105
Osteoloji materialların analizi Kür-Araz mədəniyyəti tayfalarının 
həyatında ovçuluğun da müəyyən yer tutduğunu göstərir. Başlıca olaraq ceyran, 
maral, ayı, pişik və b. heyvanlar ovlanmışdır. Vəhşi heyvanlara aid osteoloji 
qalıqların az olması (10 %) onların təsərrüfatda ikinci dərəcəli yer tutuduğunu 
göstərir. 
Kür-Araz mədəniyyəti abidələrindən kütləvi  şəkildə  aşkar olunan 
keramika məmulatı dulusçuluğun iqtisadiyyatın əsas sahələrindən biri olduğunu 
göstərir. Kür-Araz mədəniyyəti dövründə dulusçuluğun inkişafında hiss ediləcək 
irəliləyiş gözə çarpır. Tədqiqatlar göstərir ki, bu dövrdə dulusçuluq ev sənəti 
çərçivəsindən kənara çıxaraq, ixtisaslaşmış istehsal sahəsinə çevrilmişdir. Kür-
Araz mədəniyyətinin ilk mərhələsindən başlayaraq qabların yaxşı yoğrulmuş 
gildən hazırlanması, simmetrik formalaşdırılması, keyfiyyətli bişirilməsi və 
anqoblanması bununla bağlıdır. 
Keramika məmulatı  təkmil konstruksiyalı birkameralı dulus kürələrində 
bişirilmişdir. Lakin gil qabların bir qismində bişməmiş təbəqənin olması və bəzi 
qabların səthində yaranan ləkələr xammalın texnologiyasında və bişirmə 
texnikasında yüksək səviyyəyə çatılmadığını göstərir.  İlk mərhələdə xammalın 
texnologiyası və bişirmə texnikası ilə bağlı axtarışlar ikinci mərhələnin sonunda 
müvəffəqiyyətlə  nəticələnmişdir. Bu dövrdə nazik divarlı  və yaxşı cilalanmış 
qablar ortaya çıxmışdır.  
II Kültəpənin VII tikinti qatından  əldə edilən unikal dulus kürəsinin 
qalıqlarına hələlik Cənubi Qafqaz abidələrində rast gəlinməmişdir. Üçüncü 
mərhələdə dulusçuluq istehsalı daha da ixtisaslaşmış və yüksək inkişaf  etmişdir. 
Bu mərhələdə nazik divarlı, yaxşı cilalanmış qablar üstünlük təşkil edir. Bəzi 
qabların üzəri qara rəngli boya ilə örtülmüşdür. Qabların analizi də bunu təsdiq 
etmişdir. Bu mərhələnin keramikası həm də zəngin ornamentasiyası ilə fərqlənir. 
Naxışlar qabların gövdəsinə yüksək ustalıq və zövqlə çəkilmişdir. 
Tədqiqatlar göstərir ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsində boz 
rəngli keramika da müəyyən yer tutmuşdur.  İkinci mərhələdə  çəhrayı  rəngli 
keramika azalmağa doğru getmiş, üçüncü mərhələdə isə olduqca az qeydə 
alınmışdır. 
Keramika məmulatının əsasını gil qablar təşkil edir. Birinci mərhələyə aid 
gil qablar başlıca olaraq II Kültəpədən, I Kültəpənin alt qatlarından Göytəpə, 
Babadərviş və Мingəçevirdən əldə edilmişdir. II Kültəpədən tapılan gil qabların 
58,5 %-i boz, 32,5 %-i isə çəhrayı rəngdə bişirilmişdir. Bu mərhələnin xarakterik 
xüsusiyyəti qabların ağız kənarının dördkünc formada xaricə  çıxması, 
yarımşəkilli uzunsov formalı qulplar və gil qabların hər iki tərəfdən yaxşıca 
sığallanaraq, xaricdən anqoblanmasıdır. 
Qablar tərkibinə narın, bəzən isə iri qum qatılmış gildən hazırlanaraq yaxşı 
bişirilmişdir.  İri qum əsasən təsərrüfat qablarının tərkibinə qatılmışdır. Bəzi 
qabların xarici divarlarında nəzərə çarpan ləkələr, gilin yoğrulması və bişirilmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə