Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   23   24   25   26   27   28   29   30   ...   75

 
97
      
 
        Şəkil 55. Küdürlü kurqanlarının planı və kəsikləri ( № 1 və 2) 
 
 
Şərur rayonunda, Arpaçay vadisində yerləşən yaşayış yerlərində  mədəni 
təbəqə olduqca az yığılmışdır. Bu, bir tərəfdən  İlk Tunc dövründə yaylaq 
maldarlığının inkişafı, digər tərəfdən isə Arpaçay vadisində yay vaxtı yaranan su 
qıtlığı ilə bağlı olmalıdır. Xüsusilə, yayın isti keçdiyi və yağıntının az olduğu 
zamanlar Arpaçay tamamilə quruyur və onun aşağı axarlarına su çatmır. 
Bu abidələrin yerləşdiyi  ərazi  əkinçilik üçün olduqca əlverişlidir. Onlar 
Arpaçayın vadisi ilə eyni səviyyədə, düzən hissədə yerləşmişdir. Şərur abidələri 
içərisində, su tutarlarından bir qədər uzaqda, düzənlik sahədə yerləşən  Мaxta 
Kültəpəsi, diqqəti cəlb edir. Ehtimal ki, yaşayış yerinin sakinləri vaxtilə 
Arpaçaydan çəkilən su kanalından istifadə etmişdir. E.ə. I minillikdə Arpaçaydan 
Şərura çəkilmiş su kanalının qalıqları indi də qalmaqdadır. 
Cənubi Azərbaycanda, Urmiya hövzəsində yerləşən abidələr topoqrafik 
xüsusiyyətlərinə görə Naxçıvan abidələrinə  bənzərdir. Onlar yüksək dağ 
kəsimləri ilə  əhatə olunan düzənlik hissədə,  əlverişli vadilərdə salınmışdır. 


 
98
Qazıntılar zamanı müəyyən edilmişdir ki, Yanıqtəpə yaşayış yerinin salındığı 
ərazi ilkin vəziyyətdə üç təpədən ibarət olmuş, mədəni təbəqənin yığılması 
nəticəsində onlar birləşmişdir. 
Gəncə-Qazax zonasında yerləşən, Мingəçevir qrupuna daxil olan abidələr 
dağ silsiləsinin ovalıqla birləşdiyi ərazidə, gur sulu çayların sahilində salınmışdır. 
Onları  əhatə edən düzənlik və dağlıq relyef, Kür-Araz mədəniyyəti tayfalarının 
əsas məşğuliyyətini təşkil edən  əkinçilik və maldarlığın inkişafı üçün əlverişli 
olmuşdur.  
Quruçay və Köndələnçay vadisinin abidələri topoqrafik xüsusiyyətlərinə 
görə, digər abidələrlə bənzərdir. Onlar da çay vadilərinin əkinçilik və maldarlıq 
üçün  əlverişli hissəsində salınmışdır. Bu abidələrin tədqiqi göstərir ki, yaşayış 
yerləri  əvvəlcə düzən sahədə salınmış, mədəni təbəqənin yığılması  nəticəsində 
sonradan təpə halına düşmüşdür. Burada yaşayış yerlərinin qrup halında və bir-
birinin yaxınlığında yerləşməsi, onlarda eyni qəbilədən olan icma üzvlərinin 
məskunlaşdığını göstərir. Bu qrupa daxil olan abidələr arasında Qaraköpəktəpə 
istisna olmaqla, digərlərində  mədəni təbəqə az yığılmışdır.  Şübhəsiz ki, bu, 
yarımköçəri maldarlığın inkişafı  və  ərazinin təbii  şəraiti ilə bağlı olmuşdur. 
Çünki, ilin müəyyən fəsillərində gursulu olan bu çayların suyunun azalması  və 
quruması  əhalinin həyatına müəyyən təsir etmişdir. Lakin, Araz boyunca 
yerləşən bol otlaq sahələri, buradan müəyyən zaman ərzində yaşayış yeri kimi 
istifadə olunmasına şərait yaratmışdır. 
Şimal-Şərqi Azərbaycanın  İlk Tunc dövrü yaşayış yerləri strateji və 
təsərrüfat üçün əlverişli mövqelərdə yerləşmişdir. Yaşayış yerlərinin yüksək 
dağlıq və ovalıqların birləşdiyi  ərazilərdə olması,  əkinçiliyin və maldarlığın 
inkişafına  şərait yaratmışdır.  Ərazinin coğrafi mövqeyi də e.ə. III minillikdə 
əhalinin intensiv məskunlaşmasına şərait yaratmışdır. Yaşayış yerlərində mədəni 
təbəqənin 2- 4 m qalınlığında yığılması, burada oturaq həyat tərzinin uzun 
müddət davam etdiyini göstərir. 
Kür-Araz mədəniyyətinin ilk mərhələsinə aid yaşayış binaları başlıca 
olaraq dairəvi planlıdır. I Kültəpənin Kür-Araz təbəqəsində bu dövrə aid 40 bina 
qalığı aşkar edilmişdir. Evlər bir-birinin yaxınlığında, aralarında müəyyən keçid 
saxlanmaqla tikilmişdir. Ehtimal ki, yaşayış binaları ensiz və dar küçələrlə bir-
biri ilə əlaqələnmişdir. Erkən mərhələyə aid dairəvi planlı evlər çay daşlarından 
hörülmüş təməl üzərində möhrədən, yaxud çiy kərpicdən tikilmişdir. I Kültəpədə 
möhrə və çiy kərpicdən hörülmüş divarlara eyni qatda təsadüf edilmişdir. Burada 
divarların tikintisində istifadə olunan çiy kərpiclərin ölçüsü 44 x 20 x 12 sm, 48 x 
18 x 12 sm- dir. II Kültəpənin birinci mərhələyə aid alt qatlarında divarların 
təməldən yuxarı hissəsi başlıca olaraq möhrədən tikilmişdir. 
I Kültəpədən aşkar edilmiş  kərpic divarların tikinti texnikası 
diqqətəlayiqdir. Belə ki, kərpiclər bir sırada divar boyunca qoşa qoyulmuş, o biri 
sırada isə köndələninə yerləşdirilmişdir. Bu zaman köndələn qoyulan kərpiclərin 


 
99
küncləri divardan 2- 3 sm irəli çıxmışdır. Tikinti zamanı divarda yaranan 
çıxıntılar suvaqla doldurulmuşdur.  
I Kültəpə  və II Kültəpədə dairəvi formalı evlərin mərkəzində yastı dirək 
daşlarına rast gəlinməsi sübut edir ki, evlərin örtüyü mərkəzi dirəyə dayanmışdır.  
 
    
 
 
            Şəkil 56. II Kültəpədə  İlk Tunc dövrünə aid kərpic hörgü 
 
 
I Kültəpə və II Kültəpədə aşkar olunan dairəvi binalar arakəsmə divarla iki 
hissəyə ayrılmış, onların birindən yaşayış sahəsi, digərindən isə  təsərrüfat 
məqsədilə istifadə edilmişdir. I Kültəpədə evlərin qızdırılması üçün dördkünc 
formalı, ikiqatlı sobalardan istifadə edilmişdir. Onların tavanı günbəzşəkilli örtük 
formasında olmuşdur. II Kültəpədəki düzbucaqlı ocaqlardan da bu məqsədlə 
istifadə edilmişdir. Evlərin qızdırılması üçün müəyyən vaxtlar dairəvi 
manqallardan da yararlanmışlar. I Kültəpə  və II Kültəpədə manqallar evin 
döşəməsinə basdırılmış halda aşkar edilmişdir. II Kültəpədə dördkünc formalı 
ocaqların yaxınlığında döşəmədən hündürdə yerləşən düzbucaqlı səkilərə, onların 
üstündə isə iribuynuzlu heyvanın başına bənzər ocaq qurğularına rast 
gəlinmişdir. II Kültəpənin XI tikinti qatında qeydə alınan dairəvi bina, 
fikrimizcə, ziyarətgah olmuşdur. 
            Binaların döşəmələri yaxşı döyəclənib möhkəmləndirildikdən sonra gillə 
suvanmışdır. Evlərin döşəməsində dairvəi planlı  təsərrüfat quyuları  aşkar 
olunmuşdur. Təsərrüfat quyularında müxtəlif  ərzaq ehtiyatları, o cümlədən 
küpələrə  yığılmış taxıl və  dərzlər saxlanmışdır. I Kültəpənin birinci tikinti 
qatından dərz saxlanan təsərrüfat quyusu aşkar edilmişdir. Təsərrüfat 
quyularından  əldə edilən sümük və çürüntü qalıqları digər  ərzaq ehtiyatlarının 
saxlanmasına sübutdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə